Son xəbərlər


Xalq-Prezident birliyi sarsılmazdır



Vətən savaşında qazanılan Qələbə Azərbaycanın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin ən mühüm hadisəsidir. Torpaqlarımızın işğaldan azad edilməsi ilə yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın solmuş arzuları yenidən yaşardı, sınmış qürurları özünə qayıtdı. Bu Qələbə onu da göstərdi ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün hər birimiz Cənubi Qafqazın təkcə lideri deyil, həm də qalib dövlətin vətəndaşı olmağımızla qürur duyuruq.

Xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. 2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsi ilə Prezident seçilən cənab İlham Əliyev müasir dövlət quruculuğunu daxili siyasətinin prioriteti elan etdi. Dövlət başçısı ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün tələblərinə məharətlə və əsaslı şəkildə uyğunlaşdıraraq, praktikada uğurla həyata keçirdi. Azərbaycanın bütün iqtisadi sistemi yenidən quruldu.

Xalq ona görə cənab Prezidenti sevir ki, o, son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəldib. Hər gün minlərlə soydaşımız Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktublarında dövlət başçısının əzmini, peşəkarlığını, qətiyyətini, humanizmini, xeyirxahlığını yüksək qiymətləndirərək, öz rəhbərləri ilə fəxr və qürur hissi keçirdiklərini vurğulayırlar. Artıq 18 ildir ki, Azərbaycan xalqı uğurlarımızın əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı Ali Baş Komandan cənab İlham Əliyevin titanik fəaliyyətinə şahidlik edir.

Əlbəttə, ötən illərin hər bir günü ölkəmiz və bölgəmiz üçün həlledici idi. Xüsusilə də son illərdə  respublikanın həyatında bir çox vacib hadisələr baş verdi. Təbii ki, bunların arasında ən möhtəşəmi 30 illik həsrətə son qoyularaq düşmən tapdağı altındakı torpaqlarımızın xilas edilərək ərazi bütövlüyümüzün bərpa edilməsi oldu.  Vətən müharibəsində qazanılan parlaq Qələbə tarixi ədaləti bərpa etdi. Xalqın Prezidentinə olan birmənalı dəstəyi ilə Ali Baş Komandanın rəhbərliyi  altında rəşadətli ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı 44 gündə işğaldan azad etdi. Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi Qələbə ilə başa çatdı. Bu Zəfər şəhidlərimizin ruhunu şad etdi. Bu Qələbə Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytardı.

Burada bir incə məqamı da xüsusi vurğulamaq istərdik ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevlə bağlı paylaşımları xalqımız tərəfindən böyük maraqla, sevgi ilə qarşılanır. Dövlət başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin postmünaqişə dövründə müsahibələrinin, xalqa müraciətlərinin hər birində, eləcə də işğaldan azad edilmiş ərazilərimizə səfərlərində keçirdiyi qürur hissi, duyğuları Azərbaycan xalqına  çatdırılır. Videogörüntülərdə cənab Prezidentin sevincinə, qüruruna, duyğulu anlarına şahidlik edirik.

Dekabr ayının 24-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin özünün 60 illik yubileyinin məhz işğaldan azad edilmiş Qarabağ torpağında qeyd etməsi xalqımız tərəfindən maraq və sevgiylə qarşılanmışdır. Əvvəlcə  Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açılışında iştirak edən Prezident müharibənin bitməsinə baxmayaraq ordunun qüvvətləndirilməsi məsələlərinin hər zaman gündəmdə olacağını bəyan etdi. 

Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açılışından sonra Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Qarabağın incisi Şuşa şəhərinə gəlmişdir. Ölkə başçısının Şuşaya növbəti səfəri 60 illik yubileyinə təsadüf edir. Artıq neçə illərdir ki, Prezident İlham Əliyev öz ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd edərək sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Öz 50 illiyini Ağcabədidə məcburi köçkünlərlə bərabər qeyd edən Prezident İlhan Əliyev  bu il dekabrın 24-də 60 illiyini də ailə üzvləri ilə birlikdə Qarabağda - Şuşada keçirdi.

18 il əvvəl Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər İlham Əliyev xalqın dəstəyinə arxalanır və bu dəstək ona güc verir. Prezidentin  qeyd etdiyi kimi “Bu dəstək iradəmi möhkəmləndirir və bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”.




Tofiq Qarayev,

Salyan rayon Kürsəngi kənd inzibati

ərazi dairəsi üzrə nümayəndə.

Müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb



Azərbaycan son illərdə ordu quruculuğu sahəsində böyük uğurlar qazanıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən etibarən başlanmış nizami ordu quruculuğu prosesi 2020-ci ilin noyabrında Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistan ordusunun darmadağın edilərək torpaqlarımızdan qovulması ilə başa çatıb. Ordumuz ən müasir silahlarla təchiz edilib, ən peşəkar səviyyədə hərbi təlimlərdə bərkiyib. Nəhayət, XXI əsrin müharibəsini böyük rəşadətlə başa vurub, dünyanın ən yaxşı orduları sırasında özünə yer tutub.

Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Respublikamızın dövlət büdcəsindən ordu quruculuğuna böyük həcmdə vəsait ayrılıb, Silahlı Qüvvələrimizin müasir silah-sursatla təminatı, kadrların peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə hərbi xərclər hər il büdcə xərcləri arasında birinci yerdə dayanıb. Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələyib.

Məhz bu diqqətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir silahlar var. Bu silahlar düşmənin istənilən hədəfini dəqiqliklə nişan almağa və məhv etməyə qadirdir. Eyni zamanda, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycan qısa müddətdə özünün güclü müdafiə sənayesini qurmağa nail olub. Bütün bunların müsbət nəticəsini isə biz ötən 44 günlük Vətən müharibəsində gördük.

Ölkəmizdə müharibədən sonra da ordu quruculuğu prosesi dayandırılmayıb, orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da ordu quruculuğu prosesi dayanmayacaq.

Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Hadrut qəsəbəsində yeni hərbi hissənin açılması da deyilənlərə sübutdur. Açılışdakı çıxışında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin də bəyan etdiyi kimi Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir. Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır, Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq. Digər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq. Bütün bunlar isə həm əsgərlərdə, həm də ümumilikdə xalqımızda xüsusi ruh yüksliyi yaradır.

Prezidentimizin, dövlətimizin, müzəffər ordumuzun səyi nəticəsində işğaldan azad olunan ərazilərimizdə həyat yavaş-yavaş bərpa olunur. Gələcək nəsillərimiz bu torpaqlarda yaşayıb, mədəni irsimizi bərpa edib yenidən tarix yazacaqlar.



Seyran Ağalarov,

Salyan rayon Gigiyena və Epidemilogiya Mərkəzinin direktoru


Hadrut əməliyyatı ikinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə

malik olan bir əməliyyat idi


 

27 sentyabr 2020-ci ildə mənfur, xain, vandal erməni qonşularımızın yenidən Azərbaycan torpaqlarını işğal etmək istəyinə qarşı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusu əks həmlə hücumuna keçdi. 44 gün ağır döyüşlər getdi. 30 ilə yaxın işğal altında olan Qarabağ torpağında ermənilər böyük mühəndislik işləri görmüş və möhkəmlənmişdilər. Müzəffər Azərbaycan ordusunun şücaəti, qəhrəmanlığı və igidliyi nəticəsində “alınmaz” hesab edilən torpaqlarımız işğaldan azad edildi. Tarixdə misli görünməyən bir qəhrəmanlığın nəticəsi olaraq təxminən 1800 günə işğal olunmuş Qarabağ torpağı 44 günə işğaldan azad olundu.

Biz Zəfər çaldıq! Təbii ki, müharibənin qanunlarına uyğun olaraq bu yolda ŞƏHİDLƏR verdik, lakin Ali Baş komandan-Ordu-Xalq birliyi sarsılmadı, daha da qüvvətlənərək möhkəmləndi, Qarabağı görməyən oğullar bu müqəddəs torğağı əsl sahibinə qaytardılar.

İkinci Qarabağ müharibəsində, eləcə də bütün xarici və daxili fəaliyyətdə cənab Prezidentimizin apardığı çevik siyasət erməni mifini dünyada məhv etmişdir. Hələ çox illər İlham Əliyev siyasətinin məntiqi açıqlamasını dünya ölkələri araşdıraraq öyrənməli olacaqlar.

Cənab Prezidentimiz 2003-cü ildən keçən 18-il müddətində demək olar ki, bütün ad günlərini ayrı-ayrı bölgələrdə Azərbaycan əhalisi ilə birlikdə qeyd etmiş, daima xalqın dəstəyini hiss etmiş və bu dəstəkdən güc alaraq Azərbaycan dövlətinin böyük uğurlara imza atmasına imkan yaratmışdır. Ad günlərində cənab Prezidentimiz adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezidentimiz şəhid ailələri üçün tikilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür.

Cənab Prezident 50 illik yubileyini Ağcabədidə məcburi köçkünlərlə keçirmiş, 60 illik yubileyini də Hadrutda-Şuşada keçirdi. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 24 dekabr 2021-ci il tarixdə, Yeni yaşı günündə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində olmuşdur. Möhtərəm cənab Ali Baş Komandanın bu görüşlərində söylədiyi proqram xarakterli, analiz və sintez əsaslı çıxışından irəli gələn açıqlamaların bəzi məqamlarını əziz Azərbaycan xalqı ilə bölüşmək istərdim:

Xocəvənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunması Zəfər qələbəmizin açarı, Şuşanın işğaldan azad olunmasının səbəbi oldu. Strateji əhəmiyyətə malik olan Hadrut qəsəbəsinin işğaldan azad edilməsi qələbəmizi asanlaşdırdı və gələcək planlara əlavə dəstək verdi. Əgər Hadrut qəsəbəsi işğaldan azad edilməsəydi Azərbaycan ordusunun apardığı əməliyyatlar böyük çətinliklərlə üzləşə bilərdi. Ona görə də Cəbrayıl şəhəri işğaldan azad olunduqdan sonra ikinci Hadrut qəsəbəsi işğalçılardan azad olunmuşdur. Hadrut qəsəbəsi 2020-ci ilin 9 oktyabrında işğaldan azad olundu. Bütün Qarabağda olduğu kimi mənfur düşmən Hadrutda da 30 il ərzində möhkəm istehkamlar qurmuş və bir neçə səddən ibarət müdafiə istehkamları yaratmışdır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki, bu dağlarda, sıldırımlı yollarda yerləşərək düşmən böyük üstünlüyə malik idi, lakin bizim hərbiçilərimizin peşəkarlığı, fiziki gücü, mənəvi hazırlığı, vətən sevgisi və fədakarlığı Zəfər qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı.

Ermənistan çalışırdı ki, Hadrutu verməsin, onu daima öz nəzarəti altında saxlasın. Hadrut azad edildikdən sonra Ermənistan ordusunda fərarilik halları genişləndi və özlərinin etirafına görə müharibə zamanı 10000 nəfərdən çox fərarisi olmuşdur. Hadrut əməliyyatından sonra Azərbaycan ordusu şərəfli missiyasını davam etdirərək genişləndirdi və oktyabrın 17-də Fizuli şəhəri, bir neçə gün sonra Zəngilan, Qubadlı rayonları və Laçının cənub hissəsi işğaldan azad olundu. Ordumuz faktiki olaraq Laçın dəhlizinə çıxdı və dəhlizi nəzarətdə saxladı. Nəticədə uğurlu Hadrut əməliyyatı Zəfər Qələbəsinin əsasını qoyaraq 30 illik işğalın bitdiyini Azərbaycan xalqına töhfə etdi.

Hadrut işğaldan azad olunmasaydı Şuşaya gedib çatmaq daha çətin olardı və müharibənin həm vaxtı uzanar, həm də ordu da itki sayı daha çox ola bilərdi. Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Azərbaycanın qəhrəman oğulları yüngül silahlarla, insan ayağı dəyməyən cəngənliklərlə hərəkət edib qayalara dırmaşaraq, məşəqqətli, çətin yollar aşaraq mədəniyyət paytaxtımız olan, Qarabağın ürəyi hasab olunan Şuşanı işğalçılardan azad etdilər. 8 noyabr 2020-ci il, Şuşanın işğaldan azad olunduğu gün Azərbaycan tarixinə Qələbə günü kimi daxil oldu.

Müzəffər ALİ Baş Komandan, Azərbaycan Ordusu və Azərbaycan xalqı Qarabağı azad etdi, torpaqların əsl sahibi qayıtdı və bundan sonra bu torpaqlarda əbədi yaşayacaq. Ali Baş Komandan -ordu-xalq birliyi bir amal uğrunda, bir müqəddəs ideya uğrunda itəyinə nail oldu.

Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın İqtidar-Ordu və Xalq birliyi!




