Son xəbərlər

Brüsseldə keçiriləcək danışıqlardan heç bir xüsusi gözlənti yoxdur.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

Onun sözlərinə görə, Qərb indi bu regionda öz təsirini artırmağa çalışır və Moskvanı oyundan kənarlaşdırmaq istəyir.

“Paşinyan heç vaxt rusiyapərəstliyi ilə seçilməyib. Məhz buna görə o, Qərbə bu qədər meyillidir. Qərb də bunu yaxşı bilir. Onu desert üçün saxlayıblar. Qərb üçün ideoloji, psixoloji, hətta tipoloji baxımdan Paşinyan daha “unikal”dır”, - Trofimçuk bildirib.

Trofimçukun fikrincə, Paşinyanın problemi və İlham Əliyevin şansı ondan ibarətdir ki, Aİ və ümumilikdə Qərbin bütün yüksək rütbəli siyasətçiləri, o cümlədən Brüssel danışıqlarının təşəbbüskarı Şarl Mişel zəif fiqurdur:

“Orada müzakirə xatirinə bitib-tükənməyən müzakirələr aparırlar. Bakının ATƏT-in Minsk Qrupunu bir zərbə ilə necə kəsdiyini və indi bu faktdan tam razı qaldığını xatırlamaq kifayətdir. İndi bütün kartlar Bakının əlindədir, xüsusən də nə Moskva, nə də Brüssel Qarabağın Azərbaycanın olmadığını düşünmür”.


Prezident İlham Əliyevin əvvəlki çıxışlarında da yer alan “vaxt vermişik”, “şərtlərə əməl olunmalıdır” tezisləri ümumən ölkə rəhbərinin, Ali Baş Komandanın müharibə məntiqini, savaş prinsiplərini, dünyabaxışını və yaxud da dövlətin bu məsələlərə iradəsini ifadə edir. Birincisi, cənab Prezidentin bu mövqeyi ilk növbədə 10 noyabr razılaşmasındakı məsələyə dayanır, ikincisi, 11 yanvar və 26 noyabr görüşlərinin nəticələrinə. Vətən müharibəsinin Cənubi Qafqazda yaratdığı fərqli qüvvələr nisbəti, yeni siyasi arxitektura kontekstində Rusiyanın və Türkiyənin aparıcı yer tutması, Azərbaycan liderinin Aşqabad görüşündə bütün fon danışıqları türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bildriməsi və Türkiyə liderinin dilindən də açıqlama verilməsi, ondan öncə də Zəngilanda aparılan təməlqoyma mərasimi sübut edir ki, Ermənistan həmin kommunikasiyaları və ya konkret olaraq Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq gücündə deyil.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc ölkə rəhbəri İlham Əliyevin Qubaya səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı sərt xəbərdarlığını şərh edərkən deyib.

Z.Oruc qeyd edib ki, Zəngəzur dəhlizi yalnız bizim üçün əhəmiyyətli deyil, bu dəhliz Ermənistanın xilas kəmərinə, yoluna çevrilə bilər:

“İran da bu mövzuda artıq əvvəlki kompromissiz mövqeyindən sanki geri çəkilmiş kimi görünməkdədir. Buna görə də vaxtilə Bakı-Tiflis-Ceyhan Cənubi Qafqazda transmilli layihələr çərçivəsində dünya ilə kommunikasiyanın əvvəlcə boru kəmərləri, ardınca polad magistrallar vasitəsilə birləşməsi idisə, Zəngəzur dəhlizi də Bakı-Tiflis-Ceyhan qədər bir nahiyə kimi regionu arteriyalarla birləşdirəcək vasitədir. Biz Zəngəzur dəhlizinin böyük məna daşıdığını bilməliyik. Bu dəhlizi yalnız coğrafi ölçüsü 42 kilometr olan ərazi deyil, Hörmüz boğazı, yaxud da Süveyş kanalı səviyyəsində qəbul etmək olar”.


Gəzən şaiələr özünü doğrultdu – “Aqroservis” ASC-nin Ağstafa rayon bölməsinə yeni müdir təyin edildi

Rayonda şayələr gəzirdi ki, Ağstafa rayon, Vurğun qəsəbə sakini Cavanşir Əmrahov xərclədiyi 10-15 min manat müqabilində “Aqroservis” ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa bölməsinə müdir təyin ediləcək, orada çalışan işçiləri əvəzləyəcək.

 Kənd təsərrüfatı mütəxəssisi olmayan Cavanşir Əmrahova bütün mərhələlərdə həmkəndlisi Ağstafa RİH-də müavin vəzifəsində çalışan İlqar Hacıyevin köməklik göstərdiyi danışılırdı.

Faktinfo.az saytına rayondan verilən məlumatda qeyd edilir ki, bir müddət əvvəl dolaşan şayələr özünü doğruldub, Cavanşir Əmrahov “Aqroservis” ASC-nin Ağstafa bölməsinə müdir təyin edilib.

Qeyd edək ki, son illər mütəxəssis olmayan şəxslərin irəli çəkilməsi kənd təsərrüfatı məhsullarının istehsalında məhsuldarlığı bir az da aşağı salıb, idxaldan aslılığı artırıb.

P.S. Ağstafada “pripiska” niyə həyata keçirilir?

Bölgənin qeyri-rəsmi kuratoru kimdi?

DAİM - Ağstafa bölməsinin fəaliyyət istiqamətləri və “özfaliyyət” siyasəti barədə də qarşıdakı həftələrdə məlumat veriləcək.


Prezident İlham Əliyev Azərbaycan Respublikası Hesablama Palatası əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncamla Hesablama Palatasının yaradılmasının 20 illiyi münasibətilə Palatanın fəaliyyətində xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Gülməmmədov Vüqar Tapdıq oğlu

“Tərəqqi” medalı ilə

Hümbətov Qüdrət Məhəmməd oğlu

Səfərov Fəqan Şayıb oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Atalıyev Elgün Yavər oğlu

Əliyeva Nahidə Azər qızı

Həsənov Əfqan Famil oğlu

Həsənova Lalə Eyvaz qızı

Məmməd Zadə Seymur Malik oğlu

Mürşüdov Ürfət İsax oğlu

Paşayev Fariz Vaqif oğlu

Vəliyev Zaur Teyyub oğlu.