Son xəbərlər


Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Axar.az başsağlığı mətnini təqdim edir:

"2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəkı “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!"


Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncam Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır

Sərəncama əsasən, Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılacaq.

Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

Eyni zamanda Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Noyabrın 28-də Rusiyanın “Rossiya-1” telekanalında efirə gedən “Kreml. Putin. Moskva” verilişində Rusiya Federasiyasında işgüzar səfərdə olarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən Soçi hava limanında bu veriliş üçün alınan müsahibə yayımlanıb.

Axar.az müsahibəni təqdim edir.

Prezident İlham Əliyev: Biz Azərbaycanda bunu çox müsbət qiymətləndiririk. Mən bunu bu gün görüşdə də demişəm. Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır. Görüşün yekunlarına əsasən qəbul etdiyimiz, nəqliyyat şəbəkələrinin açılması, delimitasiya üzrə komissiyanın işə hazırlaşması üçün atılan addımlar barədə Birgə Bəyanat buna dəlalət edir. Azərbaycan bütün bu məsələləri dəfələrlə irəli sürüb və Rusiya bunu həmişə dəstəkləyib. Buna görə, bugünkü görüş də çox böyük əhəmiyyət kəsb edir.


İlqar Fazil oğlu İskəndərov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.


11:02

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərə gəlib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev qarşılayıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

Azərbaycan Prezidentini salamlayan Prezident Qurbanqulu Berdiməhəmmədov deyib:

“Hörmətli İlham Heydər oğlu, qardaş Türkmənistanda Sizi salamlamağa və təşəkkürümüzü bildirməyə şadıq ki, bizə hörmət edib dəvətimizi qəbul etmisiniz. İqtisadi Əməkdaşlıq Təşkilatının XV Sammitində birgə iştirak edəcəyik. Bəri başdan əlamətdar, yaxşı tarixləri qeyd etmək istəyirəm. Əvvələn, noyabrın 28-si bizim Təşkilatın günüdür. İkincisi, demək istərdim ki, bizim sədrliyimiz dövründə bu Təşkilatın nüfuzunu artıran Qətnamə qəbul edilib. Buna görə düşünürəm ki, xüsusən pandemiya dövründə əsasən iqtisadi məsələlərimizi bir daha müzakirə etmək üçün yaxşı imkanımız olacaq. Mən kooperasiya, inteqrasiya məsələlərini nəzərdə tuturam.

Sonra, səmimi desəm, bu gün mənim üçün çox heyrətləndirici bir xəbər aldım. Adətən biz nadir hallarda heyrətlənirik, lakin bu xəbər təəccüblü oldu. Bu gün mənə Xarici İşlər Nazirləri Şurasının qətnamə təqdim etdilər. Bu sənəd Aşqabadda konsensus yolu ilə qəbul edilib. Bilirsinizmi, orada yaxşı bəndlər, cümlələr var ki, Azərbaycan həqiqətən inandırıcı qələbə qazanıb. Ola bilsin, mən bir qədər qeyri-dəqiq şəkildə təkrar edirəm və ya fikrimi düzgün ifadə etmirəm, lakin məna budur ki, Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub. Mən sadəcə demək istəyirəm ki, bu qətnamənin konsensus yolu ilə qəbul edilməsi bizim münasibətlərimizdə parlaq səhifədir. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm.

Bizim gündəlikdə bir neçə məsələ var. Birinci – növbəti sammitin gündəliyinin təsdiq edilməsi, ikincisi - baş katibin seçilməsi, üçüncüsü – növbəti sammiti kim keçirəcək və Aşqabad sammitinin yekun kommunikesinin qəbul edilməsi. Mən Sizi Qələbə münasibətilə, bu tarixi hadisə münasibətilə əvvəlcədən təbrik edirəm. Həmişəki kimi, Aşqabada xoş gəlmisiniz”.

Prezident İlham Əliyev deyib:

“Sağ olun, hörmətli Qurbanqulu Məlikquluyeviç. İlk növbədə, bir daha qardaş Türkmənistana səfərə dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Bu sammitdə bizim iştirak etməyimiz təşkilatımızın prinsiplərinə sadiq olduğumuzu təsdiq edir.

Bakıdan buraya uçanda gözəl panoram, əkilmiş tarlalar, abad məhəllələr, qəsəbələr gördüm. Əlbəttə, Aşqabad burada olanları ilk dəqiqələrdən öz gözəlliyi və möhtəşəmliyi ilə heyran edir. Bildiyiniz kimi, mən dəfələrlə Sizin ölkənizdə olmuşam və Sizin rəhbərliyinizlə həm ölkənizin sosial-iqtisadi inkişafı, həm də abadlıq, şəhər infrastrukturunun yaradılması işində qazanılmış nailiyyətlərə heyran olduğumu həmişə bildirmişəm. Yadımdadır, ötən görüşümüzdə Sizin idman şəhərciyinizlə, bəlkə də idman şəhəri ilə tanış oldum. O vaxt Siz Asiadanı uğurla keçirdiniz. Bu, onu göstərir ki, dövlət öz gücünə, ənənələrinə, türkmən xalqının istedadına əsaslanaraq inamla irəliləyir. Bu, bizi ürəkdən sevindirir.

Əlbəttə, Sizə, İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən ölkə kimi bu qətnamənin qəbul edilməsində fəal rol oynadığınıza görə təşəkkürümü bildirmək istərdim. Biz bunu çox yüksək qiymətləndiririk. Həmin qətnamədə qeyd edilib ki, üzv ölkələr Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik edirlər. Bilirsiniz, bu, Azərbaycan xalqı üçün tarixi hadisədir və əlbəttə, bütün Azərbaycan xalqı bu qətnamədə sədr ölkənin və bütün digər üzvlərin qardaşcasına münasibətini görəcək. Ona görə də bu, həqiqətən çox mühüm hadisədir. Çox sevindirici haldır ki, bu tədbir azərbaycanlılar üçün qardaş Türkmənistan torpağında keçirilir. Əlbəttə, bu gün biz ikitərəfli gündəlik barədə də söhbət edəcəyik, burada da yaxşı nəticələrimiz var və bundan sonra da qardaşlar kimi çiyin-çiyinə irəliləyəcəyik. Bir daha sağ olun.

Prezidenti Qurbanqulu Berdiməhəmmədov: Bilirsiniz, mən bir məqamı da vurğulamaq istəyirəm. Hər halda Aşqabadda bu qətnamənin qəbul edilməsi parlaq tarixi hadisədir. Hər halda biz yeganə neytral ölkəyik, qətnamə neytral ölkədə qəbul edilib. Biz qardaş ölkələrik, qonşularıq, lakin daha vacibi odur ki, qətnamə beynəlxalq səviyyədə qəbul edilib. Bu siyasi hadisəni inkişaf etdirmək lazımdır. Necə deyərlər, dəmiri isti-isti döyərlər. Sağ olun”.

Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirilib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.


Sizə, İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən ölkə kimi bu qətnamənin qəbul edilməsində fəal rol oynadığınıza görə təşəkkürümü bildirmək istərdim. Biz bunu çox yüksək qiymətləndiririk.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Prezident Qurbanqulu Berdiməhəmmədovla görüşündə deyib.

“Həmin qətnamədə qeyd edilib ki, üzv ölkələr Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik edirlər. Bilirsiniz, bu, Azərbaycan xalqı üçün tarixi hadisədir və əlbəttə, bütün Azərbaycan xalqı bu qətnamədə sədr ölkənin və bütün digər üzvlərin qardaşcasına münasibətini görəcək. Ona görə də bu, həqiqətən çox mühüm hadisədir. Çox sevindirici haldır ki, bu tədbir azərbaycanlılar üçün qardaş Türkmənistan torpağında keçirilir. Əlbəttə, bu gün biz ikitərəfli gündəlik barədə də söhbət edəcəyik, burada da yaxşı nəticələrimiz var və bundan sonra da qardaşlar kimi çiyin-çiyinə irəliləyəcəyik”.

 

“Şərəf və ləyaqətlə yazılmış 44 günlük Zəfər tariximiz bir sıra vacib məqamları ilə Azərbaycan tarixində dərin iz qoyub. Belə ki, hərb meydanında Azərbaycan Ordusunun qazandığı misilsiz qələbə düşməni siyasi müstəvidə də diz çökdürdü. Demək olar ki, müharibə vaxtı məhv edilmiş və pərən-pərən salınmış Ermənistan ordusunun qalıqlarının yeganə xilas yolu kapitulyasiya aktı oldu. Nəticədə Ağdam, Kəlbəcər və Laçın döyüşsüz, itkisiz işğaldan azad edildi. Təbii ki, Azərbaycan Ordusu bu əraziləri də azad edəcəkdi, amma Ordumuzun gücünü, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətini və ali sərkərdəlik keyfiyyətlərini görən düşmən məğlubiyyətini öncədən rəsmiləşdirmək məcburiyyətində qaldı. Ermənistan tərəfi anladı ki, Azərbaycan əsgəri torpağının bir qarışını belə düşmənə verməz və bu yolda qarşısıalınmazdır. Məhz əsgərlərimizin döyüş ruhu və pisxoloji üstünlüyü bütün cəhədə qalibiyyətimizi təmin etdi”.

 

 

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

S.Möhbalıyev qeyd edib ki, 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal edən Ermənistan amansız talanlar törətdi, əliyalın dinc sakinlərə divan tutdu: “İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 adam əsir götürüldü və itkin düşdü. Bu əməllər düşmənin əsl simasıdır. İşğal dövründə Ermənistan bütün beynəlxalq normalara zidd olaraq Kəlbəcərdə qanunsuz məskunlaşma aparırdı. O torpaqlarda əbədi yaşayacaqlarını, Azərbaycanın işğalla barışacağını düşünürdülər. Onların arzuları da, əməlləri də, xarakterləri də işğala köklənmişdi, faşist düşüncəsi ilə öz çirkin niyyətlərinin həyata keçəcəyini xəyal edirdilər. Amma dövlətimizin başçısı cənab İlham Əliyevin qətiyyətli və dəyişməz mövqeyi, xalqımızın sarsılmaz birliyi və Ordumuzun yenilməz qüdrəti Ermənistanın bu istəklərini alt-üst etdi. 44 gün ərzində düşmənin uzun illər hazırlanmış işğal strategiyası iflasa uğradı, faşizm siyasəti süqut etdi, separatizm tutarlı dərsini aldı, məğlubedilməz erməni ordusu mifi məhv edildi, erməni əsgərinin fərari olduğu sübuta yetirildi, qəhrəman adlandırdlqları generalların isə əsgər payına göz dikən oğru olduğu üzə çıxdı. Həmçinin Azərbaycan haqqında uydurduqlarının yalan və böhtan olduğu məlum oldu. Biz bunu 44 gün ərzində məhz Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək bacardıq. Babalarımızdan bizə miras qalmış “Güc birlikdədir”, “Birlik olmayan yerdə dirilik də olmaz” kimi müdrik kəlamlar mənəvi dayağımız oldu. İnanırıq ki, bundan sonra da bu birlik əbədi və sarsılmaz qalacaq, gələcək uğurlarımızın təminatçısı olacaq”.

 

AHİK sədri bildirib ki, ermənilər qanunsuz məskunlaşdıqları Kəlbəcər ərazisindən çıxarkən etdikləri əməllərə bütün dünya şahid oldu, həmin vaxt dünyanın bəzi nüfuzlu KİV-i bu barədə reportajlar da yayımlamışdılar: “Onlar çıxarkən evlərə od vururdular, ağacları kəsib doğrayırdılar, hətta heyvanları belə məhv edirdilər, bir sözlə, insana xas olmayan vəhşiliklər törədirdilər”.

Onun sözlərinə görə, bu gün Kəlbəcərdə abadlıq-quruculuq işləri sürətlə həyata keçirilir: “Bu ilin 16 avqust tarixində dövlətimizin başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda oldular, aparılan işlərlə yaxından tanış oldular. Burada görülən işlərin miqyası bir daha göstərir ki, yaxın gələcəkdə Kəlbəcər respublikamızın inkişaf etmiş rayonlarından birinə çevriləcək, sakinlərin orada rahat və xoşbəxt yaşaması üçün hər cür şərait yaradılacaq. İşğaldan əvvəl də rayonun turizm potensialı yüksək olub, indi də bu imkan mövcuddur. Əsrarəngiz və göz oxşayan təbiəti,  təbii mineral suları, İstisu bulağı və digər sərvətləri buraya turistlərin gəlməsinə şərait yaradacaq. Bu da rayonun iqtisadi gücünü artıracaq”.

 


İHİF-in İcraiyyə Şurasının və Nəzarət və Koordinasiya Komitəsinin üzvü olan Könül Nurullayeva “Konya 2021” 5-ci İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi ilə birgə yarışların keçiriləcəyi şəhərdə hazırlıqların gedişatı ilə tanışlıq məqsədilə təşkil olunan toplantıda iştirak edib. Görüş zamanı ən son hazırlıq işləri, gedişat hesabatı, yarışların keçiriləcəyi məkanlar və təsislərlə bağlı hazırkı vəziyyət və s. bu kimi məsələlər müzakirə olunub. K.Nurullayeva da Bakıda keçirilən möhtəşəm oyunlarla bağlı təcrübələrini bölüşərək, Konyadakı oyunların uğurlu təşkili istiqamətində təkliflərini irəli sürüb.

Qeyd edək ki, İHİF-in Birinci Vitse-prezidenti, Nəzarət və Koordinasiya Komitəsinin rəhbəri Hamad Kalkaba Malboum, İHİF-in Texniki işlər üzrə başçısı Əşrəf Dahrouq, Tunis Milli Olimpiya Komitəsinin keçmiş Prezidenti Mohommed Adel Zahra, Dünya Kamandan Oxatma Federasiyasının Vitse-prezidenti Kazi Racib Uddin Çapol, Türkiyənin gənclər və idman nazirinin müavini Halis Yunus Ərsöz, Nazirliyin səlahiyyətli şəxsləri, Konya Böyükşəhər Bələdiyyəsinin başqanı Uğur İbrahim Altay, Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Nihat Usta, o cümlədən MOK və Təşkilat Komitəsinin nümayəndələri görüşdə iştirak edənlər arasındadır.

Hazırda görüşlər davam etməkdədir.


b_500_300_16777215_00_images_xeber_sekilleri_7noyabr2021_1637738652_z-4.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_7noyabr2021_1637738679_z-2.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_7noyabr2021_1637738715_z-3.jpgb_500_300_16777215_00_images_xeber_sekilleri_7noyabr2021_1637738707_z-5.jpg