Respublikamızın cənub bölgəsində yerləşən Salyan rayonu ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında hər zaman xüsusi rol oynamışdır. Bu gün də bu gözəl ənənə davam etməkdədir. Belə ki, hal-hazırda rayon ərazisində tikinti-quruculuq, abadlıq, səliqə-səhman işləri öz yüksək axarı ilə davam etməkdədir. Ayrı-ayrı qəsəbə və kəndlərdə, rayon mərkəzində aparılan təmir-tikinti, quruculuq, abadlıq işləri  göz oxşayır, rayonun ümumi mənzərəsini daha da gözəlləşdirir.

     Xüsusən qeyd etmək lazımdır ki, qırx dörd gün davam edən və şanlı qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsində Salyan Rayonu  İcra Hakimiyyəti və sakinləri bütün gücü və bacarığı ilə ölkə rəhbərinin yanında oldu. Bu dövrdə hər bir kəs bu qələbədə azacıq da olsa pay sahibi olmaq üçün bir yumruğa döndü. Ön cəbhəyə, o cümlədən döyüşçülərimizin yaxınlarına, ailələrinə maddi və mənəvi dəstək o zamanlarda ən ümdə məqsədə çevrildi.

 Hal-hazırda da bu missiya davam etdirilir.  Belə ki, şəhid ailələri , qazilər , vətən müharibəsi iştirakçıları heç zaman unudulmur, yaddan çıxmır . İcra başçısı Sevindik Hətəmov mütəmadi olaraq şəhid, qazi ailələrinə baş çəkir, onların qayğıları, problemləri ilə yerindəcə maraqlanır. Maddi və mənəvi dəstəyini bir an belə əsirgəmir. Şəhidlərimizin müqəddəs adlarının əbədləşdirilməsi üçün rayon ərazisində bir sıra kompleks tədbirlər həyata keçirilir. Belə ki, rayonun Çuxanlı kəndində birinci və ikinci Qarabağ müharibəsində Şəhid olmuş hərbiçilərimizin əziz xatirəsinə tikilmiş “Xatirə kompleksi”,  Marışlı kəndində ikinci Qarabağ müharibəsində şəhid olmuş Qasımov Nurlan Vadər oğlunun əziz xatirəsinə tikilmiş bulaq,  Salyan şəhərində  şəhid  Salahov Sabir Hikmət oğlunun və  şəhid  Zeynalov Müseyib Saleh oğlunun əziz xatirəsinə tikilmiş bulaqlar bu qəbildən olan işlərin bir qismidir. Müqəddəs amal uğurunda canından keçən, şərəfli tarix yazan vətən övladlarımızın xatirələrinin əbədiləşdirilməsi yolunda işlər hal-hazırda  davam etdirilir və gələcək də davam etdiriləcək.

 26 iyun 2021-ci il tarixində isə rayonda daha bir əlamətdar tədbir keçirilmişdir. Belə ki ,  Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunmuş şəhidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları iştirak etmişdir. Rayon İcra Hakimiyyətində keçirilmiş tədbirdə ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdi.   Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək 44 gün davam edən və şanlı zəfərimizlə başa çatan bu haqq işimizdə xalqımızın həmrəyliyindən   və  ölkə rəhbəri Cənab İlham Əliyevin qətiyyətli mövqeyi, sarsılmaz iradəsi və  strategiyasından ətrafı nitq söylədi.

Salyan  rayonunda sanitar-epidemoloji vəziyyət də daim nəzarətdə saxlanılır.Respublikamızda aparılan vaksinasiya işi rayon ərazisində də sürətlə aparılır. İcra Hakimiyyəti COVİD-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə ölkə ərazisində həyata keçirilən vaksinasiya prosesində vətəndaşları aktiv iştirak etməyə çağırır və bu işə çox ciddi nəzarət edir.

P.S. Göründüyü kimi Salyan rayonunda hər zaman olduğu kimi hal-hazırda da  sosial-iqtisadi vəziyyətin, insanların rifah halının yaxşılaşdırılması yolunda mütərəqqi adımlar atılır. Ölkə rəhbərinin tapşırıq və sərəncamlarını ləyaqətlə yerinə yetirilir.

