![]() |
![]() |
Bir çox ölkələrin maddi vəziyyəti, xüsusilə indiki dövrdə çox aşağıdır. Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər.
SUMQAYIT KARBAMİD ZAVODUNDA 500 İŞ YERİ YARADILACAQ
Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Alim ömrü bir şama bənzər ki , ondan neçə-neçə şamlar yandırmaq mümkündür. Bəli , ömrünü şam kimi yandıran alimlərimiz, müəllimlərimiz zaman- zaman olmuş və hal- hazırda da var . Bu adı ləyaqətlə daşıyanlardan biri də AMEA-nın müxbir üzvü , professor, ADAU-nun rektoru İbrahim müəllim Cəfərovdur.İbrahim müəllimi yaxından tanıyanlar çox gözəl bilir ki , o yalnız dəyərli bir alim , səriştəli bir rəhbər olmaqla kifayətlənməyib , bütün bunların fövqündə duran , insanlıq adına şərəf və ləyaqət gətirən bir şəxsiyyət kimi tanınıb. Tutduğu vəzifədən , daşıdığı məsuliyyyətdən asılı olmayaraq yüksək mənəvi keyfiyyətləri özündə birləşdirib , əməlləri və amalı ilə əsl örnək nümunəsi olub.
Bu gözəl insan ömrünün ən gözəl müdrik , kamil dönəminə qədəm qoyub. 65 illik bir ömürdən geriyə boylanarkən fəxr etməyə , qürurlanmağa dəyər bir ömür yaşayır , İbrahim müəllim. Saysız – hesabsız davamçılar , dərin hörmət , sonsuz sevgi , böyük etimad ... Bunlardan qeyri insana nə lazımdır ki ?!
Yubileyiniz mübarək dəyərli insan , böyük alim! Qəlbinizdən doğan , simanızı işıqlandıran o gözəl nur çöhrənizdən heç zaman əskik olmasın. Tanrı Sizi qorusun !
Müşfiq Kişiyev
Milli.Az Trend-ə istinadən bildirir ki, Beynəlxalq Vikipediya Günü münasibətilə "Vikipediya"nın Azərbaycan dili bölməsinin idarəçisi Eldar Əzimov fikirlərini bölüşüb.
"Vikipediya"da nə üçün redaktə etməliyik? Nə üçün məqalələr yaratmalıyıq? Bunun bizə xeyri nədir və bununla nə əldə edəcəyik? Bir qədər maraqlandıqdan və "Vikipediya" ilə yaxından tanış olduqdan sonra anlamaq olar ki, bu onlayn ensiklopediya məlumatın azad və sərbəst şəkildə paylaşıldığı bir məkandır. Buradakı məlumatları paylaşan da, oxuyan da özümüzük. Azad dedikdə "Vikipediya"dakı məlumatların oxunmasının və istifadəsinin azadlığı ilə yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə tutulur. Yəni yaşından, kimliyindən asılı olmayaraq hər kəs "Vikipediya"da məqalə yarada və onu redaktə edə bilər. Xarici dildə bilməyən və ana dilində məlumat əldə etmək istəyən insanlar üçün "Vikipediya"nın önəmi çox böyükdür. Təxminən 10 il əvvəl Azərbaycan dilində internet üzərindən istədiyimiz məlumatları tapmaqda çox çətinlik çəkirdik və demək olar ki, çox zaman tapa bilmir və digər dillərdə axtarmağa üstünlük verirdik. Lakin hazırda bu boşluq "Vikipediya" sayəsində kifayət qədər qalxıb. Azərbaycan dilindəki "Vikipediya"da məlumatların sayı çox artıb. İstədiyimiz məlumatı ana dilimizdə rahat şəkildə tapa bilməyimiz üçün hər kəsin "Vikipediya"ya dəstək verməsi, məqalə yaratması vacibdir. Qeyd edim ki, ötən ilin dekabr ayı ərzində "Vikipediya" səhifələri ümumilikdə 22 milyard dəfə ziyarət olunub. Son bir il ərzində isə 269 milyard dəfə ziyarət olunub. Azərbaycan dilindəki "Vikipediya"ya ötən ilin dekabrında 33 milyon dəfə, ölkəmizdən isə bu dil bölməsinə 19 milyon dəfə ziyarət qeydə alınıb. Bütün bunlar "Vikipediya"nın insanlar arasındakı vacibliyinin və əhəmiyyətinin göstəricisidir. Bununla da biz görürük ki, artıq Azərbaycan dilində axtarış edib məlumat əldə etmək istəyən insanları sayı xeyli artıb. Bunları nəzərə alaraq ana dilimizdəki "Vikipediya"nı qoruyub, zənginləşdirməliyik ki, gələcək nəsil məlumat azlığından əziyyət çəkməsin. Bu gün "Vikipediya"nın 20 yaşı tamam olur. Bu münasibətlə hər birinizi təbrik edirəm".
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, "Türk dünyası ağsaqqalları" qəzetinin baş redaktoru Ramin Əhmədov "Vikipediya" internet şəbəkəsinin önəmindən danışıb. Ramin Əhmədov "Türk dünyası ağsaqqalları" qəzetinin təşəbbüsü ilə ötən ilin noyabr ayından həyata keçirilən "Türk dünyası "Vikipediya"da layihəsinin uğurla davam etdiyini bildirib.
"Vikipediya" fəaliyyətimizdə yeni sahədir. Deyərdim ki, maraqlı və önəmli istiqamətdir. Bizim fəaliyyət istiqamətimiz türk dünyasının zəngin tarixi, mədəniyyəti və ədəbiyyatı barədə məlumatları "Vikipediya"da zənginləşdirməkdən ibarətdir. Bu günə qədər türk dünyası ilə bağlı yüzdən şox məqalə yaradılıb və zənginləşdirilib. Hər bir məqalə cəmiyyətin maarifləndirilməsində əvəzsiz rol oynayır. Həm də insanlarımız öz dilimizdə istənilən məlumatı əldə edə bilirlər. Doğma dilimizdə məlumatların zənginləşdirilməsi informasiya bazasının çoxalması deməkdir. Bu gün Beynəlxalq Vikipediya Günüdür və "Vikipediya" internet şəbəkəsinin yaradılmasının iyirmi ili tamam olur. Hazırda "Vikipediya" dünyanın ən nəhəng ensiklopediyası, zəngin informasiya mənbələrindən biridir. Bu şərəfli və qürurverici missiyanı davam etdirmək lazımdır. Gənclərimiz "Vikipediya" hərəkatında fəal olmalıdırlar. Bunu bizdən yaşadığımız texnoloji dövr tələb edir".
Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Şuşaya səfərlə bağlı yeni paylaşım edib.
Axar.az paylaşımı təqdim edir:
2020-ci Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq . Bəli , bütün çətinliklərə , mərhumiyyətlərə baxmayaraq , sentyabrın 27-də başlayan və 44 gün davam edən vətən müharibəsi şanlı qələbəmizlə başa çatdı . Bu aylara , illərə bərabər 44 gündə Ölkə rəhbəri Ali Baş komandanın və xalqımızn sarsılmaz birliyi ilə nail olduq qələbəyə. Dəmir bir yumruğa döndü , o günlər Azərbaycanımız! Kimliyindən , milli mənsubiyyətindən , dilndən , dinindən asılı olmayaraq hər bir azərbaycanlının qəlbi vətən eşqi ilə döyündü. Əli silah tutan mərd oğullarımız müqəddəs əməl uğrunda silaha sarıldlar. Ön sıralarda gedən mərd , mübariz vətən övladlarının cərgəsində Lerik rayonundan da yüzlərlə oğullar vardı . Onlar könüllü olaraq rayon hərbi komissarlığına müraciət edir , sanki yarışa girmiş kimi ön cəbhəyə daha tez getmək , mənfur düşmənə hədinni bildirmək , 30 illik bir qisası almaq hissi ilə alışıb yanırdılar.
Düşmən üzərində şərəfli qələbə qazandıq. Bu qələbədə Lerik rayonunun şirürəkli , mərd övladlarının da əməyi böyük oldu. Bu qələbə 3000 minə yaxın şəhidimizin qanı bahasına , minlərlə qazimizin canı bahasına başa gəldi. Qəhrəmanlar yurdu Lerik də onlarla şəhid verdi, yüzlərlə insan qazi oldu. Döyüşlərin getdiyi günlərdə , həmşinin sonrakı günlərdə Lerik rayonuna şəhidlər gəldi. Bütün rayon onları böyük izdihamla qarşılayır , ən dərin etiramla son mənzilə yola salırdı. Təbii ki bütün bunların ən yüksək səviyyədə təşkilini Rayon İcra Hakimiyyəti öz üzərinə götürür , şəhidlərimizi layiq olduqları kimi yola salırdılar. Rayonun İcra başçısı Rövşən Bağırov bütün şəhidlərin dəfnində iştirak edib , onların ailələrini yanında olub , bu ağır , hüznlü günlərdə onların dərdinə şərik olub. Onlara maddi və mənəvi dəstəyini əsirgəmir. Yalnız şəhid ailələrinə deyil , o cümlədən qazilər də bu qayğı və diqqətdən kənarda qalmırlar. İcra başçısı bütün şəhid , qazi evlərini gəzir onların problemləri qayğıları ilə yerindəcə tanış olur və həllini təşkil edir Bu yolla o qəlbi yaralı , lakin qürurlu insanlara arxa – dayaq olur. O sübut edir ki, Ölkı rəhbəri Cənab Əliyevin etimadını ləyaqətlə doğruldur , xalqa və vətənə bir məmur kimi şərəflə xidmət edir.
P.S. Bu günlərdə Pressaz. info saytı maraqlı bir təşəbbüsə imza atıb.Vətən müharibəsində şəhid olmuş və sağlamlığını itirmiş əsgərlərimizin ailələrinə yardım edən , onlara diqqət və qayğı göstərən icra hakimiyyətləri arasında sorğu keşirir.Hörmətli leriklilər , bu səsverməyə qoşulun və ən aktiv İcra Hakimiyyətinin Lerik İcra başçısı olduğunu dəstəkləyin.Cünki Rövşən müəllim buna layiqdir.
Müşfiq Kişiyev