Son xəbərlər


Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik və beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz.

Axar.az xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, Qubadlıdan sonra biz öz zəfər yürüşümüzü, zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq.


ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNDƏ KADRLAR DEPARTAMENTİN MÜDÜRÜ RƏQQAS ŞAMO MÜRŞÜDOV KİMDİR?
Əmlak Məsələləri Dövlət Xidmətində baş alıb gedən biyabırçi kadr siyasəti ilə baqlı cox maraqli və ciddi bir faktı nəzərinizə çatdirmaq istəyirəm. Deməli ölkədə savadli kadrların işsizlik problemi yaşadıqı bir dövürdə hansısa şou nümayəndələri muxtəlif məsuliyyətli yüksək vəzifələrə təyinat alır. Əcaba bu cür, öz peşəsi üzrə peşəkar olan şou əhlini kimlər yükəsk vəzifələrə yerləşdirir? Söhbətimin məqzinə gəlincə qeyd edim ki, uzun illər müxtəlif musiqi yarısmalarinda 2007- ci ildə "Yeni Ulduz" musiqi yarışması və 2010- cu ildə keçirilən "Eurovision" - da "SPAYNED" şou baletinin rəqqası kimi iştirak edən, aşaqidaki səkillərdə və videoda gördüyünüz qadın görkəmində rəqs edən Samo Mürsüdov işıq surətilə rəqqasliqdan bir başa muxtəlif yüksək vəzifələrə təyinat alıb.Şou balet ustası Şamo Mürşüdov bank sektorundan başlayaraq müxtəlif yüksək vəzifələri icra edir. Ən maraqlısi odur ki, Bank Respublika ASC- nin Mukafat və motivasiya şöbəsinin müdürü vəzifəsindən start götürən Samo Mürşüdov hətta "Atəşgah" Sıqorta şirkəti tərəfindən həyata kecirilən "Karyera planlama" təlim proqraminda "Business Managament School"- da təlimçi kimi fəaliyyət göstərib.Sual ortaya çıxır uzun illər səhnədə rəqs edən şoumen necə muxtəlif dövlət qrumlarına peşəkar kadr yetişdirir? Atın qarşısına ət, itin qarşısına ot qoyan təlimçi bizim nəyimizə lazimdır? Odur ki, Şamo Mürşüdov siz öz pesənizdə rəqqas kimi yerinizi yaxsı tapmışdız.Elə rəqsqlıqı davam etsəz daha uyqun olardi. Axı rəqqas ölkənin özəlləşməsini idarə edən böyük dövlət qrumunda necə kadr siyasəti apara bilər? Rəqqasin peşəsi rəqs etməkdir.Yəqin xələfi Murad Dadaşovun Xəzər televiziyasina təyinatindan bəhrələnib Şami Müslümov. Şərh sizdə:))

Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.

Ardını oxu...

 

 

Erməni faşizminə qalib gəlmiş xalqın ziyalısı Hitleri təbliğ etməməlidir!

Azərbaycan Respublikası Konstitusiyasının 54-cü maddəsində insan hüquq və azadlıqlarının qorunması öz əksini tapıb. Ümumiyyətlə, 1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Konstitusiyamızda əksini tapan maddələrin üçdə biri insan hüquqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Ulu öndər Heydər Əliyevin idarəçiliyi zamanından başlayaraq ölkəmizdə insan hüquqlarının müdafiəsi, qanunların aliliyinin qorunması məsələsi dövlətçilik fəaliyyətinin prioritet sahələrindən birinə çevrilib.

Azərbaycanda insan hüquq və azadlıqlarına hörmətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, məhz Ümummilli Liderin səyi ilə 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv olunub. Ölüm hökmünün ləğvi, şübhəsiz, insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verildiyinin əyani təzahürüdür.

İnsan hüquq və azadlıqlarının qorunmasını ali vəzifə kimi qarşıya qoyan Ulu Öndər tərəfindən atılan humanist addımlar Prezident İlham Əliyev tərəfindən bu gün də davam etdirilir. Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamları, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan amnistiya aktları bu günə qədər neçə-neçə ailəyə sevinc bəxş edib.

