“Son hadisələr bir daha onu sübut etdi ki, heç bir qüvvə Azərbaycanı tutduğu yoldan döndərib, qarşıya qoyduğu hədəflərə çatmaqdan yayındırmağa nail ola bilməz. Azərbaycan xalqı dünyaya mesaj verdi ki, bir yumruq kimi Ali Baş Komandan ətrafında birləşib, onun yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyirlər”.

 Bunu  açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.

Onun sözlərinə görə,  işğalçı Ermənistan hər vasitə ilə ən çirkin oyunlardan, məkrli və xain planlarından istifadə etməklə Azərbaycan qarşı həm təcavüzkar siyasətini davam etdiirb, həm də ölkəmizi tutduğu  inkişaf yolundan döndərib bölgədə sabitliyi pozmaq istəyib. “Ancaq Ermənistanın bu çirkin planları hər zaman olduğu kimi bu dəfə də öz başında çatladı. Belə ki,  Ermənistanın məqsədi ilk növbədə diqqəti Ermənistan-Azərbaycan münaqişəsindən yayındırmaq, üzv olduğu hərbi-siyasi təşkilatları, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT)  üçüncü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycanın son dövrlər beynəlxalq səviyyədə apardığı uğurlu işlərə kölgə salmaq, həmçinin Şərq-Qərb Nəqliyyat Dəhlizinə, neft-qaz boru kəmərlərinə zərər gətirmək, yeni ərazilər işğal etmək, sərhəd boyunca yeni üstünlüklər əldə etmək, Ermənistanda mövcud daxili problemlərdən diqqət yayındırmaq idi.Ancaq bu planları baş tutmadı və ifşa olundu.

İlk olaraq onu deyim ki, şərəfli Azərbaycan ordusu düşmənin hücumun qarşısını alıb, düşmənə layiqli cavab verdi. Düşmən  xeyli sayda  canlı qüvvə, hərbi texnika cəhətdən böyük itki verərək geri otuzduruldu. Düşmənin ön xəttədki bütün mövqeləri darmadağın edildi. Azərbaycan ordusu bu təxribat zamanı verdiyimiz şəhidlərin qisasını alaraq, qanını yerdə qoymadılar. Ordumuz sərhədlərimizin toxunulmazlığı, mülki əhalinin  təhlükəsizliyi təmin olundu. Odur ki, bu təcavüzkar addıma görə, bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və işğalçı dövlət bunun cavabını verməlidir.

