Son zamanlar sosial şəbəkədə bəzi internet portalları ağına-bozuna baxmadan həqiqəti əks etdirməyən təxribat  və şantaj xarakterli  məlumatlar yaymaqla maraqlarına xidmət etdikləri şəxslərin yanında özlərini doğrultmağa çalışırlar.

 

Elə internet portalları da var ki, kimlərinsə marağından çıxış edərək, əslində isə  özlərinin şəxsi maraqlarını təmin etmək məqsədilə bir şəxsin üzərində mövzu açmaqla özlərini gündəmdə saxlamaqla və ictimaiyyətdən narazı olan təbəqəni  ətrafına toplamaqla məşğuldurlar. Bu şəbəkə üçün dövlət və xalq məfhumunun əslində heç bir önəmi yoxdur. Məqsəd şəxsi maraqları  təmin etməkdir.  Həmin şəbəkəni izləyənlər isə özlərinin dilə gətirdikləri problemlərin həll olunacağına guman edirlər.  Lakin bu şəbəkənin qurbanına çevrilən təbəqə ağlına belə gətirmir ki, sözügedən şəbəkə onların maraqlarından çıxış edərək yalnız öz şəxsi maraqlarının təmin olunmasına çalışırlar.

 

Bu bir tarixdir.  Niyyəti saxta olanlar gec-tez öz əməlləri ilə ifşa olunublar !  

Yəni, dildə dövlətə və ölkə Prezidentinə sədaqət nümaiş etdirən bu şəbəkə, əslində  Azərbaycanın dövlətçiliyinə zərbə vurmağa cəhd göstərən saxta müxalifətin yanında  yer tutanlardır.  Sosial şəbəkədə özlərinə efir məkanı quran bu şəbəkələr yayımladıqları süni proqramlarda  ölkə Başçısının ifadələrindən istifadə etməklə maraq dairəsini təmin etmək üçün  yalnız bir şəxsin üzərində manevr edib özünün şəxsi maraqlarını təmin etməyə cəhd göstərirlər.  Hətta bu yolu qət etmək üçün  iftira və şantajdan belə çəkinmirlər.

 Uzun müddətli sükutdan sonra yenidən hərəkətə keçən bəzi internet portalları Lerik rayonunu Milli Məclisdə təmsil edən deputat İqbal Məmmədovu gündəmə gətirdilər.  Bu gündəmin əsas qayəsi deputat İqbal Məmmədovun Milli Məclisdəki məlum çıxışı idi ki, həmin çıxışında deputat seçicilərin istəklərini dilə gətirməklə  rayonda mövcud olan problemlərdən danışaraq görülməli olan işlərə görə vəsait ayrılması barədə hökumətə müraciət ünvanlamışdı.

 Deputatın bu çıxışı ona əks olan məqsədyönlü qüvvələrin ayaq açmasına yol açdı. Bu həmin qüvvələrdir ki, əzəldən Lerik rayonunda mövcud problemlərdən öz şəxsi məqsədləri üçün istifadə ediblər.  Lakin bu qüvvələrin əks təbliğatlarına baxmayaraq ilk gündən bu günə qədər onların ikili münasibət sərgiləməsi səbəbindən əsil məqsədləri  uğursuzluğa düçür olub. Çünki  bu qruplaşmanın ictimia təsir qınağı cüzi narazı olan müxalif yönlü təbəqənin sərhəddindən o tərəfə keçmir. Nə də ki, bu günə qədər dilə gətirdikləri problemlərin həllində bir təsir imkanları olmayıb. Bunun da yeganə səbəbi,  mövcud problemlərə bu  müxalif yönlü qruplaşmanın ictimai maraqlardan deyil, şəxsi maraqlardan yanaşmasıdır.

 

Ötən gün baş verənlər isə bu qruplaşmanın əsil simasını ortaya qoydu.  Məlum oldu ki, bu qruplaşmanı müdafiə edən yalnız dövlətə radikal münasibətdə olan, Azərbaycan dövlətçiliyinin əleyhinə ölkə xaricində işlər aparan daxili müxalifətin media mənsublarıdır.  Düşünürük ki, artıq bunun başqa bir izaha ehtiyacı yoxdur.

O ki qaldı deputat İqbal Məmmədova, bu gün Lerikin inkişafı üçün Milli Məclisdə aktivliyi ilə seçilən deputatın məlum çıxışı Lerik sakinlərinin maraqlarına xidmət edən bir təşəbbüs idi ki,  bu təşəbbüs tənqid deyil, müdafiə olunmalı idi.  Görünən odur ki, Lerikdə problemlərin həll olunmasını istəməyən əks qüvvələr deputatın təqdirəlayiq bu təşəbbüsünə kölgə salmağa çalışdılar. Lakin onların bu dəfə ki, arzuları da gerçəkləşmədi. Çünki  Azərbaycanın inkişaf strategiyasına radikal münasibət sərgiləyən müxalifətin ölkə ictimaiyyəti arasında nüfuzu sıfra bərabər olduğundan, həmin müxalifətin yanında yer alan məqsədyönlü media şəbəkəsinin ( buna media demək mümkünsə) ölkədəki ictimai təsir imkanları da məhduddur.  Artıq Azərbaycan ictimaiyyəti bu tipdə qruplaşmaların məqsədyönlü fəaliyyətlərini anlayır və onların ikiüzlü media siyasətini Azərbaycan dövlətinə və Xalqına xəyanət kimi qiymətləndirirlər. Bu qruplaşmanın yanında yer alan cüzi narazı müxalif yönlü təbəqənin isə zaman-zaman bu qruplaşmanı tərk etməsi ilə sonuclanmasını görürük. 

Bundan başqa,  yalan və iftiraya əl atan, ölkədə qarmaqarışıqlıq yaratmağa cəhd göstərən, öz şəxsi maraqlarını ictimai maraqlardan üstün tutan  bu şəbəkənin ömrünün çox uzun olmadığını da əminliklə deyə bilərik.

 Ölkə daxilində media müxalifəti formalaşdırmağa cəhd göstərən bu qruplaşmanın, nəinki deputata qarşı, hətta ölkənin sayılıb-seçilən şəxsiyyətlərinə, eyni zamanda dövlət xadimlərinə qarşı  da zaman-zaman yalan və iftiralarının şahidi olmuşuq.

Belə təxribatçı media qruplaşmasının Cəmiyyətdən təcrid olunması da bu günün əsas mövzusu olmalıdır.

Artıq Azərbaycanda radikal iftiraçı media anlayışına son qoymaq vaxtı çatıb.

İnanırıq ki, Dövlətin mühüm strukturları belə qruplaşmalara qarşı qanuna müvafiq qaydada sərt tədbirləri görəcəklər.

12 May 2025 Qiyməti bahadır, amma alıcısı da var VİDEO
12 May 2025 3 manata satılan kabablar hansı ətdən hazırlanır? VİDEO
12 May 2025 "28 May Azərbaycan tarixində böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür" - EKSPERT ŞƏRH ETDİ
09 May 2025 Azərbaycan-Vyetnam əlaqələri: dostluq və əməkdaşlıq nümunəsi
09 May 2025 "Ulu Öndər öz taleyini heç vaxt Azərbaycanın taleyindən ayırmadı" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2025 "Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ
09 May 2025 Hindistan-Pakistan savaşı olacaq, qalib isə… - Ekstrasens
09 May 2025 İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi
09 May 2025 Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət
08 May 2025 "Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir" - EKSPERT ŞƏRH ETDİ
07 May 2025 "Hər iki ölkə nüvə silahına malikdir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
07 May 2025 Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur - HƏRBİ EKSPERT AÇILADI
07 May 2025 "Pakistan kifayət qədər təmkinlə davranır" - ŞƏRH EDİLDİ
07 May 2025 "Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir" - MÜNASİBƏT BİLDİRİLDİ
07 May 2025 "Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu" - ŞƏRH EDİLDİ
07 May 2025 Dr. Taleh Yaqublu: "Zəka və İradənin Simvolu - Heydər Əliyev və Azərbaycanın Gələcəyi"
06 May 2025 "Azərbaycan taxıla olan ehtiyacını tam ödəyə bilmir və xaricdən idxal edir" - EKSPERT FİKRİ
06 May 2025 Gülnarə Paşayeva: “Ulu Öndər Heydər Əliyev – Müstəqil Azərbaycanın Memarı və Milli Qürur Simvolu”
06 May 2025 İnsana Dəyər, Cəmiyyətə Faydası ilə Tanınan Lider: Rahilə xanım Həsrətova – İdarəçiliyin İnsan Mərkəzli Nümunəsi
05 May 2025 "Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyirik" - ŞƏRH EDİLDİ
01 May 2025 “Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib” - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
24 Aprel 2025 Çoxtərəfli əməkdaşlıq nümunəsi
23 Aprel 2025 Azərbaycan dili bizim milli sərvətimizdir
21 Aprel 2025 "Mühüm olan miqdarı, keyfiyyəti və istifadənin düzgün şəklidir" - İZAH EDİLDİ