![]() |
![]() |
Şəmkirdə intihar hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeniabad kəndində yerləşən istixanada qeydə alınıb.
52 yaşlı (hələlik adı məlum deyil - red.) qadın özünü istixananın hovuzuna atıb. Qadının meyiti sudan çıxarılaraq adiyyatı üzrə təhvil verilib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.