Yəqin razılaşarsınız ki, insanda humanist dəyərlərin əsası hələ uşaqlıqdan, məktəb yaşlarından qoyulmalı və inkişaf etdirilməlidir. Bu nöqteyi-nəzərdən, pedaqoji prosesin canlı laboratoriyasına çevrilən məktəb həyatında hər bir şagirdə humanist keyfiyyətlər baxımından yanaşmaq indi hər bir müəllim fəaliyyəti üçün önəmli iş sayılmalıdır. Böyüyən nəslin halallıq, sədaqətlilik, cəfakeşlik keyfiyyətlərini təkmilləşdirməyin elmi-metodik bazasını möhkəmləndirməyin başlıca məğzi humanist addımların atılması ilə nəticələnir. Təlim-tərbiyə prosesi birmənalı olaraq humanist dəyərlər əsasında qurulmalıdır. Bu işdə təhsilin məzmunu (tədris planları, tədris proqramları, dərsliklər və s.) müəllim-şagird münasibətləri, valideyn-müəllim əlaqəliliyi, ictimai qurumlarla iş, təmas qurmaq prosesində daha geniş və effektiv nəticələr üçün şans yaradır. Ona görə də pedaqoji fəaliyyətin bütün sahələrində-ali, orta ümumtəhsil, orta ixtisas, ilk peşə-ixtisas, məktəbəqədər təhsil sahələrində gənc nəslin humanist paradiqmalar zəminində püxtələşdirilməsi imkanları təkcə rəsmi sənədlərlə, göstərişlərlə yox, həmçinin, elmi-tədqiqat yönümlü fakt və hadisələrlə birmənalı olaraq müqayisə etməyə də imkan yaradılmalı, bu sahədə məktəb humanizminə xidmət edən pedaqoji proses təcrübəsi yeni, mükəmməl metod və vasitələrlə zənginləşdirilməlidir.

Amma əfsuslar olsun ki, hazırki Azərbaycan reallığında məktəblərin idarə edilməsində sərtliyi, qəddarlığı, insafsızlığı prioritet hesab edən məktəb direktorları da vardır. Onlardan biri də Göygöl kənd orta məktəbin direktoru Lilpar Verdiyeva hətta iclasda onun yürütdüyü sərt siyasətə etiraz edən müəllimə deyir ki, «Heydər Əliyev kimi, Hitler kimi qəddar lider olmayıb. liderlər məhz sərtlikləri, qəddarlıqları ilə xalqı ayağa qaldırmağa, öz ətraflarında birləşdirməyə nail olublar.»

Qəribədir, bir il əvvəl erməni faşizminə qalib gəlmiş bir xalqın ziyalısı belə düşünürsə və düşündüyünü əminliklə ucadan söyləyirsə, həmin şəxsi ziyalı deyil, ziyanlı adlandırmaq daha düzgün olmazmı?

 
Bu günlərdə Göyçay rayonunun Nadil kənd orta məktəbinin müəllimi Xəlilova Samirə Qəzənfər qızı redaksiyamıza video-müraciət ünvanlayaraq, həmin məktəbin direktoru Verdiyeva Lilpar Nəsrəddin qızının qanunsuz hərəkətlərindən şikayətlənmişdir.

Samirə müəllimə bildirir ki, Lilpar Verdiyeva məktəbə direktor vəzifəsinə irəli çəkilən gündən (fevral 2019-cu il) vəzifəsindən sui-istifadə etməklə məşğuldur. Öz məqsədinə çatmaq üçün uşaqları, valideynləri müəllimlərin üstünə qaldırmaqdan, müəllimi nüfuzdan salmaqdan çəkinmir. Onun qəbulolunmaz şərtlərinə boyun əyməyən işçiləri təhqir, təhdid edir, səslərini yazıb şantajla hədələyir. Etiraz edənləri qorxudur ki, “mən Təhsil Nazirliyinin xətti ilə direktor təyin olunmuşam, məndən şikayət etsəniz, siz 15 ilə qədər həbs cəzası ala bilərsiz”.
Ancaq direktorun təhdidlərinə baxmayaraq, Samirə Xəlilova və daha bir neçə nəfər müəllim məruz qaldıqları haqsızlıqlara, hüquqpozmalara dözmədikləri üçün bu ilin aprel ayında yuxarı instansiyalara şikayət göndəriblər. Çifayda, onların müraciətlərinə məhəl qoyulmayıb. Əksinə, daha artıq təhdidlərə məruz qalıblar. Ən böyük zərbə isə Xəlilovlara dəyib. Direktor əvvəlcə Samirə müəllimədən ərizəsini geri götürməyini tələb edib. Samirə müəllimə bu tələbi yerinə yetirmədiyi üçün xanım direktor qəzəblənərək onun həyat yoldaşı Arif Xəlilovu məktəbdə işlədiyi təsərrüfat müdiri vəzifəsindən çıxarıb. Di gəl, bu cür qisas almaqla da hirsi-hikkəsi soyumayıb. Samirə Xəlilova bildirir ki, müəllimlərin imtahanında 45 bal toplamasına baxmayaraq, direktor ona cəmi iki dərs saatı verib.

