“Bu gün xarici diplomatlar və jurnalistlər Ağdama, Füzuliyə, Cəbrayıla və vaxtilə işğal edilmiş digər ərazilərə səfər edərkən orada nələr edildiyini və bizim torpaqlarda necə vandalizm törədildiyini öz gözləri ilə görürlər. Şəhərlər, kəndlər, xalqımızın tarixi, dini abidələri dağıdılıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

 

“Biz bu işğala özümüz silah gücünə, oğullarımızın rəşadəti və igidliyi sayəsində son qoyduq və əslində, BMT Təhlükəsizlik Şurasının 27 il bundan əvvəl qəbul edilmiş, erməni işğalçı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrini həyata keçirdik. ATƏT-in Minsk qrupunun yaradıldığı 1992-ci ildən keçən 28 il ərzində Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edirdi. Status-kvonun saxlanılmasına yönəlmiş bütün cəhdlər Ermənistan rəhbərliyinin danışıqlar trekində imitasiya xarakterli hərəkətləri ilə maskalanırdı. Əslində təkcə bizi deyil, həm də beynəlxalq vasitəçiləri aldadırdılar”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti deyib: “Üzə çıxmış yeni informasiya, xüsusən işğal edilmiş ərazilərdə aparılmış mühəndis-istehkam işləri nəzərə alınmaqla məlum olur ki, Ermənistan işğal etdiyi ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmırdı. Beləliklə, bütün bu 28 il ərzində Ermənistan rəhbərliyi onun ali vəzifəli şəxslərinin timsalında beynəlxalq birliyi çaşdırırdı”.

"Ermənistanın indiki rəhbərliyinə gəldikdə isə onlar bütün istiqamətlər üzrə öz siyasətinin həyata keçirilməsində daha çox Qərbdəki erməni diasporunun köməyinə ümid edərək işğal olunmuş ərazilərin, ilk növbədə, Azərbaycanın qədim Şuşa şəhərinin zorla məskunlaşdırılması planını hazırlamışdılar. Bu, açıq-aşkar, nümayişkaranə şəkildə həyata keçirilir, televiziyada göstərilirdi".

"Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycan Ordusunun əks-hücum əməliyyatının nəticələrindən danışarkən bildirib.

Dövlət başçısı bildirib ki, Azərbaycan xalqının səbir kasasını daşdıran başqa hərəkətlərdən biri qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Xankəndidən Şuşaya köçürülməsi barədə qərarı idi:

"Buna azərbaycanlıların heysiyyətinin təhqir edilməsindən başqa ad vermək olmaz. Azərbaycanın qədim Şuşa şəhəri işğal edildiyi vaxtdan sonra ilk dəfə Dağlıq Qarabağdakı cinayətkar rejimin başçısının qondarma inauqurasiyası da bu qəbildəndir. Beləliklə, Ermənistan rəhbərliyinin hərəkətləri və addımları vəziyyəti kəskinləşdirməyə, Azərbaycan tərəfini cavab tədbirləri görməyə təhrik etməyə və danışıqlar prosesini pozmağa yönəlmişdi ki, sonradan desinlər, görürsünüzmü, yenidən hərbi toqquşmalar baş verir, buna görə yenə hər şeyi uzatmaq lazımdır. Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə bir bəyanatı da olmuşdu ki, bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü".

 

                                      

     Nə yatmısan , qoca vulkan, səninləyəm,

    Ayağa dur , Azərbaycan , səninləyəm!

   Ruhun şad olsun , əvəzolunmaz şairim , Məmməd Araz!

  Qoca Vulkan oyandı! Oyandı , nə oyandı!

  Bir yumruğa döndü Azərbaycan. Dəmir bir yumruğa! O möhtəşəm 44 gündə bütün dünyaya milli mənliyini , kimliyini sübut etdi. Etdi ki Koroğlular , Babəklər, Cavanşirlər, Həzilər yurdu sahibsiz deyil, başsız deyil.Bu qədim yurdda  İlham Əliyev kimi başçı  da var ,baş  da. Hələ üstəlik yağı düşmənə qan udduran yüzlərlə , minlərlə şirürəkli oğullar da! Zalımların üzərinə qara bulud kimi çökən nər oğullar! Qanları ilə  zəfər tarixi yazan oğullar!

  Cabir Novruz necə gözəl demiş;

 Millət əzər , əzilər də

Kaş millətdə ruh yaşasın !

Əyri qəddi düzələr də

Kaş millətdə ruh yaşasın!

   Siz, təkcə torpaqlarımızı qaytarmadınız. Öləzimiş ruhumuzu , sındırılmış qürurumuzu , tapdalanmış namusumuzu , şərəfimizi qaytardınız!Bizə bizi qaytardınız!

Sevinc, kədər , qürur , təəssüf-bütün hisslər qarışıb bir- birinə.

Sevinirik , qürurdan köksümüz qabarır. Xəzər boyda bayrağımız dalğalanır, Qarabağ ellərində.

 Kədərlənirik, qəlbimizdən qara qanlar axır.Gözüyaşlı analar , bacılar , gəlinlər, körpələr, yarımçıq qalan arzular.... Və bəlkə də reallaşan arzular.

  Öz toyunda bayrağa bürünüb torpağa tapşırılmaq arzusuna çatan Pəncəlimiz , dastana dönən Xudayarımız , Poladımız, Mübarizimiz , Talehimiz, yüzlərlə , minlərlə nurüzlü şəhidlərimiz! Torpağı qanı ilə suvaran qazilərimiz!  SİZ AZƏRBAYCANSINIZ!

                     
Rafiq Quliyev
Xətai rayon İcra Hakimiyyətinin başçısı