Lakin bəzi qaragüruh, dırnağarası media nümayəndələri bütün bunları görməzdən gələrək rayon haqqında, İcra başçısı Sevindik Hətəmov haqqında yalan-yalnış, şər-böhtan xarakterli cızma-qaralar yazmaqdan çəkinmir, yorulmurlar. Bütün bunlar verilən əməyə hörmətsizlik olmaqla bərabər peşə etikasına sığmayan ləyaqətsizlikdir. Təəssüf ki, belə qeyri-peşəkarlar hər sahədə olduğu kimi mətbuatda da var.




Müşfiq Kişiyev

Birləşmiş Millətlər Təşkilatı, 30 iyun 1908-ci ildə Sibir ərazisinə məşhur Tunqus asteroidinin düşməsi ilə əlaqədar olaraq, həmin günü Beynəlxalq Asteroid Günü elan edir.

 

Həmin asteroid Dünyaya daxil oldu və 1000 Hirosima bombasına bərabər bir partlama baş verdi, yüzlərcə kilometr ərazi meşə yanğınları ilə əhatələndi. Lakin bu, radioaktiv bir partlama deyil.

 

Daha sonralar həmin bölgədə edilən araşdırmalar nəticəsində ağacların arasında dünyaya aid xüsusiyyətlər daşımayan bəzi zərrəciklər tapıldı. Onların asteroid mənşəli meteoritlər olduğu aşkar edildi.

 

Qədim yunan sözü olan “asteroid” “ulduzabənzər” deməkdir və Günəş sisteminin kiçik cisimlərindən olub, bərk nüvəyə malikdir. XX-ci əsrin ortalarından etibarən Günəş sisteminin xarici sərhədlərində hələ müəyyən oluna bilməmiş çox sayda göy cisminin tapılması qarşıya məqsəd qoyulmuş və var ola biləcək orbit xüsusiyyətlərinə görə bu cisimləri içinə alacaq nəzəri Koyper qurşağı və Oort buludu terminləri təyin olunmuşdur. Praktik səbəblərlə Koyper qurşağı və Oort buludu cisimlərini transneptun obyektlər adlandırırlar. Beləcə, Günəş ətrafında dönən cisimləri ümumi olaraq “planetlər”, “cırtdan planetlər”, “quyruqlu ulduzlar” və “transneptun cisimlər” olaraq qruplaşdırırlar.

 

1980-ci illərdən başlayaraq kəşf edilməyə başlayan asteroidlərin isə Günəş sistemində sayı 10 minlərlədir. Onlar Günəş Sisteminin formalaşması əsnasında ortaya çıxmışdır. Günəş sistemindən təxminən 4,5 milyon il əvvəl isə qaz və toz buludları şəklində mövcud idilər. Asteroidlərin ölçüləri adi planetlərə görə çox-çox kiçikdir və buna görə də onları bəzən kiçik planet adlandırırlar. Lakin planetləri təşkil edən maddələrlə asteroidləri təşkil edənlər eyni deyildir. Bu kiçik planetlər Mars və Yupiter orbitləri arasında eni təxminən 40.000.000 km olan bir asteroid qurşağı və ya halqası əmələ gətirirlər.


Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Ardını oxu...


Bu gün hər bir Azərbaycanlının qürur mənbəyi olan Silahlı Qüvvələrimizin 103 – cü il dönümü tamam olur. Müasir Azərbaycan dövlətinin Milli Ordusu çətin, mürəkkəb və şərəfli yol keçmişdir. 1990-cı illərin əvvələrində erməni təcavüzünə qarşı aparılan ölüm – dirim müharibəsində ilk addımlarını atan silahlı qüvvələrimiz Ulu Öndərimizin hakimiyyəti illərində formalaşmağa başladı və müasir müdafiə sistemimizin ciddi və əsaslı təməli qoyuldu.

