Son xəbərlər

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 572 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə"də və "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"ndə dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 572 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə"də və "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"ndə dəyişiklik təsdiq edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

ADAU-nun müəllimi: "Saytlara müraciət göndərməmişəm,araşdırılmasını xahiş edirəm" 

"ADAU-nun Aqromühəndislik fakültəsinin bir qrup müəllimi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına , Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri İnam Kərimov cənabına ,eləcə də adımdan bir çox saytlara edilən müraciətin heç bir əsası yoxdu,yanlış məlumatdı.

Bu fikirləri Faktinfo.az saytına ADAU-nun "Ekologiya" kafedrasının müəllimi İzabella Qasımova bildirib.

İzabella Qasımova: " ADAU-nun "Aqromühəndislik" fakültəsinin bir qrup müəllimi adından saytlara edilən müraciəti mənim adımla göndərmək ədalət hissini itirməkdir,vicdansızlıqdır. Mənim "Ekologiya" kafedrasının  müəllimi kimi "Aqromühəndislik" fakültəsinə heç bir aidiyyatım yoxdu.Orada keçirilən və ya keçiriləcək dekan seçkiləri də məni maraqlandırmır,müəllim kimi öz işimlə məşğulam.Anar Hətəmov,Nemət Hacıyev,Elay Zeynallı barədə  saytlara göndərilən məlumatda qeyd edilən  fikirlər qərəzdən başqa bir şey deyil.Ümumiyyətlə saytlara hər hansı müraciət göndərməmişəm,sizdən də bu məsələni araşdırmağınızı xahiş edirəm."

ADAU-nun mətbat xidmətindən isə sayta bildirilib ki, Nemət Hacıyev "Aqromühəndislik" fakültəsinə keçirilən dekan seçkilərində namizəd deyil.O,namizədliyini əvvəldən geri götürüb.Yayılan məlumatlar universitetlə bağlı ortaya atılan növbəti uydurmadan başqa bir şey deyildir.

Qeyd edək ki,ADAU-nun "bir qrup müəllimi "ni əsas götürməklə "Ekologiya" kafedrasının müəllimi İzabella Qasımovanın adından saytlara müraciət göndərilib.Müraciətdə  qeyd edilir ki, "Aqromühəndislik" fakültəsinə dekan seçkiləri keçirilir. Dekan olmaq üçün namizəd Nemət Hacıyev universitetin prorektoru Anar Hətəmova 20000 manat rüşvət verib.Həmçinin Nemət Hacıyevə dekan olması üçün ADAU-nun tədris şöbəsinin müdiri Elay Zeynallı da köməklik göstərir.

Onu da xatırladaq ki,son aylar ADAU ilə bağlı saytlara müxtəlif şəxslərin adından göndərilən məlumatlar təsdiqlənmir.Universitet onun rəhbərliyi haqqında qərəzli məlumatlar bəzi saytlarda yer alır. Bu kimi məlumatların  saxta profillər üzərindən göndərilməsi müəyyən olunur.

 

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Brüsseldə səfərdə olarkən ölkəmizin Ermənistanla münaqişədən sonrakı vəziyyət ətrafında mövqeyini detallı şəkildə bildirmiş və buna görə istər Avropa İttifaqı, istərsə də NATO-da ciddi dəstək qazandı. Azərbaycan lideri 44 günlük Vətən müharibəsi, eləcə də postmünaqişə dövrü ilə bağlı mövqeyini İspaniyanın “El Pais" qəzetinə müsahibəsində geniş şərh etdi. Təbii ki, bütün bu hadisələri Azərbaycanda böyük maraqla izlədik və Prezidentin ədalətli və prinsipial mövqeyinin ən müxtəlif səviyyələrdə dəstəklənməsindən məmnun olduq.

İspaniya nəşrinə müsahibəsində Prezident İlham Əliyev əvvəlcə Ermənistanla münasibətlər sahəsindəki hazırkı vəziyyət haqqında ətraflı məlumat verərək bildirdi ki, müharibə bitəndən sonra vəziyyət nisbətən sabitdir. Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı məsuliyyət zonasında da vəziyyət Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə müqayisədə daha çox sabitdir. Sərhəddə yaranan toqquşmaların səbəbi isə Ermənistanın qisas almaq cəhdlərindən vaz keçməməsidir. Çünki İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı olub. Bu məğlubiyyət onların otuz ildən bəri davam edən “yenilməz ordu”, “güc”, “əsgər və komandirlərinin cəsarəti” haqqında təbliğatını və ideoloji zəminini darmadağın edib. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edilib. Bundan sonra Ermənistan ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq Azərbaycanın 44 günlük müharibədə geri almadığı əraziləri geri qaytarmağa razılıq verib. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür.

Prezident haqlı olaraq bir daha bəyan etdi ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb keçən əsrin 90-cı illərinin əvvəlində, hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğal olunmasıdır. Buna görə həm fiziki, həm də siyasi olaraq sərhədləri demarkasiya və delimitasiya etmək mümkün olmayıb. Müharibədən sonra Azərbaycan özünün tarixi sərhədlərini bərpa etməyə başlayıb və Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət edib. Ancaq əfsuslar olsun ki, Ermənistan bunu Azərbaycanın Ermənistan ərazisinə müdaxiləsi kimi təqdim etməyə başlayıb. Faktiki olaraq Azərbaycan öz ərazisi hesab etdiyi yerlərdə mövqe tutub.

Dövlət başçısı onu da qeyd etdi ki, Qarabağ müharibəsinin bitməsindən sonra Azərbaycan Ermənistana sərhədlərin demarkasiyası üzərində işləməyi, delimitasiya üzrə birgə işçi qrupu yaratmağı və bütün mübahisələri masa üzərində aydınlaşdırmağı təklif edib. Buna cavab olaraq Ermənistan bir ildən çoxdur ki, dövlət sərhədində hərbi təxribatlar törətməyə başlayıb. Lakin onların bütün cəhdləri uğursuz olub. Prezident İlham Əliyev dedi: “Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik. Buna görə biz onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər. Beynəlxalq oyunçular da bunu bilirlər. Müsbət dinamika görsək, biz, əlbəttə ki, bundan yararlanacağıq və sülhün gücləndirilməsinə öz töhfəmizi verəcəyik”.

Azərbaycan lideri müsahibəsində bir daha cəsarətlə bəyan etdi ki, Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib: “Azərbaycanın mövqeyi açıq-aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə zəfər çaldıq, biz qalibik. Bu reallığı nəzərə almaq lazımdır”.

Ona görə də Ermənistan istənilən düşmənçilik hərəkətindən, ərazi iddialarından çəkinməli və sülh sazişi üzərində çalışmalıdır: “İstənilən halda biz qonşuyuq və bizdən heç kim digər planetə uçası deyil. Biz yan-yana yaşamağı öyrənməli, münasibətlərin, o cümlədən insanlar arasında təmasların normallaşması üçün tədricən zəmin hazırlamalıyıq. Biz açıq şəkildə bəyan etmişik ki, buna hazırıq. Ancaq indiyədək heç bir müsbət siqnal gəlməyib”.