ƏƏSMN yanaşması Ağstafada narazılıq doğurur - Göndərilən sənədlərin təsdiqlənməməsi isə...

ƏƏSM nazirliyinin Respublika Tibbi Sosial Ekspertiza Mərkəzi tərəfindən əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi ilə bağlı respublika üzrə bütün rayonlarda nazazılıqlar var.

Pisi də odur ki, bu narazılıqlar artmaqda davam edir. Məsələn, Ağstafa rayonundan onlarla həqiqi əlillik dərəcəsi olan şəxslərin qrupunun ləğv edilməsi, ağır dərəcəli boyun yırtığı, şəkər,insult, zob, sağalmaz revmatizma xəstələrinin 6 aydan çoxdur ki, əlillik dərəcəsinin təsdiq edilməməsi, onlara əlavə müalicəyə ehtiyacları olmasına (stasionar) dair arayışların Respublika Tibbi Sosial Ekspertiza Mərkəzi tərəfindən göndərilməsi ciddi narazılıqlarla müşayiət olunur. 

Əslində insanlar da bilir ki, nazirlik rəsmiləri “ötür-ötür oyunu oynamaqla” insanların kütləvi şəkildə narazı qalmalarının qarşısını alır. Kütləvi yox, tədricən əlillik qrupunu ləğv etməklə hökumət və nazirə yönələn etirazların kütləviliyini azaltmış olurlar.

Bunu hara qədər edəcəklər o sonrakı məsələdi. Amma bir neçə xəstəliyi olan bu həssas qrupa qarşı hazırkı münasibət bir hadisəni xatırladır. Sabiq nazir Səlim Müslümov da təqaüd yaşını qaldırmaqla minlərlə vətəndaşı pensiya almaqdan kənarda saxlamışdı. Əhalinin artan qəzəbini Səlim Müslümovun adının qabağına “sabiq” yazılması tənzimlədi.

Gündəlik yaşayış tərzini təmin etməli olan, xəstəlik səbəbindən dərman qəbuluna ehtiyac duyulan bir çox əlillər isə çıxılmaz durumdadırlar. Hər halda düşünməyə dəyər...

Faktinfo.az

 

Cavad Rəcəbova ağır itgi üz verdi

Sevilən müğənni Cavad Rəcəbovun anası 93 yaşında dünyasını dəyişdi. Bu haqda xəbəri şair Şərafəddin İlkin öz feyzbuk səhifəsində paylaşıb.
"Sevilən müğənni Cavad Racabovun anası hacı xanım da dünyasını dəyişdi.
Daha gəlməyəcək anamın səsi,
Mənə də talehin yumruğu dəydi.
Düzü acığıma gəlir, bəzisi
Soruşur "Məhrumun yaşı neçəydi?"

Bilmirəm, düşmüşdü saçlarına dən,
Dolaşır suala cavab başımda.
Ana kədərini yaşmıdı ölçən?
Ana itirmişəm, ANA YAŞINDA.
(Məmməd Araz)
Yeri cənnət olsun hacı xanımın.
Qardaşım Cavada dərin hüzünlə başsağlığı verirəm."

Cənub Qaz Dəhlizinin uğurla başa çatdırılması Azərbaycan üçün əhəmiyyətli və tarixi hadisədir



2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan dövləti Cənubi Qafqaz regionunun yeni iqtisadi güc mərkəzi statusunu qazanıb. Bu gün bölgədə reallaşan qlobal miqyaslı layihələr dünyanın gələcək iqtisadi xəritəsinin mühüm komponentlərini özündə birləşdirməkdədir. Ümumiyyətlə, son dövrlərdə Azərbaycanın dünyanın iqtisadi münasibətlərinin tənzimlənməsində oynadığı rol artmaqda davam edir. Belə ki, Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"nin uğurları buğünkü reallıqlarda özünün aydın ifadəsini tapıb. Regonal çərçivədə qurulan əməkdaşlığın coğrafiyası məhz bu unikal layihənin reallaşması sayəsində genişlənərək Azərbaycanın dünyanın enerji xəritəsini dəyişməsi ilə nəticələnməkdədir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin uğurlu sonluqla başa çatmasından sonra “Əsrin müqaviləsi”nin 20 illiyində çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Yeri gəlmişkən, ötən ilin 15 noyabrında Cənub Qaz Dəhlizinin əsas komponentlərindən biri olan, Azərbaycan qazını Avropaya nəql edəcək 878 km-lik Trans-Adriatik qaz boru kəmərinin (TAP) tikintisi tamamlanıb və TAP kommersiya əməliyyatlarına başlayıb. Ötən ilin dekabrın 31-də isə TAP vasitəsilə Azərbaycandan kommersiya məqsədli təbii qaz Avropa bazarına - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılıb. Beləliklə, ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Azərbaycan dünya bazarının böyük qaz ixracatçısına çevrilib.

Vurğulamaq lazımdır ki, mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələr zamanı çıxışında Prezident İlham Əliyev bildirib ki, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması nöqteyi-nəzərindən ötən ilin sonuncu günü əlamətdar bir gün olmuşdur. Sərbəst inteqrasiya olunmuş 3,5 min kilometr uzunluğunda qaz boru xətləri birləşdirilmiş və bir layihə kimi bir-birinə bağlanmışdır. İlk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Bu, həqiqətən də tarixi hadisə idi. Çünki layihə bütün nöqteyi-nəzərdən –maliyyə, siyasi və texniki baxımdan böyük bir çağırış idi.

Qeyd edildiyi kimi, Cənub Qaz Dəhlizinin uğurla başa çatdırılması Azərbaycan üçün əhəmiyyətli və tarixi hadisədir. TAP-ın istifadəyə verilməsi ilə Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsilə çıxarmağa nail olub. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi deməkdir. Bununla yanaşı, dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş oldu.



Qadir Əzizov,

4 nömrəli Yol Yaşıllaşdırma MMC-nin direktoru


Azərbaycan-İsrail münasibətləri yüksələn xətt üzrə inkişaf edir


Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən xarici siyasət kursumuz hər zaman qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanır. Ümumiyyətlə, Azərbaycan Respublikası beynəlxalq miqyasda hər zaman qarşılıqlı maraqlar çərçivəsində əməkdaşlığa üstünlük verməkdədir. Bunun nəticəsidir ki, dünya ölkələri Azərbaycanı birmənalı şəkildə layiqli tərəfdaş qismində qəbul edir, dövlətlərarası münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edirlər. Məhz bu kontreksdə vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələr mövcuddur. Qeyd edilməlidir ki, iki dövlət arasında çoxşaxəli əlaqələr yüksək formada inkişaf etməkdədir. Yeri gəlmişkən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda keçirilmiş müzakirələrdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, münasibətlərimiz kifayət qədər çoxşaxəlidir. Biz fəal ticarət tərəfdaşlarıyıq və ticarətin həcmi artmaqdadır. Əməkdaşlığımızın vacib sahələrindən biri turizmdir. Pandemiyadan əvvəl Azərbaycan ilə İsrail arasında müntəzəm gündəlik uçuşlar həyata keçirilirdi, qarşılıqlı səfərlər mövcud idi. Çünki İsraildə böyük yəhudi-azərbaycanlı icması var, Azərbaycanda isə regionda ən çoxsaylı fəal yəhudi icması mövcuddur. Azərbaycanın yəhudi icması Azərbaycan-İsrail ikitərəfli münasibətlərində çox önəmli rol oynayır. Azərbaycanın fəal yəhudi vətəndaşları iki ölkə arasında daha sıx münasibətlərin olması üçün böyük işlər görürlər. Əməkdaşlığımızın vacib sahələrindən biri müdafiə sənayesidir. Bu əməkdaşlıq uzun illərdir davam edir.

Vurğulandığı kimi, ticarət sahəsində Azərbaycan-İsrail əməkdaşlığı inkişaf edir və onun həcmi ildən-ilə artır. Əvvəllər bu əməkdaşlıq əsasən, neft-qaz sahəsinə yönəlmişdisə, sonradan bu əməkdaşlıq şaxələndirilərək, iqtisadiyyatın digər sektorlarını, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki tərəfdaşlığı da əhatə edir. Qeyd etmək lazımdır ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir. İsrailin Müdafiə Sənayesi Şirkətləri Azərbaycanda hərbi sənaye quruculuğunda fəal iştirak edib və bunu davam etdirirlər. Humanitar sahədəki əməkdaşlığa gəldikdə isə, Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı fəaliyyət göstərir. Respublika səviyyəsində “Yəhudi Evi”, “Azərbaycan-İsrail Cəmiyyəti”, Azərbaycan-Yəhudi Qadınlar Assosiasiyası”, “Yəhudi Mədəniyyət Mərkəzi”, “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsi və digərləri fəaliyyət göstərirlər. İsrail mədəniyyət və maarifçilik fondunun köməyi ilə İsrail dövlətinin Bakıdakı səfirliyi yanında İsrailin mədəni-informasiya mərkəzi fəaliyyət göstərir ki, bu da dövlətlərarası mədəni əlaqələrin inkişaf etməsində əsaslı rol oynayır.

