İranın cənubunda 4,5 bal gücündə zəlzələ baş verib.
Axar.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri təxminən Bəndər-Abbas şəhərindən 54 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.