![]() |
![]() |
Azərbaycan Prezidenti boşuna danışmaz, sözünün üstündə durur.
Prezident İlham Əliyev Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarını təbrik edib.
Axar.az təbrikin mətnini təqdim edir:
Hörmətli Forum iştirakçıları!
Əziz uşaqlar!
Sizi – Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarını, eləcə də ölkəmizin bütün uşaqlarını səmimi qəlbdən salamlayır, Ümumdünya Uşaqlar Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.
Uşaqlar cəmiyyətin sabahıdır. Övladlarımızın milli dəyərlərə sadiq və yüksək mənəviyyatlı şəxsiyyət olaraq formalaşmalarının ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyəti vardır. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi sosialyönümlü siyasət də bu məqsədə xidmət edir. Ötən Forumunuzda səsləndirilmiş bir çox məsələlər uşaqlarımızın hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin olunmasına yönələn “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda dolğun əksini tapmışdır.
Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Siz fəxr etməlisiniz ki, qalib xalqımızın şərəfli və qürurverici tarixinin şahidlərisiniz.
Vətən Müharibəsində qazanılan zəfərlə Azərbaycan Ordusu yalnız tarixi ədaləti deyil, həm də, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşlarımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdi, düşmən təxribatlarına qurban getmiş məsum övladlarımızın qisasını alaraq öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya çatdırdı.
Bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Yurdumuzun ildən-ilə daha güclü, daha qüvvətli olması eyni zamanda sizin xoşbəxt və firavan yaşamağınızın rəhnidir. İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəkdir. Odur ki, üzərinizə düşən məsuliyyəti daha dərindən dərk edərək, daim əzmlə çalışmalı, Vətəni layiqincə təmsil etməlisiniz. İnanıram ki, siz mənən zəngin nəsil kimi azərbaycançılıq ruhunda böyüyərək boya-başa çatacaq, respublikamızın gələcək inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz.
Əziz övladlar!
Bütün Azərbaycan uşaqlarını təmsil etməklə bu Forumda iştirakınız sizə göstərilən böyük etimadın təzahürüdür. Ümidvaram ki, Forum çərçivəsində aparacağınız müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyasətinin gerçəkləşdirilməsində yeni mərhələnin başlanğıcı olacaqdır”.
Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb.
Axar.az məktubun mətnini təqdim edir:
"Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
İnanıram ki, Azərbaycan-Oman əlaqələri bundan sonra da inkişaf edəcək, beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız genişlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Oman xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsə təbrik məktubu ünvanlayıb.
Axar.az təbrikin mətnini təqdim edir:
"Hörmətli cənab Prezident,
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.
Azərbaycan-Latviya dostluğu və əməkdaşlığı xoş ənənələrə malikdir. İnanıram ki, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilidə koronovirus aşkarlanmayıb.
Bu gün "Azəri-Press" Agentliyinin (APA) yaranmasından 17 il keçir.
2004-cü il noyabrın 16-da fəaliyyətə başlayan APA media bazarında inkişaf xəttini davam etdirir.
Agentlik hazırda Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa, APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır.
Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA dünyanın müxtəlif ölkələrinin aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir, əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən informasiya mübadiləsi aparır.
Milli.Az olaraq APA ailəsini təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanla qərara alınır:
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1144) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və 1-ci hissədə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin" sözləri "Azərbaycan Ordusunun" sözləri ilə əvəz edilsin.
2. Preambulanın üçüncü abzasında "silahlı qüvvələrdə" sözləri "Azərbaycan Ordusunda" sözləri ilə əvəz edilsin.
3. 2-ci hissəsinin ikinci - səkkizinci abzasları aşağıdakı redaksiyada verilsin:
"Komissiyanın sədri
Azərbaycan Respublikasının maliyyə naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsi müdirinin müavini.".
4. Aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilsin:
"3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün "qüsursuz xidmət" müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur.
3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir:
3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti;
3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti;
3-2.3. məhkumluğun olduğu müddət.
3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.".
5. 4-cü hissədə "Maliyyə Nazirliyi" sözlərindən sonra "Komissiyanın katibliyi funksiyalarını həyata keçirsin və" sözləri əlavə edilsin.
Türk Şurasının adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirildi. Türkmənistan təşkilata müşahidəçi statusda (əvvəlcə tamhüquqlu üzv olacağı açıqlanmışdı) üzv qəbul edidi.
Əliyevin İstanbul zirvəsində çıxışı da bir neçə kontekstdə maraqlı idi.
Birincisi, Ermənistana açıq xəbərdarlıq etdi: İrəvan Bakıya qarşı Qarabağ iddiasından əl çəkməsə, o cümlədən, Ankaraya qarşı ərazi iddialarına son qoymasa, daha pis duruma düşəcək;
İkincisi, Zəngəzur dəhlizinin türk dünyasının coğrafi parçalanmasını aradan qaldıracağı haqda dedikləridir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə keçirilən Naxçıvan Zirvəsində Əliyev Zəngəzurun türk coğrafiyasını parçalayan nöqtə olduğunu dilə gətirmişdi. 10 il sonra – 2019-cu il Türk Şurasının Bakı Zirvəsində bunu yenidən gündəmə gətirdi. Və bir il sonra baş verən II Qarabağ müharibəsinin nəticələrindən biri də dəhlizin açılması – türk coğrafiyasının parçalanmasının aradan qalxma imkanının yaranmasıdır. Müharibədən bir il sonra Əliyev türk düyasına “bu coğrafiyanı yenidən birləşdiririk” mesajını verir və bununla onların da prosesdə aktiv iştirakını istəyir.
Və zaman göstərir ki, 2009-cu ildə Zirvə görüşünün məhz Naxçıvanda – Türkiyə ilə Azərbaycanı ayıran, türk coğrafiyasını parçalayan Zəngəzurun sərhədində keçirilməsi gələcək strategiyanın tərkib hissəsi olub.
Üçüncüsü, Türkiyənin Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpasında da iştirak etdiyini deməklə, üçüncü tərəflərə “Türkiyə Qarabağdadır” mesajını verir.
Bu Zirvə görüşünü, Türk Şurasının Türk Dövlətləri Təşkilatını adlandırılmasını, Türkmənistanın təşkilata gətirilməsi türk coğrafiyasının bütövləşməsi və bu coğrafiyada gücə çevrilməsinin başlanğıcı da hesab oluna bilər.
(Bu məktub ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev cənablarına Ümummilli lider Heydər Əliyevin Prezident Yanında Xüsusi İdarənin (o idarə indi DTX-nin cərgəsindədir) rəisi Şəmsi Rəhimovla söhbəti əsasında yazılıb).
Yenixeber.org: Hörmətli Prezident, cənab Ali Baş Komandan, mən bu məktubu keçmiş Prezident Yanında Xüsusi İdarənin (İndi həmin idarə Dövlət Təhlükəsizlik Xidmətinin strukturundadır) informasiya şöbəsinin müdiri kimi yazıram.
O vaxt idarənin başçısı Şəmsi Rəhimova Prezident Heydər Əliyev belə bir tapşırıq vermişdi:
“Şəmsi müəllim, Siz mənə Qubadlıda Cəfərovlar ailəsi haqqında geniş məlumat verin.
Mən o ailəni çox yaxşı tanyıram”.
Ertəsi gün Şəmsi Rəhimova belə bir məlumat verdik:
– Cəfərovlar ailəsi Qubadlını quranların, onu terrordan, erməni yanğınlarından qoruyan ailədir. Cəfərovlar ailəsi, xüsusən ailə başçısı Əliağa Cəfərov həmin ərazidə 46 uşağı erməni terrorçusu V.D.Muradyanın cəngindən xilas edib.
