![]() |
![]() |
"Ölkə.Az" xəbər verir ki, bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir.
Beləliklə, daha üç modul tipli xəstəxana istifadəyə hazırdır. Bu, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır.
Prezident İlham Əliyevə məlumat verilib ki, üç modul tipli xəstəxanadan biri Bilgəh qəsəbəsindəki 28 saylı Bilgəh birləşmiş şəhər xəstəxanasına, digər ikisi isə Sumqayıt şəhərində 1 saylı şəhər xəstəxanasına və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxanaya təhkim olunub. Hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub.<ins'>
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həkim kollektivi ilə görüşüblər.
Bundan sonra videobağlantı vasitəsilə 1 saylı Sumqayıt şəhər xəstəxanasına və Abşeron rayonundakı Saray qəsəbə xəstəxanasına təhkim edilən modul tipli xəstəxanaların açılışı olub.
Qeyd edək ki, ilk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.
Şəhriyar Hüseynovun avtomobilinin salonda çəkilən videosu:
Bunu açıqlamasında deputat İqbal Məmmədov deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi qaydalarına riayət olunmasının həyata keçirilməsi məsuliyyəti Azərbaycan polisinin də üzərinə məsuliyyət düşdü. “Bir sözlə ifadə etmək olar ki, Azərbaycan polisi üzərinə düşən bu missiyanı şərəflə icra etməkdədir. Biz buna bir daha həftəsonu karantin rejiminin sərtləşdirilməsi günləri bir daha şahidi olduq”, - deputat bildirib.
İ. Məmmədov əlavə edib ki, Azərbaycan polisi fəaliyyətini hansısa cəza metdonun tətbiq etməklə yox, məhz bəşəri dəyərlərə uyğun formada quraraq, insanlarına sağlamlığının keşiyində durdu:
“Polis bu günlərdə daha çox köməyə ehtiyacı olan insanlara dəstəyi ilə yadda qaldı. Bu istər yol patrul xidmətinin əməkdaşlarının yollarda hərəkətin tənzimlənməsində göstərdikləri xidmətdə, istər daxili qoşunların əməkdaşlarının fəaliyyətində, istərsə də digər polis əməkdaşlarının göstərmiş olduqları fədakarlıqlarla yaddaşlara həkk olundu. Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general- polkovnik cənab Vilayət Eyvazovun rəhbərliyi ilə Azərbaycan polisi öz dövlətinə sədaqətlə xidmət edərək dünyada ən yaxşı polis nümunəsi göstərdi. Azərbaycan polisi pandemiya dövründə vətəndaşlarımızın yardımçısı rolunda çıxış etdi. Bununla bağlı çoxsaylı faktlar sadalamaq olar. Bu barədə sosial şəbəkələrdə çoxsaylı faktlar yer alıb və geniş müzakirə obyektinə çevrilib. Biz hətta Azərbaycan polsinin öz yeməyini imkansız, ehtiyacı olan insanla necə paylaşdığının, gecə vaxtə xəstə, hamilə qadına yardım edib xəstəxanaya çatdırmasının, suyu kəsilən yaşayış massivini su ilə təminatını və sairə hallara şahidlik etdik. Bu çox qürurverici an idi. Çünki Azərbaycan polisi istər torpaqlarımızın müdafiəsində, istər dövlətçiliyimizə qəsd zamanı, istər ölkəmisdə ictimai-siyasi asayişin, sabitliyin təmin olunaraq, ölkəmizin uğurlu inkişafında oynadığı qururverici anını, bu dəfə pandemiya dövründə bəşəri dəyərləri nümayiş etdirməklə yaşatdı. Polisin bu fəaliyyəti bütövlükdə Azərbaycan cəmiyyəti tərəfindən təqdir olunaraq yüksək qiymətləndirildi. Cənab Prezident də polisin karantin rejimi dövründə fəaliyyətinə yüksək qiymət verib”.
Deputat iyunun 7-də bir qrup şəxsin belə bir vəziyyətdə polisə qarşı insanlığa sığmayan hərəkətinə də mövqeyini açıqlayan deputat deyib ki, bu ilk növbədə Azərbaycan insanına və onun əxlaqına, mentalitetinə, milli-mənəvi, dini dəyərlərinə yaraşmayan hərkət idi. “Öz vəzifə borcunu yerinə yetirən polisə qarşı belə hörmətsiz, utanverici hərkət edildiyinin şahidi olmaq, bir vətəndaş kimi hamımızda məyusluq yaratdı. Azərbaycan cəmiyyətinin dünyaya müharibə elan edən koronavirus epidemiyasına qarşı effektiv mübarizə aparmaq üçün birliyə, həmrəyliyə nail olduğu bir zamanda, bu təxribatçı hərəkət kimə lazım idi? Təbii ki, Azərbaycanı sevməyən. onun hər uğuruna xələl gətirmək, ölkəmizi xaosda görmək istəyənlərin, sabitliyi istəməyənlərin, bir sözlə, Azərbaycanın müstəqilliyini istəməyənlərin arzusu və istəyi ola bilərdi. Ona görə də bu cür şəxslər dövlətin atributunu üzərində gəzdirən polisə qarşı təhqirə yol verdilər. Sosial şəbəkələr vasitəsi ilə Azərbaycan polisinin videolarını yaymaqla onların təhqir olunmasına şərait yaradanlar anlamırlar ki, bizim vətəndaşlarımızın günün istənilən vaxtı ölkə ərazisində sərbəst və təhlükəsiz gəzməsi həm də məhz o təhqir etdikləri polislərin xidmətidir. Axi biz evimizdə rahat oturduğunuz halda, həmin polislər küçələrdə biz vətəndaşların təhlükəsizliyini qoruyur. Bizim sağlamlığımızın keşiyində duran insanlara qarşı bu cür təhqiramiz hərəkət ancaq və ancaq utanverici və xalq olaraq bizə yaraşmayan hərkətdir. Odur ki, vətənsaş olaarq belə məsələlərdə həssas və məsuliyyətli olmalıyıq. Karantin dövründə vətəndaş məsuliyyətini dərk edib qaydalara əməl etməliyik. Bu gün Azərbaycan dövlətinə sədaqətlə xidmət edən Azərbaycan polisinə dəstək verməlidir”.
COVID 19 pandemiyası ilə mübarizə hələ uzun müddət davam edəcək. Çünki Ümumdünya
Millət vəkili İqbal Məmmədov yeni koronavirus infeksiyasının ölkəmizdə sürətlə yayılması ilə bağlı seçicilərinə müraciət etdi.
Sərəncama əsasən, su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib:
Allahverdiyev Yəhya Salman oğlu
Ələsgərov Yusif Sədaqət oğlu
Həsənov Eldəniz Ağayar oğlu
Mustafayev Usup Adil oğlu
Nəsibov Fəxrəddin Baxış oğlu
Nuriyev Elman Qoçu oğlu
Osmanov Teymur Əyyub oğlu
Sadıqov Saleh Teymur oğlu.
Bunu “Ölkə.Az” açıqlamasında millət vəkili İqbal Məmmədov yenidən pandemiya ilə əlaqədar olaraq qaydaların sərtləşdirilməsi məsələsinə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, son günlərdə koronavirusa dinamik olaraq yoluxanların sayı sağalanların sayını üstələyir, ölənlərin və ağır xəstələrin də sayı artır.
İ.Məmmədov bildirib ki, proses belə davam edərsə bir müddətdən sonra çox çətin tibbi və səhiyyə problemləri ilə üzləşə bilərik:
“Baxmayaraq ki, pandemiyanın nəzarətə saxlanması və onun qısa zaman ərzində aradan qaldırılması istiqamətində dövlət tərəfindən bütün zəruri və təxirəsalınmaz addımlar atılıb və atılmaqda davam edirməkdədir ki, həyat yenidən pandemiyadan öncəki dövrə qayıtsın. Bunun üçün nə lazımdırsa, onu edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər görüş və çıxışlarında xalqa müracitə edərək üzləşdiyimiz bəladan qısa zamanda xilas olmaq üçün tətbiq edilən qaydalara ciddi əməl edilməsini xahiş edirlər. Cənab Prezident və Birinci vitse-prezident vətəndaşlarımızı məsuliyyətli olmağı, nizam-intizamı, qaydaları pozmamamağı, insanlaırn özlərini, uşaqlarını, yaxınlarını qoruyaraq, un ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxmağı xahiş edib. Ölkə başçısı dəfələrlə bəyan edib ki, biz birlikdə güclüyük və birlikdə də üzləşdiyimiz problemə qalib gələ bilərik. Lakin bəzi vətəndaşlarımız isə məsuliyyətsizlik nümayiş etdirərək nə qaydalara nə də tövsiyyələrə əməl etmirlər. Məsuliyyətsiz davranmağımızın ac nəticə isə göz qabağındadır”- deputat qeyd edib.
