Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb. 

Qanunda Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası gəlirlər 22 508 869,7 min manat, xərclər 22 731 644,5 min manat məbləğində olmaqla təsdiq edilib.

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilib:

 

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə uyğun olaraq istifadə edilməlidir.

milli məclis ile ilgili görsel sonucuDövlət bayrağının istifadəsinə dair tələblər dəyişdirilir.

APA-nın məlumatına görə, bununla bağlı “Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanun layihəsinin 9-cu maddəsinə (Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər) dəyişiklik təklif edilir.

Sənədin 9-cu madəsinin 9.1-ci bəndinə təklif olunan dəyişikliklə, Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Konstitusiyada və “Dövlət Bayrağının təsvirinin təsdiq ediməsi haqqında” Konstitusiya Qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Sənədin hazırki variantı isə belədir: “Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş tələblərə uyğun olmalıdır”.

Digər dəyişikliklə sənədin 9.2-ci bəndi ləğv edilir.

Sənədin 9.2-ci bəndi isə belədir: “Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir”.

Layihəyə dəyişiklik təklifi Milli Məclisin iyulun 12-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi olub.

“Azeri Defence”in məlumatına görə, nazir Mədət Quliyevin əmri ilə MSN-in Beynəlxalq hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Rəmzi Şükürov bu vəzifəyə bir neçə il öncə sabiq nazir Yavər Camalovun dövründə təyin olunmuşdu.

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə yeni rəis təyin edilib.

E-huquq.az xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu idarəyə Qarayev Bəkir Qalib oğlu rəis təyin edilib.

B.Qarayev Ağdaş Rayon Polis Şöbəsinin sabiq rəisi Qalib Qarayevin oğludur.

Qeyd edək ki, bu, Vilayət Eyvazovun nazir kimi ilk rəis təyinatıdır.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədyarov Elmar Məhərrəm oğlu

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əzimov Araz Böyükağa oğlu

Hacıyev Hikmət Fərhad oğlu

Həsənov Həsən Əziz oğlu

Həsənov Ramiz Ayvaz oğlu

Hüseynov Nadir Sabir oğlu

Xələfov Xələf Alı oğlu

Quliyev Hüseyn Rzaqulu oğlu

Quliyev Vilayət Muxtar oğlu

Məmməd-Quliyev Mahmud Əhməd oğlu

Orucov Hidayət Xuduş oğlu

Paşayev Hafiz Mir Cəlal oğlu

Polad Bülbüloğlu

Zeynalov Həsən Sultan oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Abdullayev Şahin Şakir oğlu

Axundov Cavanşir Əşrəf oğlu

Allahverdiyev Qaley Əliyeviç

Bağırov Faiq Nüsrət oğlu

Əliyev Mahir Məmməd oğlu

Əliyev Yaşar Teymur oğlu

Əlizadə Əli Fikrət oğlu

Həsənov Eldar Hümbət oğlu

İsgəndərov Fuad Eldar oğlu

İsmayılov Rəşad Fail oğlu

İsrafilov Qalib Malik oğlu

Qarayev Tamerlan Elmar oğlu

Qəhrəman Elxan Cahangir oğlu

Qəndilov Lətif Seyfəddin oğlu

Qurbanov Fəxrəddin İsa oğlu

Məmmədov Rəşad Eynəddin oğlu

Məmmədzadə Həsən Dilsuz oğlu

Mustafayev Rəhman Sahib oğlu

Nəcəfbəyli Murad Nizami oğlu

Nəcəfov Hüseyn Nizami oğlu

Osmanov Qüdsi Dursun oğlu

Poluxov Elxan Polux oğlu

Rzayev Rasim Şəmsəddin oğlu

Rzayev Tural Anar oğlu

Sadıqov Vaqif İsmayıl oğlu

Sultanov Elnur İxtiyar oğlu

Süleymanov Elin Emin oğlu

Şıxəliyev Əşrəf Fərhad oğlu

Şükürov Ağasəlim Səmədağa oğlu

Tağızadə Tahir Tofiq oğlu

Zeynallı Əkrəm Akif oğlu

“Tərəqqi” medalı ilə

Ağayev Nəsimi Məhəmmədəli oğlu

Əhmədzadə Məmməd Bahəddin oğlu

Fərhadov Xəzər Nadir oğlu

Hacıyev Məsim Abdulla oğlu

Hüseynov Cavidan Rizvan oğlu

Hüseynov Hüseyn İsmayıl oğlu

İbrahim Xəzər Zafir oğlu

İsmayılzadə Fariz Akif oğlu

İsmayılzadə Gürsel Qüdrət oğlu

İsmayılzadə Pərviz Cəfər oğlu

Kərimov Emil Zülfüqar oğlu

Qasımov Sultan Məhəmməd oğlu

Quliyev Nuru Ələkbər oğlu

Mirzəzadə Pərvin Xəyyam oğlu

Sadıqov Toğrul Fikrət oğlu

Səlimov Eldar Nadir oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Əhmədov Zaur Rəşid oğlu

Əliyev İlham Salam oğlu

Hacıyev Vüqar Cəbi oğlu

Həbibzadə Elcan İbrahim oğlu

Hüseynov Hüseyn Cəlal oğlu

Qurbanov Ramil Kamil oğlu

Qurbanov Vüqar İsrail oğlu

Məmmədzadə Kamran Vahid oğlu

Musayev Cavid Xəlil oğlu

Musayev Cavid Sokrat oğlu

Nəbiyev Rizvan Novruz oğlu

Nəsibov Ruslan Rafael oğlu

Ramazanov Ağacavid Ağamehdi oğlu

Sadıqbəyli Rövşən Nüsrət oğlu

Şükürov Zaur Ramiz oğlu

Yusifov Mikayıl Vahid oğlu

“Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə

Abdullayeva Dilarə Zakir qızı

Ağakişiyev Sərxan Tehmur oğlu

Baratlı Rəşad Həmid oğlu

Becanov Samir Arif oğlu

Cəfərov Nadir Yavər oğlu

Əhmədov Elvin Eldar oğlu

Ələkbərli Vüsal Ziyad oğlu

Ələsgərli Emin Xanoğlan oğlu

Əliyev Tale Cahangir oğlu

Fətəliyev Ziya Fazil oğlu

Hacızadə Ayxan Elxan oğlu

İbrahimov Vüqar İsa oğlu

İbrahimova Jalə İbrahim qızı

Kərimli Fəxri Tələt oğlu

Qafarov Vüqar Fariz oğlu

Lətifov Ramel Muqabil oğlu

Məmmədəliyeva Leyla Novruz qızı

Məmmədova Gülnarə Daşdəmir qızı

Musayev Azər Samiddin oğlu

Novruz Rəşad İntiqam oğlu

Novruzova İlahə İlham qızı

Panin Dmitri Yevgenyeviç

Rəfiyev Yalçın İlqar oğlu

Səfərov Emil Firdovsi oğlu

Vəkilova-Mərdəliyeva Mərziyə Cavanşir qızı

Zeynalov Qoşqar Aslan oğlu.

Prezident İlham Əliyev Xarici İşlər naziri Elmar Məmmədyarovla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Elmar Məmmədyarov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ziya Məmmədov namaza başladı














Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov ibadətlə məşğuldur. Sonuncu Ramazan ayında oruc tutan sabiq nazir, həmçinin mütəmadi olaraq Quranı mütaliə edir, namaz qılır. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Qaynarinfo-ya Z.Məmmədova yaxın mənbələrdən məlum olub.

Keçmiş nazirin mütaliə dairəsi, sadəcə, müsəlmanların müqəddəs kitabını oxumaqla tamamlanmır. Onun bədii əsərlərə marağı da böyükdür. Sabiq "nəqliyyat şefi" xüsusilə poeziya həvəskarıdır və ara-sıra özünün də şeirlər yazdığı deyilir. 

Xatırladaq ki, hazırda 67 yaşı olan Z.Məmmədov 2002-2017-ci illərdə nəqliyyat naziri postunu tutub. Vəzifədə olduğu dövrdə Azərbaycanın ən korrupsiyalaşmış məmurlarından hesab olunan sabiq nazirin kreslosunu itirdikdən sonra biznesinin və şəxsi varidatının böyük hissəsini itirdiyinə dair iddialar dolaşır.
Ölkənin Cahangir Əsgərov bəlası... - Sürünənlərə ucmağı etibar etməzlər!
İlk baxışdan fərqində deyilik! Fərqində deyilik ki, birbaşa 4 milyonun, dolayısıyla 10 milyonun taleyindəki, yaxud da taleyindəki müəyyən bir anın-kəsimin sahibi Cahangir Əsgərov düşüncə və təfəkkür baxımından sürünmək üçün yaranıb. "Bu insanın Azərbaycan xalqına qarşı heç bir rəğbəti yoxdur” qənaəti bir yana, nifrəti, qəzəbi sonsuzdur! Elementar bir müqayisə edim keçim faktlara: Rusiyadan Ermənistana uçuşlar plyus-minus 50 ABŞ dolları civarındadır! Azərbaycana biletlər 500 ABŞ dolları!
Cahangir Əsgərovla məsələ məlum: adam dəfələrlə haqlı olaraq verilən suallara, - biletlərin niyə baha olması, baqaj yükünə görə xalqı soyması qarşılığında, - hörmətsizcəsinə "mövqe”yini ortaya qoyub! Fəqət həm sərninşinlər, həm də jurnalistlər bu sayğısızlığa hörmətsizliyin ardından susmağa üstünlük veriblər!
Əslində isə... qəti mübarizə aparılmalıydı. Ən azından, ölkənin prezidenti İlham Əliyev dəfələrlə münasibət bildirib, tələb edib, göstəriş verib, ölkə başçısının bu təpkisindən sonra ona dəstək olmaq lazım idi, biz isə içimizə atdıq: "Əşşi, "Canik” prezidenti də saymır!”.
Arada bir-iki araşdırmaçı tapıb üzə çıxartmışdı ki, bunun xanımının adına Batumidə obyektlər alınıb, tikintiyə sərmayə qoyulub, sonra onlar da havaya qaldırdıqları "Su-27”-lərdən "korrupsiya bombaları”nı Cahangir Əsgərovun başına tökməkdənsə, qalxdıqları ucalıqdan özləri guppultu iləyerə elə düşdülər ki, heç yerin altından da səsləri gəlmir.
Biz təpik bizə dəyəndə ayılanlardanıq! Biletlərin baha olmasının təpiyi mənə dəyməyib – son bir ildə 10 dəfə Moskvaya və geri uçmuşam. Bu o deməkdir ki, mən 10 ən yaxın dostuma ağız açmışam, deməli, 10 ən yaxın dostum ortalamamənə 5000 dollar yardım etmiş olub – bu, böyük borcdur, böyük haqdır mənim boynumda. Ancaq iş ondadır ki, Rusiyadakı 3-4 milyon azərbaycanlının hər biri Aydın Canıyev deyil və onların Aydın Canıyev kimi hər dəfə ağız açası 10 yaxın və dəyərli, xeyirxah dostu yoxdu! Bir orası da var ki, Rusiyadan Azərbaycana gəlmək istyəyən azərbaycanlılar müxtəlif variantlara əl atsalar da, alternativ yolu olmayanlar məcburən AZAL-ın ayağına gəlirlər. Bilet kassalarında isə yalvarmağa, sövdələşməyə imkan yoxdu ki, yalvarasan: AZAL, az al!
AZAL-ı Azərbaycan hava məkanından AZALtmaq lazımdır – qəti şəkildə! İstənilən digər aviakompaniya Azərbaycana, Azərbaycan xalqına, azərbaycanlı sərnişinlərə daha hörmətlə, daha rəğbətlə, daha anlayışla yanaşır, nəinki bu nə azərbaycanca, nə də rusca danışıq mədəniyyəti, qabiliyyəti olmayan Cahangir Əsgərov! Prezident dövlət konserni olaraq hər il AZAL-a kifayət qədər yüksək məbləğdə subsidiya ayrılmasına sərəncam verir, bu "canik” isə götürüb əksər ölkələrin həm təhlükəsizliyinə, həm də komfortuna görə istismardan çıxardığı drandulet, tökülmüş-sökülmüş təyyarələri alır yığır anqara. İqtisadçı olmadan da anlamaq olur ki, burada dövlətin pulları göyə sovrulmayıb e, birbaşa Cahangir Əsgərovun cibinə axıdılıb! Cahangir Əsgərov isə "dövlətin pulunu neyləmisən” sualına cavabı bizə bileti 500 dollara sırımaqla kompensasiya edir, halbuki Moskva-Bakı aviareysinin dəyəri 100 dolları aşmır!
Cahangir Əsgərov heç..."on s çortom, çort s nim” – şeytan onunladır, o şeytanladır. Hətta prezidentin də dil-ağzını bağlaya bilir, kişinin oğlu ayrılan pulları "obratnı” qaytarır da. Day "necə” sualını verən olmur.
Cahangir Əsgərovu başa düşmək olar, mən onun müavini və sələfi olacaq Eldar Hacıyevi başa düşmürəm.
Bu adamdan ilk yazını "Xalq qəzeti”ndə mən yazmışam – bir səhifə həcmində. Əliaçıq, dəyərli oğlan idi o vaxtlar. Bilirsiniz niyə? Adam Moskvada bilet mafiyası ilə vuruşub azərbaycanlıların təşəbbüsünü çəkirdi. Nümayəndəliyin açılması üçün əlindən gələni etmişdi. Heydər Əliyevə sədaqətdən, Vətənə xidmətdən danışırdı. Milyardlarla pulun möhtəkirlərin cibinə axmasındansa dövlətimizin büdcəsinə yönləndirilməsi üçün əldə-ayaqdan gedirdi! Soruşmaq istəyirəm, əziz ordubadlı balası, hara getdi sənin o vətənpərvərliyin, Heydər Əliyevə sadiqliyin? Sən Rusiyadakı bilet mafiyası ilə döyüşə bildin, qalib gəldin, Cahangir Əsgərov səni necə və nəylə satın aldı? Kim bilməsə də sən bilirsən axı bu bilet məsələsində nə miqdar pullar dövr edir.
Cahangir Əsgərov bir yandan dağıdır, sən də bir yandan dağıntının daha faciəli formasına niyə rəvac verirsən? Niyə də şübhələnməyək ki, məhz AZAL-ın biletləri niyə bu qədər bahadır? Yoxsa bir vaxtlar döyüşdüyün bilet mafiyasını təzədən diriltmisən, sənin payın ayrıcadır?
Axı mənim tanıdığım Eldar Hacıyev bu qədər əclaflığa yuvarlanmamalıydı – təsəvvür edin: Vladivostokdan, Maqadandan, ümumiyyətlə, RF-nin 85 subyektindən azərbaycanlı ailə gəlir Moskvaya çıxır və uçmalıdır Azərbaycana. Bir bilet 500 dollar, ailə isə 5-6 nəfər. Bir maşının qiymətidir e! Heçmi sizdə insaf, vicdan yoxdur? İqtisadi qanunlar insaf, vicdan hərləmir, siz iqtisadi qanunlarla da işləmirsiniz axı! Mafiya qanunları ilə də işləmirsiniz! Sizin etdikləriniz vəhşilikdir, sadəcə. Azərbaycan xalqına qarşı vəhşilik!
Azərbaycanlılara səmalarda olmaq yaraşır!
Bizi bundan məhrum ediblər!
Azərbaycanlılara göylərə yüksəlmək yaraşır – layiqdirlər. Ayrıları bunu bizə rəva görür, sizdən başqa, cənab EldarHacıyev, Cahangir Əsgərov. 
Görünür, siz özünüz azərbaycanlıları səmalarda müşayiət eləməyə layiq deyilsiniz! Çünki düçüncəniz sürünənlər düşüncəsidir!
AZAL... azərbaycanlıları göylərə, səmaya, ucalığa daşımaqdansa... yollarda süründürür.
"Bizi gömmüş yerə minbərdəkilər” deyirdi Sabir!
İndi mollalardan sonra milləəti yerə gömmək növbəsi sizə çatıbmı, Eldar Hacıyev, Cahangir Əsgərov?
Cahangir Əsgərov əvvəlindən bəllidir, amma sizə deyirəm, Eldar Hacıyev: axı siz şəxsən görmüsünüz azərbaycanlılar hava limanlarında nə qədər miskin duruma düşür. Bir vaxtlar bu hal sizi incidirdi, siz xalqınızı o günə salanları söyürdünüz, indi incidən sizsiniz və şefinizdir – fərqindəsinizmi, sizi daha kreativ söyürlər? Dünya qloballaşır və inteqrasiya prosesi sürətlənir. Nəzərə alın. Mən əlimə kompüter düşən kimi, sizin üçün aviauçuşların Moskvadan Tbilisiyə, Yerevana, Astanaya, Münhenə müqayisəli qiymət fərqini çatdıracam. Ya da etdiyiniz zülmün qarşısında əziyyət çəkin, bir də özünüz baxın, ya da mətbuat xidmətinizə tapşırın, çatdırsın sizə. Baxın. Baxın ki, əmin olun: siz sürünürsünüz, başqaları uçur! Uçur e, uçur! Çünki siz uçmaq üçün doğulmayıbsınız!
Elə buna görə də həm yerdən, həm də göydən çooox eybəcər görünürsünüz!
Aydın Canıyev,
Miq.Az

milli məclis ile ilgili görsel sonucu

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasın gündəliyinə 38 məsələ daxildir.

Bunlar “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət satınalmaları haqqında” qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.

Bundan başqa, deputatlar “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə də baxacaqlar.