ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə İsrail müdafiə naziri Yoav Qallant arasında girovların azad edilməsi prosesi və Qəzza zolağında mülki şəxslərin vəziyyəti ilə bağlı telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Pentaqondan məlumat verilib.
Ostin girovların azad edilməsi xəbərlərini alqışlayıb və İsrail, Qətər və Misir arasında Qəzza zolağına humanitar yardım və yanacaq tədarükünün artırılmasını ehtiva edən razılaşmanın əhəmiyyətini qeyd edib.
“Ostin İsrailin terrorizmə qarşı özünümüdafiə hüququna malik olduğunu bir daha xatırladıb və hazırda girovların azad edilməsi üçün əldə olunan atəşkəslə bağlı Qallantdan məlumat alıb”, - məlumatda qeyd olunub.