Deputat əlavə edib ki, isti hava şəraitində insanların koronavirus epidemiyasına yoluxması daha ciddi fəsadlar, çətinliklər yaradır: “İsti havalar həm virusa yoluxanların xəstəliyi ağır keçirməsinə, onların rahat nəfəs almasına, həm də digər xəstəlikləri olan insanlar üçün, xüsusən də ağ ciyər xəstəlikləri, xroniki bronxit, ürək, qan-damar, böyrək, şəkərli diabet xəstələri üçün daha ciddi problemlər yaradacaq. Digər problem isə xəstəxanalarda yer məsələsidir. Vəziyyət elə həddə çata bilər ki, klinikalarda yerlər çatmaya bilər, reanimasiya vasitələri, xüsusən süni tənəffüs aparatları çatmaya bilər və ola bilsin ki, bəzi xəstələrin müalicəsi xəstəxanada deyil, evdə aparılsın və tibb personaların çox ağır yük altında işləməsi müəyyən dövrdən sonra onların da həm sağlamlığına mənfi təsir göstərə bilər, həm də əmək qabiliyyətini aşağı sala bilər. Bu da öz növbəsində epidemiyaya yoluxma sayının daha da artmasına gətirib çıxara bilər. Ona görə də bunların hamısını nəzərə alaraq karantin rejiminin gücləndirilməsi doğru addımdır. Karantin rejiminin gücləndirilməsi və sərtləşdiirlməsini digər bir səbəbi də həftə sonu insanlar sərbəst olduğundan daha çox lazım olmayan hallarda müəyyən alış-veriş mərkəzlərində, mağazalarda, restoran və kafelərdə toplaşırlar ki, bu da koronavirusun yayılmasına münbit şərait yaradır. Dövlət görəndə ki, insanlar öz sağlamlığına belə laqeyd yanaşır və onun cəmiyyət üçün yaradacağı təhlükənin səviyyəsini dəyərləndirə bilmir, o zaman məcburi qaydada inzibati yolla bunun qarşısını almaq yolunu seçmək zorunda qalır. Odur ki, gəlin özümüzün, övladlarımızın, yaxınlaırmızın sağlam gələcəyi və təhlükəsizliyi naminə qaydalara ciddi riayət edək. Ölkə başçısı və Birinci vtse-prezidentin səsinə səs verib, birlikdə güc olub, dünyanı cənginə alan pandemiyadan qalib çıxaq.Əgər ölkədə normal həyatın bərpa olunmasını istəyiriksə, o zaman qaydalara və tövsiyyələrə ciddi əməl etməliyik”.
Bu günki vəziyyət və ümumiyyətlə Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra son 10 gün içərisində koronavirusa yoluxmaların tendensiyasına baxdığımız zaman daha sərt tədbirlərin görülməsinə zərurət yarandığını görürük.
Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
R.Mahmudov bildirib ki, xəstəxanalarda yatan koronaviruslu xəstə sayının artımı, ağırlaşmaların dərəcələri, analiz sayı ilə yoluxan insanların sayı arasında olan nisbətin artımı və digər faktorlar həftə sonları sərt karantin rejiminin tətbiq olunmasını zərurətə çevirir:
“Birmənalı olaraq hər bir vətəndaşın təhlükəsizliyinin qorunması və eləcədə ölkədə ola biləcək növbəti dalğanın nəzarətdən çıxmaması üçün, eyni zamanda, səhiyyə sistemi nə qədər hazırlıqlı olmuş olsa da belə ola biləcək çox yüksək dalğalarda səhiyyə sisteminin çöküşünün olmaması üçün, eləcə də səhiyyə sistemində digər xəstəliklərdən əziyyət çəkən insanların təcili vəziyyətlərində müalicəsinin təşkili üçün məcburiyət qarşısında hökumət tərəfindən sərtləşmənin aparılması təqdirəlayiq və düzgün addımdır.
Əlbəttə ki, bu addımlar nəticəsində epidemioloji vəziyyətdə dəyişmələrin müsbət tendensiyaya dönməsi və yenidən yumşalmanın davam etdirilməsi hər birimizin arzusudur. Amma bügünki vəziyyət hökuməti məcbur edir ki, bu addımları atsın”.
Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Dövlət başçısına kompleksdə yaradılan şəraitlə tanış olub.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev bir qrup idmançı ilə görüşüb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfərə gəlib.
Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.