Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada səfərdədirlər.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva əvvəlcə 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər.

Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə ötən ilin dekabrında “Şuşa” yarımstansiyasının və Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisinə başlanılıb. Yarımstansiya məsafədən idarə olunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulmaqla tam rəqəmsallaşıb. Burada perspektiv inkişaf da nəzərə alınıb. Yarımstansiya və elektrik verilişi xəttinin tikintisinin çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, ən qısa zaman ərzində yekunlaşıb. Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə 73 günə icra olunub ki, bu da nəinki Azərbaycan energetikası, regionun energetika tarixində rekorddur.

Ümumilikdə işğaldan azad olunmuş ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam edir. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda ümumilikdə, 9 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi gedir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq, Suqovuşandakı 2 kiçik su elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri yekunlaşıb. Yaxın vaxtlarda isə Kəlbəcərdə 2 kiçik su elektrik stansiyasının tikinti və bərpasına başlanılacaq.

Aprel ayının 30-da keçirilən buraxılış imtahanlarındakı sualların əvvəlki imtahanlardan qat-qat ağır olmasına dair narazılıqlar qalmaqdadır.İmtahanların yenidən keçirilməsini istəyənlər isə kifayət qədərdir.

Faktinfo.az saytını məlumatlandıran tanınmış təhsil işçisinin bildirdiyinə görə, 15 aprel tarixində keçirilən buraxılış imtahanları istisna olmaqla, digər tarixdə keçirilən imtahanların sualları da çətin olub. Pandemiya ilində dərslərin əyani keçirilmədiyini nəzərə alsaq, çaşdırıcı, düşündürücü, hətta ali məktəb səviyyəsinə uyğun müəyyən sualların buraxılış imtahanlarına salınması təbii olaraq, narazılıqlarla müşayiət olunmasını şərtləndirəcəkdi.

Müsahibimizin fikrincə, ingilis dili fənnindən salınan Listeninglər heç də asand olmayıb.Həmçinin  bəzi bölgələrdə səsin zəif və xırıltılı olması dinləmənin səlist eşidilməməsinə ,aydın başa düşülməməsinə səbəb olub.  Onsuz da bir ildən artıq pandemiya dövründə dərslər onlayn keçirilib, abituriyentlər repetitor yanına sistemli getmədiyindən, xarici dil dinləmələrini normal öyrənə bilməyiblər. Belə olan təqdirdə suallar asan, listening başa düşülən olmalı, xarici dil səslənməsində xırıltı və ya  hər hansı texniki problem yaşanmamalı idi.

Ümid edək, qarşıdakı həftələrdə xarici dil imtahanı verən abituriyentlərin listening səslənməsində texniki problem yaşanmayacaq, səsləndirmə səlist, başa düşülən olub, imtahana normal suallar salınacaq. Bununla hər hansı əlavə müzakirələrə rəvac verilməyəcək.

İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda milli və dini mərasimlər, o cümlədən Ramazan bayramı hər il təntənə ilə qeyd edilir. Orucluğun sınaqlarından alnıaçıq çıxan mömin vətəndaşlarımız Ramazan günlərini qürur hissi ilə yola salır, bayram sevincini məmnunluqla bölüşürlər. Ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün diləklər edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bu əziz bayram günlərində bütün xeyirxah niyyətlərə həmrəy olduğumu bildirir, dualarınızın Tanrı dərgahında qəbul olunmasını diləyirəm. Bu mübarək bayram münasibətilə hər birinizi ürəkdən təbrik edir, ailələrinizə xoşbəxtlik, firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!
AVP -Mətbuat Xidməti Tünzalə İsmayıllı


Heydər Əliyev müstəqil Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib.

Milli.Az bildirir ki, bunu Trend-ə rusiyalı hərbi ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

O qeyd edib ki, Heydər Əliyev sovet vaxtı da SSRİ-nin görkəmli dövlət xadimlərindən olub.

Ekspertin sözlərinə görə, post-sovet dövründə Heydər Əliyev sözün əsl mənasında Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib:

"Əvvəlcə hakimiyyəti ələ keçirmiş Xalq cəbhəsi tamamilə destruktiv siyasət yürütdü və yalnız Heydər Əliyev kimi nəhəng dövlət liderinin hakimiyyətə gəlməsi dövlətçiliyi qorumağa, inkişaf və irəliləyiş yoluna qədəm qoymağa imkan verdi".

İ.Korotçenko vurğulayıb ki, Heydər Əliyev təkcə Azərbaycanda deyil, həm də Rusiyada sevilən ümummilli liderdir və Azərbaycanın bəxti gətirib ki, rəhbərliyə Heydər Əliyev kimi şəxsiyyət gəlib:

"Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev çox layiqli siyasətçidir. Ümumiyyətlə, Azərbaycan post-sovet məkanında ən şanslı ölkədir, çünki buraya bu cür liderlər rəhbərlik edib və etməkdədir. Bu, rifahın, çiçəklənmənin və irəli addımlamağın əsasıdır. Prezident İlham Əliyev öz atasının vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edib, erməni işğalçılar qovulub. Azərbaycanın beynəlxalq zəfəri sözsüz ki, dahi atasının vəsiyyətini yerinə yetirmiş Prezident İlham Əliyevin şəxsiyyəti ilə bağlıdır".

Ekspert əlavə edib ki, məhz Heydər Əliyev bu gün Azərbaycanla Rusiyanı birləşdirən dostluğun əsasını qoyub:

"Biz Heydər Əliyevlə Vladimir Putinin şəxsi təmaslarını yaxşı xatırlayırıq. Biz xatırlayırıq ki, Azərbaycan hər zaman Rusiya üçün etibarlı arxa cəbhə olub, 90-cı illərin sonu - 2000-ci illərin əvvəlində, Şimali Qafqazda mürəkkəb vəziyyət hökm sürərkən Azərbaycan ərazisindən heç bir təhdid mövcud olmayıb. Biz görürük ki, bu gün Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Bu da Azərbaycanın beynəlxalq siyasətinin nüfuzunun göstəricisidir".