![]() |
![]() |
Son zamanlar bütün yer kürəsini təşviş içərisində saxlayan, insanların həyatını sözün həqiqi
Son zamanlar sosial şəbəkədə bəzi internet portalları ağına-bozuna baxmadan həqiqəti əks etdirməyən təxribat və şantaj xarakterli məlumatlar yaymaqla maraqlarına xidmət etdikləri şəxslərin yanında özlərini doğrultmağa çalışırlar.
Elə internet portalları da var ki, kimlərinsə marağından çıxış edərək, əslində isə özlərinin şəxsi maraqlarını təmin etmək məqsədilə bir şəxsin üzərində mövzu açmaqla özlərini gündəmdə saxlamaqla və ictimaiyyətdən narazı olan təbəqəni ətrafına toplamaqla məşğuldurlar. Bu şəbəkə üçün dövlət və xalq məfhumunun əslində heç bir önəmi yoxdur. Məqsəd şəxsi maraqları təmin etməkdir. Həmin şəbəkəni izləyənlər isə özlərinin dilə gətirdikləri problemlərin həll olunacağına guman edirlər. Lakin bu şəbəkənin qurbanına çevrilən təbəqə ağlına belə gətirmir ki, sözügedən şəbəkə onların maraqlarından çıxış edərək yalnız öz şəxsi maraqlarının təmin olunmasına çalışırlar.
Bu bir tarixdir. Niyyəti saxta olanlar gec-tez öz əməlləri ilə ifşa olunublar !
Yəni, dildə dövlətə və ölkə Prezidentinə sədaqət nümaiş etdirən bu şəbəkə, əslində Azərbaycanın dövlətçiliyinə zərbə vurmağa cəhd göstərən saxta müxalifətin yanında yer tutanlardır. Sosial şəbəkədə özlərinə efir məkanı quran bu şəbəkələr yayımladıqları süni proqramlarda ölkə Başçısının ifadələrindən istifadə etməklə maraq dairəsini təmin etmək üçün yalnız bir şəxsin üzərində manevr edib özünün şəxsi maraqlarını təmin etməyə cəhd göstərirlər. Hətta bu yolu qət etmək üçün iftira və şantajdan belə çəkinmirlər.
Uzun müddətli sükutdan sonra yenidən hərəkətə keçən bəzi internet portalları Lerik rayonunu Milli Məclisdə təmsil edən deputat İqbal Məmmədovu gündəmə gətirdilər. Bu gündəmin əsas qayəsi deputat İqbal Məmmədovun Milli Məclisdəki məlum çıxışı idi ki, həmin çıxışında deputat seçicilərin istəklərini dilə gətirməklə rayonda mövcud olan problemlərdən danışaraq görülməli olan işlərə görə vəsait ayrılması barədə hökumətə müraciət ünvanlamışdı.
Deputatın bu çıxışı ona əks olan məqsədyönlü qüvvələrin ayaq açmasına yol açdı. Bu həmin qüvvələrdir ki, əzəldən Lerik rayonunda mövcud problemlərdən öz şəxsi məqsədləri üçün istifadə ediblər. Lakin bu qüvvələrin əks təbliğatlarına baxmayaraq ilk gündən bu günə qədər onların ikili münasibət sərgiləməsi səbəbindən əsil məqsədləri uğursuzluğa düçür olub. Çünki bu qruplaşmanın ictimia təsir qınağı cüzi narazı olan müxalif yönlü təbəqənin sərhəddindən o tərəfə keçmir. Nə də ki, bu günə qədər dilə gətirdikləri problemlərin həllində bir təsir imkanları olmayıb. Bunun da yeganə səbəbi, mövcud problemlərə bu müxalif yönlü qruplaşmanın ictimai maraqlardan deyil, şəxsi maraqlardan yanaşmasıdır.
Ötən gün baş verənlər isə bu qruplaşmanın əsil simasını ortaya qoydu. Məlum oldu ki, bu qruplaşmanı müdafiə edən yalnız dövlətə radikal münasibətdə olan, Azərbaycan dövlətçiliyinin əleyhinə ölkə xaricində işlər aparan daxili müxalifətin media mənsublarıdır. Düşünürük ki, artıq bunun başqa bir izaha ehtiyacı yoxdur.
