Yeni il gecəsi Rusiyanın paytaxtı Moskvada miqrantlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Axar.az xəbər verir ki, dava Özbəkistan və Qırğızıstandan olan miqrantlar arasında baş verib.
Dava zamanı 3 nəfər ağır bıçaq xəsarətləri alıb. Onlardan ikisi Özbəkistan, biri isə Qırğızıstan vətəndaşıdır.