Salyan rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargahın növbəti iclası keçirilmişdir


Salyan rayonunda xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilmişdir



Salyan Rayon İcra Hakimiyyətinin başçısı və Hüquq-Mühafizə orqanlarının məsul əməkdaşları rayon ərazisində xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirmişdir. Operativ Qərərgahın müəyyən etdiyi qaydalara uyğun olaraq Salyan rayon İcra Hakimiyyətinin başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ictimai nəqliyyatda, ticarət və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparmışlar.

      Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etməkləri tövsiyyə olunmuşdur.

 

 

Salyan rayonunda karantin rejiminə ciddi nəzarət davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilmişdir. Müşavirədə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunmuş, ölkə üzrə bütün rayonlarda  karantin qaydalarının icra vəziyyəti qiymətləndirilmişdir.
     Bununla əlaqədar olaraq 02 iyul 2020-ci il tarixində Salyan rayon İcra Hakimiyyətinin başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayətin gücləndirilməsinə ehtiyac olduğu üçün küçələrdə reyd keçirmişdir.  İcra hakimiyyətinin başçısı, rayon prokuroru, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə məxsus şöbələrin rəhbərləri ticarət obyektlərində satıcı və alıcılarla marifləndirici söhbətlər aparmış, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah etmişlər. Sakinlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına tabeçilik, o cümlədən tibbi maskalardan istifadə və sosial məsafənin qorunması barədə tapşırıqlar verilmişdir. 







Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması və həmin tələblərə əməl olunması üçün Nizami Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən tədbirlər daha da gücləndirilib.

“Millidestek.az” xəbər verir ki, ötən gün Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri ilə birgə rayon ərazisində fəaliyyətinə icazə verilən mağazalara baxış keçirərək xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi ilə bağlı sanitar qaydalara əməl olunmasının vacibliyini bildirib.

Həmçinin mobil qruplar tərəfindən hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə mütəmadi olaraq topdan və pərakəndə qida məhsullarının satış obyektlərində, bazarlarda, ictimai-iaşə müəssisələrində, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin monitorinqi aparılır, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.

Bundan əlavə, mobil qruplar hər gün sakinlərlə maarifləndirici söhbətlər aparır, koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları, eyni zamanda xüsusi karantin rejiminin tələblərinə əməl etməklə, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalmağı, xüsusi ehtiyac olmadıqda evləri tərk etməkdən çəkinməyi tövsiyə edirlər.

Eyni zamanda, əhali arasında dəfn mərasimləri istisna olunmaqla yas mərasimlərinin keçirilməsinə qoyulan qadağaya riayət olunması, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi şərtilə tibbi və ya parça maskalardan, həmçinin respiratorlardan istifadənin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.

 




 


Prezident İlham Əliyev 2 iyul - Azərbaycan Polis Günü ilə bağlı “Facebook” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir”.

 

 

            Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.

Ardını oxu...

 


Astara rayonun Vaqo kənd sakini, Qarabağ müharibəsi veteranı İmran Məmmədov-un yaşadığı ev dağ ətəyində yerləşir. DİA.AZ-ın məlumatına görə, evin müxtəlif yerlərində yaranmış çatları göstərib deyir ki, son 3-4 ildə ev belə yararsız hala düşüb: “Bir vaxt üstümzə uçacaq. Bu ev ötən əsrin 90-cı illərində tikilib. Elə də köhnə deyil. Birdən-birə ev hər yerdən çat verməyə başladı. Səbəbini bilmirəm. Dağ ərazisidir, bəlkə nə isə baş verir? Çatlar dərinləşir.”
İ.Məmmədov daha sonra da əlavə edir: “Qarabağ döyüşlərində iştirak etmişəm. Həm də əsgər atasıyam. Bir oğlum orduda xidmət edir. Digər oğlumun hərbi xidmət vaxtı çatıb. Siz gördünüz, burda yol yox, təbii qaz yox.”
O, iqtisadi vəziyyətin də yaxşı olmadığını söyləyir: “Aldığım əməkhaqqı çörəyə çatır. Əlavə nə isə alım, mümkün deyil. İmkanım olsaydı özüm evə əl gəzdirərdim. Əvvəllər yaxın ərazidə sürüşmə baş vermişdi. Orada bir ev dağıldı. Mənə deyirlər ki,burada sürüşmə yoxdur.”
İmran Məmmədov kəndin qayğılarından da danışır. O yaşadığı əraziyə təbii qazın çəkilmədiyini söyləyir: “Üç ev o tərəfdə qaz var. Bizdə yoxdur. Elə böyük məsafə də deyil. Qışda əziyyət çəkirik. Odun da yoxdur. Ev hər yerdən dağılıb, qışda elə bil ki, açıq havada yaşayırıq. Bu səbəbdən odun sobası evi qızdıra bilmir. Heç olmasa qaz versinlər.”
Evin arxa divarı da əyilib.
İmran Məmmədov rəsmi orqanlara müraciət etdiyini də deyir: “Çoxlu şikayət məktublarım var. Gəldilər, baxdılar, dedilər ki, evin sənədi yoxdur. Get sənədləşdir. Evin sənədləşdirlməsi də pul istəyir. Hardan gətirim? Torpağın sənədi var. Dedilər nə olsun evin sənədini ver. Bu ərazidə tikilən evlərin çoxunun sənədi yoxdur. Hökmət bunu nəzərə almalıdır. Vətəndaşı təhlükə altında qoyublar, sənəd istəyirlər. Belə dərd olar?”
O etdiyi şikayətlərin cavablarını göstərir: “Bu qədər laqeyd olmazlar. Məni və oğlanlarımı sənədli, sənədsiz tapıb orduya aparırlar. Evim üçünsə sənəd istəyirlər. Bu ev dağılır. Altında qalarıq. Heç kimin vecinə deyil. Sənəd də olsaydı, başqa bəhanə tapardılar. Mənim evimdir, 30 ilə yaxındır bu evdə yaşayıram, rəsmi ünvanı var.”
İmran Məmmədov evin qəzalı vəziyyətdə olması ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə də məktubla müraciət edib.
Nazirlik məktubu öz növbəsində tədbir görmək üçün Astara Rayon İcra Hakimiyyətinə göndərib. Veterana Astara Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsindən cavab məktubu gəlib. Məktubda bildirilir ki, torpağın və evin hüquqi sənədləri təqdim edildikdən sonra Azərbaycan Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinə müraciət olunacaq.
Veteran isə cavabdan razı deyil. O deyir ki, onu top kimi ora-bura atırlar: “Evdə məktub qoymuşam. Bizə bir şey olsa orada kimlərin günahkar olduğunu qeyd etmişəm...”









 
 
 
 


  Dünyamıza hakim kəsilən vəziyyət ölkəmizdəndən də  yan keçməyib. Pandemiya şəraitində yaşayırıq. Hal- hazırda bir çox dəyərləri , vərdişləri  , həyat şəraitini,  istəməsək belə ,dəyişmək zorundayıq. Günümüzün reallığında bütün bəşəriyyət virusla mübarizə aparır. Bu   mübarizənin ön cərgəsində dayananlardan biri də müəllimlərdir- desək, heç də yanılmarıq.  Bəli , təhsilin davamlılığının təmin edilməsi missiyasını öz çiyinlərində daşıyan fədakar müəllimlər!

    Artıq mart ayından bu yana respublikamızın bütün təhsil ocaqları , istər orta , istər texniki peşə , istərsə də ali məktəblərində distant təhsildən istifadə olunur. Belə təhsil müəssisələrindən  , bəlkə də öndə gedənlərdən biri də Azərbaycan Dövlət Aqrar Universitetidir. Hər zaman yeniliyə açıq , işini müasir dünya standartları səviyyəsində quran bu təhsil ocağı  , respublikamızda mövcud vəziyyətlə əlaqədar olaraq dərslərin dayandırıldığı  ilk günlərdən distant təhsilə başlamışlar. Belə ki , 16 martdan- 22 iyuna kimi  başda Universitetin rektoru , AMEA- nın müxbir üzvü , professor İbrahim müəllim Cəfərov olmaqla , müəllim heyəti tərəfindən onlayn 500 mühazirə söylənilmişdir. Mühazirələr  Azal TV vasitəsilə Facebook  üzərindən həyata keçirilmişdir. Mühazirələr bazar günü istisna olmaqla , həftənin bütün günləri səhər saat 90-dan axşam 8 - ə qədər davam etdirilmişdir. Karantin rejiminin  qaydalarına uyğun olaraq bu işə yalnız yaşı 65-dən aşağı olan müəllimlər cəlb edilmişdir. Hər kəs üzərinə düşən işi sevərək  ləyaqətlə  həyata keçirmişdir. Xüsusən gənc müəllimlər ,  yaşları 30-35-i əhatə edənlər , hətta yalnız bir il iş təcrübəsi olanlar bu vəzifənin öhdəsinddən yüksək səviyyədə gəlmişlər.

Beləliklə , Azərbaycam dilində aqrar sahəyə aid  elektron resusların , youtube üzərindən dərs vəsaitinin  toplanılmasına nail olundu ki , bu da olduqca qürurverici  bir hadisədir.  Nəzərə alsaq ki , bu onlayn dərslərdən yalnız universitet tələbələri  deyil , kənd təsərrüfatı ilə məşğul oaln insanlar , texniki işilər , fermerlər , aqrar sahənin kadrları , nazirlik əməkdaşları , Dövlər Aqrar İnkişaf Mərkəzinin əmədaşları və   digər bu sahəyə maraq gəstərənlər yararlandılar və gələcəkdə də yararlanacaqlar.  O zaman bu işin dəyərini ölçmək qeyri – mümkündür. Universitetin rektoru , professor , çox hörmətli İbrahim müəllim distant təhsilin gələcəkdə daha da təkmilləşdirilməsi ,ən yüksək səviyyədə həyata keşirilməsi üçün bütün imkanlardan istifadə edilməsini qarşıya bir məqsəd kimi qoymuş və bu sahədə işlərə başlanılmışdır.

  Yaxın günlərdə Universitet həyatında əlamətdar hadisələrdə biridə iyun ayının 24- də yeni tədris korpusunun tikilib- istifadəyə   verilməsi oldu.

Azərbaycan Respublikasının Prezidenti Cənab  İlham Əliyev və birinci xanım Mehriban xanım  Əliyeva iyunun 24-də Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak etdilər.

Dövlətimizin başçısı və birinci xanım yeni tədris korpusunda yaradılan şəraitlə tanış oldular..







Məlum olduğu kimi , ölkədə ərzaq probleminin həllində önəmli rola malik olan,  kənd təsərrüfatının elmi əsaslarla inkişafında həmişə mühüm rolu olmuş bu ali təhsil müəssisəsi son illər tamamilə yenidən qurulur. Ölkə rəhbərinin 2018-ci il 22 yanvar tarixli sərəncamına əsasən, dövlət əsaslı vəsait qoyuluşu - investisiya xərcləri hesabına tikilmiş yeni tədris korpusunda müasir  kadrların hazırlanması, eləcə də elmi tədqiqatların səmərəli aparılması üçün hər cür şərait yaradılıb. Professor-müəllim heyətinin və tələbələrin ixtiyarına ən yeni əyani vasitələr və avadanlıqla təchiz olunmuş auditoriyalar və laboratoriyalar verilib. Binada bütün zəruri infrastruktur qurulub. İnzibati xidmət və digər yardımçı otaqlar yaradılıb. Yeni tədris korpusunda ümumilikdə 3 min tələbə iki növbədə təhsil alacaq.

    Göründüyü kimi , yaradılan hərtərəfli şərait , tanınan imkanlar , güclü və səriştəli rəhbərlik  ADAU-nun gələcəkdə yüksək uğurlarına  köklənib. Yolunuz açıq , uğurlariniz bol olsun , İbrahim müəllim!
 
 Müşfiq Kişiyev.

 
 
 


İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.

Bərpa-konservasiya işləri birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib.