Köhnə palan içi tökənlərə cavab əvəzi

 

Dünya xeyir və şərin savaşı üzərində bərqərardır. Makedoniyalı İsgəndər müəllimdən tutmuş Şah İsmayıl Xətaiyə qədər, Molla Pənah Vaqifdən tutmuş Ramiz Rövşənə qədər hər kəs, hər dövr yaxşı ilə pis, mənfi ilə müsbət, katodla anod arasında savaş gedib, qırğın olub. Bütün dövrlərdə və həmişə xeyir şər üzərində qələbə çalıb, ikinci Qarabağ savaşı kimi.

Hər kəsə, hər şeyə, hər bir münasibətə belə ən ədalətli qiyməti tarix verib, verir, verəcək.

Bütün dünya bizdən, yəni insandan başlayır. Xislətindən nə gəlirsə, insan odur. Ayıya meşə mədəniyyətini öyrədə bilmədiyimiz kimi xislətindən şər, yalan, böhtan gələn, sortu anoda kodlaşmış adama da ədalətli olmağı öyrədə bilmərik. Amma onların şər-böhtanının qarşısında da susmamalıyıq.

Dünəndən atasını tanımayan, anasından xəbərsiz bəzi saytlar da şər-böhtan yazır. Özü də kim haqqında?

İqbal Məmmədov haqqında.

İqbal Məmmədov kimdir?

Lerik rayonunun ucqar bir kəndində, kasıb bir ailədə doğulmuş, min bir əziyyətlə oxuyub universitetə daxil olmuş, universitetin yataqxanasında bir qarnı ac, biri tox, köynəyini axşamlar yuyub səhərlər geyinib dərsə getmiş, gecə-gündüz çalışıb bir yerə, bir məqama gəlmiş İqbal Məmmədov.

Hansı İqbal Məmmədov?!

Daim vətəninə, millətinə, xalqına, dövlətinə sadiq, 44 günlük Vətən müharibəsində bəziləri kimi qaçıb gizlənməmiş, günü bu gün şəhid ailələrinin, qazilərimizin yanında olan, qapısı xalqa açıq, seçicilərini tək-tək tanıyıb qayğısına qalan İqbal Məmmədov!

Yazının ortasında xüsusi qeyd: Məni tanıyanlar bilir ki, yıx yerə başımı kəs, yalan yazmaram, haqqı danmaram, qələmimə, imzama xəyanət etmərəm. Bu yazını da ona görə yazıram ki, dünəndən atası bəlli olmayan bəzi saytların, şər insanların ədalətsiz, yersiz, mənasız, məkirli yazıları, çirkli niyyətləri aydın-açıq görünür.

Bir dəfə xalq şairi Musa Yaqubun evində oturub dədə-bala söhbət edirdik (mən ona "dədə" deyirdim, Allah rəhmət eləsin, həqiqətən də dədə şair idi, Dədə Qorqud obrazı kimi müdrik insan idi). Dedi ki, kölgəsində oturduğumuz ağacların kim tərəfindən əkildiyini heç vaxt düşünmürük, bir dəfə də demirik ki, səni kim əkibsə, sağ olsun, ya da Allah rəhmət eləsin. Çünki fərqinə varmırıq, o yerə qədər düşünə bilmirik. Elə bilirik ki, elə belə də olmalıdır. Heç kim gedib qurumuş, kölgəsiz ağacın dibində oturmur. Hələ ona "naz" da edirik ki, niyə qurumusan? Bir dəfə də dibinə bir qaşıq su tökmədiyimiz ağacdan kölgə tələb etməyimiz bizim ədalətsizliyimiz deyilmi?

İndi İqbal Məmmədov haqqında şər-böhtan yazanlar da elə nankor adamlardır. İnsanın, hadisənin, məsələnin fərqinə varmadan sifariş qulu olan insanlar. Onların ən yaxşı cavabını zaman verəcək. Amma mən də bir-iki cümlə yazım.

Ay şər-böhtan yazan "baş redaktorlar", atası bəlli olmayan saytlar, anasının oynaşından maliyyələşən redaksiyalar, heç axşam evinizə gedəndə, balanızın üzünə baxanda utanmırsız? Ölüb yerə girmirsiz?

İqbal Məmmədov heç vaxt məmur olmayıb, hansısa qurumun başında oturub çapıb-talamayıb, öz zəhməti hesabına nələrsə qazanıb. Sizlərin hardasa oturub havayı yeyən məmurlardan yazmağa cəsarətiniz çatmır? Kimdənsə beş-üç manat alıb həmişə vicdanla, şərəflə çalışan, iş görən adama çamur yaxmaq istəyirsiz? Başa düşmürsüz ki, atdığınız daşlar öz başınıza düşür?

Qoy, sizlərin qabağınıza it yalı atan şər qüvvələr utansın.

Qoy, mənəviyyatını pula satıb şər qüvvələrin yanında yer alanlar utansın.

Qoy, ədalətli, vicdanlı insanlara çamur atanlar utansın.

Əgər utanmağa üzləri qalıbsa.


Elşad Barat

12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
24 Aprel 2025 Çoxtərəfli əməkdaşlıq nümunəsi
23 Aprel 2025 Azərbaycan dili bizim milli sərvətimizdir
21 Aprel 2025 "Mühüm olan miqdarı, keyfiyyəti və istifadənin düzgün şəklidir" - İZAH EDİLDİ