İki ölkə arasındakı bu əməkdaşlıq, eyni zamanda, təhlükəsizlik məsələlərini də əhatə edir. Belə ki, Azərbaycan dövləti hər zaman sülh və əmin-amanlığı, birgəyaşayışı, bir sözlə desək multikulturalizmi dəstəkləyir. Ölkəmizdəki tolerantlıq, xalqlar arasındakı möhkəm dostluq telləri, o cümlədən dövlətimizin bütün vətəndaşlarına - milliyyətindən, dinindən və dilindən asılı olmayaraq bərabər hüquqları tanıması multikultural nümunəyə çevrilməyimizdə əsaslı rol oynayıb. Bu mənada, İsrail dövləti ilə Azərbaycan arasındakı əməkdaşlıq da olduqca nümunəvidir.



Məsabə Abasov,

Salyan rayon Yenikənd bələdiyyəsinin sədri

Cənubi Qafqazın siyasi gücü-Azərbaycan ötən əsrdən bu günə



Bzejinskinin “Avrasiyanın Balkanları” kimi dəyərləndirdiyi Cənubi Qafqaz 20-ci əsrin sonlarından etibarən region və dünya gücü olmaq istəyən dövlətlərin mübarizə meydanı olmuşdur. Qara dəniz və Xəzər dənizi arasında yerləşən bu bölgə cənub-şimal, qərb-şərq enerji və nəqliyyat xətlərinin kəsişməsi və Xəzər hövzəsi enerji mənbələrinə sahib olması baxımından böyük əhəmiyyət kəsb etməkdədir.

Cənubi Qafqaz Asya qitəsində mühüm geosiyasi mövqeyə sahibdir və bu xüsusiyyəti Sovet İttifaqının dağılmasından sonra yeni siyasi, təhlükəsizlik və iqtisadi motivlər ilə zənginləşmişdir.

1990-cı illərdən sonra sadəcə bölgə dövlətləri deyil, qitədən kənar böyük dövlətlər də Cənubi Qafqazda geosiyasi mübarizənin aktyorları olmuşdur. Təsadüfi deyil ki, ötən əsrin sonlarından Cənubi Qafqazda başlayan Qarabağ münaqişəsi milli münaqişə zəminində ən dərin problemlərdən biri idi. Regionda söz sahibi olmaq istəyən dövlətlər isə Azərbaycanın mürəkkəb siyasi vəziyyətindən istifadə edərək bu problemi daha da alovlandırırdılar. Siyasi güclər yaxşı başa düşürdü ki, Sovet ittifaqının dağılmasından sonra Cənubi Qafqazda ən güclü söz sahibi ola biləcək dövlət Azərbaycan olacaqdır. Məhz bunun nəticəsidir ki, Azərbaycana qarşı mənfi ictimai siyasi rəy formalaşdırılır və Qarabağ probleminin Azərbaycanın əleyhinə nəticələnməsinə çalışırdılar.

Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların “Böyük Ermənistan” yaratmağa yönəlmiş strateji planlarının həmişə tərkib hissəsi olmuşdur. Ona görə də ermənilər, “ənənələrinə” sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. SSRİ-də 1985-ci ildə M.S.Qorbaçovun hakimiyyətə gəlməsilə erməni separatçıları növbəti dəfə yenidən fəallaşdılar. Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı məxfi planı həyata keçirmək üçün ilk addım olaraq onlar SSRİ rəhbərliyinin vasitəsilə qarşılarında ən qüdrətli maneə olan Ümummilli Lider Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasına nail oldular. Bundan az sonra, əvvəllər gizli fəaliyyət göstərən erməni “Qarabağ Komitəsi”, onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı “Krunk” (Durna) açıq işə keçdi, “Miatsum” (Birləşmə) hərəkatı formalaşdırıldı.

