Leyla Abdullayeva: “İki ölkə ekspertlərinin görüşünün keçirilməsi nəzərdə tutulur”; Əflatun Amaşov: “İnanıram ki, ortaq məxrəcə gəlinəcək və məsələ həllini tapacaq”

“Keşikçidağ məntəqəsində Azərbaycan sərhədinin pozulması ilə yaranan insident təsadüfi bir təxribat deyil. Bu təxribat qabaqcadan düşünülüb və Cənubi Qafqazda sülh və əmin-amanlığın təminatı olan Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərinin dostluq münasibətlərinə qarşı yönəlib. Hesab edirəm ki, bu təxribat Cənubi Qafqazda hərbi, siyasi və iqtisadi maraqları olan güc mərkəzləri və onların əlaltısı olan Ermənistandakı rejimin sifarişi ilə törədilib. Həmin mərkəzlər bu təxribatı Gürcüstanda olan ermənipərəst qüvvələrin iştirakı ilə törədiblər”.

Bunu “Report”a açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib. O bildirib ki, Ermənistandakı faşist rejiminin bu işin əsas sifarişçilərindən biri olduğu heç kimdə şübhə doğurmur: “Ermənistanda yürüdülən yanlış siyasət nəticəsində ermənilər çox ağır vəziyyətdə yaşayırlar. Əgər İrəvanda yanlış siyasət yürüdülməsəydi, Ermənistan Cənubi Qafqazda strateji layihələrin iştirakçısı ola bilərdi. Ermənistandakı rejim Cənubi Qafqazda sülhün və təhlükəsizliyin pozulması üçün əlindən gələni edir. Onların arxasında olan qüvvələr erməni rejiminə yaxından köməklik edirlər. Bu cür təxribatlar Azərbaycan-Gürcüstan-Türkiyə münasibətlərini poza bilməz. Amma hər bir təxribata qiymət verilməli və münasibət bildirilməlidir. Bizi narahat edən odur ki, Gürcüstanda müəyyən qüvvələr mütəmadi olaraq bu cür təxribatlara əl atırlar və həmişə cəzasız qalırlar. Əgər Gürcüstanın ərazisində gürcü dövlətçiliyinə həmişə sadiq olan, Gürcüstanın tarixində mühüm rol oynayan azərbaycanlılara qarşı siyasət yürüdülür və oradakı məscidlərimizin divarlarına donuz kəlləsi yapışdırılırsa, bu işin icraçıları cəzalandırılmalıdır”.

Y.Mahmudovun sözlərinə görə, gürcü təxribatçılarının öz sərhədlərini pozaraq Azərbaycan sərhədçilərinə hücum etməsi Gürcüstanın cavabdeh qurumlarının rəhbərlərinin məsuliyyətsizliyi üzündən baş verib: “Axı bir qrup şəxs hər iki dövlətin sərhədini necə poza bilər?

Buradan belə çıxır ki, guya Gürcüstan öz dövlət sərhədlərini layiqincə qoruya bilmir. Azərbaycanla dostluq münasibəti və strateji tərəfdaşlıq müqəddəsdirsə, sərhədlərin pozulmasına heç cür göz yumula bilməz. Gürcüstanın keçmiş müdafiə nazirinin, ”Qalib Gürcüstan” siyasi hərəkatının lideri İrakli Okruaşvilinin, Azərbaycan sərhədinə gələrək xalqımıza qarşı sayıqlayan partiya liderinin təhqirləri və azərbaycanlıları “çoban” adlandırmaları bizdə ciddi narahatlıq doğurub. Eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq idman yarışları zamanı Bakıya gələn iki gürcünün Şəhidlər Xiyabanında “Keşikçidağ bizimdir” deyə plakat qaldırması da ciddi narahatlıq doğurmalıdır”.

Akademik hesab edir ki, Azərbaycan-Gürcüstan dostluğu əbədidir: “Amma bu dostluq münasibətlərini pozmağa çalışanlara qarşı qardaş Gürcüstanda ciddi tədbirlər görülməlidir. Qardaşlıq və dostluq münasibətlərində ikili standartlar ola bilməz. Azərbaycan-Gürcüstan-Türkiyə münasibətləri pisləşərsə, bu, ən çox gürcü xalqına mənfi təsir göstərəcək. Təəssüfedici hal odur ki, hələ də Gürcüstanın müvafiq qurumları bu insidentin ciddi qüsur olduğunu dövlət səviyyəsində etiraf etməyiblər. Təxribatların törədilməsində erməni lobbisinin də xüsusi xidmətləri var. Azərbaycanın sərhədləri BMT-nin qanunları ilə dünya birliyində tanınıb və bütün qonşular Azərbaycan sərhədlərinin toxunulmazlığına əməl etməlidirlər”.

