![]() |
![]() |
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü A.Vediyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə 37 yaşlı qadın 10-dan artıq həb qəbul edib. Onun həyat yoldaşına əsəbiləşərək dərman içdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.