Böyük məmnuniyyətlə qeyd etmək olar ki, artıq Azərbaycan Silahlı Qüvəlləri Dünyanın ən güclü orduları içərisində yer alır. Onu da etiraf etmək lazımdır ki, Ölkə prezidenti İlham Əliyevin Müdafiə sisteminin güclənməsinə göstərdiyi böyük diqqət və Müdafiə Nazirliyində apardığı islahatlar əhəmiyyətli nəticələrini verdi və verməkdədi.
Aparılan islahatlar əsgər və zabitlərə böyük qayğı və diqqət, onların vətənpərvərlik ruhunda formalaşmasına xüsusi əhəmiyyətin verilməsi və ordumuzun ən müasir silahlarla təchiz edilməsi silahlı qüvvələrimizin üstün göstəriciləridi.

Bütün bunlar heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsində özünü açıq şəkildə ifadə etdi. Qəhrəman, igid əsgər və zabitlərimiz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 200 ildən başlayaraq üzərimizə gələn və tarixi torpaqlarımızı işğal edərək qondarma Ermənistan dövlətini yaradan dünya ermənilərinə və onları himayə edənlərə tarixin ibrət dərsi verildi. Bütün bunlar Milli Ordumuzun döyüş qabiliyyətinin ciddi göstəricisidir. Bu gün artıq məhz Silahlı Qüvvələrimizin şücaəti və rəşadəti nəticəsində Azərbaycan məğlub xalqdan qalib gəlmiş xalqa çevrildi.

Silahlı Qüvvələrimiz bizim qürur və şərəf mənbəyimizdir. Ali Baş Komandanımız başda olmaqla bütün Silahlı Qüvvələrimizin əməkdaşlarını, generalları, zabitləri, əsgərləri 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması münasibətilə təbrik edir, onlara möhkəm can sağlığı, şərəfli və çətin fəaliyyətlərində uğurlar diləyirəm. İnanıram ki, bundan sonra da Milli Ordumuz onun qarşısında qoyulan vəzifələri çox böyük uğurla yerinə yetirəcək, Azərbaycanımızın müstəqilliyinin, suverenliyinin, təhlükəsizliyinin təmin olunmasında yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirəcəkdir.

Bayramınız mübarək dəyərli əsgər və zabitlərimiz!

Fəzail Ağamalı,

Milli Məclisin deputatı,

Ana Vətən Partiyasının sədri.

26 İyun 2021 – ci il

“5 nömrəli Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxs İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar olaraq 01 aprel 2021-ci il tarixdən Bakı şəhəri üzrə əhaliyə tibbi xidmət göstərməyə başlamışdır.

Layihə çərçivəsində Nərimanov tibb mərkəzinin(5 nömrəli Şəhər Klinik Xəstəxanası) fəaliyyətinin əhalinin gözlədiyi tələblərə cavab verə bldiyini öyrənmək və sorgu keçirmək üçün həmin tibb mərkəzində olduq.Nərimanov tibb mərkəzinin həyətinə daxil olarkən dəyişikliklərin olduğunu elə ilk baxışdan hiss etdik.Tibb mərkəzinin həyəti əvvəlkindən fərqli olaraq abadlaşdırılmış,yer örtüyü asfaltlanmışdır.Tibb mərkəzinin həyətində gözləyən xəstə və onların yaxınları arasında apardığımız sorguya əsasən deyə bilərik ki, İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar olaraq Nərimanov tibb mərkəzinin hazırki,fəaliyyəti yüksək qiymətləndirilir.Nəzərə alsaq ki, layihə çərçivəsində Nərimanov tibb mərkəzi Bakı şəhəri üzrə Nizami,Xətai və Nərimanov rayonu üzrə əhaliyə tibbi xidmət göstərir bu zaman tibb mərkəzinin həddən artıq iş yükünün artıdığı diqqətdən yayınmır.Tibb mərkəzinə ilk girişdən gülərüz personalın sizi qarşılamağı və aidiyyatı üzrə yönlədirməyi hərbir xəstə və onun yaxını üçün müsbət motivasiya yaradır.Tibb mərkəzində bir neçə palatanı ziyarət edərkən orda yatan xəstələrin tibb mərkəzinin fəaliyyətindən və İcbari Tibbi Sığortanın tətbiqindən razı qaldıqlarının şahidi oldum.Dövlətin səhiyyə sistemində yaratdığı İcbari Tibbi Sığortanın tətbiqi hər kəs üçün əlçatan olması bir vətəndaş kimi məni sevindirdi.Tibb mərkəzi ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış tibbi yardımın tətbiqi sahəsində keyfiyyətli xidməti ilə əhalinin xidmətində olduğu bir daha təsdiqini tapmışdır.Nərimanov tibb mərkəzinin İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar olaraq layihə şərçivəsində özünü doğrultduğu vətəndaş sorğusuna əsasən təsdiqini tapmışdır.