1988-ci ildən isə Ermənistanın Azərbaycana ərazi iddiaları şəklində başlayan münaqişə Azərbaycanın 20% ərazisinin – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ona yaxın 7 inzibati rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı ilə nəticələndi. 1994-cü ilin mayında tərəflər arasında atəşkəs imzalanmasına baxmayaraq sülh yönümlü danışıqlar heç bir nəticə vermədi və münaqişənin yenidən alovlanmasına səbəb oldu. Dəfələrlə aparılan danışıqlar heç bir nəticə vermədi. Ermənistanın otuz il ərzində təcavüzkar siyasəti özünü müxtəlif aspektlərdə göstərirdi. Yeni ərazi iddiaları, Şuşanın “Qondarma Respublikanın” paytaxtına çevrilməsi iddiası dövlətimizin səbrini daşıran son damlalar oldu.

Bu illər ərzində Ermənistan Azərbaycanın hərbi siyası gücünü düzgün qiymətləndirməyi bacarmadı. Azərbaycanın möhtəşəm iqtisadi yüksəlişi bizi zəfərə yüksəltdi. Bu zəfər, bu möhtəşəmlik isə Azərbaycanın xilaskarı Heydər Əliyev və onun yolunu davam etdirən İlham Əliyevin siyasi bacarığı və diplomatiyasının nəticəsi idi.

Hər bir xalq tarixi keçmişinin ağrılı-acılı və eyni zamanda, sevincli-fərəhli illərinin hesabatını aparır. Bu hesabat tarixdən dərs almaq və keçmişdə buraxılan səhvlərdən nəticə çıxarmaq üçün lazımdır. Bu gün Azərbaycan da tarixin hesabatını verir. Bu hesabat artıq bizim Zəfər hesabatıdır. Zamanın sevincli, qürurlu günlərini yaşayırıq. Ancaq son 220 ilin ağrılı-acılı illərini unutsaq tariximiz təkrarlanacaq. Qısaca olsa da, son 220 ilin xronikasına nəzər yetirsək indiyədək nələri itirdiyimizi xatırlayar, nələri qaytarmağın vacibliyini dərk edərik. Son 200 illik ağrılı-acılı tariximizi müəyyən mərhələlərə bölmək olar. 2020-ci il isə yeni tariximizin yeni mərhələsidir: – Qalib mərhələ. Qalib mərhələnin Qalıb sərkərdəsi isə Ali Baş Komandan cənab İlham Əliyevdir. Bu zəfər bizim təkcə hərbi sahədə deyil, iqtisadi, siyasi, ən önəmlisi isə milli birlik sahəsində uğurumuzdur.

Sentyabrın 27-də növbəti erməni təxribatına cavab olaraq başlanan əks-həmlə 44 gündə Zəfərlə başa çatdı. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində öz şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı, 1993-cü ildən bəri icra edilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu qəhrəman, yenilməz, məğrur xalq olduğumuzu bir daha dünyaya nümayiş etdirdi.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqeyinə yeni əlavələr etməklə yanaşı, 30 ilə yaxın dövrün reallıqlarına, ölkələr arasında münasibətlərə bir daha işıq saldı. Dövlətimizin başçısı cənab İlham Əliyevin bu günlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri» adlı videoformatda keçirilən müzakirələrdə çıxışı zamanı qeyd etdiyi «Nəyin baş verdiyi və nəyin baş verəcəyi ilə bağlı Azərbaycanın mövqeyinə gəldikdə, əlbəttə ki, əvvəlcə, demək istərdim ki, regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur» fikirləri Azərbaycanın dəyişməz mövqeyini, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurduğunu və inkişaf etdirdiyini bir daha nümayiş etdirir. «Biz indi gələcəyə baxmalıyıq» söyləyən cənab İlham Əliyev bildirir ki, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır.

Bu inam ifadə edilir ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq.




Ayşən Bəşirova,

Salyan rayon Yenikənd kənd tam orta məktəbin tarix müəllimi


Vətən müharibəsində əldə olunmuş Qələbə

Ermənistanın işğalçı siyasətinə son qoydu

 

 

1990-cı illərin əvvəllərində torpaqları işğal olunan Azərbaycanın sonrakı illərdə apardığı danışıqlar, beynəlxalq ictimaiyyətin laqeyd münasibəti, ATƏT-in Minsk qrupunun həmsədrlərinin səmərəsiz fəaliyyətləri uzun illər  nəticəsiz qalırdı. Amma Azərbaycan dövləti bu illərdə heç vaxt həmin vəziyyətlə barışmamış və istənilən yolla torpaqlarını işğaldan azad edəcəyini bəyan etmişdi. Artıq zaman yetişmişdi  və Ordumuz 44 gün ərzində işğal altında olan torpaqlarımızı, Qarabağın ürəyi Şuşanı azad etdi. Azərbaycan öz qələbəsi ilə həm də Ermənistanı məğlubiyyət aktına imza atmağa məcbur etdi. Bu qələbə ilə bağlı hələ cox danışılacaq. Üstündən illər, onilliklər, hətta yüzillər ötsə də, Azərbaycanın bu tarixi qalibiyyətinə müraciət ediləcək, bir dövlətin, bir xalqın öz haqq işi uğrunda mübarizəsi bütün dünyada nümunə kimi göstəriləcək. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, əsaslandırılmış siyasəti nəticəsində dövlətimiz hər il əvvəlki ildən daha möhtəşəm nailiyyətlərə imza atır. Müstəqilliyinin bərpasının cəmi 30-cu illiyində Azərbaycan əksər ölkələrin nail olmadığı bu siyasi uğura imza atdı. Ölkəmiz beynəlxalq gündəmin müəyyən edilməsində əsas rol oynadı, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına layiqli töhfələr verdi.

Eyni zamanda Azərbaycanın öz torpaqları uğrunda inamla savaşa başlaması da müstəqil siyasətin təzahürüdür. İlham Əliyevin sürətlə inkişaf etdirdiyi, möhkəmləndirdiyi respublikamızın uğurlu hərbi əməliyyatları da güclü dövlətin ortaya qoyduğu reallıq idi. Prezident İlham Əliyev 44 gün ərzində beynəlxalq təzyiqləri layiqincə dəf etmişdi. Ən əsası, Ali Baş Komandan bir daha bütün dünyaya sübut etdi ki, heç bir qüvvə Azərbaycanı özünün haqq yolundan döndərə bilməz. Beləliklə, həm tarixinin ən güclü dövlətinə çevrilməsi, həm də tam müstəqil siyasət yürütməsi Azərbaycanın Vətən müharibəsindən qalib kimi çıxmasını şərtləndirən əsas amillər oldu.

Bu gün Azərbaycan xalqı olaraq  torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq. Qarabağ bölgəsində həyata keçirilən faktiki layihələr gələcəkdə bütün ölkə üçün pilot layihə kimi baza rolunu oynaya bilər. Bütövlükdə, bu tipli layihələr bölgənin gələcək inkişafında mühüm rol oynayacaq.

Biz bu gün müşahidə edirik ki, Ermənistanda baş qaldırmağa çalışan revanşist qüvvələr var. Ölkəmizin geosiyasi əhəmiyyətinin və iqtisadi gücünün artması bölgədə sülhün, sabitliyin təmin edilməsi üçün də böyük əhəmiyyətə malikdir. Bu güc Ermənistanda baş qaldırmağa çalışan revanşist qüvvələrin önünü kəsmək üçün zəruridir. Ermənistan Azərbaycanı növbəti təxribatlarla, yeni müharibə ilə hədələməyə çalışır. Bu cür revanşist və faşist yanaşmalar artıq öz əhəmiyyətini itirməyə başlayıb. Zamanla regional layihələr icra edildikcə Ermənistan belə münasibətdən əl çəkməli, öz məğlubiyyətini qəbul etməlidir. Çünki artıq Ermənistan ordusu yoxdur, məhv edilib. Digər tərəfdən isə Ermənistanın artıq iqtisadi və sosial potensialı da qalmayıb.

Regionda bu potensiala sahib olan və tranzit əlaqələri təmin edən ölkə Azərbaycandır. Bütün iqtisadi maraqlar Azərbaycanın ərazisində kəsişdiyinə görə burada bütövlükdə regionun təhlükəsizliyi məsələsi önəm daşıyır. Ermənistanın bu cür münasibəti bütün region üçün təhdid deməkdir və bu yolu seçməklə növbəti dəfə öz dezinteqrasiyasının mənfi nəticələrini görəcək. Ermənistanda artıq anlamalıdırlar ki, erməni faşizminin mövcud şəraitdə - regional maraqlar və təhlükəsizlik çərçivəsində bir daha baş qaldırması qeyri-mümkündür, belə addımların nəticəsi onlar üçün daha acınacaqlı ola bilər. Erməni tərəfi başa düşməlidir ki, onların başqa çıxış yolu yoxdur.