"Millidəstək.az" saytı olaraq müraciətitəqdim
 edirik.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ AZƏRBAYCAN RESPUBLİKASININ XALQ ARTİSTİ, AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDÇÜSÜ, "ŞÖHRƏT" ORDENLİ AFTANDİL İSRAFİLOV tərəfindən  MÜRACİƏT
 Hörmətli cənab prezident! İcazə verin ilk növbədə İkinci Qarabağ müharibəsində Ali Baş komandan kimi qazandığınız möhtəşəm qələbə münasibəti ilə Sizi və xalqımızı ürəkdən təbrik edim. Siz Azərbaycanın tarixində torpa
qları işğaldan azad edən yeganə sərkərdəsiniz. Adınızla qürur duyur, fəxr edirəm. Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısısınız. Ulu öndər kimi Siz də incəsənət adamlarına qayğı ilə yanaşır, rifah halının yaxşılaşdırılmasıyla bağlı mühüm qərarlar verirsiniz. Şəxsən mən hər addımda qayğınızı hiss edirəm.
Möhtərəm prezident! On illərdir ki, incəsənət sahəsində çalışıram.
Həmişə dövlətimiz sənətimi qiymətləndirmiş, yüksək fəxri adlar və mükafatlarla fərqləndirmişdir. Sizə müraciət etməkdə məqsədim uzun illər mənimlə çiyin-çiyinə mədəniyyətimizə xidmət göstərən müğənni Elşad Qarayevlə bağlıdır. E. Qarayev 1980-ci ildən müğənnilik fəaliyyəti ilə məşğuldur. Məlahətli səsi ilə xalqın rəğbətini qazanmışdır. Bütün dövlət tədbirlərində aktiv iştirak edir. Dövlətə, dövlətçiliyə sadiq adamdır. Çox təəssüflər olsun ki, indiyə kimi sənətinə layiqli qiymət verilməmişdir. Yaşının altmışı keçməsinə baxmayaraq bu gün də incəsənətimizə şərəflə qulluq edir. İncəsənət adamlarına fəxri adlar veriləndə istedadlı müğənni Elşad Qarayevi də nəzərə almağınızı xahiş edirəm. İnanıram ki, onun fəxri ada layiq görülməsi sənətsevərlərin sevincinə səbəb olacaq. Əvvəlcədən Sizə təşəkkürümü bildirirəm.
Dərin hörmətlə; Aftandil İsrafilov

Azərbaycanda fəaliyyət göstərən əcnəbi iş adamı GÖMRÜK KOMİTƏSİNƏ MÜRACİƏT ETDİ
Qanunsuzluqla üzləşən türkiyəli biznesmendən Gömrük Komitəsinə MÜRACİƏT

Uzun illərdir kənd təsərrüfatı fəaliyyəti göstərən “Baləkən Toxum” MMC-nin direktoru Serhan Keltepe gömrük orqanlarında qarşılaşdığı qanunsuzluqlarla bağlı ictimaiyyətə və Dövlət Gömrük komitəsinin rəhbərliyinə müraciət edib.
.... xəbər verir ki, 27.02.2021-ci il tarixdə teleqram vasitəsi ilə DGK sədri Səfər Mehdiyevə müraciət edərək Balakən Gömrük idarəsi tərəfindən rəhbərlik etdiyi şirkətin idxal fəliyyətinə əngəl yaradan qanunsuz hərəkətləri barədə məlumat verən iş adamı komitə sədrinə yenidən müraciət edib.
O bildirib ki, 22.02.2021-ci il tarixdə Türkiyə Respublikasından ixrac edərək ölkəmizə gətirdiyimiz gübrələri Balakən Gömrük idarəsində rəsmiləşdirmək üçün müraciət edib: “Qaydalara uyğun olaraq tərtib edilmiş 01211000057393 nömrəli gömrük bəyannaməsi ilə “NOVA BOR” adlı mineral gübrənin, mineral gübrə olmasına dair Mərkəzi Gömrük Ekspertiza İdarəsindən rəy, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin verdiyi Şəhadətnamə və aqrokimyəvi maddələrin idxalına dair mötəbər dövlət qurumlarının rəylərinin olmasına baxmayaraq (sənədlər əlavə olunur), Balakən Gömrük idarəsinin rəisi tərəfindən qanunsuz olaraq həmin gübrə məhsuluna ƏDV tətbiq edilməsi barədə göstəriş verilmişdir. Buna etiraz etdikdə rəsmiləşdirmə prosesi gömrük idarəsinin rəisi tərəfindən dayandırılmışdır. Məhsulun Türkiyədən daşınmasını həyata keçirən nəqliyyat vasitəsi günlərdiki saxlanılmışdır.
Bu qanunsuzluqdan əlavə 15.02.2021-ci il tarixdə idxal etdiyimiz mineral gübrə məhsuluna ƏDV hesablanmış və sonradan gübrə olunduğu tam təsdiqini tapsada problem bu günədək həll edilməmişdir (sənədlər əlavə olunur).
Balakən Gömrük idarəsinin rəhbərliyinin bu qanunsuz hərəkətləri nəticəsində şirkətin qanunla qorunan mənafeyi pozulmuşdur, maddi zərərlə üzləşmişik.
Səbəb olaraq deyirlər ki, Azərbaycan Respublikasının gömrük sistemində həmin kodun olmaması və malın kodu ixrac bəyannaməsində 382499969068 olaraq göstərilməsidir, lakin bey-nəlxalq standartlarda bu kod gübrə olaraq qəbul edilir.
Eyni zamanda məlum olduğu kimi AR-nın Vergi Məcəlləsinin 164.1.31-ci maddəsinə əsasən mineral gübrənin idxalı və satışı ƏDV-dən azaddır. Təəsüf ki, Balakən Gömrük idarəsinin bu qanunsuz hərəkətlərinin məqsədi fəliyyətini şəffaf şəkildə quran sahibkarları çətin vəziyyətə salmaqdır”.
Qeyd edək ki, ölkəyə idxal edilən gübrə kənd təsərrüfatında məhsuldarlığın artırılması, fermerlərin daha yüksək məhsul əldə etməsi, rəqabətədavamlı, sağlam məhsul yetişdirilməsi üçün vacib maddələr ehtiva edən gübrədir.
İş adamı Balakən Gömrük idarəsi tərəfindən sahibkarlıq fəaliyyətinə yönəlmiş qanunsuz müdaxiləsinə son qoyulmasını tələb edib. O, məsələnin daha geniş auditoriyaya çatdırılması və dövlət rəhbərliyinin də diqqətinin cəlb etmək məqsədilə yaxın günlərdə Bakıya gələrək üzləşdiyi qanunsuzluqlarla bağlı mətbuat konfransı keçirəcəyini də əlavə edib.

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fevralın 26-da yerli və xarici media nümayəndələri üçün 4 saatdan çox davam edən konfransda dünyanın 35-dən çox media orqanının 50-yə qədər suallarına dövlət başçımızın tam əsaslandırılmış hər bir cavabı tezis olaraq bütün dünyaya göstərdi ki, Azərbaycanın Ermənistan üzərində qələbəsi ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir.

Ardını oxu...


Prezident İlham Əliyev “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

ŞƏHİD ANASINDAN OĞLUNA: “Oğlumu ölümsüz bilirəm, amma hər ehtimala ehtiyyatlı ol”-Foto

Şəhid MAHMUD NAMAZOVUN ad gününə - FUAD İSGƏNDƏROV yazır

Tarixdən, bəlli zamanın bu günümüzə qədər gətirdiyi və süzgəcindən keçirdiyi münaqişələr, o cümlədən ikinci Qarabağ savaşı bir daha subut etdi ki, vətənə dar gündə mərd oğullar gərəkdir. İmperiya buxovundan xalqlar azad olsa da, sərhədlərinin yağmalanmış vəziyyəti müstəqilliyini təhdid edir. Belə bir təhlükəli nümunə müstəqil Azərbaycan Respublikası üçün də vardı. Çünki, Sovetlər Birliyinin süqutunu həzm edə bilməyənlər, SSRİ-nin keçmiş sərhədlərinə qayıtmaq üçün yaratdıqları regional münaqişələrin həll olunmasını istəmirdilər. Bəzi keçmiş postsovet respublikalarında olan oxşar nümunələrdən biri də Azərbaycanda Qarabağın işğalı ilə qalırdı.

 

30 ilə yaxın müddətdə həllini tapmamış bu münaqişə artıq son illər Müstəqil Azərbaycan Respublikasının suverenliyinə, onun ərazi bütövlüyünə təhdid olaraq qalırdı, cəsarətimizi də sınağa çəkirdi. Bu əsasda erməni separatçıları Şuşanı Qarabağın paytaxtı elan edəndə əsəblər tarıma çəkilmişdi. İşğal altında olan ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparan Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyan, eləcə də ermənistanın baş naziri Nikol Paşinyan baş terrorist kimi danışırdılar. Paşinyanın müxtəlif ölkələrdən təmsil olunan jurnalistlərin qarşısında: “Tarix Azərbaycan kimi qorxaq bir dövlət görməyib. Qorxaq bir dövlətin qarşısından niyə çəkinməliyik?” - deyəndə Azərbaycan xalqı, onun prezidenti bir daha əmin oldu ki, Paşinyan və onun himayədarları işğal etdikləri Qarabağı danışıqlar yolu ilə qaytarmayacaqlar. Əksinə, onun səsləndirdiyi fikirlərinə müxtəlif zamanlarda işlətdiyi yaxın mənalı digər ifadələrini də əlavə etdikdə, sətiraltı anlaşılırdı: “Bacara bilirsinizsə, tarixi torpaqlarınız olan Qarabağı alın, əks təqdirdə verəsi deyilik...”

 

Bəli, belə vəziyyətdə Azərbaycanın mərd oğlanlarının üzərinə böyük məsuliyyət düşürdü - “Öldü var, döndü yoxdu”. Artıq Qarabağ münaqişəsi sülh yolu hesab edilən orbitindən çıxıb, Azərbaycan oğulları üçün namus, qeyrət, şərəf statusunda yuxuları ərşə çəkmişdi.

Əsəbləri tarıma çəkilən, zəncir “gəmirən” fikirləri hər gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə hakim kəsilən gənclərdən biri də Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olmuş Namazov Mahmud Ələsgər oğlu idi.

 

Müddətdən artıq hərbi qulluqçu olan Mahmud Namazov 27 sentyabr 2020-ci ildə erməni separatçılarının Azərbaycanın Tərtər rayonu istiqamətində həmlələrinin dəf edildiyi ilk günlərdə Qazax batalyonundan aktiv döyüş mövqelərinə göndərilir. O, Tərtər, Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak edir. Döyüşlərin daha intensiv fazasına daxil olan Füzuli rayonunda vuruşur.

 

Bu rayonu erməni separatçıları, onların havadarları alınmaz bilirdilər. Füzulidə ermənilər tərəfindən kilometrlərlə qurulmuş istehkamlar, yeraltı blindajlar qəvi düşmən və patronajlarında əminlik yaratmışdı ki, bu rayonun geri qaytarılması aylarla vaxt alacaq və ya mümkün olmayacaq. Əslində Füzuli uğrunda döyüşlərin ilkin günlərində erməni tərəfinin açıqlamaları, onların imperialist havadarlarının fikirlərində üst-üstə düşən məqamlar çox idi. Bütün bunlara baxmayaraq, Azərbaycan ƏSGƏRİ ermənilərin illərlə yaratdığı hərbi mifi Füzuli rayonunu qısa müddətdə işğalçılardan azad etməklə dağıtdı.

 

Füzuli uğrunda gedən gərgin döyüşlərdə ŞƏHİD olan əsgərlərimizdən biri də Mahmud Ələsgər oğlu Namazov oldu. Taleyinə şəhid olacağı yazılan bu gəncin arzuları vardı. Bütün arzuları isə Qarabağın erməni terrorçularından azad olunmasından sonra gəlirdi. Arzuların alisinə qovuşdu Mahmud. O, şəhidlik zirvəsinə yüksəlməklə ölümsüzləşdi.

 

“OĞLUMU ÖLÜMSÜZ  BİLİRƏM, AMMA HƏR  EHTİMALA EHTİYYATLI OL”.

 

Qızğın döyüşlərin birindən sonra Mahmud Namazov kəndə zəng edir, valideynləri ilə hal-əhval tutur. Danışıq zamanı Mahmud anası Gülsənəm Namazovaya bildirir ki, darıxmasın, yaxın zamanda daha bir rayonla bağlı qələbə xəbəri eşidəcəklər. Bir müddət sonra o, məğrur Azərbaycan əsgəri kimi kəndə qayıdacaq. Anası Gülsənəm Namazova isə Mahmuda: “Oğlumu ölümsüz bilirəm, amma hər ehtimala ehtiyyatlı ol” - deyir.

 

Qədim yunan inanclarına görə, Olimp dağlarında yaşayan Fetida adlı su ilahəsi oğlu Axillesi körpə ikən yeraltı səltənətdən keçən çayların sularına salmışdı. Çayın suyu insanın bədəninə dəydiy üçün ona qılınc, atılan ox təsir etməzmiş. Fetida buna görə oğlu Axillesi ölümsüz bilərmiş... Bu rəvayətdən əsrlər, qərinələr keçib. Tarixdə rəvayət deyil, Axillesin döyüşkən ruhu, onun adına yazılan kitablar, çəkilən filmlər qalıb. Bunlar onun adını yaşadıb, ölümsüz edib. İndi yunanlar onunla bağlı danışarkən nə rəvayəti, nə onun zəif yeri olan dabanını nəzərə alırlar. Onlar tarixi köklərə, milli mənsubiyyətə dayanıb, Axillesi milli qəhrəmanları səviyyəsində səciyyələndirirlər. Budur, Axillesi ölümsüz edən faktor.

 

Bəli, GÜLSƏNƏM ana, siz MAHMUDu ölümsüz bilməkdə haqlısınız. Bu mövzuda tarix təkzibolunmaz faktlarla doludur, QƏHRƏMANLAR  ÖLMÜRLƏR. Onlar haqqında məqalələr, kitablar yazılır, flimlər çəkilir. Bununla da, ölümsüzləşirlər. Çünki, Mahmud Namazov kimi qəhrəman oğullar vətən, onun ərazi bütövlüyü, sərhədlərinin tamlığı üçün vuruşaraq ÖLÜMSÜZLƏŞDİLƏR,əbədiyyətə qovuşdular. Onlara realizmin ovqatı hakim kəsildi və düşməni pərən-pərən edərək terrorçuların, onların havadarlarının alınmaz qala hesab etdiyi FÜZULİ rayonu uğrunda  səlnamə yazdılar, ALLAHIN şəhadətinə qovuşdular.

 

Azərbaycan dramaturqu, dahi mütəfəkkiri Hüseyn Cavid demişkən: “Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli” frazasında illər sonra qəhrəman səviyyəsində səciyələndirilmələri üçün döyüşə-döyüşə özləri öz tarixlərini yazdılar, ŞƏHİD olub, yollarını müəyyənləşdirdilər.

 

Bu gün AĞSTAFA rayonunun QIRAQ KƏSƏMƏN KƏNDİNDƏ ad günü qeyd edilən ŞƏHİD MAHMUD NAMAZOV da ümummilli səviyyədə adını indeksləşdirdi. Şəhidlik zirvəsinə yüksəlməklə, özündən sonra Azərbaycan gəncliyinə - tarix xəyal quranları deyil, tarixi anı gerçəkləşdirənləri tarixdə saxlar - demiş oldu.

ALLAH rəhmət eləsin!

FAKTİNFO.AZ

 
 
 
 
 


10 noyabr 2020-ci il bəyənatı Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi, işğalçı Ermənistanın kaputulyasiyası ilə başa çatdı. 44 günlük vətən müharibəsində əldə olunmuş tarixi zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmişdir. Bəyənatı imzalayan Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları bölgədə sülh və sabitliyin iqtisadi əməkdaşlıq əlaqəsinin gələcək perspektivi üçün geniş imkanlar yaratmışlar. Bəyənatda Ermənistan ərazisindən Naxçıvana birbaşa nəqliyyat dəhlizinin yaradılması ideyasını da nəzərdə tutur.
44 günlük müharibədə ələdə edilmiş tarixi qələbə və imzalanmış Bəyənat Cənubi Qafqaza sülh və sabitlik gətirdi. Türkiyənin savaşdan sonra Müşahidə Şurasındakı iştirakı bölgədə sabitlik üçün vacib amilə çevrildi. Azərbaycan Türkiyə əməkdaşlığı Cənubi Qafqazda yeni siyasi, iqtisadi, humanitar əməkdaşlıq imkanlarını daha da artırdı.
Ermənistanın uzun illərdən bəri işğalçı və təcavüzkar siyasəti ona nə verdi? Dünyada işğalçı dövlət kimi tanındı. Ölkə daxilində dərin böhran və bölgədə böyük beynəlxalq layihələrdən kənarda qalmaq kimi bir vəziyyətə düşdü. Bu gün Ermənistan üçün də geniş yeni şans yaranıbdı. Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan boyun qaçırsa bir dövlət kimi dərin bir uçuruma yuvarlanar və əhalisi dilənçi vəziyyətinə düşər. Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin qarşılıqlı hörmət əsasında qurulması bu ölkənin gələcək inkişafı üçün zəmin yaradacaqdır.

Ermənistan təcavüzkar siyasətindən əl çəkərsə azərbaycan vasitəsilə digər ölkələrlə əlaqələrinin yaranmasına şərait yaranar. Türkiyə öz sərhədlərini Ermənistan üçün açmış olar.

Bu gün dünyada eləcə də bölgədə Azərbaycanın ruhu və nüfuzu güclüdür. Beynəlxalq layihələrin müəllifi kimi Azərbaycan istəyir ki, qonşu ölkələr arasında sülh və sabitlik olsun. İqtisadi əlaqələr hər bir ölkənin əhalisinin həyat şəraitini və güzəranını yüksəltsin. Dövlət başçımız dəfələrlə vurğulayıb ki, bizim siyasətimiz həm müharibə dövründə həmdə müharibədən sonra birmənalıdır: “ Mən bu siyasəti qısaca və dürüst ifadə edərək bu gün də deyirəm ki, bizim hədəfimiz sülhdür”.

Azərbaycan, Türkiyə, İran və Rusiya ilə birgə həyata keçirilən beynəlxalq layihələr iqtisadi inkişaf üçün böyük imkanlar yaradır. Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməsə onun vəziyyəti daha da pisləşəcək. Bu iki vurmaq iki kimi aydın bir işdir. Bu gün Ermənistanda sağlam düşüncə, ağıllı siyasət üstünlük təşkil etməlidir. Bunun əksi isə Ermənistan üçün özünəqəsd olardı.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı, sözün həqiqi mənasında, dünyada möhtəşəm rezonans yaratmışdır. Tədbirin möhtəşəmliyi iştirak edən mətbuat nümayəndələrinin sayına, müddətin saatlarla çəkməsinə, jurnalistlərin sayına və verilən sualların sayına görə deyildi. Mətbuat konfransında 35 ölkəni təmsil edən jürnalistlər 4 saatdan cox bir müddətdə dövlət başçımıza 50-dən cox sual verdilər. Bu sualların əksəriyyəti, məhz regiondakı bugünkü reallıq barədə idi. Azərbaycan-Türkiyə və Türkiyə-Ermənistan münasibətləri barədə verilən suallar isə bugünkü realləqla yanaşı, tarixi reallıqları da əhatə edirdi. Bu həm də qalib ordunun müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin təvazökarlığına, sadəliyinə,səmimiyyətinə, bütün suallara dəqiq və əhatəli cavablandırmasına görə idi. Dünya mətbuatının nümayəndələri cənab Prezidentdən artıq tamamilə həll edilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, onun aradan qaldırılması üçün aparılan 30 illik mübarizə, ölkəmizin Türkiyə Cümhuriyyəti, Rusiya, İran və digər ölkələrlə əməkdaşlıq çarədə çoxsaylı suallar verərək, dəqiq məlumat ala bildilər. Noyabr ayının 10-da imzalanmış üçtərəflı bəyanatda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti öz əksini tapmışdır. Bəyanatda dəqiq göstərilib ki, Rusiya-Türkiyə Monitorinq Mərkəzi olmalıdir. Ölkəmiz öz vəsaiti hesabına bu mərkəzi Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaratmışdır. Orada bütün şərait vardır. Mərkəzin əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə etməklə monitorinq aparmaqdır. Belə ki, bu Mərkəzin fəaliyyətə başlaması çox şhəmli hadisədir. Bu bölgəmizdə sülhün və sabitliyin qorunması üçün cox önəmli addımdır. Türkiyə müharibənin ilk günlərindən, cox müsbət davranış göstərmişdir. Bu davranlş sülhə, sabitliyə hesablanmış 
davranış idi. Həm də bizim haqq işimizə dəstək idi. Bu dəstəyi Türkiyənin Prezidenti, müdafiə naziri, xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin sədri və digər rəhbər şəxslərdən gördük. Belə ki, Türkiyə Prezidenti müharibənin ilk dünündən açıqlama verdi ki, biz Azərbaycanın yanındayıq, Azərbaycan tək deyil. Bu bir cox ölkələrə bir mesaj oldu. Yəni sizlər kənarda durun, Azərbaycanin haqq işinə mane olmayın. Qardaş ölkə rəsmilərinin belə dəstəklərlə çıxış etmələri, bizi gücləndirdi və qələbə əzmimizi artırdı.

Salyan Poçt filialının direktoru Əliağa Mustafayev