Son xəbərlər

Polis akademiyasında buraxılış mərasimi keçirilib

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında növbəti tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Prezident yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak ediblər.

Tədbir iştirakçıları Heydər Əliyevin, həmçinin suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daxili İşlər naziri V.Eyvazov təntənəli mərasimdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ali diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib və göstərdikləri yüksək etimadı bundan sonrakı fəaliyyətində də doğrultmağa çalışacağını vurğulayıb.

Nazir deyib ki, Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalı, hər zaman xidməti borca və anda sadiq qalmalı, öz üzərində işləməli, təcrübəli həmkarlarından öyrənməli, nəzəri biliklərini, peşəkarlığını durmadan artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi formalaşmalıdır.

Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədris ilinin növbəti buraxılışı münasibətilə mərasim iştirakçılarını təbrik edərək dövlət başçısının ölkəmizdə cinayətkarlıqla qətiyyətli mübarizə, daxili sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının, dövlətçiliyin qorunmasında, ictimai qaydanın və təhlükəsizliyin təminində daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndirdiyini, onun daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, şəxsi heyətin iş, məişət şəraitinin və sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün hər zaman konkret addımlar atıldığını diqqətə çatdırıb.

Tədbirin sonunda Daxili İşlər naziri V.Eyvazov Polis Akademiyasını fərqlənmə ilə bitirmiş 5 məzuna diplomları təqdim edib.

Prezidentdən YENİ TƏYİNATLAR













Prezident İlham Əliyev iki təyinat edib.

Dövlət başçısı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Anar Adil oğlu Quliyevin qurumun sədrinin I müavini, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar Aydın oğlu İsbatovun isə sədr müavini vəzifələrinə təyin edilməsi barədə sərəncamlar imzalayıb.

Bu barədə Komitə məlumat yayıb.

“Bu tablonun mənim üçün həmişə xüsusi mənası olub. İndi tablo layiq olduğu yerdədir”.

Bu sözləri İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Mustafa Kamal Atatürkün tablosunu yenidən kabinetində asdığını göstərən fotonu sosial şəbəkələrdə paylaşaraq qeyd edib.

Xatırladaq ki, 31 mart seçkilərində İstanbul meri seçilən İmamoğlu Beylikdüzündə bələdiyyə sədri olduğu zaman kabinetində asılı olan Atatürkün fotosunu İstanbul bələdiyyə sədrinin kabinetində asmışdı. Ancaq seçkilərin ləğv edilməsindən sonra İstanbul merinin səlahiyyətlərini icra edən vali Əli Yerliqaya Atatürkün fotosunu kabinetdən çıxarmışdı.

Əkrəm İmamoğlunun 23 iyun qələbəsində sonda sosial şəbəkədə minlərlə insan “O foto yenidən asılacaq” paylaşımı etmişdi.

 

Li Litsenbergerin “sanksiya məsələsində Azərbaycan hökuməti ilə bu vaxta qədər əməkdaşlığımızdan çox məmnunuq” bəyanatının diplomatik tərcüməsi nədir?

“ABŞ Azərbaycan dövləti ilə strateji əməkdaşlığı və tərəfdaşlığı çox yüksək dəyərləndirir. O cümlədən sanksiya məsələsində də Azərbaycan hökuməti ilə bu vaxta qədər əməkdaşlığımızdan çox məmnunuq”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger “Amerikanın Səsi”nin Vaşinqtonun Rusiya və İrana qarşı sanksiyaları şəraitində Azərbaycanın bu ölkələrlə əməkdaşlığı haqqında sualına cavabda bildirib.