Əliağa Cəfərov dostumdur… O, mərd, möhkəm, dəyanətli adamdır. Qubadlı camaatı onunla fəxr edir.
Prezident Heydər Əliyevin Şəmsi Rəhimovla qırx beş dəqiqəlik söhbəti tarix olaraq qalır.
Mənim tarixdən silinən və ümumən dünya tarixində ləkə kimi qalan Minsk qrupunun üzvlərinə mesajım var:
– Siz cənablar, qaytarın Qubadlıdan dartıb, apardığınız zinət əşyalarını, xalça, palazları, qədim kilimləri.
– Gülü nənənin tuxuduğu 10 dəst xalçanı, Zəri nənənin 9 dəst kilimini, Mina nənənin toxuduğu 19 dəst palazını qaytarın. (Hər dəstin uzunluğu 12 metr, eni isə 8 metrdir).
Məlumata görə Minsk qrupunun üzvlərinin daşıyıb, apardıqları Qubadlı antikvarları bu günlərdə dünya bazarlarında satış meydanlarına çıxarılıb.
Düşünürəm: Məgər Qarabağ torpaqlarını vəhşi ermənilərin terror birləşmələrindən azad edən, torpaqlara, təbiətə dinclik bəxş edən Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev nə üçün Nobel mükafatına təqdim olunmasın. Aranı kim kəsib, cənablar?
Məlumata görə dünyada “Prezident İlham Əliyevin müharibə taktikasını” öyrənməkdə davam edən strateqlər var. 50-dən artıq inkişaf etməli dövlətlərdə erməni barmağı xalqa toxuna bilməz.
Azərbaycan MN-yi üçün açıq bir sual var: Cənablar, siz nə üçün Azərbaycan Ali Baş Komandanını yüksək hərbi titula görülməsi istiqamətində çalışmırsız, söz demirsiz. Siz saxta şouları, məzhəkələrdən əl çəkin, “dünyanın yaxasından” yapışıb, tələb edin. Mənim Ali Baş Komandanıma General-Simus rütbəsini verin.
Çünki o, Azərbaycan millətini genetik ölümdən xilas etdi. Beynəlxalq terrorun ölüm düşərgəsindən çəkib çıxartdı.
Azərbaycan tarixində bir nömrəli kitab bilicisi, ölkənin kitabxanalarını dağılmaqdan xilas edən, elimizə, təhsilimizə soxulan, kitablarımızı dağıdan, onu viran qoyan ermənilərin “Krunk” təşkilatına qarşı amansız mövqe tutan Əliağa Cəfərova tapşırmışdı ki, (o, ümummilli lider Heydər Əliyevlə üç dəfə görüşmüşdü).
Mən səni Qubadlıya göndərəcəm. Hökmən gedən kimi orada qəbiristanlığı, meşələri, yaralı təbiəti xilas edib, dirildəsən. Sən çox güclü adamsan, Əliağa…
Bu günədək Qarabağ ərazisində əslən Qubadlı rayonundan olan 87 yaşlı Ayətulla Səfayi, 90 yaşlı Şeyx Möhtəşəm, 92 yaşlı Şeyx Mirzadə, 80 yaşlı Ayətulla Bakılı, 79 yaşlı Axund Maarif, 75 yaşlı Ayətulla Bərxudar və neçə-neçə digər din xadimi qəddarlıqla qətlə yetirilmişlər. Onların sayı 65 nəfərdi.
Amma Minsk qrupunun simasız üzvləri haray-həşir qoparıb ki, o filmi göstərmək olmaz. Nə üçün?.. Səbəb məlum deyil.
Araşdırmalarımız göstərir ki, əslən erməni millətindən olan 116 nəfərin azərbaycanlı olmasını, onların İslam dinini qəbul etmələrini təşkil ediblər. Amma BMT sülhü təbliğ dən bu din xadimlərini xatırlamadılar. Fransanın “Anten-2” telekanalı onların öldürülmələri ilə bağlı film də çəkib.
Filologiya elmləri doktoru, professor və Rusiya Beynəlxalq Ekologiya Akademiyasının akademiki Əliağa Cəfərov həm də, birinci vitse-prezident Mehriban xanım Əliyeva haqqında yazılmış “Birinci xanımın missiyasi” kitabının müəlliflərindən biri və layihə rəhbəridir. Kitab Mədəniyyət Nazirliyinin və Prezident Administrasiyasının müsbət rəyini də alıb.
Həmçinin, BMT Nizamnaməsinin VII Fəsli bütövlükdə sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlərə aid edilmişdir.
Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Zəngəzur dağları ilə Qarabağ silsiləsinin arasında 35 km uzunluğunda Ermənistanla sərhəddə yerləşir.
Ərazi dağlıq olsa da, onun əlverişli Gəyən, Yazı düzü, Həkəri, Bərgüşad çay vadiləri vardır.
Müxtəlif mənbələrə görə, rayon XVI əsrdə həmin ərazidə yaşamış Qubad bəyin adını daşıyır.
Doxsan üç kənddən ibarət olan rayonun ərazisi dağlıq, dağətəyi və aran zonalarından ibarətdir. Zəngin coğrafi şəraiti, mülayim iqlimi, münbit torpağı var.
Bərgüşad çayı (Bazarçay) – Araz çayının sol qolu olmaqla öz mənbəyini Kəlbəcərdən götürür, uzunluğu 158 km, su toplayıcı sahəsi 5600 km2-dir. Ona Qubadlı ərazisindən Ağa, Bəxtiyarlı və Davudlu kiçik çay qolları axır. Çayın hövzəsindən azca aralı dəfn olunmuş Ayətulla Xankişinin, Ayətulla Muradın, Ayətulla Frauzun ziyarətgaha çevrilmiş məzarları partladılıb. Məlumata görə bu üç ayətullah İrandan köçüb gələn din xadimlərindən olub. Çayın hövzəsinin 2020 km2-i, çay yatağının isə 93 kilometri Ermənistan ərazisinə düşür. En kəsiyindən az sulu illərdə respublika ərazisində 9,3 m3/san, çox sulu illərdə isə 20,9 m3/san su axır. Ermənilər sənaye və məişət-çirkab sularını bu çaya yönəltdiriblər.
Həkəri çayı – Araz çayının sol qolu olmaqla uzunluğu 113 km, su toplayıcı sahəsi 2570 km2-dir. Çayın en kəsiyindən az sulu illərdə 6,27 m3/san, orta sulu illərdə 15,3 m3/san, çox sulu illərdə isə 24,2 m3/san su axır. Çayın suyundan içmək və suvarma məqsədi ilə istifadə olunurdu. Bu gün ondan-zəhərli sudan istifadə edilməsi mümkün deyil.
Qubadlı rayonunda 600-dən çox mineral maddələrlə zəngin, soyuq, şəfalı suyu olan təbii bulaqlar var idi. Bunlardan: Armudlu, Həcər, Şirinpir, Sobu, Çayzəmi, Topağac, Üçağac, Qaraağac, Kəklik, Söyüdlü-Əli, Gölçüj, Qaraqışlaq, Fətə, Narlı, Turşsu, Bağırbəyli-çinar, Dəvədərə, İşıqlı-novlu, Zağlıq, İmamzadə, Qoçlar-çinarlı, Səvədərə, Ağsu, Bəylik, Almalıq, Qış bulaq, Hütməyit novlu, Mustanlı dağ, Çilli, Hacılı Əli, Quyubulaq, Şorbulaq və başqa dağ, meşə bulaqları: Novlu, Seytas, Göyərçikl, Göyarabas, Xallava, Aşağı Çibikli, Yuxarı Çibikli, Əyin, Çardaxlı, Mehrili, Xocamsaxlı, Zor, Poladlı, Dəmirçilər, Hərtiz, Göyyal, Fərcan, Saldaş, Qiyaslı, Tatar, Əliquluuşağı, Eyvazlı, Davudlu, Qədili, Qundanlı, Balahəsənli, Müskanlı, Məlikəhmədli, Qayalı, Xıdırlı, Mahmudlu, Hacılı, Hat, Deşdahat, Başarat, Armudluq, Muradxanlı, Xəndək, İşıqlı kəndlərinin təbii bulaqları daha məşhur idi. Bundan başqa 46 km uzunluğunda içməli su kəmərləri, Hal, Mazhurlu, Məmər və Xanlıq kəndlərini içməli su ilə təmin edirdi.
Qubadlının 80.250 hektar torpaq sahəsi işğala məruz qalıb. Rayonun “Yazı düzü” “Gəyən düzü” və “Məzrə düzü” kimi münbit torpaqları məşhur idi. Bu düzlər quraqlığa davamlı olduqları üçün orada əsasən taxıl, üzüm əkilirdi.
Qubadlının meşə sahəsi 13160 hektardır. Meşələrindəki qırmızı palıd, vələs, qoz, şam, ağcaqayın, göyrüş, söyüd, ardıc, yemişan, armud, zoğal, qarağat ağacları sürətlə kəsilərək daşınır.
Qubadlı rayonu ərazisində ehtiyatları 6247 min m3 olan və mişar daşı istehsalı üçün yaralı, istifadəyə verilmiş Hacılı trovertin yatağı; kərpic istehsalına yaralı Xanlıqkənd (ehtiyatları 990 min m3) gil yatağı; ehtiyatları, 1,1 min ton olan Eyvazlı bəzək-əlvan daşlar yatağı; istismar ehtiyatları 84 min m3/gün olan Qubadlı yeraltı su yatağı işğal altındadır.
Qubadlı qəsəbəsinin ərazisində diametri 80 sm, hündürlüyü 35 m, yaşı 160 il olan 2 ədə şərq çinarı, diametri 150 sm, hündürlüyü 20 m, yaşı 300 il olan 1 ədəd şərq çinarı, diametri 150 sm, hündürlüyü 20 m, yaşı 300 il olan 2 ədəd şərq çinarı, Gödəklər kəndində diametri 80 sm, hündürlüyü 8 m, yaşı 150 il olan 1 ədəd saqqız ağacı, Xanlıq kəndində diametri 800 sm, hündürlüyü 40 m, yaşı 1600 olan 3 ədəd şərq çinarı, Zilanlı kəndində Daşlı adlanan yerdə diametri 150 sm, hündürlüyü 35 m, yaşı 300 il olan 1 ədəd şərq çinarı dövlər qeydiyyatına alınmış təbiət abidəsi kimi qorunurdu. İşğaldan sonra bu yerlər dağıdıldı.
Muradxanlı kəndində “Qalalı” mağarası və Əliquluuşağı kəndində “Kilsə kaha” abidə kompleksi də ən qədim təbiət abidələrindən hesab olunurdu. Qubadlı şəhərində, Mahmudlu, Qayalı, Məlik Əhmədli, Ləpəxeyranlı, Avdalanlı, Xıdırlı, Balahəsənli, Armudlu və Qədili kəndləri ətrafındakı təbii qayalar haqqında fransızlar və almanlar sənədli filmlər çəkib.
Poladlı kəndinin qarşısındakı “Kəmədə qaya”, “Ala qaya” və onların ətrafındakı əhəng daşlarından düzülmüş sədd, “Pisirin” bulaq qaya kompleksi, “Avadanlarlı” dərəsindəki “Damcı” bulaq ən gözəl təbiət yadigarları idi.
Başarat kəndi ərazisindəki “Topağac” mənzərəsi əfsanəvi yurd yeri idi. Məlumata görə rayonun təbii su ehtiyatlarının 31 faizi “zəhərli su hövzəsi” kimi qeyd olunub.