Səlimağa Səlimli,

Salyan rayon Şəkərli kənd sakini, Əməkdar müəllim


Prezidentin özü üçün əlamətdar olan günlərdə xalq arasında olması

xalqa və dövlətə xidmətin və sevginin göstəricisidir



Vətən müharibəsinə qədər Ali Baş Komandanın öz iradəsi və qətiyyətli mövqeyi ilə həyata keçirdiyi fəaliyyətin tərkibində xalq qarşısında çıxışları xüsusi yer tutur. Tarix göstərdi ki, ölkəmizin başçısının dediyi sözlər reallığa çevrilən vədlər idi. Bu reallıqların arxasında isə böyük siyasətçinin həyata keçirdiyi düzgün daxili və xarici siyasət dururdu. Vətən müharibəsindəki böyük qələbədən sonra isə Müzəffər Ali Baş Komandanın hər dəfə işğaldan azad edilən ərazilərə səfəri, müxtəlif vaxtlarda etdiyi çıxışları cəmiyyət tərəfindən qürur hissi ilə izlənilir. Bu qəbildən olan daha bir səfər və çıxışı dekabrın 24-də, məhz möhtərəm Prezidentin 60 illik yubileyi ilə eyni gündə baş verdi. Prezidentin özü üçün əlamətdar olan günlərdə xalq arasında olması xalqa və dövlətə xidmətin və sevginin göstəricisidir.

Bəli, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev 60 illiyini yenə bölgədə, azad olunmuş torpaqlarda, o cümlədən Şuşada qeyd etdi,  özü də bu dəfə qalib sərkərdə kimi... Müzəffər Ali Baş Komandanın Şuşaya səfəri sayca yeddinci idi. Cənab Prezident hər dəfə Şuşaya əlamətdar hadisələrlə bağlı gedib. Milli bayramımız olan Novruz bayramını Şuşada qeyd etməsi, Xarıbülbül festivalı, Şuşa Bəyannaməsinin imzalanması, müxtəlif açılış və təməlqoyma mərasimlərinin hər biri tarixi hadisələrdir. Bütün bunlar Şuşanın əsl sahibinə qovuşmasını simvolizə edən önəmli amillərdir. Azərbaycanın gözü olan Şuşada çıxışı zamanı ilk dəfə Prezident seçildiyi gündən bu günə qədər xalqın dəstəyini hiss etdiyini qeyd edən ölkə başçısı “Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq” – deyə söyləməklə xalqımızın dəstəyinə güvəndiyini dedi. Bu dəstək Azərbaycan dövlətinin inkişafına yönələn ən əsas amillərdəndir. Müdrik xalqımızın öz liderinə olan inamı dövlətimizin güclənməsi üçün görülən işlərdə ölkə başçısına mənəvi güc verib.

Hər zaman, bütün çıxışlarında olduğu kimi, Şuşadakı çıxışında da şəhidlərimizin ruhuna ehtiramını bildirən dövlət başçısı Qarabağ müharibəsində əldə edilmiş Zəfərdən sonra gücümüzün, nüfuzumuzun, təsir dairəmizin  daha da genişləndiyini bir daha böyük qürurla  söylədi, Hadrutda Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı kimi yeni  silahlı birləşmə olan Komanda Briqadasının hərbi hissəsinin açılışında  iştirak etdiyini bildirdi. O, həmçinin dedi:  “Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən ad günlərimə təsadüf edən günlərdə hansısa sosial  obyektlərin açılışında iştirak edirəm, məcburi köçkünlərlə,  şəhid ailələri ilə görüşürdüm... 50 illiyimi də məcburi köçkünlərlə bərabər qeyd etmişdim... 60 illiyimi isə Qarabağda -- bu dəfə Şuşada keçirirəm... Bu gün azad  Qarabağda,  Şuşada və Hadrutda olarkən mən,--əgər belə demək mümkündürsə,--öz ad günümü qeyd edirəm...”.

Öz çıxışında ulu öndərin ruhunu ehtiramla yad edən Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirən layiqli övlad və siyasi varis kimi bundan sonra bu torpaqlarda Azərbaycan xalqının əbədi yaşayacağını, Qarabağda Azərbaycan muğamının əbədi səslənəcəyini bir daha dünyanın gözü qarşısında bəyan etdi.


Fariz Sadıqlı,

Salyan rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi

Xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasəti



Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü  böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev  dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. Ulu Öndərin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Ötən 18 ildə İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın yüksəlişinin ortaya qoyduğu ən böyük reallıqlardan biri xalqımızın milli həmrəyliyinin daha da güclənməsidir. Bu illər ərzində İlham Əliyevin Azərbaycan cəmiyyətindəki etimadının daha da yüksəlməsi, dövlət başçısının yürütdüyü siyasətin xalqımız tərəfindən yekdilliklə və coşqu ilə dəstəklənməsi həm də milli həmrəyliyimizin ifadəsidir.

Birlik və həmrəylimizi dünyaya bir daha bəyan edən 44 günlük Vətən müharibəsində xalq-ordu-iqtidar birliyi şanlı Qələbənin əldə edilməsində mühüm rol oynadı. Döyüş meydanında, diplomatiyada, informasiya müharibəsində birlik və həmrəylik göstərən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Dağlıq Qarabağ öz əzəli xalqına geri qaytarıldı. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Böyük fəxarət və qürur hissi ilə qeyd edirik ki, haqq savaşımızda Azərbaycan regionda yeni siyasi reallığın müəllifi kimi bir daha sübut etdi ki, ölkəmizlə heç zaman güc dilində danışmaq, ona hansısa şərtləri diqtə etmək qeyri-mümkündür.



Ülviyyə Qasımova,

Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin müəllimi


Dünya azərbaycanlılarının həmrəyliyi tarixi Qələbəmizi daha inamlı etdi



Artıq neçə illərdir ki, azərbaycanlılar öz həmrəylik günlərini qeyd edirlər. Hər bir xalqın öz milli birlik fəlsəfəsi var. Azərbaycanlıların da tarixində birlik və bərabərliyi ifadə edən möhtəşəm təqvimlər olub. Azərbaycan xalqının birlik və həmrəyliyinin daha da möhkəmləndirilməsi baxımından 1991-ci ilin 31 dekabrı tariximizin ən əlamətdar və şərəfli səhifələrindən birini təşkil edir. Məhz həmin il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Daha sonra Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi və dekabrın 25-də qanunverici orqan müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi. Həmin vaxtdan bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər.

Bu qərar müstəqilliyini yeni elan etmiş Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsinə əvəzsiz töhfə idi. Birlik və həmrəylik istiqamətində atılmış bu ilk addım sonrakı dövrlərdə xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynadı. 1993-cü ildə xalqın istəyi ilə Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü daha geniş vüsət taparaq ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək aldı.

Ulu Öndərin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyəti ardıcıl və sistemli səciyyə daşıyır. Ötən 18 ildə İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın yüksəlişinin ortaya qoyduğu ən böyük reallıqlardan biri xalqımızın milli həmrəyliyinin daha da güclənməsidir. Bu illər ərzində İlham Əliyevin Azərbaycan cəmiyyətindəki etimadının daha da yüksəlməsi, dövlət başçısının yürütdüyü siyasətin xalqımız tərəfindən yekdilliklə və coşqu ilə dəstəklənməsi həm də milli həmrəyliyimizin ifadəsidir.

Eyni zamanda xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş cənab İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Məhz İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq cənab İlham Əliyev bütün seçkilərdə tək Azərbaycan vətəndaşlarının deyil, dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın dəstəyini alıb, onların alternativsiz lideri olub.

Bu gün Azərbaycan xalqı Dünya Azərbaycanlılarının Həmrəylik Gününün 30-cu ildönümünü qeyd edir. Amma bu dəfə Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Çünki Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi.

Bəli, Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu savaşda xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Heç bir qüvvə bu sarsılmaz birliyi pozmaq iqtidarında deyil.



Qadir Əzizov,

4 nömrəli Yol Yaşıllaşdırma MMC-nin direktoru


Dünya azərbaycanlılarının həmrəyliyinin fəlsəfəsi



Bizi, Azərbaycan Respublikasının vətəndaşlarını və dünya azərbaycanlılarını birləşdirən ideya, dəyər Azərbaycançılıqdır. Bu dəyər Azərbaycan dövlətini qorumaqdır, vətəndaşlarımızın və dünyadakı soydaşlarımızın həmrəyliyidir, birliyidir. Azərbaycançılıq ideyası ölkə daxilində vətəndaşlarımızı, xaricdə isə soydaşlarımızı birləşdirir, təşkilatlandırır. Çünki ölkə daxilində güclü vətəndaş həmrəyliyinin olması ilə yanaşı, xaricdəki güclü diaspor fəaliyyəti də dövlətçiliyimizi möhkəmləndirən amillərdən biridir. Hər il qeyd etdiyimiz, bu il qalib ölkənin vətəndaşları kimi qarşıladığımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür Azərbaycançılıq.