Məlumdur ki, Azərbaycan Qərbin nə Rusiyaya, nə də İrana qarşı sanksiyalarına qoşulmayıb. Bunu səfirin də bildiyi şübhəsizdir. O zaman ABŞ səfirinin bu cür açıqlaması diplomatik dildə nə deməkdir? ABŞ Azərbaycanın sanksiyalar məsələsində tutduğu mövqedən əslində razıdır, yoxsa?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, ABŞ-Azərbaycan əlaqələri regional baxımdan Vaşinqton üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın ABŞ üçün əhəmiyyəti get-gedə daha da artır. Çünki ölkəmiz ABŞ-ın problemlər yaşadığı Rusiya və İranla həmsərhəddir. ABŞ səfirinin sanksiyalar məsələsində Azərbaycanla əməkdaşlıqdan razılıq etməsi daha çox bununla bağlıdır: “Əslində Vaşinqtonun iki qonşu ölkəyə qarşı iqtisadi sanksiyalarına ölkəmiz rəsmən qoşulmayıb və ABŞ da qonşuluq əlaqələrinə görə bunu Azərbaycandan istəməyib, qarşımızda qəti tələb qoyulmayıb. Xüsusilə İranla əməkdaşlıq məsələsinə gəldikdə, bu bir qədər fərqlidir. Azərbaycanın İranla yüksək səviyyədə iqtisadi əməkdaşlığı yoxdur. Ortada böyük maliyyə əməliyyatları həyata keçirilmir. Amma iki ölkə arasında  iqtisadi və nəqliyyat layihələrinin birgə fəaliyyətindən xoşhal olmayan ABŞ, hər halda, diplomatik çərçivədə Azərbaycanla danışıqlar aparıb. Azərbaycanı qeyd olunan əməkdaşlıq məsələsində bir qədər məsafə saxlamaq məqsədi güdülüb. İran isə çalışır ki, qonşu ölkələrlə ticari əlaqələrdə milli valyutadan istifadə etsin. Bu istiqamətdə İran xarici işlər nazirinin ölkəmizə də səfəri gözlənilir”.

Politoloq hesab edir ki, ABŞ səfirinin açıqlaması birbaşa ölkəmizə mesajıdır və İranla bu məsələlərdə məsafə saxlamağa çağırışdır: “ABŞ-ın sanksiyalar məsələsində Azərbaycandan gözləntisini səfir Litsenberger diplomatik dildə ortaya qoyub. Vaşinqton bilir ki, Azərbaycanın İranla Şimal-Cənub Nəqliyyat dəhlizi və birgə istehsal edilən dərman, avtomobil zavodları inşası üçün müqavilələri var. Artıq rəsmi Bakı İranla bu sahələrdə əməkdaşlıqda müəyyən məsafə saxlayır. Çünki İranın da maliyyə imkanları ölkəmizlə bu müqavilələrin həyata keçirilməsinə imkan vermir. Vaşinqton tərəfindən İrana qarşı maliyyə sanksiyaları getdikcə sərtləşir. ABŞ narahatdır ki, qonşu ölkələr vasitəsilə İran maliyyə maxinasiyaları həyata keçirə bilər, sanksiyaların təsiri azalar. Ona görə də əvvəlki illərdən fərqli olaraq ABŞ səfirliklərinə həmin ölkələrdə İranın bu imkanlarına, əlaqələrinə nəzarət etmək tapşırılıb. Məhz səfirin açıqlaması həm də İranın mümkün maliyyə əməliyyatlarının həyata keçirilməsinin qarşısını almaqdır. Azərbaycan da, hər halda, ABŞ-la siyasi və iqtisadi əlaqələri yüksək səviyyədə saxlamaq üçün İranla bir sıra iqtisadi məsələlərdə məsafə saxlamağa çalışır. Bu da başa düşüləndir. Ona görə də ABŞ səfirinin məlum açıqlaması ilə həm də ikitərəfli əlaqələrə önəm verildiyini, atılan bəzi addımlardan razı qaldıqlarını nümayiş etdirmək üçündür”.

Onu da qeyd edək ki, ABŞ-ın təzyiqlərinə baxmayaraq, Azərbaycan son bir neçə ildə İrana qarşı sanksiyalar məsələsində ehtiyatlı mövqe nümayiş etdirib. Hətta bir neçə il əvvəl Amerikanın İrana hərbi müdaxiləsi məsələsi gündəmə gələndə Azərbaycan birmənalı şəkildə bəyan etmişdi ki, öz ərazisindən başqa ölkəyə qarşı istifadə olunmasına yol verməyəcək. Daha sonra İrana qarşı BMT sanksiyaları tətbiq olunması məsələsi gündəmə gələndə də Azərbaycan hökuməti ehtiyatlı mövqe sərgiləmişdi.

Tiflisdə mitinqlər səngimir. İranda da gərginlik artmaqdadır. Tiflisdəki gərginliyin ölkəmizə sıçrama ehtimallarının olub-olmadığı yönündə fərqli fikirlər səslənir. Son olaraq, generalların təyinatı ilə bağlı BBC Azərbaycancada siyasi təhlilçi, Oxford Universitetinin alimi Leyla Əliyeva təhlil yazısı ilə çıxış edib. O yazır ki, prezidentin təyinatları regiondakı gərginliklərlə bağlı ola bilər.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, ölkə prezidentinin atmış olduğu bu addım onun həyata keçirməkdə olduğu islahatların tərkib hissəsidir: “Məlum olduğu kimi, 2018-ci ilin aprel seçkilərindən sonra dövlət başçısı bütün istiqamətlərdə həm idarəetmə sisteminin təkmilləşdirilməsi, həm iqtisadi inkişafımızın yüksəlməsini təmin edən sosial problemlərimizin həlli və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinin, bunların xarakter daşımasının əsasını qoyan sərəncamlar imzaladı. Cənab generallarımızla bağlı qərar islahatların tərkib hissəsidir. Bu təyinatlar Azərbaycan dövlətçiliyinin güclənməsinə, buna qarşı təhdidlərin peşəkar səviyyədə aradan qaldırılmasına, dövlətimizin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş olan addımlardır. Hər 4 general fəaliyyətləri ilə dövlətçiliyimizə daim sədaqət nümayiş etdiriblər. Həmçinin onlar yüksək səviyyədə olan peşəkar generallarımızdır. İndiyə qədər çalışdıqları sahələrdə sınaqdan yüksək səviyyədə çıxa biliblər.

Dövlətçiliyimizin ən ağır vaxtlarında dövlətimizlə bərabər olublar. Ramil Usubov Azərbaycanda müasir polis sisteminin qurulmasında, daxili sabitliyimizin təmin olunmasında böyük rol oynayıb. Təhlükəsizlik Şurasının daha peşəkar, işləri hüquqi baxımdan görən generala verilməsi təqdirəlayiqdir. Mədət Quliyev Azərbaycan dövlətçiliyinə qarşı qalxan, hakimiyyəti zorakılıqla ələ keçirməyə çalışanlara qarşı mübarizə aparan, sağlamlığını, həyatını bu yolda qurban verməyə hazır olan milli qəhrəmanımızdır.

O, DTX-yə rəis gəldikdən sonra əvvəlki nazir Eldar Mahmudov və onun bandasının bu sistemə vurduğu zərbəni aradan qaldırmaq üçün özünün şəxsi keyfiyyətlərini, intellektini ortaya qoydu, vurulan zərbəni aradan qaldırmağa nail oldu. Vilayət Eyvazov gənc yaşlarından bu sistemdə çalışan, öz zəhməti ilə bu yerə çatan generaldır. Dövlətçiliyimizə, ulu öndərimizə və cənab prezidentə sədaqətini daim sübut edib. Xatırlayıram ki, 2003-cü ildə seçkilərdə məğlub olan və hakimiyyəti zorla ələ keçirməyə çalışanlara qarşı Vilayət Eyvazov bir vətəndaşlıq nümunəsi ortaya qoydu.

Heç nədən çəkinmədən o proseslərin qarşısının alınmasında mühüm rol oynadı. Əslində o meydanda birinci oldu. Əli Nağıyev isə həyatı və fəaliyyəti təhlükəsizlik sistemi ilə bağlıdır. Adi bir işçidən general rütbəsinə qalxıb. Onun bu sahəyə gətirilməsi də çox müsbət qərardır. Ondan əvvəlki generalımız nə dərəcədə dövlətçiliyimizə sadiq olsa da, təhlükəsizlik sistemində çalışan biri deyildi. Bu sahənin başında hər zaman peşəkar rəhbər dayanmalıdır. Bu generallarımızın hər biri bundan sonra da üzərlərinə düşənləri layiqincə yerinə yetirəcəklər. Heç şübhəsiz ki, ölkədəki sabitlik həm də xarici amillərlə müəyyən olunur. Azərbaycan bu gün elə bir regiondan yerləşir ki, bu region xoşagəlməz bir mərhələyə qədəm qoyub. Regionumuzda ciddi qarşıdurmalar var. Amerika-İran, Amerika-Rusiya qarşıdurması yaşanır. Qonşuluğumuzda düşmən Ermənistan var.

Gürcüstanda da ciddi gərginliklər yaşanır. Qazaxıstanı da bu  sıraya əlavə edə bilərik ki, artıq orada da qarşıdurmalar müşahidə olunmağa başlayıb. Belə bir vəziyyətdə ölkənin xaricindən gələn təhlükələrin, təzyiqlərin qarşısını almaq üçün məhz bu cür dəyişikliklərə ehtiyac duyulurdu. Onların bu təyinatları heç şübhəsiz ki, xaricdən gələn təzyiqləri, təhlükələri aradan qaldırmağa yönələn bir addımdır. Əminəm ki, cənab generallarımız bu istiqamətdə onlara tapşırılan işlərin öhdəsindən uğurla gələcəklər, dövlətçiliyimizin, təhlükəsizliyimizin, sabitliyimizin qorunmasında öz töhfələrini verəcəklər. Sizin qəzetiniz vasitəsilə onların hər birini təbrik edir, şərəfli yolda uğurlar arzulayıram”.

Deputat Tiflisdəki gərginliyin ölkəmizə təsirlərinin olub-olmayacağı barədə də danışdı: “İstisna etmirəm ki, bu gün Azərbaycana qarşı da təzyiqlər var. Bu təzyiqlər əsasən kənardan gəlir. Ölkəmizdə gedən proseslərə, inkişafa qısqanclıq var. Bu qısqanclıq bir sıra hallarda açıq xarakter daşıyır. Bəzi hallarda açıq təzyiqləri görmək də mümkündür. Erməni lobbisinin təsirləri ilə bu cür təzyiqlər də olur. Burada xristian təəssübkeşliyinin olduğunu da unutmayaq. Digər amillər də özünü göstərir. İstisna etmirəm ki, ölkəmizə qarşı təzyiqlər daha çox Qərbdən gəlir.  Ölkə prezidentinin atmış olduğu bu addımlar dövlətçiliyimizə qarşı yönələn bu cür təhdidlərin aradan qaldırılmasında ciddi rol oynayacaq. Bizim üçün ən vacib olanı ölkənin daxili sabitliyidir. Bir sıra ölkələrin hansı durumda olduğunu bu gün də müşahidə edirik. Həmin ölkələrin daxillərində ayrı-ayrı qüvvələr ələ alınır və onların vasitəsilə daxili gərginlik yaradılır. Bunun da nəticəsində sabitlik pozulur.

Qərb dairələri də öz istədiklərini həyata keçirməyə başlayırlar. Bu, Azərbaycanda da istisna olunmur. Daxilimizdə olan bəzi qüvvələr anti-Azərbaycan qüvvələrlə birlikdədirlər. Belə qüvvələr tək daxildə deyil, xaricdə də az deyil. Bu qüvvələr hər zaman təhlükədir. Onların qarşısını almağın əsas yollarından biri də ölkə daxilində sabitliyin qorunub saxlanılmasıdır. Operativ məlumatları əldə edərək, təhlil etdikdən sonra onun aradan qaldırılması, təhlükələrdən vaxtında xəbər tutub bununla bağlı önləyici tədbirlərin görülməsi olduqca vacibdir”.

Zamirə Hacıyevanın məhkəməsindən şok məlumat – Gizli şahid…














Zamirə Hacıyevanın ekstradisiyası üzrə Azərbaycanın tələbi üzrə keçirilən məhkəmə prosesi davam edir.

APA xəbər verir ki, iyunun 26-da keçirilmiş növbəti prosesə Zamirə Hacıyevanın lehinə gizli şahid gətirilib, o, pərdə arxasından 5 saat ərzində həm Zamirə Hacıyevanın vəkili Hugo Keith, həm də Azərbaycan hökumətinin iddiasını müdafiə edən Helen Malcolmun suallarını cavablandırıb.

Sorğuya başlamadan öncə zaldakı jurnalistlərdən və iclası izləməyə gələn digər şəxslərdən Azərbaycan səfirliyini və ya hökumətini təmsil edib-etmədikləri soruşulub. Prosesdə Azərbaycanlı jurnalistin olması haqqında məlumat alan gizli şahid hakim Emma Arbuthnota bundan narahat olduğunu bildirib. Hakim isə şahidin tələbini nəzərə alaraq, APA-nın London müxbirini yanına çağırıb, ondan işlədiyi qurum haqqında məlumat alıb. Jurnalistin mobil telefonu da daxil olmaqla, üzərindəki bütün cihazlar müvəqqəti saxlanmaq üçün götürülüb.

Zamirə Hacıyevanın mənafeyini müdafiə edən gizli şahid Azərbaycan məhkəmə sistemini tənqid edib, insan haqları sahəsində və bütün seqmentlərdə problemlər olduğunu iddia edib. Vəkil Hugo Keith tərəfindən verilən yönləndirici suallar əsasında o, Ramil Səfərov, Xədicə İsmayıl, Mehman Hüseynov, “Nardaran işi” ilə bağlı məhkəmə dosyeləri barəsində özü bildiyi kimi şərhlər verib, Azərbaycanda bir sıra tanınmış simaların məhkəmə sistemi ilə problemlər yaşadığını qeyd edib. Bu zaman Ramil Səfərovun ekstradisiya dosyesi də xüsusi vurğulanıb.

Azərbaycan hökumətinin iddiasını müdafiə edən Helen Malcolm isə Azərbaycanda məhkəmə sistemi və insan haqları mövzusunda gedən islahatlar, Zamirə Hacıyevanın indiyə qədər hər hansı bir siyasi məqalə yazmadığı, siyasi fikir bildirmədiyi və ya siyasi görüşünün olmadığını bildirib. Vəkil 31 avqust 2012-ci ildə Macarıstanın Azərbaycana verdiyi Ramil Səfərov barəsində cinayət işinə səbəb olmuş hadisənin Ermənistan-Azərbaycan münaqişəsi zəminində baş verdiyini açıqlayıb. Müdafiəçi bu cür iddialarla çıxış edən şahidə Zamirə Hacıyevanın Azərbaycandakı banklardan böyük məbləğlərdə nağd pul çəkdiyini və külli miqdarda vəsaiti mənimsədiyini xatırladıb.

Məhkəmə prosesində Zamirə Hacıyevanın Azərbaycana ekstradisiya edilərsə, hansı cəzaçəkmə müəssisəsində saxlanacağı haqqında qarşılıqlı müzakirələr aparılıb, Azərbaycanda qadınlar üçün nəzərdə tutulan müəssisələrin standartlara uyğun olub-olmadığı müzakirə edilib.

Məhkəmə prosesi cümə davam edəcək.

Xatırladaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya 2009-2015-ciillərdə bank tərəfindən faizsiz kreditlər verilib və bu zaman o, heç bir sənəd təqdim etməyib. Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.

Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.

Trend-in məlumatına görə, iyunun 27-i və 28-də davam edəcək iclasda əvvəlcə deputatlar “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini və “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsini müzakirə edəcəklər.

