Son xəbərlər


Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti xanım Katerina Sakellaropuluya başsağlığı məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli xanım Prezident,

 

Yunanıstan Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Karolos Papulyasın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Karolos Papulyasın Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirir, onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə və bütün Yunanıstan xalqına dərin hüznlə başsağlığı verirəm".


13:53

Prezident İlham Əliyev “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 fevral tarixli 1974 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

“Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 fevral tarixli 1974 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 155; 2014, № 6, maddə 644; 2016, № 8, maddə 1384; 2017, № 1, maddə 85, № 8, maddə 1521; 2018, № 5, maddə 1021) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə üzrə:

 

1.1. “Komissiyanın sədri” hissəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri “Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri” sözləri ilə əvəz edilsin;

1.2. “Komissiyanın üzvləri” hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri “rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilsin;

1.3. “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru” sözlərindən sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri əlavə edilsin.

2. 2-ci hissədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə” sözləri “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

3. 3.1-ci bənddə və 4-cü hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 428-VIQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 428-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 –2021)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 1-ci maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”nin 3.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.3. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 1-ci maddəsində hər iki halda “orqan (qurum)” dedikdə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzərdə tutulur;

1.4. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”nin 3.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzərdə tutulur.

2. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının təhsil nazirinə verilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 428-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.


Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdənkənar partiya təmsilçiləri ilə görüşüb.

Axar.az xəbər verir ki, Nikol Paşinyan Brüssel səfəri və Prezident İlham Əliyevlə görüşü barədə onları məlumatlandırıb.

“Həmişə olduğu kimi, indi də sizinlə son görüşümdəki müzakirələri bölüşmək və sizin bu haqda analiz və rəylərinizi eşitmək istəyirəm”, - Nikol Paşinyan iclasda deyib.

 

Görüşün detalları haqda məlumat verilməyib.

Görüşdə Respublika Partiyasının lideri Aram Sərkisyan, Liberal Partiyasının rəhbəri Samvel Babayan, Alyans Partiyasının sədri Tiqran Arzakantsyan, Ədalətli Ermənistan Partiyasının sədri Norayr Norikyan və s. iştirak edib.


Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın məşhur Cıdır düzündə çıxışında deyib.

 

"Bu il “Xarıbülbül” festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Hər birimiz o anları xatırlayır. Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. O, özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdi və bu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq. Qeyd etdiyim kimi, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir", - Prezident qeyd edib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türkiyənin müxtəlif bölgələrindən, Qazaxıstandan, Özbəkistandan, Makedoniyadan, Qaqauziyadan yubiley təbrikləri gəlib.

Axar.az xəbər verir ki, Türk Ağsaqqalları Birliyinin (TAİB) Təşkilat Komitəsinin sədri, akademik Sudeyif İmamverdiyev, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, məşhur futbol xadimi Yılmaz Vural, İğdır Aralıq bələdiyyə rəhbəri Mustafa Gözəlqaya, İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal, Türkiyənin Qars şəhərinin sabiq bələdiyyə sədri Mürtəza Qaraçanta, özbəkistanlı professor Erkin Nuriddinov, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin başqanı Ayxan Dəmirçi, Makedoniyanın sabiq naziri Elvin Hasan, Qaqauz Ağsaqqallar Şurasının sədri Vasili Anavut, Qazaxıstanın “Avrasiya Nyus” agentliyinin rəhbəri, Media Türkü TV-nin Qazaxıstan nümayəndəsi Nurqali Jusipbay, Kərkük Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzəçi, Türkiyə Sivas Cümhuriyyət Universitetinin professoru Tuncay Dilçi, Dünya Əfşarlar Birliyinin Elmi Şurasının sədri Məmduh Yağmur, Özbəkistan Mənəviyyat və Maarifçilik Mərkəzinin üzvü Cəmilə Şermuxamedova, Güney Türküstanın (Əfqanıstan) tanınmış ifaçısı Mehmet Sabir Kargər Müzəffər Ali Baş Komandan İlham Əliyevi 60 yaşının tamam olması münasibəti ilə təbrik ediblər.

 

Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş "Konüllərdə taxt qurmuş sərkərdə" adlı videomaterialı təqdim edirik:


Bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən bildirib.

 

Dövlət başçısı deyib:

“Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər. Heç kim bizi dayandıra bilmədi”.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik ediblər.

Milli.Az xəbər verir ki, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova, Gələcək Azərbaycan Partiyasının fəxri üzvü Rəsul Quliyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Azərbaycan Kommunist Partiyasının nümayəndəsi Hacı Hacıyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Milli Vəhdət Partiyasının sədri Yunuz Oğuz, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu, Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərim, Ağ Partiyasının sədri Tural Abbaslı, Birlik Partiyasının sədri Xudadat Xudiyev dövlət başçısına təbrik məktubu ünvanlayıblar.

Partiya liderləri Prezident İlham Əliyevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Təbrik məktubları dövlət başçısının rəsmi saytında yerləşdirilib.