![]() |
![]() |
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü
Son illərdə Azərbaycanın hökumət strukturunda ciddi və əsaslı kadr islahatları aparılır.
Baş Prokurorluq Kürdəmir Rayon İcra Hakmiyyətində (RİH) keçirilən əməliyyatla bağlı rəsmi açıqlama yayıb.
AZƏRTAC xəbər verir ki, bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib.
Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.
Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.
Bu gün Lerik rayonunun yaradılmasından 90 il ötür.
İyulun 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Qurban bayramı ərəfəsində Qarabağ müharibəsi əlilləri, şəhid ailələri ilə görüşüb. AHİK sədri onları, eyni zamanda xalqımızı Müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Hazırda Milli Məclisin növbəti plenar iclası keçirilir.
İclasda deputatlar çıxış edərək karantin rejiminin yumşaldılması ilə bağlı təkliflər irəli sürüblər.
Deputat Fazil Mustafa bəzi iş yerlərinin açılmasını təklif edib: “Marketlərə çox sayda insan daxil olur, amma digər müəssisələr işləmir. Kiçik sahibkarlar fəaliyyət göstərmir. Operativ qərargaha müraciət edirəm ki, qərarlarına bir də baxsın. Nə qədər müəssisə varsa, açılsın. Amma nəzarət də gücləndirilsin, karantin qaydalarının pozulmasına görə yeri gələndə sahibkar cərimələnsin. Lakin insanlar işsiz qalıblar, biz bunu anlamalıyıq. Rayonlara gediş-gəliş açılmalıdır ki, bölgələrdə turizm sektoru məhv olmasın”.
Deputat Vahid Əhmədov deyib ki, qonşu dövlətlərdə bütün müəssisələr, xidmət obyektləri işləyir: “Amma bizdə proses belə davam etsə, biz ikinci yarıda ciddi problemlərlə üzləşəcəyik. Nazirlər Kabineti işləməsi mümkün olan müəssisələrinin siyahısını hazırlamalıdır. Büdcə sisteminə, büdcə qaydalarına dəyişiklik etməyimiz düzgün qərardır. Amma bu, uzun müddət davam edə bilməz. Müddəti uzatmaq çox ciddi problemlərə gətirib çıxara bilər. İstehsal sahələrinin təcili işləməsi lazımdır”.
Deputat Fəzail Ağamalı da bəzi sahələrin fəaliyyətinə icazə verilməsini təklif edib: “Bu bəladan daha az iqtisadi və maliyyə itkisi ilə çıxmalıyıq. SMS qaydasının ləğv edilməsi ilə insanların küçələrə axışdığını müşahidə edirik. Əgər biz insanların küçələrdə, meydanlarda kütləvi şəkildə gəzintisini görürüksə, niyə ayrı-ayrı müəssisələrdə iş bərpa olunmasın? Marketlərdə insanların sayı daha çoxdur, nəinki mebel mağazalarında. Hansısa əşyanı almaq üçün qeyri-ərzaq mağazalarına gedən insanların sayı marketə gedənlərdən azdır. Ayrı-ayrı qeyri-ərzaq mağazaları ciddi karantin qaydalarının tətbiqi ilə açılmalıdır. Karantin rejimi qaydalarına vətəndaşların riayət etməsini tələb etməklə, insanların işləməsinə şərait yaratmalıyıq. “Sədərək” Ticarət Mərkəzindən, “Mall”lardan, digər ticarət mərkəzlərindən insanlar evinə çörək aparır. Niyə bu müəssisələr bağlı qalıb?”
Deputat bildirib ki, Azərbaycanda testin qiyməti də kifayət qədər bahadır: “Bu məsələyə də ciddi şəkildə baxılmalı, testin qiyməti azaldılmalı, mümkün olsa, pulsuz olmalıdır”.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov inzibati ərazi dairə nümayəndələrinin iştirakı ilə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin məqsədilə videobağlantı vasitəsilə növbəti müşavirə keçirmişdir.
Müşavirə zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən rayonda epidemioloji vəziyyət müzakirə olunmuş, vətəndaşların karantin qaydalarına ciddi əməl olunması tövsiyyə edilmişdir. Həmçinin rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər diqqətə çatdırılmışdır. İcra başçısı kənd ərazilərində xüsusi karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılması, əhalinin rejimin tələblərinə riayət etməsi, xüsusi qayğıya ehtiyac olan vətəndaşların daim diqqətdə saxlanılması ilə bağlı ciddi göstərişlər vermişdir. Müşavirədə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin bundan sonra da ciddi şəkildə yerinə yetirilməsi üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Mərkəzi rayon Xəstəxanasının Doğum Evi, Birləşmiş Uşaq Xəstəxanası və Yoluxucu Xəstəliklər şöbəsində aparılan əsaslı təmir işləri ilə yaxından tanış olmuşdur.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov - erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olmuş, yaralanmışlar. Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur;
Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar;
Təhlükəsizlik Şurasının toplantısı çağırılmış, vəziyyət müzakirə edilmişdir. Operativ vəziyyət imkan verən kimi jurnalistlər, səfirliklərin nümayəndələri həmin bölgəyə dəvət ediləcək, onlar vəziyyətlə tanış olacaq və yerində görəcəklər ki, bu təxribatı törədən kimdir;
Düşmən təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdi. Yüksək dövlət ordeni ilə təltif edilmişdi. Bütün şəhidlərin intiqamı qısa zamanda artıqlaması ilə alınmışdır;
Düşmənin onlarla hərbçisi məhv edilmiş, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilmişdir. O cümlədən onların postu və bütün infrastrukturu yox edilmişdir;
Bu əməliyyat, son günlər ərzində baş vermiş hərbi toqquşma - bizim növbəti şanlı qələbəmizdir;
Son əməliyyatda Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. 2020-ci il, 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürülmüş və işğalçılar o bölgələrdən qovulmuşdur;
Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl atmışdır. Bizim kəndlərimizi atəşə tutmuş və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir;
Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər;
Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmişdir;
Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Bu, heç kimə sirr deyil. Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi;
Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın və bu təxribata şüurlu şəkildə əl atıldı;
Operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır;
Çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmiş, yardım istəmiş, hay-haray qaldırmışdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər;
Təxribat törədiləndən dərhal sonra, iyul ayının 12-də günorta saatlarında Prezident müvafiq göstərişlər vermiş və beynəlxalq təşkilatlardakı nümayəndələrin, o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər biri təlimat almış və təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat vermişdirlər;
Diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilmişdir. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər;
XİN beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməlidir, susmalı deyil. Ölkə başçısı bu barədə dəfələrlə öz mövqeyini bildirib, göstərişlər verib. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını müşahidə etmirik. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Xarici İşlər Nazirliyi nə ilə məşğul idi son günlərdə? Ayın 12-də hadisələr baş verəndən sonra XİN rəhbəri istisna olmaqla, dövlət başçısı və rəsmilər işinin başında idi;
Dövlət başçısı bütün vacib məsələləri xalq ilə bölüşür, həm məsləhətləşir, həm öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir;
Bu günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyəyə Cümhuriyyəti və onun Prezidenti, Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük;
Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib;
Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi;
Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Ancaq əfsuslar olsun ki, sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu.
Avqustun 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya parkda görüləcək işlər barədə məlumat verib.
Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunub.
Unikal.org xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, eləcə də Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Müdafiə Sənayesi naziri Mədət Quliyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edib.
Qeyd edək ki, 82 yaşında vəfat edən F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.