Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun yeni-2021/2022  tədris ilinin başlanması münasibətilə  LDU-nun tələbə-professor-müəllim heyətinə

Təbriki

Əziz tələbələr, hörmətli müəllimlər, dəyərli valideynlər!
29 sentyabr tarixi ölkəmizin təhsil həyatında uğurlu gündür. Bu gündən yeni-2021/2022 tədris ilinə qədəm qoyuruq. Bu münasibətlə ilk əvvəl Lənkəran Dövlət Universitetinə  bu il  qəbul  olunmuş, universitet seçimində bizim ali təhsil ocağını seçmiş I  tədris  ili  tələbələrini  ürəkdən təbrik edir, onlara təhsil həyatında böyük uğurlar arzu edirəm. Əminəm ki, onlar ali təhsil üçün  məhz Lənkəran Dövlət Universitetini seçdiklərinə görə heç vaxt təəssüf hissi keçirməyəcəklər. Çünki LDU təhsilin modernləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılması yolunda inamla irəliləyir.Yeni tədris korpuslarının, tələbə yataqxanasının  inşa edilməsi, təcrübə təsərrüfatlarının qurulması, xaricdən son nəsil laboratoriyaların alınması, professor-müəllim heyətinin yeni-daha ixtisaslı kadrlar hesabına daim yenilənməsi sübut edir ki, LDU bir nöqtədə dayanmır, bu günkü uğurlarına arxayınlaşmır, daim yeniliyə, yeni uğurlara can atır.
Sabah yeni tədris ilinə ənənəvi qaydada davam etməyimiz təhsildə yeni uğurlar qazanacağımıza təminatdır.Çox şükürlər ki, ölkəmizdə COVİD-19 pandemiyasına qarşı vaksinasiyanın vaxtında  aparılması öz səmərəli nəticəsini verdi,ölüm və yoluxma sayının azalması tədrisin əyani şəkildə qurulmasına şərait yaratdı.Bir daha bütün tələbə, müəllim və işçi heyətinin nəzərinə çatdırıram ki, un iversitetə ancaq vaksinasiya olunmuş şəxslər buraxılacaq.
Hər yeni tədris ilinin başlanması  təhsil  işçiləri, tələbələr , onların valideynləri  üçün bayramdır.Çünki elmə, biliyə gedən yollar, ölkəmizin inkişafı  təhsildən keçir.Lənkəran Dövlət Universitetində təhsil alan bütün tələbələri, onların valideynlərini, həmçinin universitetimizin professor-müəllim heyətini yeni tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edir, uğurlar arzulayıram. Qalib ölkənin qalib vətəndaşları- Yeni tədris iliniz mübarək!


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.

Axar.az xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Siz Cəlilabad və Şəmkir rayonlarının icra başçıları vəzifələrinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Ümid edirəm ki, siz bu etimadı doğruldacaqsınız.

Son illər Cəlilabad və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görülüb. Dövlət investisiya proqramları çərçivəsində əsas infrastruktur layihələri icra edilib, ya da ki, bu layihələrin icrası başa çatmaq üzrədir. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası çərçivəsində hər iki rayonda böyük abadlıq işləri aparılıb. Demək olar ki, əsas infrastruktur layihələri icra edilmiş hesab oluna bilər. Hər iki rayonda elektrik təsərrüfatı tamamilə yenilənib və elektrik enerjisinin təchizatında hər hansı bir problem yoxdur. Qazlaşdırma işləri sürətlə aparılmışdır. Cəlilabad rayonunda qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur, Şəmkir rayonunda isə 100 faizə yaxınlaşır. Hesab edirəm ki, bu, son illər ərzində bölgələrdə aparılmış işlər arasında xüsusi yerə layiq olan işlərdir. Çünki təbii qazla vətəndaşlarımızı təmin etmək bizim əsas vəzifələrimizdən biri idi və bu gün ölkə üzrə təbii qazla təchizat 96-97 faizə çatıbdır. Bu göstəriciyə görə Azərbaycan dünya miqyasında ən qabaqcıl yerlərdədir.

Mənim iştirakımla Cəlilabad və Şəmkir şəhərlərinin içməli su layihələri mərasimləri həyata keçirilmişdir. Şəhərlərə 2013-cü və 2017-ci illərdə içməli suyun verilməsi də böyük hadisə idi. Eyni zamanda, bir çox kəndlərdə bu problem öz həllini tapıb. Suvarma ilə bağlı böyük işlər görülüb. Bir çox artezian quyuları qazılıb. Eyni zamanda, Şəmkir rayonunda böyük su anbarı tikilib – Şəmkirçay su anbarı. Hansı ki, həm Şəmkir, həm də qonşu rayonlarda meliorativ tədbirlərin görülməsi üçün yeni imkanlar yaradıb, həmçinin suvarılan torpaqların miqyasını böyük dərəcədə genişləndirib.

Sosial infrastrukturla bağlı böyük işlər görülüb. Hər iki rayonda 120-yə yaxın məktəb tikilib və ya əsaslı təmir edilib. İki böyük xəstəxana inşa edilib - 190 və 145 yerlik. Bundan əlavə Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzi inşa edilib. İki böyük Olimpiya İdman Kompleksi istifadəyə verilib. Yəni, sosial və infrastruktur layihələrinin icrası göz qabağındadır. Əlbəttə ki, bu, rayonların uğurlu inkişafı üçün əsas zəmin yaradır. Çünki əgər bu ilkin addımlar atılmasaydı rayonların inkişafından söhbət gedə bilməzdi. Bütün bu işlər dövlət büdcəsi hesabına və mənim göstərişimlə, mənim tərəfimdən təsdiq edilmiş Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramları çərçivəsində görülübdür.

Cəlilabad və Şəmkir rayonlarına icra başçıları təyin olunarkən onlara göstəriş vermişdim ki, siz artıq yerdə qalan məsələləri həll edin. Əsas böyük işlər görülüb, çox gözəl zəmin yaradılıb. Siz isə gündəlik həyatda elə işləyin, elə çalışın ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də rayonların inkişafı sürətlə getsin və təşəbbüs göstərin, investorları cəlb edin, sahibkarlara şərait yaradın. Ancaq əfsuslar olsun ki, real həyatda biz bunun tam əksini görürük. Bunun nəticəsində və eyni zamanda, buraxılmış ciddi nöqsanlar, pozuntular, rüşvətxorluq və korrupsiya hallarına görə həm Cəlilabad, həm də Şəmkir rayonlarının keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb olunmuşlar. İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir. Heç kimdə immunitet yoxdur və ola bilməz. Bütün dövlət məmurlarını vəzifəyə təyin edərkən mən bu tövsiyələri verirəm. Ancaq sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar yalnız şəxsi mənafelərini güdürdülər, talançılığa, rüşvətxorluğa və korrupsiyaya qurşanmışdılar, insanlara laqeyd yanaşırdılar, rayonların qarşısında duran gündəlik problemlərlə yox, öz şəxsi problemləri ilə, şəxsi biznesləri ilə məşğul idilər və əlbəttə, insanların haqlı narazılığına səbəb olmuşdular. Bütün bu faktlar üzə çıxandan sonra, əlbəttə ki, hər iki icra başçısı öz vəzifələrindən azad edildi və indi onlar qanun qarşısında cavab verəcəklər. İstintaq gedir, istintaq hər şeyi göstərəcək. Ancaq ilkin məlumatlar, o cümlədən sübutlar və istintaq materialları deməyə əsas verir ki, bu insanların cinayət məsuliyyətinə cəlb edilməsi tam əsaslı idi.

Son illər ərzində bir çox yüksəkvəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər. Nəyə görə? Törətdikləri cinayətlərə görə, əməllərə görə. Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız. Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız. Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar. Ancaq indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar. İşsizliyin səviyyəsini azaltmaq, xüsusilə dünyada gedən böhranlı vəziyyəti, sosial-iqtisadi böhranı, pandemiya dövrünü nəzərə alaraq mənim təşəbbüsümlə ən həssas təbəqə üçün yüz minə yaxın ödənişli ictimai iş yeri açılıbdır və orada məvacib minimum əməkhaqqına bərabərdir. Bunları da çox görüblər o insanlara və onların da ödəniş kartlarını öz kabinetlərində saxlayaraq oradan pul çəkmişdilər. Yəni, bu qədər vicdansızlıq ola bilərmi? Məşhur videokadrlar var. Dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Bu videokadrlar var, hər kəs bunu görüb və nifrət edib o adamlara ki, nə qədər yardım göndərilib, bunun filan faizini götürək bazarda sataq. Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?! Bu insanlar özlərini biabır edirlər, bizim iqtidarımıza ləkə vururlar. Əgər kimsə hesab edir ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir.

Mən hesab edirəm, artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır, yerlərdə insanların dolanışığı, insanların rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır. Onlar elə işləməlidirlər ki, daim insanlarla bir yerdə olsunlar. Mənim tövsiyələrimin içində bu tövsiyə də həmişə xüsusi yer tutur. Sizə də deyirəm, siz insanların arasında olmalısınız, onlarla daim təmasda olmalısınız, onların qayğıları ilə yaşamalısınız və çalışmalısınız ki, imkan daxilində onlara kömək edəsiniz.

Eyni zamanda, yenə də deyirəm, dövlət tərəfindən, mərkəzi icra orqanları tərəfindən rayonların inkişafı ilə bağlı böyük işlər görülüb, işlərin böyük hissəsi görülüb. Siz yerlərdə elə işləyin ki, rayonlar daha sürətlə inkişaf etsin. İndi bizim bir çox rayonlarımız artıq mərkəzdən dotasiya almır. Ancaq 10 il bundan əvvəl demək olar ki, rayonların mütləq əksəriyyəti dotasiya alırdı. Nə üçün? Çünki yerlərdə yığılan vəsait məmurların cibinə gedirdi, dövlət xəzinəsinə, dövlət büdcəsinə yox, məmurların cibinə. Gecə-gündüz elə burada, qapılarda fırlanıb, hansısa maddi dəstək, maddi yardım istəyənlərin sayı kifayət qədər çox idi, icra başçılarını nəzərdə tuturam. Amma aparılan islahatlar nəticəsində indi bir çox rayonlar artıq dotasiya almır. Biz elə etməliyik ki, ümumiyyətlə, rayonların inkişafı yerlərdə, bütün rayonlarda yığılan vəsait hesabına təmin olunsun.

Əlbəttə, biz hər bir rayonun inkişafı ilə bağlı lazımi addımları atacağıq. Əsas infrastruktur layihələrinin başa çatması o demək deyil ki, biz bu maliyyə və maddi dəstəyi kəsəcəyik. Yox, verəcəyik, ancaq məqsədyönlü şəkildə, ancaq bütün qaydaları nəzərə almaq şərti ilə verəcəyik. Bir də ki, həbs edilmiş icra başçıları, - təkcə Cəlilabad, Şəmkir rayonlarından söhbət getmir, - digər rayonlarda da tender prosedurlarını kobudcasına pozurdular. Yəni, dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi. Biz bu gün aparılan islahatlar nəticəsində əldə edilmiş əlavə mənfəəti, ilk növbədə, insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldirik. İndi ilin doqquzuncu ayıdır. Ancaq şəffaflıq nəticəsində, islahatlar nəticəsində dövlət büdcəsində profisit yaranıb və biz bunun böyük hissəsini yenə də insanların sosial müdafiəsinə yönəldirik.

Eyni zamanda, siz çalışmalısınız ki, rayonlara investisiyalar cəlb edəsiniz, həm yerli, həm xarici. Burada da fəallıq göstərilməlidir. Çünki özəl investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Dövlət hər şeyi öz boynuna götürə bilməz. Onsuz da bütün ölkə üzrə bütün bu quruculuq-abadlıq işləri dövlət investisiya xətti ilə görülmüşdür və sahibkarlara şərait yaradılmalıdır. Sahibkarlara imkanlar verilməlidir ki, gəlsinlər öz vəsaitlərini qoysunlar, iş yerləri yaratsınlar. Ancaq iş görmək istəyən sahibkar bəzi hallarda problemlərlə üzləşir, ona qarşı hansısa əsassız tələblər qoyulur, ondan pay istənilir və sahibkar da küsüb gedir, ümumiyyətlə, nə iş yeri yaradır, nə müəssisə yaradır, çıxıb gedir. Bu hallar da var. Buna da son qoyulmalıdır. Sahibkar əmin olmalıdır ki, o, ancaq dövlətin vergisini ödəməlidir, vəssalam. Xüsusilə nəzərə alınmalıdır ki, həm Cəlilabad, həm Şəmkir rayonlarının çox böyük potensialı var, münbit torpaqları var, insan resursları var, hazırlıqlı kadr potensialı var. Hər iki rayonun əhalisi də kifayət qədər böyükdür, digər rayonlarla müqayisədə çox böyük sənaye və kənd təsərrüfatı, turizm potensialı var. Bunlardan səmərəli şəkildə istifadə etmək lazımdır. Baxın, dövlət hər şeyi edib, gözəl yollar, qaz xətləri, elektrik xətləri, su xətləri çəkilib, suvarma sistemləri, su anbarları yaradılıb, xəstəxanalar, məktəblər, idman qurğuları tikilib. Qalan işləri yerlərdəki rəhbərlər etməlidirlər. Ona görə, bu da sizə verdiyim tapşırıqlardan biridir və elə işləməlisiniz ki, bir də demək istəyirəm, insanlar sizdən razı qalsınlar, rayonlarda işlər yaxşı getsin, inkişaf olsun, quruculuq olsun, abadlıq olsun. Belə olan halda siz məndən yüksək qiymət alacaqsınız. Əks təqdirdə, sizi nələr gözləyir, sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır.

Ümid edirəm ki, siz mən deyən kimi işləyəcəksiniz. Eyni zamanda, Cəlilabad və Şəmkir rayonlarının sakinləri, fəallar gərək daim sizin fəaliyyətinizlə bağlı öz təhlillərini aparsınlar. İctimai nəzarət güclü olmalıdır. İctimai nəzarətin gücləndirilməsi üçün siz yerlərdə təşəbbüs göstərməlisiniz ki, fəallar bu quruculuq-abadlıq işlərinə qoşulsunlar. Eyni zamanda, dövlət orqanlarında təmsil olunan məmurların işi də elə şəffaf olmalıdır ki, ictimai nəzarət də bunu təsdiqləsin. Onsuz da bizim kifayət qədər informasiya mənbələrimiz var və əgər nə isə orada düzgün istiqamətdə getməsə, kimsə əyri yolla getsə, biz ondan gec-tez xəbər tutacağıq. Ona görə, bu da nəzərə alınmalıdır.

Mən bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Ümid edirəm ki, siz bu etimadı öz işinizlə doğruldacaqsınız.

Rafiq Cəlilov: Cənab Prezident, mənə göstərdiyiniz bu yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm, çox təşəkkür edirəm. Göstərdiyiniz etimadı, Sizin dəstəyinizə arxalanaraq yüksək səviyyədə doğruldacağıma söz verirəm. Çox sağ olun.

Rəşad Tağıyev: Mən də öz növbəmdə, mənə göstərdiyiniz yüksək etimada görə Sizə təşəkkür edirəm. Eyni zamanda, qeyd etmək istərdim ki, mən bunu yüksək etimadla yanaşı, yüksək məsuliyyət kimi də qəbul edirəm və söz verirəm ki, rayonun iqtisadi, sosial, mədəni inkişafının təmin olunmasında əlimdən gələni əsirgəməyəcəyəm. Yüksək etimada görə, Sizə bir daha dərin təşəkkürümü bildirirəm.


Şəhidlər ! Keçmişimiz, bu günümüz, gələcəyimiz! Tariximizi qızıl qanları ilə yazan mərd, mübariz övladlarımız! Sizin haqqınızı kim ödəyə bilər ki?! Dünya durduqca, bəşəriyyət var olunca bu haqqı, bu borcu ödəmək qeyri-mümkündür. Yalnız  hər birimiz üzərimizə düşən bircə vəzifəni layiqincə yerinə yetirməliyik. Şəhidlərimizin əziz xatirəsini hər daim uca tutaraq onların geridə qalan əzizlərini, doğmalarını qayğı və diqqətdən kənrda qoymayaq. Bacardığımız, gücümüz yetdiyi qədər onlara mənəvi və maddi dəstək olaq. Bəlkə bu zaman azacıq da olsa təskinlik tapa bilərik,  şəhidlərimizin ölməz , uca ruhlarını şad etmiş olarıq .

Qədirbilən xalqımız  bu həqiqəti gözəl dərk edir. Uşaqdan böyüyə, sıravi vətəndaşdan dövlət məmuruna kimi hər kəs üzərinə düşənləri yerinə yetirir. Elə Salyan rayonunda da şəhidlərimizin əziz xatirəsinə hörmət, onların ailə üzvlərinə, doğmalarına  qayğı və diqqət bir vicdan məsələsi, bir insanlıq borcu hesab edilir. İcra başçısı Sevindik Hətəmov şəhidlərimizin xatirəsini hər daim yüksəkdə tutan, şəhid və qazi ailələrini bir an belə unutmayan, onlardan maddi və mənəvi dəstəyini əsirgəməyən bir dövlət məmuru, bir vətəndaş, ən başlıcası ləyaqətli bir insandır. Bütün bunların isə sübuta qətiyyən ehtiyacı yoxdur. Çünki Salyan rayonunda hər kəsin bu işlərdən, əməllərdən xəbəri vardır.

  Lakin narahat edici məsələ ondan ibarətdir ki, hansısa qeyri-peşəkar insanlar  bütün bünları görməzdən gələrək, təbiət hadisəsi, güclü külək nəticəsində şəhid plakatının, cızılmsı və yaxud dirəyinin əyilməsi məsələsini şişirdərək, bu hadisənin şəhidlərin xatirəsinə hörmətsizlik kimi qələmə alırlar. Nəzərə almaq lazımdır ki, axır vaxtlar keçən qeyri-sabit hava şəraiti nəticəsində müəyyən problemlər yarana  bilir. O anda yoldan keçən kiminsə çəkdiyi bir şəkil və yaxud video görünütünü hörmətsizlik və diqqətsizlik kimi başa düşmək və bunu beləcə də işıqlandırmaq qeyri-peşəkarlıqdan və haqsızlıqdan başqa bir şey deyil. Hər zaman şəhidlərin xatirəsini əziz tutan, şəhid və qazi ailələrini, doğmalarını qayğı və diqqətdə saxlayanlar, təbii ki, plakatın cırılmsına və yaxud cızılmasına, dirəyinin əyilməsinə də biganə qalan deyillər. Xəbər tutduqları anda müvafiq tədbirlər görüb, narahatlığı aradan qaldırıblar və qaldıracaqlar . Belə vəziyyətlərdən sui-istifadə edib, insanların haqqına girmək isə nə vicdandan , nə də ki ləyaqətdəndir. Gəlin, insanlığımızı bu qədər də itirməyək !
Müşfiq Kişiyev

Azərbaycan dövlətinin çoxəsrlik şanlı tarixinin ən parlaq intibah dövrünü yaşadığını qürurla söyləyə bilərik. Bu gün dünya dövlətləri arasında ləyaqətlə ucalaraq sahibləndiyimiz mövqe hər bir azərbaycanlının qürur mənbəyidir. Bu qürurun əsasında isə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Vətən və xalq naminə gərgin və miqyaslı fəaliyyəti, yüksək intellekt və dünyəvilik kimi şəxsi keyfiyyətlərinin möhtəşəm harmoniyası dayanır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ümumxalq sevgisini və hörmətini qazanmış nüfuzlu ictimai və dövlət xadimidir. Təşəbbüskarlığı və yüksək təşkilatçılıq bacarığı ilə Azərbaycanın bir çox uğurlarına imza atan Mehriban Əliyeva Azərbaycan qadınlarının ən parlaq nümayəndəsidir.

Mehriban Əliyeva işgüzarlığı, vətəndaş mövqeyi, humanizmi, insanların problemlərinə həssas münasibəti, qayğıkeşliyi, həlli vacib məsələlərdə prinsipiallığı ilə həm də bir vətəndaş modeli yaradır. Mehriban Əliyevanın Vətənə xidmət amalı isə bütün fəaliyyətinin fövqündə dayanır. Məhz bu yüksək dəyərlər Mehriban xanımı əksəriyytin nümunəvi insan idealına çevirib. Ali dəyərləri özündə birləşdirən şəxsiyyət kimi Mehriban xanım hazırda cəmiyyətin tərəqqisində göstərdiyi səyləri ilə də intellektual qadının çağdaş nümunəsini canlandırır.

Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub. Əminliklə söyləyə bilərik ki, Mehriban xanım çoxşaxəli fəaliyyəti ilə cəmiyyətin inklüziv inkişafını təmin etmiş, öz dərin biliyinə əsaslanaraq mədəniyyət, təhsil, səhiyyə, idman sahəsində misilsiz irəliləyişə müvəffəq olmuşdur.

Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər və layihələr təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda dünyada sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual istiqamətləri də əhatə edir.