Keçirdiyi stresslərdən, yaşadığı gərginlik səbəbindən bir müddət hətta xəstə yatdığını, müalicə aldığını deyən Samirə müəllimə haqlı bir sual ortaya qoyur: “Özünüz fikirləşin, həyat yoldaşım qisas zəminində işdən çıxarılıb, belə olan halda mən iki azyaşlı uşaq anası olaraq, ikicə dərs saatı ilə ailəni necə dolandıra bilərəm?”

Odur ki, Samirə Xəlilova KİV-dən ictimailəşdirilməsini xahiş etdiyi video-müraciətdə üzünü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya tutur: “Sizlərdən bir vətəndaş kimi, bir ana kimi, bir müəllim kimi xahiş edirəm, mənim haqq səsimə səs verin...”

İnternet üzərindən apardığımız axtarış nəticəsində rast gəldiyimiz informasiyalardan bəlli oldu ki, Lilpar Verdiyeva həm də Nadil kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədridir. İxtisasca biologiya müəllimidir, hətta biologiya üzrə “qıjıkimilərdən, qatırquyruğulardan” elmi iş də müdafiə edib. Yəqin, hakim partiyanın “fəal” üzvü olmasına, “alimliyinə” arxayın olub özbaşınalıq edir.

Axar.az Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin SİA-ya verdiyi müsahibəni təqdim edir:

Məhərrəm müəllim müsahibəmiz ərəfəsində bu gün doğum gününüzün olduğunu öyrəndik. Həmçinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək orden ilə təltif olunmusunuz. Bu münasibətlə Sizi ürəkdən təbrik edirik və fəaliyyətinizdə uğurlar arzu edirik.

- Diqqətinizə və səmimi təbriklərinizə görə minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Sərkərdəmiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarına məni yüksək ordenlə təltif etdiyinə görə öz dərin minnətdarlıqlarımı və sonsuz təşəkkürlərimi bildirirəm. Bu ali mükafat kollektivimizə verilən yüksək qiymət və etimaddır. Əmin edirəm ki, bundan sonra da, Dövlətçiliyimizin və Vətənimizin xidmətində yorulmadan sədaqətlə fəaliyyət göstərəcək, üzərimizə düşən vəzifənin yüksək səviyyədə icra olunması istiqamətində daim çalışacağıq.

- Artıq Şanlı Qələbəmizin birinci ildönümünə sayılı günlər qalıb. Bununla əlaqədar fikirlərinizi bizimlə bölüşməyinizi istərdik.

- İlk olaraq doğma Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr, qazilərimizə şəfa diləyirəm. Bu gün bizim qazilərimiz başları uca, alınları ağ olaraq həyatlarını davam etdirirlər, çünki onlar qalib Ordunun qaziləridirlər və əlbəttə ki, dövlətimiz onların da, şəhid ailələrinin də daim qayğısına qalır, bu istiqamətdə cənab Ali Baş Komandanımızın diqqətində saxlanılırlar. O cümlədən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə həyata keçirilən sosial dəstək və dayaq məqsədli yardım aksiyaları, şəhid və qazi ailələrinə xüsusi həssaslıq və qayğı ilə yanaşma xalqımız tərəfindən daim rəğbət və sevgi ilə qarşılanır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış və uğurla fəaliyyət göstərən "YAŞAT” Fondunun şəhid ailələrinə və onların övladlarının təhsillərinə, sosial-məişət həyatlarına göstərilən diqqət və qayğı ilə yanaşı, qazilərimizə, müharibə zamanı ağır yaralanan, qazi olan hərbçilərimizə tətbiq edilən bütün imkanlar dövlət və ordu birliyinin nə qədər möhkəm dayaqlara söykəndiyini əks etdirir.