Bildiyimiz kimi 1991-ci ildə Naxçıvanda ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilmişdir. Ümummilli Liderimiz bu münasibətlə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev  dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - müdrik rəhbərin bu kəlamları Azərbaycançılığın ideya əsaslarına, hər bir azərbaycanlı üçün isə milli qürur rəmzinə çevrilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II,  2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə, həmçinin, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına əsaslı töhfə vermişdir. Eyni zamanda, Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin, Azərbaycançılıq ideyasının ətrafında sıx birləşdiyini təsdiqlədi.

Bu gün dünya azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında cəmləşməsi üçün daha münbit şərait yaranmışdır. Azərbaycan nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan həmvətənlərimiz qarşısında geniş perspektivər açılmışdır.

Birlik və həmrəylimizi dünyaya bir daha bəyan edən 44 günlük Vətən müharibəsində xalq-ordu-iqtidar birliyi şanlı Qələbənin əldə edilməsində mühüm rol oynadı. Döyüş meydanında, diplomatiyada, informasiya müharibəsində birlik və həmrəylik göstərən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Dağlıq Qarabağ öz əzəli xalqına geri qaytarıldı. Prezident İlham Əliyevin 18 il ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasət öz bəhrəsini verdi və bu günlər hamımız mübarək zəfərin təntənəsini yaşayır, bütövlüyümüzün və birliyimizin sevincini bölüşürük.




Faiq Zərbəliyev,

Salyan rayon Peyk kənd tam orta məktəbin direktoru


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birlik şüarının simvolik günü və milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir


31 dekabr - Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət etmişdir. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etmişdir.

Azərbaycançılıq məfkurəsinin, həmrəyliyin, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. 1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il öncə milli-mənəvi bütövləşmə hərəkatının başlanğıcının qoyulması yeni dövrün salnaməsinin ən mühüm siyasi hadisələrindən biri olmuşdur. Dövlət müstəqilliyimizlə yaşıd olan bu hərəkat sonrakı dövrdə geniş vüsət almış, dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu bayramın ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunması 1992-ci ildə baş tutmuşdur. Sonradan həmin gün bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının milli bayramına çevrildi.

Artıq 1993-cü ilin ortalarından başlayaraq, Azərbaycan rəhbərliyi xarici ölkələrdə yaşayan azərbaycanlıların həyat və fəaliyyətinə böyük diqqət və qayğı ilə yanaşmış, diaspor nümayəndələrinə öz fəaliyyətini genişləndirmək və əlaqələrini möhkəmləndirmək üçün hər cür dəstək göstərilmişdir. Yaşadıqları ölkələrdə azərbaycanlıların təşkilatlanması, özlərini inamlı hiss etmələri, cəmiyyətdə müvafiq mövqelər tutması, habelə tarixi Vətənin maraqlarına xidmət etməyi unutmaması üçün müvafiq addımlar atılmışdır. Dünya azərbaycanlılarının həmrəyliyi, diasporla iş sahəsində dövlət siyasətinin prioriteti, həmçinin respublikamıza dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını daha sürətləndirir. Ölkəmiz haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında mühüm rol oynayır.

Azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini düzgün dəyərləndirən Heydər Əliyev xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması məsələlərini diqqət mərkəzində saxlayırdı. Ulu öndər xarici ölkələrə etdiyi səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirər, onların problem və qayğıları ilə yaxından maraqlanar, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr verərdi. "Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir" - deyə ulu öndər bildirmişdir.

Bəli, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi çoxsaylı xidmətlərindən biridir. Azərbaycançılıq ideyası bitkin ideologiya kimi məhz müstəqillik dövründə Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Ulu Öndərin hakimiyyətə tarixi qayıdışı bütün sahələrdə olduğu kimi, diaspor quruculuğu və dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində də yeni vəzifələrin meydana gəlməsinə və yeni işlərin başlanmasına rəvac verdi. Dahi rəhbər böyük inamla dünya azərbaycanlılarının bir amal və bir məslək uğrunda fəal mübarizə aparması işinə başladı və bu çətin problemi öz dühasının gücü ilə uğurla həll etdi.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü-Azərbaycan millətinin birlik şüarının simvolik günü və milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Qədim tarixə malik xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan ən xoş amal və duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət taparaq ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. 31 dekabr dünyadakı bütün azərbaycanlıları bir bayrağın - Azərbaycanın üçrəngli bayrağının altında cəmləşmələrini simvolizə edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.




Bayram Rəhimov,

Salyan rayon Təzəkənd kənd ümumi orta məktəbin müəllimi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün dekabrın 28-də Sankt-Peterburq şəhərinə səfərə gedib.

Axar.az xəbər verir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlətimizin başçısını Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıblar.