![]() |
![]() |
17 Oktyabr” nəinki füzulililərin xatirəsində,
Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır
Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuşdur. Rayon mərkəzi Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir. 1959-cu ildə böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibəti ilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılmışdır.
Füzuli bölgəsində teatr 1913–1914-cü illərdə yaranmışdır. 1989-cu il 4 avqustdan Füzuli Dövlət Dram Teatrı kimi fəaliyyət göstərir. M.F.Axundzadənin "Hacı Qara", İ.Əfəndiyevin "Unuda bilmirəm", C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatı", S.S. Axundovun "Eşq və İntiqam", C.Cabbarlının"Aydın", "Almaz" teatrın uğurlu tamaşalarındandır. Rayon ərazisində hərbi əməliyatlar getdiyi vaxt teatr dəfələrlə cəbhə bölgələrində çıxışlar etmişdir. Rayon ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan 2003-ci ilə qədər Füzuli teatrı Sumqayıt şəhərində fəaliyyət göstərmişdir. 2003-cü ilin noyabr ayından teatr yenidən Füzuli rayonu ərazisində fəaliyyət göstərir. Hazırda Füzuli teatrı Horadiz şəhər mədəniyyət evində fəaliyyət göstərir. Həmçinin, Füzuli rayonunda 12 musiqi məktəbi fəaliyyət göstərir.
Bəli, bu gözəl diyar bədxah qonşularımız tərəfindən işğala və onların vandalizminə məruz qaldı. 23 vqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olundu.
Otuz il ərzində Füzuli o vəhşilərin əlində qaldı, yırtıcı heyvanların, çaqqalların istismarına məruz qaldı. Bütün binalar, dini abidələrimiz sökülmüş, hər şey talan edilmişdir. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir.
Füzuli rayonu qədim tarixi dövrdən tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə Qiyas əd-Din məscidi yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır. Bütün bu abidələr, mədəniyyətimizin bir hissəsi olan tarixi irsimiz düşmən əlində əsir qalmış, zərər görmüşdür.
Ölkəmiz işğal olunmuş torpaqlarının azad olunması uğrunda 2020-ci ilin sentyabrın 27-də əks-hücuma başladı və 44 gün davam edən Vətən Müharibəsində Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirdi. Ali Baş Komandan hər gün xalqla televiziya vasitəsi ilə əlaqə saxlayır, döyüşün gedişatı ilə bağlı məlumatlar verirdi və bu çıxışlarının birində biz bu sözləri eşitdik: “Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!
Bu, necə xoş xəbərdir. Bu gün tarixi bir gündür. “17 Oktyabr” nəinki füzulililərin xatirəsində, bütövlükdə Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. Bu gün biz hamımız xalqımızın, dövlətimizin ən parlaq səhifəsini birlikdə yazdıq. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında çoxlu kitablar yazılacaq, filmlər çəkiləcəkdir.
Biz bir azərbaycanlı olaraq xoşbəxtik. Xoşbəxtik ki, bizə bu qələbəni yaşamaq qismət oldu. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz, əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib.
Ordumuz döyüş meydanında gücümüzü göstərdi, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır.
Biz bu döyüşdə haqq yolunda idik, ədalət yolunda idik. Biz öz torpağımızda vuruşduq, öz torpağımızda şəhidlər verdik. Bizim savaşımız müqəddəs savaşdır!
Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bildi. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu şərəfli qələbəni yaşadım. Bir ziyalı kimi bütün fəaliyyətlərimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməyəcəyəm.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 25 min 167 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidentiİlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna səfər etdilər. Səfər zamanı cənab Prezident Füzuli şəhərində Azərbaycanın Dövlət Bayrağını qaldırdı. İndi azadlığına qovuşan ata-baba yurdlarımızda azan səsi ucalır, şanlı üçrəngli bayrağımız dalğalanır. Bu, “Böyük Qayıdış” dır.
“Vətən” müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi. Bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra da Azərbaycan qalib dövlət kimi inkişaf edəcəkdir. Azərbaycan xalqı müzəffər xalq kimi qürur hissi ilə yaşayacaqdır. Bütün Qarabağ torpağımız dirçələcək, cənnətə çevriləcəkdir. Erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır.
Gülər Hüseynova,
Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Füzuli rayonunda səfərdə olublar.
Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub.
Bu şəxsiyyət haqqında dəfələrlə yazmışam , onun əməllərini , gördüyü xeyirxah işləri işıqlandırmışam. Lakin nə qədər yazsam , onun haqqında hansı gözəl fikirləri , bəlağətli ifagələri işlətsəm belə, onun etdikləri yanında çox zəif qalacaq.Söhbət ADAU-nun rektoru , AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovdan gedir. Bəli , əsl pedaqoq , əsl ziyalı , yüksək səriştəyə və liderlik qabiliyyyətinə malik rəhbər , tələbələrin həqiqi dostu , yüksək mənəvi və əxlaqi keyfiyyətləri özündə birləşdirən şəxsiyyət İbrahim Cəfərovdan !
Bu gün ADAU – nun ildən -ilə artan nüfuzu ,bu təhsil ocağına artan tələbat adının dünyanın bir sıra yüksək səviyyəli elm ocaqları , ali məktəblərlə bir sırada çəkilməsi birbaşa İbrahim müəllimin gərgin əməyinin , yüksək peşəkarlığının nəticəsidir.Həssas münasibətin , böyük səmimiyyətin , qayğı və diqqətin hökm sürdüyü bu elm ocağının yaradıcısıdır , İbrahim müəllim.
Sabah – 5 Oktyabr Müəllimlər günü
Salyan rayonunda şəhidlərimizin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir. Son günlərdə həyata keçirilən belə tədbirlərdən biri də mayor Balıyev Hüseynağa Salman oğlunun əziz xatirəsinə tikilmiş bulağın açılışı olmuşdur. Bulağın açılışında əbədiyaşar general-mayor Polad Həşimovun qardaşı İlham Həşimov, Vətən Müharibəsi qəhrəmanları Səfər Qurbanov, Vüsal Yaqubov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Açılış mərasimində çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən söz açmış və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Sonda şəhidin məzarı ziyarət olunmuşdur .
İlham Həşimov həm açılışdakı çıxışında, həm informasiya kanallarına verdiyi müsahibəsində Salyan rayonunda şəhidlərə verilən böyük qiymət və dəyərdən minnətdarlıqla söz açdı. Bildirdi ki, Salyan rayonu şəhidlərə göstərilən qayğı və diqqətə görə bütün respublikada örnək nümunəsidir. Bir çox yerlərdə biganəlik, unutqanlıq hökm sürdüyü halda Salyan rayonunda şəhidlər baş tacımız oldu və belə də davam etməkdədir. +
Əlbəttə , şəhid əzizlərindən belə fikirlər eşitmək qürurvericidir və reallığı əks etdirir. Həqiqətən də, şəhidlərin xatirəsini əbədiləşdirmək, qazilərə, qazi və şəhid ailələrinə qayğı və diqqət İcra başçısı Sevindik Hətəmov və onun komandasının ən ali məqsədi ən başlıca vəzifəsidir-desək heç də yanılmarıq. Belə ki, şəhidlərlə bağlı elə bir yığıncaq, elə bir toplantı olmaz ki, Sevindik müəllimin iştirakı olmadan baş tutsun. O, hər zaman onların yanındadır , maddi və mənəvi dəstəyini heç zaman əksik etmir. Necə ki, şəhidlərimiz və qazilərimiz öz vəzifələrinin öhdəsindən şərəf və ləyaqətlə gəlmişlər. İcra başçısı Sevindik müəllim də öz vəzifəsinin öhdəsindən şərəf və ləyaqətlə gəlir.
Tanrı Sizi qorusun , İşiniz avand olsun . Hər zaman belə örnək nümunəsi olasınız. İnşallah..
Müşfiq Kişiyev
Azərbaycan hər zəman sülh tərəfdarı olmuş bir ölkə olaraq təhlükəsizliyin və sabitliyin tərəfdarıdır
Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında “Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq” deyən cənab Prezidentin vurğuladığı kimi, “Bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır”.
Ölkənin qüdrətli müdafiə qabiliyyətinin mövcudluğu ilə yanaşi cənab Prezidentin apardiği hərbi-siyasi gedişlər də xalqin, dövlətin və ən əsasi da vətənin mənafeyi baximindan çox qiymətli və dəyərli töhfələr vermişdir. Belə ki, cənab Prezident vurğulamışdır ki, “10 noyabrda Ermənistanın imzaladığı kapitulyasiya aktı bizə imkan verdi ki, minlərlə gəncin həyatını qoruyaq. Çünki əgər Ermənistan kapitulyasiya aktını imzalamasaydı və müharibə davam etsəydi, təbii ki, biz dayanmayacaqdıq. Çünki mən müharibə dövründə dəfələrlə demişəm ki, biz dayanmağa hazırıq. Müharibənin ilk günlərində demişəm, qoy, Ermənistan rəhbəri bizə tarix versin, onlar bizim torpaqlarımızdan nə vaxt çıxırlar, biz müharibəni dayandırmağa hazırıq. Biz müharibə istəmirik. Ancaq onlar bizə o vaxt tarix verdilər ki, artıq biz Şuşanı geri götürdük və 300-dən çox yaşayış məntəqəsini azad etdik. Amma əgər noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktı imzalanmasaydı, biz dayanmayacaqdıq”.
Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində 44 günlük Vətən müharibəsi, ikinci Qarabağ müharibəsi öyrənilir. Bu həm mətbuatda izlənilir, eyni zamanda, bununla bağlı ölkəmizə bir çox yerlərdən müraciətlər daxil olur, təcrübəmizi öyrənmək istəyən tərəfdaş ölkələr müraciət edirlər. Bu müharibədəki Qələbə ilə Azərbaycan qüdrətli orduya malik güclü dövlət olduğunu əyani şəkildə nümayiş etdirdi.
Cənubi Qafqazın siyasi simasını və geosiyasi mozaikasını əsaslı şəkildə dəyişən 44 günlük müharibə Azərbaycanın uzun illərdən bəri məqsədyönlü şəkildə davam etdirdiyi diplomatik, hərbi və siyasi tədbirlərin və hazırlığın nəticəsi idi. Məlum olduğu kimi, müharibə dövründə düzgün informasiya siyasəti böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət həm hərb meydanında, həm də informasiya cəbhəsindəki üstünlüklərimizi təmin etdi. Dünyanın ən məşhur televiziya kanalları olan "CNN", "Əl-Cəzirə", "Euronews", "CNN-Türk", "Rossiya1", Türkiyənin "TRT Haber", Rusiyanın Birinci kanalına, eləcə də Avropa və Asiya ölkələrinin məşhur kanallarına verilən informasiyalarda Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və uzun illərdən bəri işğal altında olan torpaqlarımızda törədilən vandalizm aktları, tarixi mədəniyyət abidələrinin məhv edilməsi, həmin ərazilərdə qeyri-qanuni köçürlümə siyasətinin həyata keçirilməsi, 27 sentyabrdan başlayaraq isə Ermənistanın mülki əhalimizə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması konkret fakt və sənədlərlə dünya birliyinin diqqətinə çatdırılırdı. Qətiyyətli siyasi iradə nümayiş etdirən ölkə başçımızın hərbi əməliyyatların getdiyi 44 gün ərzində xarici informasiya kanallarına verdiyi 30-a yaxın müsahibələrinin hər birində münaqişənin əsl mahiyyətini, problemə dünyanın ikili standartlar əsasında yanaşmasının fəsadlarını, Ermənistanın işğalçılıq və faşist siyasətinin mahiyyətini açıb göstərir, jurnalistlərin dəfələrlə səsləndirdiyi ittiham dolu, qərəzli, Ermənistana dəstəkdən irəli gələn suallarını təmkinlə cavablandıraraq onları həqiqətə obyektiv qiymət verməyə çağırırdı.
Ölkə başçısının qeyd etdiyi kimi, sözsüz ki, Azərbaycan hər zəman sülh tərəfdarı olmuş bir ölkə olaraq təhlükəsizliyin və sabitliyin tərəfdarıdır. Azərbaycan danışıqlara və istənilən yüksək səviyyəli təmaslara hər zaman hazır olduğunu bildirib. Hər yeni təmas açıq qalmış sualların cavablandırılması üçün fürsətdir. Aparılan hər bir yeni danışıq regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Azərbaycanın mövqeyi çox aydındır. Münaqişə artıq həll olunub, keçmişə qayıdış olmamalıdır və revanşizm yolverilməzdir. Gələcək haqqında, sülh haqqında, regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında isə fəal danışıqlar aparılmalıdır.
Sevda Quliyeva,
Salyan Qadın Resurs Mərkəzinin direktoru
Öz həllini tapmış münaqişə ilə bağlı siyasi
manipulyasiyalar yolverilməzdir
Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrləri nəinki işğal dövründə, eyni zamanda, Vətən müharibəsi və postmünaqişə vaxtlarında da Ermənistana dəstəklərini açıq-aşkar büruzə verirlər. Ölkə Prezidenti cənab İlham Əliyev İkinci Qarabağ savaşının davam etdiyi 44 gündə, eyni zamanda, hazırda xarici mətbuata müsahibələrində yüksək intellekt, diplomatik məharət nümayiş etdirərək reallıqları əsaslı şəkildə diqqətə çatdırır. Dövlətimizin başçısı Müzəffər Ali Baş Komandan kimi həm hərb meydanında öz sözünü dedi, həm də siyasi lider kimi informasiya cəbhəsində ölkəmizin mövqeyini qətiyyətlə müdafiə edərək haqq səsimizi bütün dünyaya çatdırdı və bu gün də bu siyasət uğurla davam etdirilməkdədir.
Prezident İlham Əliyevin sentyabrın 28-də Fransanın “France-24” televiziya kanalına müsahibəsində səsləndirdiyi bəyanatlarda, ATƏT-in Minsk qrupunun həmsədrlərindən hazırkı gözləntilərimizlə bağlı fikirlərində, jurnalistin «Siz Fransanı dürüst vasitəçi hesab edirsiniz” sualına cavabında səsləndirdiyi fikirlərində bütün hallarda dünya güclərindən ədalətə, beynəlxalq hüquqa əsaslanmaları xüsusi yer alır. “Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı” söyləyən dövlət başçısı Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından, onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərsiz olmadığımızı xüsusi qeyd edib. Bu məqam bir daha diqqətə çatdırılıb ki, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Çünki yenə Ermənistana dəstək özünü qabarıq şəkildə büruzə verdi. Fransa bitərəf deyil, birtərəfli mövqeyi ilə açıq-aşkar erməni sevgisini nümayiş etdirdi. Azərbaycan bununla bağlı öz narahatlığını ifadə etmişdir.
Bu gün Azərbaycan dövləti balanslaşdırılmış xarici siyasət yürüdür. Artıq keçmişlə yaşamaq deyil, gələcəyə baxmaq bugünümüzün əsas çağırışıdır. Hazırda gündəmdə olan sülh təklifinin reallığa çevrilməsində Fransa ilə yanaşı, digər həmsədrlərin də səy göstərmələri tələb edilir. Düşünürük ki, dövlət başçısı İlham Əliyevin Fransanın öz telekanalı vasitəsilə fransız auditoriyasına çatdırdığı mesajlar növbəti mərhələlərdə müsbət nəticəsini verəcək. Burada əsas məsələ Minsk qrupunun həmsədrlərinin fəaliyyətlərində dönüş yaratmaları, 30 illik işğal dövründə ədaləti arxa plana keçirib maraqları öndə saxlamalarına son qoymalarıdır.
Fransa televiziyasına müsahibəsində ölkə Prezidenti İlham Əliyev diplomatik şəkildə, təmkinlə jurnalistin tarixi bilmədən, Ermənistana olan sevgisindən irəli gələn suallarını cavablandıraraq bir daha fransız auditoriyasına həqiqətləri çatdırdı. Bəyanatlarda ərazi iddiası deyil, tarixi həqiqətlər öz əksini tapır. Müsahibədə dövlət başçısının ifadə etdiyi hər bir cümlə özündə bir tarixi, həqiqəti əks etdirir.
Şahmar Sadıqov,
Salyan rayon Aşağı Noxudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Azərbaycan heç vaxt öz qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməyib
Məlum olduğu kimi, bu il sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibə verib. Müsahibə zamanı dövlətimizin başçısı Qarabağda baş verən mühüm proseslər, regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı həm Ermənistana, həm də Qərb dövlətlərinə ciddi mesajlar vermişdir.
Cənubi Qafqazda maraqları olan və aşkar surətdə işğalçı Ermənistanı himayə edən güclər Azərbaycan dövlətinin prinsipial və ədalətli mövqeyi ilə hesablaşmalı olacaqlar. Çünki rəsmi Bakı regionda süni surətdə yaradılmış bütün problemləri beynəlxalq hüquq və normalara uyğun olaraq həll etməyə çalışır və bu istiqamətdə ardıcıl və qətiyyətli addımlar atır. Hər şey göz qabağındadır, ağa qara demək mümkün deyil.
Bütün dünyaya bəllidir ki, İkinci Qarabağ müharibəsi işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlanılıb və öz ərazi bütövlüyünü müdafiə və bərpa edən Azərbaycanın tam qələbəsi ilə başa çatıb. Qalib ölkəmiz bu gün qarşı tərəfə ədalətli sülh təklif edir. Rəsmi İrəvan isə min bir bəhanə ilə sülh danışıqlarından imtina edir.
Təəssüf ki, Ermənistandakı və Qərbdəki bir sıra qüvvələr regionda sabitliyin bərqərar olunmasına mane olmağa çalışırlar. Rəsmi İrəvan İkinci Qarabağ müharibəsindən lazımi nəticələr çıxara bilmədiyindən, hələ də Azərbaycan ərazilərinə iddialıdır. Ermənistan yenə də kimlərə isə güvənir. Ümid edir ki, ona yenə də arxa duranlar tapılacaq. Bu, əlbəttə səhv yoldur.
Tarixə nəzər salsaq görərik ki, böyük güclər, həqiqətən, Azərbaycana qarşı zaman-zaman ədalətsiz qərarlar qəbul ediblər. Məsələn, 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq, onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib və bu qərar icra olunub. Azərbaycan iqtidarı tarixi torpaqlarımız haqqında danışarkən heç də yeni ərazi iddialarından bəhs etmir.
Bununla yanaşı, hər bir ölkə kimi, Azərbaycan xalqı, ölkəmizin gənc nəsli qədim tariximizi bilməli, keçmişdə hansı ərazilərdə yaşadığımızdan xəbərdar olmalıdırlar. Onlar oralara necə qayıtmalı olduqlarını da bilməlidirlər. Prezident İlham Əliyev bu barədə danışarkən demişdir: “Əminəm ki, biz oralara qayıdacağıq. Mən artıq bunu demişdim ki, biz ora tanklarla deyil, piyada, avtomaşın və təyyarələrlə gedəcəyik. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, niyə də biz geri qayıtmayaq? Bu, bizim legitim hüququmuzdur”.
Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək istəmir. Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” Azərbaycana məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Belə yanaşma əslində beynəlxalq hüquqa hörmətsizlikdir. Bu həqiqəti Ermənistanı dəstəkləyən qüvvələr başa düşməlidirlər.
Dövlətimizin başçısı sözügedən müsahibədə bir daha vurğulayıb ki, Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməlidir. Yalnız bu zaman Azərbaycan dövləti qarşı tərəfə qarşı adekvat münasibət bəsləyəcək.
İlkin Kərimov
YAP Salyan rayon ərazi partiya təşkilatının sədri
Sülh və regionun inkişafı naminə Azərbaycan
danışıqların aparılmasına hazırdır
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə regionda yeni reallıq yaradıb. Artıq hər kəs görür və qəbul edir ki, Azərbaycanın razılığı və iştirakı olmadan regionda hər hansısa bir layihəni reallaşdırmaq mümkün deyil. Digər tərəfdən uzun illərdir qlobal əhəmiyyətli layihələri uğurla icra edən ölkəmizin beynəlxalq arenada qazandığı etibarlı tərəfdaş imici daha da möhkəmlənib. Artıq müxtəlif dövlətlər, beynəlxalq və regional təşkilatlar heç bir tərəddüd etmədən Azərbaycan ilə əməkdaşlığa can atır.
Digər tərəfdən müharibədən sonra kommunikasiyaların açılması regionda yeni əməkdaşlıq üçün imkanlar yaradır. Artıq bütün dünya qəbul edir ki, Azərbaycan ədaləti bərpa edib, beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək işğal olunmuş torpaqları düşməndən təmizləyib. Hər kəs bilir ki, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir.
Lakin Ermənistan tərəfindən səsləndirilən fikirlər bu ölkənin sülh tərəfdarı olmadığından xəbər verir. Anlamırlar ki, Ermənistan nə qədər tez öz çirkin niyyətindən əl çəkib Azərbaycanın təklif etdiyi regional əməkdaşlıqdan faydalansa, bir o qədər də tez bir zamanda acınacaqlı vəziyyətdən qurtulacaq.
Azərbaycan dövlətinin heç zaman kimsənin torpağında gözü olmayıb, heç zaman müharibə arzulamayıb. Azərbaycanın yeganə istəyi, tələbi işğal olunmuş torpaqların azad edilməsi olub. 30 ilə yaxın aparılan danışıqlar səmərəsiz olduğu və artıq Ermənistan növbəti dəfə azğınlaşdığı üçün 2020-ci ilin sentyabrın 27-də əks hücuma keçdik, qısa müddətdə işğal altında olan torpaqlarımızı azad etdik.
Bizi indi yalnız bölgədə sülh, əmin-amanlıq maraqlandırır və bunun daha sürətli olması üçün bütün normal təkliflərə, barışa, kommunikasiyaların açılmasına, əməkdaşlığa, dinc yaşayışa istiqamətlənən vasitəçilik missiyalarına müsbət yanaşırıq.
Ermənistan müharibədə məğlub olub, 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atsa da, bu darmadağın olmuş ölkə hələ də reallıqlar çərçivəsində davranmağı prioritet hesab etməkdə acizdir. Ya hansısa xarici dairələrin təsiri ilə adekvat davranmırlar, ya da Ermənistanın siyasi rəhbərliyi, o cümlədən bəzi siyasi dairələr xəstə təfəkkürdən, qeyri-sağlam, çürük ideologiyadan xilas ola bilmirlər.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları absurddur. Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” Azərbaycana məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır.
Hazırda bəzi ermənipərəst dairələr, çox təəssüf ki, vasitəçilik missiyası daşıyan bəzi ölkələr və onların rəhbər şəxsləri, siyasətçiləri absurd bir mövqe sərgiləyirlər. Torpaqlarını işğaldan azad etmiş Azərbaycan rəhbəri bəyan edib ki, artıq münaqişə bitib, bundan sonra yalnız sülhdən söhbət gedə bilər. Ancaq Ermənistandakı siyasi dairələrlə yanaşı, bəzi dünya ölkələrinin rəsmiləri münaqişənin guya bitmədiyini iddia edirlər. Təbii, bu onların siyasi maraqlarına uyğun ola bilər. Ancaq reallıqlar tamamilə başqadır, münaqişə bitib və “Dağlıq Qarabağ” termininin özü belə yoxdur.
Ermənistanın bu gün yenidən siyasi anlamda və çürük ideologiya olaraq “Dağlıq Qarabağ” iddiaları heç şübhəsiz ki, onun özünə ciddi problemlər yaradacaq. Əgər hansısa qüvvələr Ermənistana kömək etmək istəyirsə, bir sıra revanşist düşüncəli erməniləri başa salmalı, onlara tarixi və hüquqi baxımdan tamamilə haqsız olduqlarını anlatmalıdırlar. Və onu da izah etməlidirlər ki, Göyçə, Zəngəzur, İrəvan da tarixi Azərbaycan torpaqlarıdır. Ermənistan tarixi Azərbaycan torpaqları hesabına dövlət kimi formalaşdırılıb. Ancaq Cənab Prezidentin də vurğuladığı kimi, bizim heç bir dövlətə qarşı torpaq iddiamız yoxdur.
Verilən mesajlar, göstərilən davranış tərzi bir daha o anlama gəlir ki, Prezident İlham Əliyev əsl liderə yaraşan mövqe sərgiləyir, hər kəsə barış əli uzadır. Təbii, inkişaf, normal yaşam üçün bundan yaxşı variant ola bilməz. Əgər ermənilər onlara verilən bu şansı doğru dəyərləndirərsə, bölgə qısa müddətdə dünyanın ən inkişaf etmiş regionuna çevrilə, nümunə ola bilər. Təbii, bundan ən çox məhv təhlükəsi qarşısında olan Ermənistan faydalana bilər.
Gülər Hüseynova,
Salyan rayon Qarabağlı-1 saylı kənd tam orta məktəbin müəllimi
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Qarabağda tarixi ədaləti bərpa etməsi həm döyüş meydanında, eyni zamanda, diplomatiya müstəvisində qazanılmış parlaq qələbə kimi tarixə düşdü.
Bu gün regionda sülh və əməkdaşlıq mühüm şərtdir. Bu mühüm prosesin bir aspekti də, Prezident İlham Əliyev tərəfindən imzalanan iqtisadi və sosial islahatlar, Zəngəzur dəhlizinin açılması üçün nəzərdə tutulan işlər postkonflikt quruculuğunun əsasını qoymaqla sosial-iqtisadi gücün və iqtisadi potensialın əhəmiyyətli dərəcədə artırılmasına əsaslı zəmin yaratmasıdır. Bununla yanaşı, regionun gələcək perspektivləri haqqında əsaslı inkişaf strategiyalarının və regionun ortaq problemlərinə əsaslandırılmış əməkdaşlığın qurulması üzrə müzakirələrə gecikmədən başlanılması bu potensialı daha da artıra bilər. Cənubi Qafqazdakı sərhəd problemləri, sərhədlərin delimitasiyası və demarkasiyasının aparılmaması bölgədəki sabitlik və təhlükəsizliyə ən böyük təhdiddir.
Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmini dəfələrlə dilə gətirib. Ermənistan- Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası bölgədə sabitlik mühitinin formalaşmasında mühüm faktordur.
Ermənistan tərəfindən Azərbaycana qarşı təbliğat aparmaq və demarkasiya- delimitasiya prosesinin başlamasının qarşısını almaq yalnız sülh prosesinə zərər verə bilər. Ermənistan-Azərbaycan sərhəd mübahisəsinin uzunmüddətli həll,i ərazi bütövlüyünün qarşılıqlı tanınması və bütün beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə dəstək verilməsi regionda davamlı sülhün bərqərar olması üçün olduqca vacibdir.
Aysel Əsədova,
Salyan şəhər 18 saylı uşaq bağçasının müdiri