![]() |
![]() |
Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdənkənar partiya təmsilçiləri ilə görüşüb.
Axar.az xəbər verir ki, Nikol Paşinyan Brüssel səfəri və Prezident İlham Əliyevlə görüşü barədə onları məlumatlandırıb.
“Həmişə olduğu kimi, indi də sizinlə son görüşümdəki müzakirələri bölüşmək və sizin bu haqda analiz və rəylərinizi eşitmək istəyirəm”, - Nikol Paşinyan iclasda deyib.
Görüşün detalları haqda məlumat verilməyib.
Görüşdə Respublika Partiyasının lideri Aram Sərkisyan, Liberal Partiyasının rəhbəri Samvel Babayan, Alyans Partiyasının sədri Tiqran Arzakantsyan, Ədalətli Ermənistan Partiyasının sədri Norayr Norikyan və s. iştirak edib.