Daha sonra “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsi, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət satınalmaları haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara, o cümlədən Vergi Məcəlləsinə, Mülki Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə dəyişikliklər və digər məsələlər müzakirəyə çıxarılacaq.

Ümumilikdə iclasın gündəliyinə 49 məsələ daxildir.

Jurnalist Fuad Abbasov nəhayət, hava limanından çıxıb. Tərəfdarları və qohumları onu milli qəhrəman kimi qarşılayıblar. Azərbaycan bayraqları və təzərrühatlarla qarşılanan jurnalist qısa açıqlamalarla çıxış edib.

Minval.info musavat.com-a istinadən xəbər verir ki, aeroportun girişində media nümayəndələrinə açıqlama verən F.Abbasov onu dəstəkləyən hər kəsə təşəkkür etdi.

Jurnalist azadlığa çıxmasının onun üçün gözlənilməz olduğunu dedi: “40 gün qapalı vəziyyətdə qaldım. Dünən axşam soruşdurma oldu. Bu sabah gözlənilmədən xəbər çıxdı ki, azadlığa çıxıram”.

F.Abbasov bildirdi ki, dincəlib özünə gələndən sonra mətbuat konfransı keçirəcək: “Baş verən qanunsuzluqlarla bağlı məhkəmə yolu ilə həll edəcəm. Səhhətim qaydasındadır. Heç bir problem yoxdur. 12 gün boyunca aclıq aksiyası oldu. Bundan sonra da jurnalist fəaliyyətim olacaq. Daha güclü şəkildə davam edəcək”.

F.Abbasov media nümayəndələrindən bir neçə gün icazə istəyərək, yaxın zamanda mətbuat konfransı keçirəcəyini bildirdi: “Çox ağır dönəm keçirmişəm. Bir-iki gün icazə verin özümə gəlim, bütün suallarınızı keçirəcəyim mətbuat konfransında cavablandıracam”.

    

Ä°lgili resimMüharibə hələ bitməyib, hər an hazır olmalıyıq ki, torpaqlarımızı azad edək.

AZƏRTAC-ın məlumatına əsasən, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə kursantları və müəllimləri təbrik edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır:

“Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir.

Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır”.

İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir:

“Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.

Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək”.

Prezident qeyd edib ki, Azərbaycan bu gün bütün sahələrdə uğurla inkişaf edir:

“Əminəm ki, bu inkişaf dayanıqlı olacaq. Sizə – burada oxuyan kursantlara və çalışan müəllimlərə yeni uğurlar, cansağlığı arzulayıram. Vətənin qorunması işində siz həmişə fəal olmalısınız və öz gücünüzü göstərməlisiniz. Sizi bir daha təbrik edirəm.

Bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir və sizə yeni uğurlar arzulayıram”.

Yeni dəyişiklik dalğası gözlənilir... - İDDİA














Bir neçə vaxtdır Azərbaycanda elan olunan islahatlar artıq qanunvericilik bazasından kadr bazasına keçdi. Prezident İlham Əliyev bu prosesə güc strukturları ilə başladı.

"Yeni Sabah”a istinadla bildirir ki, islahatların davamlı və dərin olacağı ilə bağlı verilən rəsmi açıqlamalar onu deməyə əsas verir ki, bu, hələlik ilkin addımdır. Kadr yerdəyişmələrinin yaxın günlərdə yeni dalğasının olacağı gözlənilir. Bu baxımdan da hazırda bir sıra nazirliklərdə, dövlət komitələrində narahatçılıqlar mövcuddur.

Bəs prezidentin növbəti kadr dəyişiklikləri hansı sahə ilə bağlı ola bilər? Bu dəfə hansı prinsiplər əsas götürüləcək? Uzun müddət eyni vəzifədə qalmaqamı, yoxsa, rəhbərlik etdiyi sahədə düzgün nizam-intizam qura bilməyən, əksinə problemlərlə baş-başa qalıb xalqı hakimiyyətdən narazı salan kadrlarmı hədəfdə olacaq?

