Türkiyənin Samsun şəhərində sərxoş kişi Çətinkaya adlanan körpüyə çıxaraq nümayişkaranə şəkildə intihara cəhd edib.
Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, 42 yaşlı kişi körpünün üzərinə çıxaraq yüksək səslə qışqırmağa başlayıb və bir neçə dəqiqə sonra 16 metr hündürlükdən özünü çaya atıb.
Xilasetmə qruplara xəsarət almış kişini sudan çıxararaq həkimlərin nəzarətinə veriblər.