Direktor Azərbaycan sərhədçilərinin insident zamanı soyuqqanlılıq nümayiş etdirməsini dəstəklədiyini bildirib: “Çünki sərhədçilərimiz iki dövlət arasında əlaqələrin pozulmaması üçün silahdan atəş açmayıblar. Təxribatçılar və onlara dəstək verənlər bilməlidir ki, David Qareci də, Şərqi Gürcüstan da tarixi Azərbaycan torpağıdır. Tiflis Azərbaycanın qədim şəhəridir. Bir qrup gürcü təxribatçısının yolu ilə gedilərsə, onda Azərbaycan da öz tarixi torpaqları ilə bağlı iddia qaldıra bilər. Əgər gürcü ekstremistləri ərazi iddiasındadırsa, onda öz ”hünərlərini” Cavaxetiyada göstərsinlər. Ötən əsrin 30-cu illərində Stalin Şirək yaylasını – Qanıx (Alazan) çayının sağ sahilindəki torpaqlarımızı Azərbaycan xalqının razılığı olmadan Gürcüstana verib. Biz təbii ki, bu iddiaları qaldırmırıq. Çünki biz gürcü xalqı ilə dostuq. Dostluqda xəyanət olmaz!”

“Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu tarixi dostluq və qardaşlıq münasibətləri mövcud olub. Əsrlərin sınağından çıxmış qardaşlığımız son günlər baş verən təxribat səbəbindən daha bir imtahandan keçir. Bu, birmənalı şəkildə təxribatdır və bu hadisələrdə maraqlı dairələrin əli var”.

Bu barədə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Gürcüstandakı səlahiyyətli nümayəndəsi Hacı Əli Əliyevin Keşikçidağı Məbəd-Kompleksində baş verən insidentlə bağlı yaydığı bəyanatda bildirilib. “Gürcü və Azərbaycan xalqları, dindarları arasında heç bir nifaq, milli və ya dini qarşıdurma halı yoxdur, ola da bilməz. Bunun üçün əsas yoxdur və xalqlarımız, dövlət, hökumət rəsmilərimiz arasında olan strateji münasibətlər, dini liderlərimizin müdrikliyi, onların dünyaya örnək qardaşlıq əlaqələri buna imkan vermir”.

Sənəddə qeyd olunub ki, Azərbaycan və Gürcüstanın dövlət və xalqları arasında qarşılıqlı ehtiram və etimad mühiti görünür bədxahlarımızın işinə yaramır: “Təxribatlara əl atmaqla iki xalqın arasına nifaq toxumu səpmək, qarşıdurma yaratmaq ümidindədirlər. Xəyanətkarlığın arxasında duran qüvvələrin ən böyük məqsədi bu qarşıdurmanı təkcə milli deyil, dini müstəviyə daşımaqdır. Bu mənfur, bədxah niyyəti Qafqazda gerçəkləşdirmək cəhdləri məlum qüvvələrin zəhərli təfəkküründə hər zaman mövcud olub”.

QMİ-nin Gürcüstan nümayəndəliyi ümid edir ki, Keşikçi Dağ Məbəd-Kompleksi ətrafında yaradılmış süni problem aidiyyəti qurumlar tərəfindən tezliklə həllini tapacaq: “Bu istiqamətdə işlər gedir və davam etdirilərək öz hüquqi həllini tapacaq. Biz xalqlarımız və dövlətlərimizin dostluq və qardaşlıq münasibətlərinin bu imtahandan da üzüağ çıxaraq daha da dərinləşməsini diləyirik”.