Azərbaycan xalqına məxsus milli mədəniyyət və incəsənət nümunələrinin qorunması, bərpası, dünyada tanıdılması da Mehriban xanımın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Mehriban xanım Əliyeva cəmiyyətimizə xas olan multikultural dəyərləri və tolerant mühiti bütün dünyada layiqincə təbliğ edir.

Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar fəaliyyəti heyranlıq doğurur. İnsanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı ən vacib missiya kimi həyata keçirilməkdədir.

Xüsusi qayğıya ehtiyacı olanlara ana nəvazişi ilə yanaşan Mehriban xanım Əliyeva cəmiyyətin bu həssas təbəqəsinin təhlükəsiz və sağlam həyatının təmin olunmasında yorulmaz fəaliyyət göstərir, onların sosial inteqrasiyası və keyfiyyətli yaşamı üçün bütün lazımı addımları atır.

Azərbaycanda təhsilin inkişafını, təhsil şəraitinin yaxşılaşdırılmasını hər zaman diqqətdə saxlayan Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən yüzlərlə yeni məktəb binaları tikilib, yenidən qurulub, müasir avadanlıqlarla təchiz edilib.

2020-ci il bütün dünyada ağır və məsuliyyətli bir dövr oldu. COVİD-19 pandemiyası həm sosial, həm də iqtisadi problemlərlə ölkələri qayğılandırdı. Azərbaycan dövlətinin zamanında həyata keçirdiyi mübarizə tədbirləri ölkəmizi bu bəladan az itki ilə qurtarmağa, xəstəliyin miqyasını kiçiltməyə imkan verdi. Ağır dönəmdə Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində pandemiya səbəbindən yaranan böhranın dərinləşməməsi və fəsadlarının qarşısının alınması üçün idarəetmədə güc birliyi təmin olundu. "Vətənimizə, bizim ümumi evimizə bəla gəlib" - deyə, xalqa müraciət edən Mehriban xanım vətəndaşlarımızı koronavirusla mübarizədə birliyə və həmrəyliyə, vətəndaş məsuliyyəti nümayiş etdirməyə səslədi.

Mehriban xanımın çevik qərarları ilə Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilir. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi belə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edilir.

2020-ci ildə ölkəmizin tarixinin qızıl səhifəsi yazıldı - Azərbaycan qələbə nuruna boyandı. Vətən torpaqları işğaldan azad olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi qarşısında düşmən diz çökdü, düz sərhədinə qədər qovuldu. Müqəddəs bayrağımız 30 il həsrət qaldığımız ərazilərdə - doğma Qarabağımızda və Şərqi Zəngəzurda dalğalandı. Bu, ləyaqət tarixi, şərəf salnaməsidir. Bu möhtəşəm səhifəni Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusu yazdı.

Öz canı-qanı bahasına Vətən torpaqlarını düşmən tapdağından azad edən igid oğullarımızın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şəhid ailələri, Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslər daim Birinci vitse-prezidentin xüsusi diqqət mərkəzindədir, onlar lazımı dövlət qayğısı ilə əhatə olunublar.

Ölkəmizin həyatında yeni dövr başlayır - işğaldan azad olunmuş ərazilərdə quruculuq, bərpa işləri, maddi-mənəvi dəyərlərimizə sahiblənmək. Xalqımız səbirsizliklə Böyük Qayıdışı gözləyir. Böyük Qayıdışın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində möhtəşəm, parlaq olacağına əminik.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibətilə ürəkdən təbrik edir, ailə səadəti, can sağlığı, Vətənimizin rifahı naminə möhtəşəm fəaliyyətində uğurlar və tükənməz xalq sevgisi arzu edirəm.

Sevil Mikayılova
Milli Məclisin deputatı


Mədəni layihələrin ölkənin beynəlxalq imicinə müsbət təsirləri.


Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə yüksək ehtiram sahibi olan Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.

Bu bir həqiqətdir ki, insanlara bağlılığı onun daxilindən, mənəvi dünyasından, xoş münasibətindən irəli gəlir. Onun xidmətlərinin sevinci yüzlərlə insanın ömür səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, kimsəsizlərə, sosial qayğıya ehtiyacı olanlara həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inam yaradıb.

Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır.

Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Demək olar ki, heç bir sahə onun diqqətindən kənarda qalmır. Bu gün həm Birinci vitse-prezident, həm də birinci xanım statusu onun sosial məsuliyyətini daha da artırır və öz müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadə etməyə məcbur edir.

O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi olub. Hazırda Azərbaycan qadını Mehriban xanım ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür.

Həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə məlum olduğu kimi Mehriban Əliyeva deputatlıq fəaliyyəti dövründə də ölkə həyatının elə bir sahəsi olmayıb ki, oradakı problemli məsələlər onun diqqətindən kənarda qalsın.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır. Məhz bunun nəticəsində dünya insanı Azərbaycanı müasir və dinamik inkişaf edən ölkə, eyni zamanda, Azərbaycan xalqını öz tarixi köklərinə bağlı olan multikultural və tolerant xalq kimi tanımağa başlamışdır.

Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri və ölkəmizin Birinci vitse-prezidenti kimi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir.

“Hər zaman öz fəaliyyətimdə çalışmışam ki, bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətdir” deyən Mehriban xanım Əliyeva ulularımızdan bizə miras qalan ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla həyatını xalqına həsr edən nurlu insanlarımızın, ziyalılarımızın yolunu uğurla davam etdirir. Hazırda dünyanın əksər nüfuzlu mətbuat orqanlarında dərc olunan materiallar Mehriban xanım Əliyevanın fəaliyyətinin beynəlxalq aləmdə nə qədər diqqətlə izləndiyini və böyük rəğbətlə qarşılandığını göstərir.


Şahin Məhərrəmov
Gənçə şəhər 2 saylı Peşə Liseyinin direktoru

 


Bir müddət bundan əvvəl ayrı-ayrı media qurumlarında, xəbər kanalında və s. Yevlax rayonu 7 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cavanşir Vəliyevin və müavini Yusif İsmayılovun işgüzar nüfuzuna hansısa formada xələl gətirə biləcək məlumatların yayımlanması, sanki əksəriyyətin hiddəti, kəskin narazılığı ilə qarşılanmışdır.

Ardını oxu...

Faktinfo.az Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun Report.az-a müsahibəsində bir müddət öncə koronavirusa yoluxmuş şəxslərin narahatlığına və narazılığına səbəb olmuş bir nüansa təkrar diqqət çəkir.Belə ki,Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov cənabına müsahibə zamanı bu gün də aktuallığını qoruyub,saxlayan sual verilib.

Ardını oxu...


Dünən Elşad Baratın başına gələn hadisə ilə əlaqədar bu gün onunla birlikdə AVRORA GROUP şirkətinə getdik. Rəhbərliyin dəvəti əsasında. Bir xeyli səmimi söhbətimiz oldu. Məlum oldu ki, Bizon bu şirkətin 17 - i brendindən biridir. İstehsal prosesilə, dəqiq işləyən elektron avadanlıqlarla lap yaxından tanış olduq. Poroses nətticəsində şahid oldum ki, qablaşdırmaya qədər bu prosesdə bəni - insan tayfası iştirak eləmir. Yəni bizon bankasına üçqat mikronluq filtirizasiyadan keçərək heç bir toz boyda yad cismin düşməsi ehtimalı yoxdur. Belə də sual yarana bilər ki, bəs, bu yad cism ( əslində şüşə yox, şüşəyə bənzəyən maddə)Elşadın içdiyi Bizon bankasının içinə necə düşüb? Ola bilsin ki, bu şüşəyə bənzər xırda cismçiklər satış prosesində, ya bazada, ya maqazində bankanın açılış yerinə düşüb. Şair də fərqinə varmadan bankanın qapağını açıb başına çəkib. Toz şəklində cisimçiklər onun ağzına düşüb. Bir az qorxudan anlaşılmazlıq baş verib. Və bundan sonra şair Bankanın üstündəki telofona zəng edib, cavab almadığından qarşı tərəfin mövqeyini öyrənmədən paylaşım edib. Bu məsələni də müzakirə etdik. Məlum oldu ki, telofon ilk dəfə qeydiyyatdan keçən hüquqi ünvanın telofonu olub. Amma bununla belə Bizon bankasının sonunda qaynar xəttin nömrəsi var və o, işlək vəziyyətdədir. Bundan başqa rəhbər heyətin yüksək peşakarlığı, hər bir istehlakçının taleyinə həssas yanaşmaları, xalis Azərbaycan dilində texniki detalları izah etmələri çox xoşuma gəldi. Beləliklə, Elşad bəyə can sağlığı şirkətə uğurlar diləyirəm.