Mövzunu davam etdirəcəyik.

Zaur Sarıyev


Respublikamızın iri sənaye və kənd təsərrüfatı rayonlarından biri olan Abşeron ölkəmizin sosial-iqtisadi , ictimai-siyasi, mədəni həyatında hər zaman xüsusi rol oynamışdır.

Ardını oxu...


15 İyun-Milli Qurtuluş Günüdür

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə başlanğıcı qoyulan əbədi müstəqillik yolumuz tarixə Zəfər Günümüzü yazdı

15 iyun 1993-cü il Milli Qurtuluş Günündən 28 il ötür. 28 il zaman baxımından böyük olmasa da, uğurların zənginliyi ilə bir əsrə bərabər yol kimi dəyərləndirilir. Hər bir önəmli hadisə, bayram tədbiri daim keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur. Bu il Milli Qurtuluş Gününü fərqli şəkildə böyük sevinclə qeyd edirik. Tariximizə yazılan Zəfər günümüz 28 ilin ümumiləşdirilmiş ifadəsidir.

Reallıq budur ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və bu bunun yaratdığı Milli Qurtuluş baş tutmasaydı biz tamamilə fərqli Azərbaycanda yaşamağa məcbur olardıq. O Azərbaycan təbii ki, bugünkü uğurlu inkişaf yolunda inamla irəliləyən Azərbaycandan fərqli olacaqdı. Ona Milli Qurtuluş Günündə iki mühüm məqama diqqət yönəldilir. Biri Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsidirsə, ikincisi ulu öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və bu qayıdışın Azərbaycanın qarşısında açdığı imkanlardır.

Milli Qurtuluş Günü tariximizin ən parlaq səhifəsi kimi qeyd olunur. Bu, onunla bağlıdır ki, insanlar öz həyat tərzlərinin bugünkü səviyyəsini, Azərbaycanın davamlı uğurlarını və gələcək perspektivlərini qurtuluşla və ulu öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı ilə əlaqələndirirlər. Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı durum hər kəsin yaddaşındadır. Bütün sahələrdə böhran, xaos, anarxiya hökm sürurdü. Xalqın sabaha ümidi yox idi. Yaşananlar insanları narahat edirdi. Eyni zamanda, gələcəklə bağlı qaranlıq təsəvvürlər var idi. İnsanlar həm öz ailələrinin, həm də ölkənin gələcəyini dumanlı görürdülər. Bütün bunların hamısı ulu öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışını şərtləndirdi və reallığa çevirdi. Heydər Əliyevin qayıdışı ilə Milli Qurtuluş Günü başladı. Azərbaycanda problemlər ulu öndər Heydər Əliyevin qətiyyəti və yüksək idarəçiliyi sayəsində öz həllini tapmağa başladı. Ölkədə sistemli iqtisadi islahatlar həyata keçirildi. Azərbaycanın taleyində əhəmiyyətli rol oynayan neft strategiyası işlənib hazırlandı. Bu da öz növbəsində həm insanların, həm də ölkəmizin iqtisadi inkişafına böyük töhfələr vermiş oldu. Ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Beləliklə, insanları narahat edən problemlərin əksəriyyəti öz həllini tapdı. Eyni zamanda, Azərbaycanın gələcək inkişafı üçün fundamental əsaslar yaradıldı. Bu fundamental əsaslar bu gün də ölkəmizin inkişafına öz müsbət təsirini göstərməkdədir.

Qurtuluş Azərbaycanın siyasi mənzərəsini dəyişən və müəyyən çərçivəyə sığan hadisə kimi dəyərləndirilməkdədir. Qurtuluş bu gün də davam edir. Qurtuluşdan başlanan tarixi yol uğurludur. Azərbaycanın bugünkü inkişafı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də Qurtuluşdan başlayır, ondan güc alır.