Bəyanatda vurğulanıb ki, dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi yolverilməzdir və dini qarşıdurma yaratmaq cəhdi ikrahdoğurucu haldır: “Biz Gürcüstan və Azərbaycan dindarları dövlətlərimizin, dini liderlərimizin mövqeyindən çıxış edərək, bu yolda öz səylərimizi əsirgəməyəcək, xalqlarımızı qarşı-qarşıya qoymağa çalışan qüvvələrin təxribatlarına uymayacağıq. Bədxahlarımızın, marağı olan qüvvələrin məkrli niyyətləri tarixi qardaşlıq və ənənəvi Qafqaz müdrikliyi qarşısında puç olacaq”.

Qeyd edək ki, 14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxs Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum edərək onların ünvanına nalayiq ifadələr səsləndirib. Azərbaycan XİN Keşikçidağda baş verən hadisəyə reaksiya verib. Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib. Bu vaxta qədər hələlik Bakının notasına Tiflisdən cavab gəlməyib. Təxribat törədənlərin cəzalandırılması barədə də məlumat yoxdur.

Gürcüstanın XİN yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında yaşanan insidenti təəssüfedici adlandırıb. Sonraki günlərdə məbədə giriş qadağan edilib.

Hazırda ciddi problemlər yaranmasa da, məsələnin açıq qalması narahatlıq doğurur. Bəzi təhlilçilər hesab edir ki, Gürcüstanda anadan olmuş tanınmış azərbaycanlılar Tiflisə səfər edərək Gürcüstanın ayrı-ayrı dairələri ilə görüşlər keçirib məsələnin sakit şəkildə həll olunması zərurətindən bəhs etsələr, bu, işin faydasına olar.

Borçalıda, Qardabani rayonunun Kosalı kəndində anadan olan “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Yeni Müsavat”a açıqlamasında mövzu barədə danışarkən bunları bildirdi: ““Borçalı” Cəmiyyəti Keçikçidağ məbədi ətrafında yaradılan gərginliyi hər hansı təxribatçı şəxslərin törədiyi qanunsuzluq kimi dəyərləndirməyi doğru hesab etmir. Proseslərin inkişaf dinamikası deməyə əsas verir ki, bu, ciddi mərkəzlərin hazırladığı planlı bir təxribatdır. Hesab edirik ki, bu təxribatların hədəfi iki xalqı üz-üzə qoymaqdan, yeni etnik-dini qarşıdurma yaratmaqdan, destruktiv mərkəzlərin bölgəyə müdaxiləsi üçün münbit şərait yaratmaqdan, Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığını təhdid altına salmaqdan, Cənubi Qafqaz dövlətləri arasında sağlam əməkdaşlığı pozmaqdan ibarətdir. “Borçalı” Cəmiyyəti bu problemin həllində ictimaiyyətin daha az iştirakını məqbul hesab etməklə, Azərbaycan və Gürcüstan arasında rəsmi təmasların daha da intensivləşməsini, məsələnin mütləq anlamda aktiv diplomatik müstəviyə daşınmasını zəruri bilməklə, tədqiqatçı alimlərin də daxil olduğu yeni problemlərin həllinə səlahiyyətli etimadlı ortaq dövlətlərarası komissiyasının formalaşdırılmasını təklif edir”.

Z.Məmmədli əlavə etdi ki, iki xalq arasında etimad mühitini zaman-zaman sarsıtmış aşağıdakı məsələlərin həmin komissiyanın səlahiyyətində müzakirəyə salınmasını və həll yollarının aranmasını təklif edir: “Demorkasiya və delimitasiya problemləri; Əsassız dəyişdirilmiş toponimlərin bərpası məsələsi; Gəncə qapılarının geri qaytarılması məsələsi; Ədalətsiz olaraq kəndçilərdən alınmış torpaqlara görə təzminatlar məsələsi; Soydaşlarımızın Gürcüstan ərazi bütövlüyü çərçivəsində statusu məsələsi; Azərbaycanda məskunlaşmış gürcülərlə bağlı təklif olunan məsələlər; Azərbaycan və Gürcüstan arasında uzunmüddətli strateji əməkdaşlıq prioritetlərinin müəyyənləşməsi məsələsi; Azərbaycan dilinin regional dil statusu məsələsi; Borçalı türklərinin Elat Mədəniyyəti günü – Elat bayramının bərpası; Siyasi motivlərlə girişinə yasaq qoyulmuş şəxslərin üzərindən qadağanın götürülməsi və sair”.

Təşkilat rəhbəri dedi ki, “Borçalı” Cəmiyyəti eyni zamanda ən yaxın zamanda “Azərbaycan-Gürcüstan münasibətləri və mövcud problemlər” mövzusunda milli qüvvələrin zirvə toplantısının çağırılmasını, yaranmış durumun müzakirəsi, ortaq maraq və milli mənafeyimizi ehtiva edən vahid sənədin qəbul olunmasını, Azərbaycan milli qüvvələrinin “Azərbaycan və Gürcüstan milli qüvvələrinin əməkdaşlıq şurası”nın yaradılması kimi yeni təşəbbüslə çıxış etmələrini təklif edir.

Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olan deputat, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov “Yeni Müsavat”a açıqlamasında dedi ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya hazırda bu məsələ ilə məşğul olur: “Bu məsələ yaradılmış komissiyada, araşdırma mərhələsindədir. İnanıram ki, ortaq məxrəcə gəlinəcək və məsələ öz həllini tapacaq”.

“Bu ilin 20 avqust tarixindən sonra iki ölkənin ekspertlərinin görüşünün keçirilməsi nəzərdə tutulur”. Bunu isə XİN-in mətbuat katibi Leyla Abdullayeva “Yeni Müsavat”a açıqlamasında söylədi. Gürcüstana xüsusi bir heyətin göndərilməsi təklifinə gəldikdə, XİN təmsilçisi buna zərurət olmadığını bildirdi: “Azərbaycan Respublikası və Gürcüstan arasında Dövlət Sərhədlərinin delimityasiyasi və demarkasiyasi üzrə Komissiyanın növbəti iclası keçirilənədək bu kimi tədbirlərə ehtiyac yoxdur”.

Ermənistanın Rusiyadan, Rusiyanın isə ermənilərdən əsas gözləntisi; Bakı və Tiflisə qarşı növbəti “Qarabağ ssenarisi” – onu önləməyin bir yolu var…

Azərbaycan Ermənistan üzərində hərbi üstünlüyünü qoruyub saxlayır. Bu üstünlük işğalçı ölkədə keçən il baş tutmuş hakimiyyət dəyişikliyindən sonra da dəyişməyib. Çünki Ermənistan ətrafındakı sərt reallıqlar dəyişməz qalır. Blokada rejimində və Rusiyadan vassal asılılığında olan, üstəgəl, sanballı təbii sərvətlərdən və dünya okeanına çıxışdan məhrum cırtdan ölkə böyük iqtisadi islahatlara və zəngin büdcəyə ümid edə bilməz. Odur ki, ümid qalır yalnız Kremlin “səxavəti”nə. Rusiya isə silah-sursatı güzəştli qiymətlərə elə-belə vermir.

“İlin sonuna və ya gələn ilin əvvəllərinədək biz Rusiyanın Su-30 SM qırıcılarının tədarükünə başlayacağına ümid edirik”. “Yeni Müsavat”ın “Sputnik”ə istinadən verdiyi məlumata görə, bunu dünən jurnalistlərə açıqlamasında Ermənistanın müdafiə naziri David Tonoyan deyib.

Yada salaq ki, Ermənistan Rusiyanın ayıracağı üçüncü – 100 milyonluq silah krediti çərçivəsində 4 ədəd Su-30 SM müasir qırıcısı aldığını bəyan etsə də, rəsmi Moskva bu qırıcıların Rusiyanın Ermənistandakı hərbi bazasına göndəriləcəyini bildirib. Başqa sözlə, əslində Su -30 SM-lərin pultu da “İsgəndər M”-lər kimi Moskvanın əlində olacaq, İrəvanın yox.

Tonoyan həmçinin jurnalistlərin ölkəyə digər silahların tədarükü ilə bağlı sualını da cavablandırıb. Erməni nazir bir sıra məsələlərin detallarını aça bilməyəcəyini, amma Ermənistanı “hərbi sürprizlər gözlədiyini” də söyləyib. Məsələn, Ermənistana “Tor” zenit-raket komplekslərinin daxil olub-olmadığı barədə suala Tonoyan belə cavab verib: “Onu deyə bilərəm ki, ”Tor” çox maraqlı silahdır. Bizim bu xüsusda müvafiq gözləntilərimiz var”.

Məlumat üçün bildirək ki, “Tor” kompleksləri hərbi, iqtisadi və başqa obyektlərin taktiki səviyyədə havadan müdafiəsi üçün nəzərdə tutulub. Az öncə İrəvandakı telekanallardan biri Ermənistanın Rusiyadan “Tor” kompleksləri alacağını bildirmişdi.

*****

İrəvan və Moskva ile ilgili görsel sonucu

Bu arada ordusuna düz-əməlli çağırışçı tapılmayan ölkənin baş naziri Nikol Paşinyan növbəti özündənrazı bəyanat verib. Belə ki, “Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi məlumata görə, dünən Müdafiə Nazirliyinin inzibati kompleksində çıxış edən Paşinyan deyib: “Bizə elə silahlı qüvvələr, elə dövlət lazımdır ki, bütün potensial düşmənlərimiz başa düşsünlər ki, bizimlə döyüşmək mənasızdır. Mübarizənin nəticəsi məlumdur – düşmənin məğlubiyyəti və bizim qələbəmiz”.

Əlbəttə ki, sözdə çox şey bəyan eləmək olar. Ancaq 2016-cı ilin “4 günlük” aprel müharibəsi göstərdi ki, Ermənistan Azərbaycanla silahlanma yarışında ayaqlaşa bilməz. Bu, artıq istisnadır. Təbii ki, Moskva Bakının xeyrinə olan hərbi balansın bərpası üçün İrəvana vaxtaşırı müəyyən silahlar və hərbi texnika verəcək – ilk növbədə də öz maraqları naminə. Ancaq bu silah və texnika nə qədər ucuz qiymətə və güzəştli kreditlər hesabına çatdırılsa da, bahalı döyüş sistemləri ilə bağlı İrəvanın Azərbaycanla ayaqlaşması mümkün deyil. Çünki iki ölkənin iqtisadi-maliyyə imkanları müqayisəyə gəlməz dərəcədə fərqlidir.

kreml ile ilgili görsel sonucu

Demək, Paşinyan hökuməti qeyri-real şeylərdən danışmaqdansa, konfliktin dinc həll yolu barədə düşünsə daha yaxşı olar. Üstəlik, elə bir dövrdə ki, Kreml Nikol Paşinyana etimad göstərmir. Əksər politoloqlara görə, Moskva hələ də Qərblə Rusiya arasında ikili oyun oynamağa çalışan Paşinyan hökumətinin yekun məqsədinin nə olduğunu anlamır. Bu üzdən Moskva Ermənistana satılan təbii qazın qiymətini belə, hələ ki Paşinyana təzyiq vasitəsi kimi açıq saxlamaqdadır…

*****

putin paşinyan ile ilgili görsel sonucu

Bu da var ki, İrəvanın Rusiyadan gözləntisi olduğu kimi, Moskvanın da ermənilərdən gözləntisi var – həm də kifayət qədər böyük. Məsələn, məlumdur ki Rusiya gərgin münasibətlərdə olduğu, qərbyönlü Gürcüstanı daxildən zəiflətmək üçün “erməni kartı”ndan, o sırada Cavaxetiya ermənilərindən zaman-zaman yararlanmağa çalışır.

Bir çox təhlilçilərə görə, Gürcüstanla sərhəddə yerləşən “Keçikçidağ” məbədi ətrafında vaxtaşırı törədilən və iki qonşu ölkənin arasını vurmağa yönəlik təxribatlarda da məhz “erməni izi” var. Daha doğrusu, Rusiya ermənilərin əli ilə buna çalışır. Bu ilin 20 yanvarında (“Qara yanvar” günü) Cavaxetiyada erməni terrorçusu, Qarabağda dinc azərbaycanlılara qarşı cinayətlər törətmiş Mixail Avakyana büstün qoyulmasında da eyni hədəf güdülürdü. Yeri gəlmişkən, büst hələ də öz yerindədir.

Bundan əlavə, məlumdur ki, Gürcüstanın ermənilər yaşayan Samsxi-Cavaxetiya bölgəsində yerli erməni əhali arasında neçə vaxtdır “Rusiyanın Cavaxetiya diasporu” adlı separatçı təşkilat fəal iş aparır. Bugünlərdə həmin təşkilatın Rusiyada kök salmış lideri Aqasi Arabyanın Rusiyanın erməniyönlü KİV-i “Regnum”da Tiflis əleyhinə məqaləsi dərc olunub. Məqalədə gürcü dövləti əleyhinə növbəti təhdidlər yer alıb.

Aydındır ki, bu kimi şantaj yazıların arxasında ən əvvəl Moskvanın iradəsi dayanır. Rusiya çox arzulayır ki, ermənilərin əli ilə Gürcüstan üçün də bir “Qarabağ ssenarisi” oynasın, bu ölkəni bir daha parçalasın. Gürcüstanda vəziyyətin qarışması isə sözsüz ki, Azərbaycanın cari və strateji maraqlarına cavab vermir.

Odur ki, “Keşikçidağ” presedenti xüsusən də rəsmi Tiflis üçün siqnal olmalıdır. Belə ssenariləri yalnız Gürcüstan və Azərbaycan birgə, təmkinlə, sinxron siyasət hesabına zərərsizləşdirə bilər. Çünki hər iki ölkə, obrazlı desək, çoxdan “eyni qayıq”dadır…

“Bünövrəsi “Əkinçi” ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir” - Prezident Ä°lham ƏliyevPrezident İlham Əliyev 22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

Prezident İlham Əliyev Feysbuk hesabında “Bünövrəsi “Əkinçi” ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir” sözləri yazılan fotonu paylaşaraq, onlara təbriklərini çatdırıb.“Bünövrəsi “Əkinçi” ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir” - Prezident İlham Əliyev
 
Jurnalist Abid Şərifovun maşınının üstünə çıxdı – Video
Bu gün bir qrup jurnalist Mətbuat Şurasının binası qarşısında aksiya keçirib.

“Yeni Sabah” xəbər verir ki, bu zaman Baş nazirin keçmiş müavini Abid Şərifov həmin ərazidə öz maşınına əyləşib. Jurnalistlər onu sual ünvanlamaq istədikdə isə Şərifov qapını bağlayaraq sürücüsünə hərəkət etmək əmri verib.

Buna etiraz edən media nümayəndələrindən biri onun avtomobilinin üstündə oturaraq getməsinə mane olmaq istəyib.<iframe width="425" height="325" src="https://www.youtube.com/embed/cNUaiJyMWx8" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Prezident və xanımı təntənəli açılış mərasimində

“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak edirlər.

Əvvəlcə Azərbaycanın dövlət himninin sədaları altında Milli Qvardiyanın əsgərləri dövlət bayrağını təntənəli şəkildə meydana gətirərək ucaldıblar.

Bundan sonra atletlərin paradı başlayıb. Atletlərin paradından sonra festivala ev sahibliyi edən Azərbaycan haqqında film nümayiş etdirilib. Filmdə ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, eləcə də paytaxt Bakının görməli yerləri haqqında kadrlar nümayiş olunub.

Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov və Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç çıxış ediblər. Bundan sonra Prezident İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalını açıq elan edib.

 







 

İyulun 19-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barərə AZƏRTAC-a Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Prezident İlham Əliyev Tərtər Rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin iş yerlərinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Azərtac-ın məlumatına görə, sərəncamla “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrinə uyğun olaraq, Tərtər Rayon Məhkəməsinin hakimi Mübariz Sərxoş oğlu Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Eyni zamanda sərəncamla Yaşar Xanoğlan oğlu Həşimov Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi təyin edilib.

Bundan başqa, Zamin Cəbrayıl oğlu Tahirov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Balakən Rayon Məhkəməsinin hakimi təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əliyev Al-Samaanini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da görüş keçirib. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Valid bin Mohammad Al-Samaanini qəbul edib.

Elçin Quliyev yaralı əsgərin başından öpdü

Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən açılan atəş nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov  yaralanıb.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, daha sonra yaralı əsgərə baş çəkib.

General əsgərlə söhbət edən zaman onun gələcək planları barədə soruşub. Ceyhun Bayramov isə cavab olaraq qoşunlarda xidmətə davam edəcəyini bildirib. Buna görə Elçin Quliyev əsgərə “çox sağ ol” deyərək onu başından öpüb. General-polkovnik belə oğullarla qürur duyduğunu bildirib. 

"Qafqazinfo" Azvision.az-a istinadən görüşün videosunu təqdim edir:

Related imageƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. O bildirib ki, xidmət rəisi vəzifəsinin icrası müvəqqəti olaraq qurumun rəis müavini Fuad Heydərova tapşırılıb.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən ayrılıb.