İkincisi, işğalçı  Ermənistan sivil dünyaya sübut etdi ki, təkcə qafqaz bölgəsi üçün deyil, ümumiyyətlə dünya üçün təhlükə  mənbəyi olmaqda davam edir”.
Deputat əlavə edib ki, işğalçı Ermənistan işğal etdiyi Dağlıq Qarabağ bölgəsində deyil, məhz birbaşa Azərbaycanla dövlət sərhəddində  gərginlik yaratmaqla digər ölkələri bu prosesə cəlb edib, bölgəni bütövlükdə yeni münaqişə ocağına çevirmək niyyətini güdürdü: “Ancaq Azərbaycan Prezidentinin yürütdüyü uzaqgörən və çevik siyasət nəticəsində  Ermənistanın bu məkrli planı ifşa olunaraq qarşısı alındı. Beynəlxalq aləm və təşkialtlar  bu təxribata görə Ermənistanı qınadı. Artıq  dünya da Ermənistanın iç üzünü yaxından tanımağa başlayıb. Ona görə də onun çirkin oyununu yaxşı başa düşdüklərindən, bu oyunun iştirakçısı olmadılar. Əksinə onun bu əməlinə görə qınayıb, Azərbaycana birmənalı şəkildə dəstək verdilər. Ermənistanı bu təxribatçı hərəkətlərindən geri durmağa, məsələni hər hansı güc yolu, əlavə gərginlik ocağı yaratmaqla deyil, münaqişəni ancaq və ancaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinin alternativinin olmadığını bəyan etdilər. Beynəlxalq aləm, hətta Ermənistaının strateji müttəfiqi olan ölkələr bir daha  işğal olunmuş Dağlıq Qarabağı Azərbaycan ərazisi olduğunu bəyan etdilər. Ermənistanın KTMT-nin bu proseslərə cəlb etmək cəhdi  uğuruzluqla nəticələndi. KTMT yaranmış vəziyyətlə bağlı Ermənistanın çağırışını rədd edərək,  təcili iclas keçirməkdən imtina etdi. Rusiya rəsmiləri birmənalı şəkildə KTMT-nin  Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilməsinin yolverilməz və qeyri-mümkün olduğunu  bəyan etdilər. Əksinə Ermənistan özü qınaq obyetkinə çevrildi. Odur ki, Ermənistanın butun oyunları pozuldu və özü pis vəziyyətə düşdü”.
 Deputat hesab edir ki, beynəlxalq aləm  Ermənistanı təcavüzkar siyasətinə görə, qınamasına baxmayaraq, münaqişənin həll istiqamətində təxirəsalınmadan əməli ciddi addımlar atmalıdır: “Birincisi,  təcavüzkarla təcavüzə məruz qalanı fərqləndirlməli, təcavüzkar öz adı ilə çağrılmalıdır. Bundan sonra təcavüzkara qarşı öz işğalçı siyasətindən geri çəkilməsi üçün beynəlxalq hüququn bütün cəza sanksiyalarını tətbiq edilməlidir. Bunun üçün ATƏT MQ həmsədr ölkələri real addımlar atıb, İrəvana  təzyiqlər etməlidir. İkincisi, münaqişənin həlli ilə bağlı 27 il bundan öncə  BMT TŞ tərəfindən qəbul edilmiş qətnamələrin konkret icrasına başlanılmalıdır. Qətnamələrdə nəzərdə tutulduğu kimi işğalçı ölkənin ordusu işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır. Əgər bu addımlar atılmayacaqsa bölgədə gərginlik davam edəcək. Ermənistan hər vəchlə yeni təxribatlara əl atmaqla  Cənubi Qafqazda  kövrək sabitliyi pozmaqla bütün ətraf bölgələri müharibə alovuna çevirməyə cəhd göstərəcək.Bu zaman məsuliyyət Ermənistaın və beynəlxalq təşkilatların, xüsusən də münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT MQ həmsədr ölkələrin üzəırinə düşəcək. Çünki Azərbaycan torpaqlaırnın işğal faktı ilə  sonsuzadək dözmək niyyətində deyil. Xalq da ölkə başçısından, Ali Baş Komandandan bunu tələb edir. Tovuzda baş verən hadisələrdən sonra xalqın küçələrə çıxması, könüllü olaraq on minlərlə insanın döyüşə getmək üçün Hərbi Səfərbərlik Xidmətin yerli strukturlarına  müraciət edərək,  qeydiyyata düşməsi bunun bariz nümunəsidir.  Artıq  Azərbaycan xalqının səbr kasası dolub. Ali Baş Komandandan  işğal altında torpaqların işğaldan azad edilməsi üçün əmr gözləyir”. 



Bu gün Lerik rayon Mərkəzi Xəstəxanasında istedadlı müəllim Ilkin Əzizli görüşdük.İlkin böyrək çatışmazlığından əziyyət çəkir.26 yaşı var.Azərbaycan dili və Ədəbiyyat müəllimidir. Yüzlərlə Lerikli şagirdlərə elm öyrədib, düzgün yol göstərib və bundan sonrada göstərəcək. Biz də Leriklilər olaraq birlik göstərib, İlkinə dəstək göstərməliyik.
Tezliklə sağal,əziz dostumuz!
Allah şəfa versin!

Iqbal Mammadov adlı şəxsin şəkli.Iqbal Mammadov adlı şəxsin şəkli.Iqbal Mammadov adlı şəxsin şəkli.


Zamanla qayğılarımız artanda daşıdığımız nəinki fikir, düşüncə yükü, eləcə də əlimizin ağır zənbili ətrafımızdakıların diqqətini çəkir. Bu gün səhər Salyan şəhər Heydər Əliyev parkından keçərkən də belə oldu. Məndən qabaqda gah gedib, gah da əlindəki zənbilləri yerə qoyub başına örtdüyü, şalı ilə tərini silən qadına çatıb ona köməyə tələsdim. Sən demə, məndən savayı da onu görən varmış. Parkdakı rayon Polis şöbəsinin əməkdaşları özlərini yetirdilər. Çox təsirləndim. Eyni zamanda qürurlandım. Tez telefonumla onların şəklini çəkdim. Demək ki, hər zaman asayişimizin keşiyində duranlar qayğılarını, mərhəmət, yardım etmək hisslərini də bizdən əsirgəmirlər.
Qarşı tinə çatıb zənbilləri təhvil verəndə qadının: «Geydiyiniz forma halalınız olsun!» dualarını eşitdim. Mən də sakitcə: «Amin!»,-dedim.
Budur bizim polislərimiz, onlar asayişi qorumaqla yanaşı vətəndaşların qayğısına qalır, öz nümunəvi davranışları ilə hər kəsə örnək olurlar.



Lerik rayon İcra Hakimiyyətinin birinci müavini Cəlil Baxşiyev könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyatdan keçib.

Xəbər24 olaraq Cəlil Baxşiyevin söylədiklərini sizlərə təqdim edirik:

“Arzu etdiyimiz milli birlik və həmrəylik.

Bu gün Azərbaycanda və bütün dünyada soydaşlarımız arasında görünməmiş milli birlik və həmrəylik nümayiş olunur. Uzun müddət içimizdə yığılan müsbət enerji, vətən sevgisi və torpaqlarımızı işğaldan azad etmək istəyi vulkan kimi üzə çıxdı. Düşmənin son təxribatları bu vulkanın püskürməsində qığılcım rolu oynadı. 

Soydaşlarımız harada yaşamasından asılı olmayaraq ürəkləri vətənlə döyünür, bütün məsələləri və maraqları kənara qoyub dövlətinə və torpağına sahib çıxırlar. 

Bu baxımdan ölkənin bütün siyasi partiyalarının, qeyri hökümət təşkilatlarının, media nümayəndələrinin, sosial şəbəkə istifadəçilərinin, bir sözlə – hamının bu gün Ali Baş Komandan Cənab İlham Əliyevin və Milli Ordumuzun ətrafında sıx birləşməsi (5-ci kalon funksiyasını yerinə yetirən milli şura və ətrafındakı marginal qruplar istisna olmaqla), belə çətin və həssas məqamda milli maraqlarımızı hər şeydən üstün tutması, küçələrə çıxıb torpaqlarımızın işğalda qalması ilə barışmayacaqlarını bütün dünyaya nümayiş etdirməsi xüsusilə təqdirəlayiqdir. 

Ali Baş Komandanın bir çağırışına təkcə son iki gündə 10 min adam qoşularaq torpaqlarımızı işğalçılardan azad etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçdilər. Müstəqillik tariximizdə hələ belə hal olmamışdır ki, Ali Baş Komandanın bir çağırışına bu qədər adam reaksiya versin və hərbi xidmətə yazılsın və yaxud siyasi partiyalar və ictimai birliklər milli birliyə və həmrəyliyə bu qədər açıq dəstək versinlər. Bu bir tərəfdən insanların, siyasi institutların yüksək vətənpərvərlik hislərindən, torpaqlarımızın işğaldan azad olunması və qorunması üçün hər cürə fədəkarlığa hazır olmasından xəbər verirsə, digər tərəfdən də dövlətə, Ali Baş Komandana olan inamlarından və etimadlarından qaynaqlanır. 

Bu gün mən də Cənab Ali Baş Komandanın çağırışına qoşularaq könüllü olaraq orduda xidmət etmək üçün qeydiyyatdan keçdim. Tanrı əsgərlərimizi qorusun” – deyə Cəlil Baxşiyev vurğulayıb.

 

Qeydiyyatdan keçdiyinin fotolarını sizlərə təqdim edirik:

 

İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.

Müdafiə Nazirliyi xəbər verir ki, II Fəxri Xiyabanda baş tutan vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-leytenant Yaşar Əliyev, Prezident Administrasiyasının Silahlı Qüvvələrlə iş sektorunun müdiri general-leytenant Elşad Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, ictimaiyyət nümayəndələri, mərhumların xidmət yoldaşları şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasim zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçularımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərimizin ailə üzvlərini və bütün mərasim iştirakçılarına şəhidlərimizin qanının yerdə qalmadığını və bundan sonra da qalmayacağını bildirib.

Müdafiə naziri şəhidlərimizin tabutu üzərindəki üçrəngli Azərbaycan Bayrağını əbədi xatirə qalması üçün onların ailələrinə təqdim edib.

General-mayor P.Həşimovun qardaşı İlham Həşimov və polkovnik İ.Mirzəyevin oğlu Elvin Mirzəyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə vida mərasiminin yüksək səviyyədə təşkil olunduğuna görə dərin minnətdarlıqlarını bildiriblər.

E.Mirzəyev atasının yolunu davam etdirərək zabit kimi Azərbaycan Ordusu sıralarına qatılacağına, atasının və bütün şəhidlərimizin qisasını alacağına söz verib.

 
Möhtərəm vitse-prezident , ölkənin birinci xanımı , Mehriban xanım Əliyeva !

  Dünyanı cənginə alan dəhşətli pandemiya ,

 COVİD -19 artıq ölkəmizdə də canlar almaqdadır. Hər yerdə olduğu kimi bizdə də əsas itkilərimiz bu bəla ilə birbaşa təmasda olan , insanlara  gecə- gündüz ləyaqətlə xidmət edən həkimlərimizdir. Artıq çox  sayda həkimlərimizin  virusa yoluxduğu və bir neçə tanınmış həkimlərin  bu bəladan qurtulmadığı da məlumdur.

  Virusa yoluxan həkimlərdən biri də Sumqayıt Təcili Tibbi Yardımın həkimi  Xasay Bayramovdur. Xasay doktor aldığı müalicələrə rəğmən səhhətində əsaslı irəliləyiş  olmamış , ötən gecədən isə daha da pisləşmişdi. Xəstədə  artıq total ağciyər çatışmazlığı müşahidə olunur. Kəskin tənəffüs çatışmazlığı o həddə çatmışdır ki , süni tənəffüs aparatının effekti qalmamışdır.

     Hörmətli Mehriban xanım.! Belə bir vəziyyətdə biz-Xasay həkimin ailəsi , yaxınları , dostları , həkim kollektivi olaraq sizə müraciət edirik. Artıq dərəcədə xahiş edirik ki bu vəziyyətə birbaşa siz - özünüz nəzarət edəsiniz . Xəstənin ECMO-ya qoşulmasına yardım edəsiniz . İnanırıq ki , məhz sizin sayənizdə  savadlı , səriştəli  bir  həkimi həyata qaytarmaq mümkün olacaq.

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib.

Prezident İlham Əliyevin çıxışında deyilir:

“Dünən günorta saatlarında Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir.

Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olmuşdur. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.

Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.

Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir.

Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur.

Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq.

Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.

Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq.

Bildiyiniz kimi, Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib.

Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur.

Eyni zamanda, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, əlbəttə ki, onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik.

Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən kifayət qədər çox beynəlxalq sənədlər və açıqlamalar var. O cümlədən, bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Ona görə hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir. Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir.

Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir.<ins'>

Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür.

Hesab edirəm ki, bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub.

Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib.

Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb.

Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır. Əlbəttə ki, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir.

Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib.

Məhz bunun nəticəsində bizim hərbçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular.

Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”.

Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib.

 

 

...

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

"Ölkə.Az" xəbər verir ki, dövlət başçısı iclasda çıxış edib.

Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib.

Təhlükəsizlik Şurasının iclası ilə bağlı əlavə məlumat bir qədər sonra veriləcək




Sabirabad Rayon Suvarma Sistemlər idarəsinin rəisi Şafiq Heydərov - Karantin rejiminin sərtləşdirilməsi vətəndaşların sağlamlığının və həyatının qorunması məqsədi daşıyır

Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlir

Hazırda hər kəsə bəllidir ki, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Ölkəmiz koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatına bir daha könüllü maliyyə töhfəsi ayrılacaqdır ki, bu dəstək zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Hərəkat üzvlərinə yönəldiləcəkdir. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilmiş və keçirilməkdədir.

Bu gün dünya üzərində müşahidə aparılsa, aydın şəkildə görünər ki, koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə hələ də mübarizə aparmaqdadır. Bütün bunlara baxmayaraq əminliklə deyə bilərik ki, Azərbaycanın sözügedən vurusa qarşı həyata keçirdiyi siyasət çox uğurludur və bu təkcıə Azərbaycan xalqı tərəfindən deyil, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən də təqdir edilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur. Yeri gəlmişkən qeyd olunmalıdır ki, Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur. Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisidir. Bu uğurların davamlı olacağı heç kəsdə şübhə doğurmur.


Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.


Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. İndiki halda da Sabirabad Rayon Suvarma Sistemlər idarəsinin rəisi Şafiq Heydərov haqqında yazılarda bəzi mətbu orqanlar artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yerinə yetirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Zatən, bəzi media orqanlarında qələmə alınan cızma-qaraların qərəz məhsulu olması, hansı xırda maraqlara xidmət etməsi hər kəsə gün kimi aydındır. Necə ki, son yazılardan sonra gerçək durum media mənsublarının özü tərəfindən müşahidə olunaraq qələmə alındı. 

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabirabad Rayon Suvarma Sistemlər idarəsinin rəisi Şafiq Heydərovdur.

Şafiq Heydərov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın siyasi kursunu və iqtisadi strategiyasını dəstəkləyir, işlədiyi kollektivdə təbliğ edir.

Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin öz əməkdaşlarının etik davranış qaydalarına əməl etmələrinə, Fermerlər və Sahibkarlarla bu məsələ ilə bağlı müraciətlərinin araşdırılmasına xüsusi diqqət yetirir. Kənd Təsərrufatına cəmiyyətdə yüksək mövqeyə malik olduğuna və Kənd Təsərrufatının vəziyyətinə ciddi təsir göstərmək iqtidarında olduğuna görə öz fəaliyyətini yüksək səviyyədə həyata keçirməlidir atdığı hər bir addım özündə peşəkarlıq, nəzakət və ədalətli əks etdirməlidir. Nazirliyin bu sadalanan prinsiplərə ciddi riayət olunduğu, fəaliyyəti təqdir edilən struktur vahidlərindən Sabirabad Rayon Suvarma Sistemlərinin İdarənin rəisi Şafiq Heydərov dövlətə sədaqətli, fəal vətəndaşlıq mövqeyinə malik ziyalılarımızdandır. Onunla söhbətimiz zamanı müşahidəmizdən əmin olduq ki, insani kefiyyətləri daha yüksək, vətəndaşlarla münasibətdə münasibətlərində daha təmkinli, daha həssasdı. Bu amil də onun böyüyüb boya – başa çatdığı ziyalı ailəsində aldığı yüksək tərbiyədən irəli gəlir. 

İnanırıq ki, təcrübəli mütəxəssisi Şafiq Heydərov rəhbərliyi altında Sabirabad Suvarma Sistemlər İdarəsinin kollektivi bundan sonra da səylə çalışacaq, dövlətimizin Kənd təsərrufatının, milli müstəqil iqtisdadiyyatımızın formalaşmasına, inkişafına əhəmiyyətli töhfələr verəcəklər.