![]() |
![]() |
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Nizami Gəncəvi”
Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin yeni imzaladığı “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” Sərəncam bu kateqoroyadan olan ailələrin sosial müdafiəsinə göstərilən xüsusi qayğının daha bir təzahürüdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a bildirilib ki, sərəncama əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.
Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2021-ci il dövlət büdcəsində ünvanlı sosial yardım üçün nəzərdə tutulmuş vəsaitdən 4,8 milyon manat ayrılıb.
Sərəncam ünvanlı sosial yardım alan, 200 mindən çox ailə üzvü olan 47 min ailəni əhatə edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımı həmin ailələrin hesablarına köçürəcək.
Qeyd edək ki, ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edir və bu məbləğ son 4 ildə 88% artaraq 280 manatı ötüb.
Prezident İlham Əliyev İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncamda qeyd olunur:
"İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir.
1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmiş, pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır. Görkəmli maarifpərvər Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları vardır".
Təhsil Nazirliyinə İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək həvalə olunub.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
2021-ci ilin ən önəmli hadisələrindən biri də İlham Əliyevin Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında imzaladığı fərmandır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfəri başa çatıb.
Hər platforma, hər beynəlxalq səviyyəli konfrans ikitərəfli və çoxtərəfli münasibətlərin müzakirəsi baxımından bir fürsətdir. Lakin Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə İlham Əliyev və Nikol Paşinyanın hansısa bir yekun sənədə imza atacağını düşünmürəm.
Bu sözləri Axar.az-a açıqlamasında Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.
Onun sözlərinə görə, ənənəvi olaraq münaqişədən sonra tərəflər arasında görüşlər və imzalanan sənədlər xüsusi mahiyyət daşıyır:
“Peterburqda keçirilən görüşün əsas səbəbi MDB-nin 30 illiyidir. Əlbəttə ki, bu toplantıda İlham Əliyev və Paşinyan görüşə, müxtəlif məsələləri müzakirə edə bilər. Ancaq Qarabağ kimi onillərlə beynəlxalq aləmi məşğul edən ciddi bir məsələ ilə bağlı bəyanat və anlaşmaların imzalanması üçün xüsusi zirvə görüşlərinin təşkil edilməsi lazımdır. Çünki bu, həm vasitəçi dövlət olaraq Rusiya, həm də tərəf dövlətlər olan Azərbaycan və Ermənistan üçün tarixi və siyasi əhəmiyyət kəsb edir”.