O ki qaldı deputat İqbal Məmmədova, bu gün Lerikin inkişafı üçün Milli Məclisdə aktivliyi ilə seçilən deputatın məlum çıxışı Lerik sakinlərinin maraqlarına xidmət edən bir təşəbbüs idi ki, bu təşəbbüs tənqid deyil, müdafiə olunmalı idi. Görünən odur ki, Lerikdə problemlərin həll olunmasını istəməyən əks qüvvələr deputatın təqdirəlayiq bu təşəbbüsünə kölgə salmağa çalışdılar. Lakin onların bu dəfə ki, arzuları da gerçəkləşmədi. Çünki Azərbaycanın inkişaf strategiyasına radikal münasibət sərgiləyən müxalifətin ölkə ictimaiyyəti arasında nüfuzu sıfra bərabər olduğundan, həmin müxalifətin yanında yer alan məqsədyönlü media şəbəkəsinin ( buna media demək mümkünsə) ölkədəki ictimai təsir imkanları da məhduddur. Artıq Azərbaycan ictimaiyyəti bu tipdə qruplaşmaların məqsədyönlü fəaliyyətlərini anlayır və onların ikiüzlü media siyasətini Azərbaycan dövlətinə və Xalqına xəyanət kimi qiymətləndirirlər. Bu qruplaşmanın yanında yer alan cüzi narazı müxalif yönlü təbəqənin isə zaman-zaman bu qruplaşmanı tərk etməsi ilə sonuclanmasını görürük.
Bundan başqa, yalan və iftiraya əl atan, ölkədə qarmaqarışıqlıq yaratmağa cəhd göstərən, öz şəxsi maraqlarını ictimai maraqlardan üstün tutan bu şəbəkənin ömrünün çox uzun olmadığını da əminliklə deyə bilərik.
Ölkə daxilində media müxalifəti formalaşdırmağa cəhd göstərən bu qruplaşmanın, nəinki deputata qarşı, hətta ölkənin sayılıb-seçilən şəxsiyyətlərinə, eyni zamanda dövlət xadimlərinə qarşı da zaman-zaman yalan və iftiralarının şahidi olmuşuq.
Belə təxribatçı media qruplaşmasının Cəmiyyətdən təcrid olunması da bu günün əsas mövzusu olmalıdır.
Artıq Azərbaycanda radikal iftiraçı media anlayışına son qoymaq vaxtı çatıb.
İnanırıq ki, Dövlətin mühüm strukturları belə qruplaşmalara qarşı qanuna müvafiq qaydada sərt tədbirləri görəcəklər.
"İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı, çıxışda ifadə olunmuş mühüm çağırışlar, yaddaqalan təsbitlər, geniş ictimai-siyasi rezonans doğurub"
Bu fikri Musavat.com-a Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib. O, bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Avropa Birliyinə üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının iştirak və çıxış etdiyi Sammit, istər iştirakçıların tərkibi, istərsə, müzakirə olunan mövzular baxımından mühüm əhəmiyyətə malikdi:
"Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı bir neçə məqam etibarı ilə özünə diqqət tələb edir.
Birincisi, ona görə ki, Sammit qlobal pandemiya dönəmində keçirilir və respublikamız bu ümumdünya probleminə dair qabaqcıl mövqeyə malikdir. Cənab Prezidentin sədri olduğu iki beynəlxalq qurum, məhz Azərbaycan prezidentinin təşəbbüsü ilə pandemiya ilə bağlı video-müzakirələr aparıb, mühüm çıxışlar olub, mövqelər ifadə olunub. Qoşulmama Hərəkatının bu il mayın 4-də “COVID-19”a həsr edilmiş “onlayn Zirvə Görüşü”ndə Avropa Birliyi və Afrika Birliyinin iştirakı xüsusilə qeyd edilməlidir. Dövlətimiz ÜST-ə maliyyə yardımı göstərib, ÜST koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb və s.
Təsadüfi deyil ki, bu məqamları öz çıxışında vurğulayan cənab Prezident, Avropa Birliyinin ali nümayəndəsi cənab Jozep Borelə videomüraciətinə görə bir daha təşəkkürünü bildirdi, ümid etdiyini bildirdi ki, bu, Avropa Birliyi və Qoşulmama Hərəkatı arasında fəal əməkdaşlığın başlanğıcı olacaq.
Əlbəttə, söhbət yalnız pandemiyadan getmir, Şərq Tərəfdaşlığının özünəməxsus ənənəvi müzakirə mövzuları, özəlliklə, adından da göründüyü kimi, tərəfdaşlıq, bununçün sülh və təhlükəsizlik, birgə yaşayış kimi mandat-missiyası vardır. Məhz bu mövzular Azərbaycanın sülhpərvər, multikultral mövqeyinə tam uyğundur. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan Şərq Tərəfdaşlığının fəal ölkəsidir. Avropa Birliyi ilə əməkdaşlıq bizim xarici siyasətimizin əsas prioritetlərindəndir. Azərbaycanın Avropa Birliyinin bir çox üzvü ilə ikitərəfli planda da sıx əməkdaşlığı mövcuddur".
Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uzun illərdir pozulub və zamanında öz havadarlarının hərbi-siyasi dəstəyi ilə işğal siyasətini həyata keçirmiş və bu bədnam siyasəti davam etdirən Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidentinin çıxışına replika ilə münasibət bildirmək cəhdi, ona verilən tutarlı cavab diqqət yetirməli olduğumuz ən əsas məqamlardandır:
"Azərbaycan Prezidenti “demokrat libaslı” işğalçı zehniyyətli Paşinyanla qabaqlar da bir neçə dəfə debatda, müzakirələrdə qarşı-qarşıya gəlib və istisnasız olaraq, həmişə onu haqq etdiyi cavablarla susdurub. Aşqabatda, Münhendə və başqa şəhərlərdəki belə hallar yaxşı yadımızdadır. Bu dəfəki Sammit də istisna olmadı və yenə Paşinyan özünü gülünc vəziyyət saldı, tutarlı cavabdan sonra, susmağa məcbur oldu. Paşinyan ənənəvi erməni xisləti ilə yalan deyib, iştirakçıları o yalana inandırmaq və bu yalan üzərindəki “hücum” ilə, özünün, təmsil etdiyi ölkənin işğalçılıq siyasətini ikinci plana keçirmək istəyində idi. Öz diktator, hərbi cani sələflərindən guya “demokrat”lığı ilə fərqlənən Paşinyan, öz replikası, çıxışı və Azərbaycan Prezidentindən aldığı sərrast cavablarla miskin duruma düşməkdən qurtula bilmədi. Bilirsiz, belə hal birinci, ikinci hal olmadığı üçün artıq nə təsadüf, nə tendensiya deyil, bu artıq qanunauyğunluqdur. O qanunauyğunluğun diqtə etdiyi ən əsas məqam ondan ibarətdir ki: dünya birliyi işğalçıya dur deməlidir, bölgədə sülhə, təhlükəsizliyə ən əsas maneə olan işğalçılıq sona yetməlidir, işğalçı hər hansı forma və dərəcədə beynəlxalq dəstək deyil, beynəlxalq qınaq və məsuliyyətə dəvət görməlidir. Bu mənada, yaxın günlərdə, Avropa Parlamenti adından verilmiş, Emənistanın işğal altında tutduğu Azərbaycan torpaqlarında qeyri-qanuni yol çəkməsini, qanunsuz məskumlaşmanı pisləyən, respublikamızın ərazi bütövlüyünü müdafiə edən mühüm Bəyanatı bir daha minnətdarlıqla xatırlatmaq istərdim",-deyə Qənirə Paşayeva bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonunun Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
Prezident İlham Əliyev Göygöl rayonunun Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, iyirmi dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 9,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun (1988-2010) anım günüdür.
Kürdəmirdə məişət tullantıları paliqonu rayon sakinlərinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, illərdir yığılan tullantıların gecələr naməlum şəxslər tərəfindən yandırılması isə antisanitar vəziyyəti daha da çətinləşdirir.
Rayon sakinləri dəfələrlə aidiyyəti qurumlara məlumat versələr də indiyədək heç bir tədbir görülməyib.
Nəzərə alsaq ki, yay aylarında Kürdəmirdə 45-50 dərəcə isti olur və zibil paliqonundan qalxan tüstünün yaratdığı antisanitar vəziyyət, COVİD-19 pandemiyasına qarşı aparılan tədbirləri də arxa planda qoyur.
