10 il əvvəl Kiyevdə çevriliş oldu, qanuni hökumət devrildi.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Ukraynada bu, əvvəlcə ultramillətçi, sonra isə açıq şəkildə nasizmin çiçəklənməsinə səbəb oldu. Bundan əlavə, Kiyevdə bizim üçün, xalqın bir hissəsi, yəni ruslar üçün təhlükəli olan bir rejimin yaranmasına gətirib çıxardı və təəssüf ki, bu, hər gün Ukraynada müşahidə etdiyimiz faciələrlə davam edir”, - Peskov bildriib.