![]() |
![]() |
Astara rayonunda intihar hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Kakalos kənd sakini, 1953-cü il təvəllüdlü İsrafil Abbasov yaşadığı evin həyətində yerləşən istixanada özünü asıb. Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Hazırda hadisənin səbəbləri araşdırılır.