Qarabağ Zəfərimiz bu gün dünyanın aparıcı hərbi akademiyalarında və ali hərbi sferalarında təhlil edilir, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı hərbi-taktiki fəaliyyətləri hərbi dərsliklərə salınır. Çünki ən güclü ordular sırasında yer alan Silahlı Qüvvələrimiz Vətən müharibəsində mükəmməl döyüş taktikası ilə yeni nəsil müharibə nümunəsi göstərdi.

Müzəffər Sərkərdəmiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin tələb və tövsiyələrinə uyğun olaraq bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsalı ilə müdafiə sənayesinin genişləndirilməsi, Ordu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması kimi tapşırıqlar durur. Cənab Ali Baş Komandan İlham Əliyev bu məsələlərə xüsusi diqqət göstərir və öz çıxışlarında Azərbaycan Ordusunun bundan sonra da gücləndiriləcəyini, dünyanın ən güclü orduları sırasında yerinin möhkəmləndiriləcəyini vurğulayır. Ötən dövr ərzində Azərbaycan Ordusu qardaş Türkiyə Respublikasının Silahlı Qüvvələri ilə “Sarsılmaz qardaşlıq” və Azərbaycan-Türkiyə-Pakistan Silahlı Qüvvələrinin “Üç qardaş” hərbi təlimlərini uğurla keçirmişdir. Təlimlər zamanı əldə edilən nəticələr də isbat edir ki, Azərbaycan Silahlı Qüvvələri tərəqqi edir və daim Vətənin keşiyində dayanaraq, ölkənin təhlükəsizliyini, müdafiəsini və ərazi bütövlüyünün qorunması təminatını ən yüksək səviyyədə həyata keçirir.

Bu gün Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində xeyli mütərəqqi işlər görülməkdədir və biz əminik ki, illər boyu xarabalıq şəraitində olan doğma ərazilərimiz digər bölgələrimiz kimi hərtərəfli inkişaf edəcəkdir. Bu istiqamətdə dövlətimiz xeyli iş görüb və bu işlər görülməkdədir. Əminliklə vurğulamaq istərdik ki, qalib Azərbaycan Silahlı Qüvvələri bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldaraq, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldərək Müzəffər Sərkərdəmiz, cənab Ali Baş Komandanımız İlham Əliyevin bütün əmr və tapşırıqlarını yerinə yetirmək üçün hər an hazır olacaqdır.


Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə

bağlılıq nümayiş etdirən mühüm təşkilatdır


10 il əvvəl Azərbaycanın da üzv olduğu Qoşulmama Hərəkatının bu il yaradılmasının 60 illiyi qeyd olunur. Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Azərbaycanın sədrliyi dövründə bu təşkilatın qlobal çağırışlarla mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək qiymətləndirilir.

Təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə daxil olmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.

Bütün dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşaraq pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərdi. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdü. Dövlətimiz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Görüşünün keçirilməsi təşəbbüsünü irəli sürdü və onu təşkil etdi. Zirvə Görüşünün praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı bu gün pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir. Bununla yanaşı, Azərbaycan “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etdi və bu gün də etməkdədir.

Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələrini öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə peyvəndlənmə 2 faizdən azdır. Ona görə heç təsadüfi deyil ki, cari ilin martında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin olunmasına dair qətnamə qəbul edildi. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və Hərəkat üzvlərinin növbəti dəstəyinə arxalanır.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi uğurla davam edir. Əminik ki, ölkəmizin sədrliyi ilə Qoşulmama Hərəkatı bundan sonra da yeni-yeni uğurlara imza atacaq, beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir.


Xöşbəxt Feyzullayeva,

Salyan Peşə Liseyinin müəllmi