Hər gün poliqonda yandırılan yanğının tüstüsü rayonun yarıdan çox hissəsini əhatə edir. Mütəxəssislər isə ərazidəki mövcud olan vəziyyətin azyaşlı uşaqlar üçün eləcə də tənəffüs yolları xəstəliyindən əziyyət çəkən insanlar üçün ciddi təhlükənin qaçılmaz olduğunu bildirilər.
Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayının 19-da Tərtər rayonunun ümümtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı və Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan keçiriləcəkdir.
Buraxılış imtahanlarının keçirləcəyi Tərtər şəhər 1, 6, Şıxarx 2 saylı tam orta məktəblərdə sanitar qovşaqlar təmir edilib, dezinfeksiya və təmizlik işləri aparılıb, şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün 2 metrlik ara məsafəsi nişanları çəkilib.
İmtahanlarda iştirak edəcək şagirdlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadəsi və qaydalara riayət etməsi mütləqdir.
Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun ümumtəhsil məktəblərini bitirən məzunları “Son Zəng” və 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə onlayın qaydada təbrik etdi.
Əvvəlcə rayon rəhbəri məzunları və müəllimləri salamlayaraq, ölkə rəhbəri cənab İlham Əliyevin bütün dünyanı koronavirus pandemiyası ağuşuna aldığı bir vaxta çətinliklərə baxmayaraq 03 iyun 2020-ci il tarixdə Tərtər rayonuna səfərindən, səfər çərçivəsində rayonda iştirak etdiyi Dövlət Rəmzləri muzeyinin, Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun, Olimpiya İdman Kompleksinin, “Tərtər” elektrik yarımstansiyasının, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışından, Respublika Prezidentinin rayona göstərdiyi diqqət və qayğıdan danışdı, Möhtərəm Prezidentin Tərtər rayonu və tərtərlilər haqqında dediyi xoş sözləri dilə gətirdi: “Tərtər rayonunun inkişafı daim diqqət mərkəzindədir. Azərbaycan xəritəsində Tərtər rayonunun xüsusi yeri var. Tərtər rayonu cəbhə bölgəsində yerləşir və təbii ki, bu rayona diqqət həmişə yüksək səviyyədə olub. Təsadüfü deyil ki, Tərtər rayonunun sösial-iqtisadi inkişafı üçün son illər ərzində bir çox işlər görülüb. Bu, mənim rayona sayca 6-cı səfərimdir və hər dəfə burada olanda açılışlarda iştirak edirəm, vəziyyətlə tanış oluram, müvafiq tapşırıqlar verirəm ki, işlər daha da sürətlə getsin. Deyə bilərəm ki, son illər ərzində rayonun infrastrukturunun inkişafı çox sürətlə gedir...
...Mən aprel döyüşlərindən sonra burada olarkən bir daha tərtərlilərin mərdliyini gördüm”.
Cənab Prezident səfərindən dərhal sonra Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayrılması ilə bağlı Sərəncam imzaladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatına və təhsil işçilərinə həmişə diqqət və qayğı göstərir.
Rayon rəhbəri müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzuladı, gələcək işlərində uğurlar dilədi. Bildirdi ki, bu il rayonun 34 tam, 10 ümumi orta məktəbi üzrə 593 nəfər şagird XI sinfi, 856 nəfər şagird isə IX sinfi bitirir.
Sonra rayon rəhbəri bütün dünyanı ağuşuna almış pandemiyadan söhbət açdı. Qeyd olundu ki, hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirus pandemiyasına qarşı mübarizə aparılır. Azərbaycanda əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən lazımi addımlar atılır. Koronavirus pandemiyası dövründə vətəndaşlar da karantin qaydalarına əməl etməli və infeksiyanın yayılmasının qarşısını almağa, aparılan mübarizəyə töhfə verməyə çalışmalıdırlar. Gigiyenik qaydalara lazımınca əməl olunmalı, sosial məsafə gözlənilməli özümüzlə birgə başqalarının sağlamlıqlarına təhlükə yaratmamalıyıq.
Sonda müəllimlərdən Gülarə Əkbərova, Azad Abbasov, Arzu Babayeva, Rəşad Qarayev, Vəsilə Mehdiyeva, Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev, məzunlardan Əyyubzadə Ziya, Quliyeva Lamiyyə, Məmmədova İlahə, Quliyev Rəşad, Atayeva Nərgiz, Vaqifli Zərifə, Əlizadə Mehrac, Mustafayev Elçin, İsmayılzadə Tacirə, Qəmbərli Şəfa, Hüseynzadə Nilufər, Hüseynzadə İlahə, Ələsgərli Əziz, Hümbətzadə Həmidə, Rzayeva Nərmin, Səfərli Murad, Səlimova Şəhla, Ələkbərli Vüsal, Məmmədli Ayşən, Cabbarzadə Aytən, Əsgərova Firuzə, Aslanlı İlahə, Məmmədov Şükür, Quliyeva Həcər, Kərimova Ülkər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD - 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə çoxmənzilli yaşayış binalarında, küçələrdə və insanların kütləvi toplaşdığı digər yerlərdə dezinfeksiya işləri aparılıb.
Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.
Son günlər ölkə KIV-lərində Müstəqim Məmmədov haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.
Bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Kanalim13.info olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.
İlk olaraq diqqəti, Tərtərdəki inkişafı, yeniləşməni, müasirləşməni, insanların həyat səviyyəsinin yüksəlməsini, rayonun davamlı və çoxistiqamətli inkişafını görmək istəməyənlərin diqqətini görülən işlərə yönəltmək istərdik. Qeyd edək ki, rayona gələn gündən başlayaraq rayon icra hakimiyyətinin başçısı tikinti-abadlıq işlərində, mənəvi quruculuqda təbəddülat yaratdı. İlk növbədə məmur özbaşnalığına qarşı qanunsuz yolla çıxmağın arzuolunmaz nəticələri aradan qaldırıldı.
Tərəqqi meylləri respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da özünü bütün sahələrdə göstərməkdədir. Hörmətli Müstəqim Məmmədovun başçılıq etdiyi Tərtər Rayon İcra Hakimiyyəti rayonun tərəqqipərvər, zəhmətsevər vətəndaşlarının qüvvələrini səfərbər edib inkişafa yönəltməyə nail olmuşdurlar.
Azərbaycanın hər bir bölgəsi kimi, Tərtər rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur. Tərtər cəbhə xəttində yerləşən, ən gərgin döyüşlərin getdiyi rayonlarımızdan biridir. Erməni işğalçılarının mütəmadi olaraq atəşkəs rejimini pozması, təxribatlara əl atmaq üçün dəridən, qabıqdan çıxması fonunda gərginlik yaşayan rayonda həyat qaynayır.
Bu qaynamanın səbəbi Tərtər camaatının təsərrüfat işlərində fəal olması və rayonun icra başçısı Müstəqim Məmmədovun gərgin iş qrafikidir. Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı cənab Müstəqim Məmmədov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.
Müstəqim Məmmədov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.
Səyyar qəbullarda bütün vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Müstəqim Məmmədov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər. Müstəqim Məmmədov bir çox hallarda sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur. Vətəndaşların yaşayış şəraitinin, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət artırılmışdır.
Hazırda rayonda aparılan işlər sırasında mühüm yerlərdən birini də sahibkarlığın inkişaf etdirilməsidir. Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə də yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir. Belə ki, Müstəqim Məmmədov rayonda sahibkarlığın inkişafı üçün zəruri olan bütün addımları atır. Bununla bağlı, hətta xüsusi nəzarət işləri də reallaşdırılır. İcra başçısı özü də bildirir ki, dövlət tərəfindən iş adamlarına bütün dəstək verilir. Onlar üçün mövcud olan bütün bürokratik əngəllər aradan qaldırılır. Tərtər rayonunda fəaliyyət göstərən sahibkarlar da deyirlər ki, hal hazırda onlar üçün zəruri olan bütün şərait yaradılıb.
Rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə də bir sıra addımlar atılır. Tərtər camaatının əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğu məlumdur. Hazırda Müstəqim Məmmədovun rəhbərliyi altında bu sahələrdə bir sıra yeniliklərin edildiyi, böyük naliyyətlər əldə edilməsi üçün zəruri təxirə salınmaz addımlar atılır. Əhali ilə görüşlər keçirilərək, onların problemləri dinlənilir və yardımlar edilir. Məsələn, icra başçısının sonuncu belə görüşü Surov kəndində təşkil olunub. Əhali ilə söhbət zamanı onları dinləyən Müstəqim Məmmədov, problemləri aradan qaldırmaq üçün lazım olan addımları atacağını bildirib.