Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Elxan Əhmədov koronavirusdan dünyasını dəyişib.
Axar.az xəbər verir ki, bu barədə BANM-in rektoru Elmar Qasımov sosial şəbəkə hesabında məlumat paylaşıb.
"BANM ailəsinə ağır itki üzv verib. Sevimli müəllimimiz, gözəl insan, Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Elxan müəllim Əhmədovu 56 yaşında bəşəriyyətin bəlası olan koronadan itirdik", - E.Qasımov qeyd edib.