Qurtuluşun tarixindən və ölkəmizin həyatında rolundan bəhs edərkən gözümüz önündə olan reallıqlarımıza diqqət yetirmək gərəkdir. Azərbaycanın inkişafı, davamlı iqtisadi islahatları təqdir olunur. Son 17 ildən artıq dövrdə ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb. Bu statistika dünya tarixində Azərbaycan dövlətinin nümunəviliyini bir daha təsdiqləyir. Ölkə iqtisadiyyatının bu şəkildə artımı insanların sosial müdafiəsinin gücləndirilməsi üçün etibarlı baza yaradır. Maaşlar, pensiyalar artırılır. Dövlətimizin başçısı İlham Əliyev hər zaman çıxışlarında həyata keçirilən siyasətin təməlində vətəndaş amilinin dayandığını önə çəkərək, iqtisadi göstəricilərin insanların gündəlik həyatında öz əksini tapmasının vacibliyini bildirir. Əhalinin bugünkü sosial durumunu müstəqilliyimizin ilk illərindəki durumla müqayisə etdikdə hazırkı inkişafa nail olmaq üçün hansı addımların atıldığını daha aydın şəkildə görürük. Qurtuluş Azərbaycanın tarixində böyük inkişaf mərhələsinin əsası kimi qeyd edilir. Ölkəmizin gələcək inkişafı üçün möhkəm baza yaradıldığı inkaredilməzdir.

Azərbaycan son 18 ilə yaxın dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır. Qurtuluşun yaratdığı imkanlardan istifadə edərək Azərbaycanın qısa müddətdə köklü şəkildə dəyişdirilməsinə nail olunub. İqtisadiyyatda, infrastukturda çox ciddi dəyişikliklər baş verib. Azərbaycan elə bir ölkəyə çevrilib ki, öz inkişafını davamlı etmək üçün yeni-yeni hədəfləri müəyyənləşdirir və onlara çatmaq üçün icra mexanizmi ortaya qoyur. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin əsas səbəbləri iqtisadiyyatı daha da inkişaf etdirmək, insanların yüksək rifah şəraitində yaşamasını təmin etmək, bütün bu istəklərə nail olmaq üçün zəruri olan addımları atmaqdır. Azərbaycan neft strategiyasını həyata keçirməklə bugünkü davamlı uğurlara imza atıb. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizin qarşısında böyük imkanlar açıb. Enerji sektorunda uğurların davamlılığının təmin edilməsi ilə yanaşı, son 17 ildən artıq dövrdə qeyri-neft sektorunun da inkişafı prioritetliyi ilə diqqət çəkir. Cənab İlham Əliyevin «Neft kapitalını insan kapitalına çevirək» tezisinə uyğun olaraq regionların malik olduğu resurslardan səmərəli istifadə etmək üçün Dövlət proqramları təsdiqlənir və uğurla icra edilir. 2003-cü ildən bu günədək 3 Dövlət Proqramının icrası başa çatıb, dördüncü sənədin icrası davam edir. Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən və uğurla icra edilən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında əksini tapan əsas hədəflər Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevrilmək, 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq idi ki, bugünümüzün reallıqları bu hədəflərə nail olduğumuzu təsdiqləyir. Baxmayaraq ki, dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə aparır, bu müddətdə iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi, heç bir sosial layihənin təxirə salınmaması qarşıya mühüm vəzifə kimi qoyularaq bu istiqamətdə mühüm addımlar atıldı və nəticə göz önündədir. Həyat dəyişdikcə, dövrün yeni tələbləri ortaya qoyulduqca yeni hədəflərə də yol açır ki, bunlar da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını sürətləndirir. Bu uğurlar fonunda böyük inamla qeyd edirik ki, Qurtuluş heç zaman sönməyən bir enerjidir, uzun illər Azərbaycan dövlətinin, xalqının inkişafına xidmət edəcək. 

Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasının da uğurlarımızda öz payı vardır. Xalqa, dövlətə xidməti fəaliyyətinin ana xətti kimi qəbul edən Yeni Azərbaycan Partiyası yeni hədəflərin gerçəkləşməsi istiqamətində mühüm addımlar atır. Partiyanın hər bir üzvü ölkənin inkişafına öz töhfələrini verməyə çalışır. Azərbaycan tarixində qürurverici hadisələrdən biri məhz Yeni Azərbaycan Partiyasının yaradılması, gücünün günbəgün artması və ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli və özünəməxsus yer tutmasıdır. Gələn il Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam olacaq. 30 illik zaman partiyanın keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaratmaqla yanaşı, Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə verdiyi töhfələrin açıqlanması üçün bir daha geniş imkan yaranacaq. YAP-ın üzvlərinin sayı 760 minə yaxındır. Bu böyük ordudur. Bu ordunun silahı Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin həyata keçirdiyi təkmil islahatlar, uğurlu siyasətdir. Qurtuluşun müəyyənləşdirdiyi yeniləşmə, müasirləşmə həyata keçirilən siyasətin əsasında dayanır. Azərbaycan hazırda bütün sahələrdə inkişaf dövrünü yaşayır. Bu inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısı İlham Əliyev biri-birindən əhəmiyyətli Fərman və sərəncamlar imzalayır, Dövlət proqramlarını təsdiqləyir.

Qurtuluş Azərbaycanın bugünkü reallıqlarıdır. Azərbaycan sabit, demokratik dəyərlərə hörmətlə yanaşan və bu yolda inamla irəliləyən, dayanıqlı iqtisadi inkişafa malik olan, beynəlxalq münasibətlər sistemində əhəmiyyətli yer tutan ölkə kimi nüfuz qazanıb. Son 18 ilə yaxın dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etmişdir. Son 18 ilin uğurları bu vədin konkret əməli işdə öz təsdiqini tapmasının göstəricisidir. Bu gün Azərbaycanın hər bir bölgəsi, kəndi, qəsəbəsi sürətlə inkişaf edir. Rayonlar arasında sağlam rəqabət ölkənin hərtərəfli inkişafı üçün stimuldur.

Qurtuluş bugünkü Azərbaycan gəncliyidir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirdi. Bu gün Azərbaycan gəncinin səsi yüksəklərdə eşidilir, imzalanan Dövlət proqramları onların hərtərəfli inkişafını təmin edir. Gənclərimiz ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşir, gələcəyə böyük inamla addımlayırlar.

Tarixi Zəfərimiz Azərbaycan gəncinin torpaq, Vətən sevgisini bir daha ortaya qoydu. Bu gün, Milli Qurtuluş Günündə böyük fəxrlə bəhs etdiyimiz tarixi Qələbəmiz Azərbaycanın 1993-cü ildən başlanan inkişaf yolunun zirvəsidir. Son 18 ildə yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün zəruri olan imkanlar yaradıldı. Azərbaycan bütün sahələrdə gücləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan «Qarabağ Azərbaycandır və nida işarəsi» bəyan etdi və bunu qətiyyətli mövqeyi ilə reallığa çevirdi. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun dünyanın ən güclü, xalqımızın yenilməz, məğrur xalq, Prezident İlham Əliyevin qalib Lider olduğunu bir daha dünyaya nümayiş etdirdi. 28 ildən sonra Qarabağımızın tacı, mədəniyyət paytaxtımız Şuşada Novruz tonqalları yandırıldı, «Xarıbülbül» musiqi festivalı keçirildi və ənənə bərpa edildi. Bundan böyük xoşbəxtlik varmı?! Milli Qurtuluş Gününü ərazi bötövlüyümüzün təmin olunması, torpaqlarımızın tarixi sahiblərinə qayıtması sevinci ilə qeyd etdiyimiz üçün qürurluyuq.

Zəfərin mübarək, Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı! Milli Qurtuluş Günündən başlanan yolun Zəfəri ilə inamla irəli! Qarabağımız cənnətməkana çevriləcək, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» uğurlarımız üçün yol xəritəsi olacaq, Azərbaycan daha möhtəşəm hadisələrlə dünyanı heyrətləndirəcək. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan bu gün Vətən müharibəsinin yaratdığı yeni reallıqlar fonunda diktə edən tərəf kimi çıxış edir, regionda və dünyada söz sahibi kimi mövqeyini möhkəmləndirir.

Ruslan Həmidov

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktoru