Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonu Saratovka kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.
Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.