Son xəbərlər

 

Bir çox problemləri olan Səxavət Tursun verilişimizə onun üçün çətin görünən problemlərin həllinə nail ola bilmək üçün müraciət edib.

Bir az sonra həmin problemlər nədir deyəcəm. Amma əvvəlcə sizə Səxavət haqqında məlumat verim. Səxavət Vətən Müharibəsi iştirakçısıdır. Müharibənin 3-cü günündə döyüşə qatılıb. Ağdam və Ağdərənin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da isə yaralanıb.

Bunlar müsahibim haqqında qısa məlumat idi. İndi isə problemləri haqqında danışaq. Deməli Səxavət yaralandıqdan sonra şəhadətləndirilməsi üçün Hərbi Həkim Komissiyasından keçib. Lakin ona hərbi xidmətə yararlı olması qərarı verilib. Səhhətində problemlərin olduğunu deyən Səxavət xidmətə yararlı olmadığını iddia edir. Buna görə də yenidən şəhadətləndirilmək istəyir. Digər problemləri isə maddi sıxıntılarla bağlıdır. Bu tam təmirsiz, quru divarlar arasında 5 nəfər daha yaşayır. Səxavətin qardaşları, onların ailəsi və anaları.

Evin şəraitsizliyi,qaz borcu,maddiyatsızlıq bütün bunlar ailəni sıxan problemlərdir. Bütün bu problemlərin həlli yollarına diqqət yetirək. Deməli,bizim müraciətimizdən sonra məsələyə aydınlıq gətirən rayon icra hakimiyyətinin şöbə müdiri bildirdi ki,ailənin ev problemini həll etmək üçün icra hakimiyyətində yetərli büdcə yoxdur.

Azəriqaz istehsalat birliyindən bildirildi ki, qazi Səxavət Tursunun mavi yanacağa olan borcu ilə bağlı ona mərhələli şəkildə ödəniş etmək imkanı veriləcək. O ki qaldı, əlillik təyinatı məsələsinə bu məsələnin həlli üçün də müvafiq quruma müraciət etmişik. Yəni, Müdafiə Nazirliyinə. Müdafiə Nazirliyi qısa zamanda bizə məlumat verərək bildirdi ki, əgər vətəndaş əsəb sistemində müəyyən problemlərin olduğunu düşünürsə ruhi əsəb dispanserində stasionar müalicə aldıqdan sonra xəstəxanadan aldığı epikriz də daxil olmaqla müvafiq sənədləri təqdim etməklə yenidən hərbi həkim komissiyasından keçərək şəhadətləndirilə bilər. Real TV

Milli.Az

20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü