Qolodomoru heç vaxt unutmayın.
Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Qolodomor qurbanlarının anım günü ilə bağlı deyib.
“Bu süni aclıqdır, bu soyqırımdır. 90 il əvvəl milyonlarla ukraynalı öldü. Qolodomorun anım günündə Rusiya Ukrayna şəhərlərinə növbəti kütləvi hava hücumu həyata keçirdi. Mən Ukrayna xalqına tam dəstəyimizi bildirmək istəyirəm”, - Makron bildirib.