Sonuncu təyinatlarla bağlı sərəncamı analiz etdikdə görünür ki, burada hər iki amil əsas götürüb. Görünən odur ki, prezident hər hansı nazir haqda qərar vermək üçün onun 25 il gözləməyə ehtiyac görmür. Əslində, bir illik fəaliyyət də məntiqi nəticələr çıxarmağa əsas verir. Ona görə də, biz elə bu iki amilin nəticəsində vəzifəsini itirməsi ehtimal olunan şəxsləri ayrı-ayrılıqda qeyd edəcəyik.

Əgər uzun müddət eyni kreslonu zəbt etmək amilindən məsələyə yanaşaq, hazırda Azərbaycanda bir neçə nazir və onlarla icra başçısı var. Bunların sırasında Mədəniyyət naziri Əbülfəs Qarayev (25 il), Kəmaləddin Heydərov (11 il Gömrük Komitəsinin sədri, 13 il FHN rəhbəri), Fikrət Məmmədovun (19 il) adları ilk sırada gəlir. Elmar Məmmədyarov (15 il), Oqtay Şirəliyev (14 il), Samir Şərifov (13 il), Azad Rəhimov da (13 il) uzun illər eyni sahəni idarə edən məmurlardandır.

Əslində, normal və effektiv fəaliyyət göstərmək üçün inkişaf etmiş ölkələrdə bu müddətdə eyni postda qalan məmur tapmaq mümkün deyil. Birinci amili – uzun müddət vəzifədə qalanların istirahətə göndərilməsi və ya yerdəyişməsi baxımından yanaşdıqda adları qeyd olunanların bir hissəsinin yola salınacağını gözləmək olar.

İslahatlarla bağlı qeyd etdiyimiz ikinci yanaşmaya – vəzifəsinin öhdəsindən gələ bilməmək və əhalinin narazı olduğu sahələrdə kadr islahatına gəldikdə isə burada bir sıra yeni kadrların da vəzifəsindən azad olunacağını gözləmək olar. Hər il dövlət rəsmilərinin açıqladığı rəsmi statistikalarda da əhalinin daha çox şikayət etdiyi dövlət qurumlarının siyahısı qeyd olunur. Həm o siyahı, həm də mediada səslənmiş şikayətləri əsas götürərək yeni kadrların bir neçəsinin də ən yaxşı halda yerinin dəyişdiriləcəyini gözləmək olar.

Azərbaycanda son illərdə yüksək vəzifəyə təyin olunmuşlardan -Ceyhun Bayramovun təhsil, Sahil Babayevin əmək və əhalinin sosial müdafiəsi, Səfər Mehdiyevin gömrük və nəhayət İnam Kərimovun kənd təsərrüfatı sahəsində böyük uğurlar qazandığını demək olmaz. Əksinə, hər gün bu sahələrlə bağlı onlarla şikayət və problemlərlə bağlı informasiya ilə qarşılaşmalı oluruq. Və ən problemli sahənin səhiyyə olduğunu da vurğulamaq istərdik. Bu baxımdan O. Şirəliyev hər iki prinsipə görə qarşısına minus işarəsi qoyulacaq kadrlardan biridir.

Rövşən Rzayevin məcburi köçkünlər, Qoşqar Təhməzlinin qida, Fuad Muradovun diaspora, Mikayıl Cabbarovun da vergi sahəsində inqilab etdiyini söyləmək olmaz. Amma ən azından əvvəldə adlarını çəkdiyimiz nazirlərlə müqayisədə bu sahələrdə problemlər say etibarı ilə azlıq təşkil edir.

Başqa nə ola bilər? Hansı vəzifəlilər yola salınacaq? Buraya bir xeyli icra başçısının və komitə sədrlərinin də adlarını qeyd etmək mümkündür. İstənilən halda isə artıq ölkə rəhbərliyi də bu qərara gəlib ki, kadr islahatlarında köklü dəyişikliklərə ehtiyac var. Bunu son 4 təyinatla bağlı sərəncama həm siyasətçilərin, həm şərhçilərin, həm də ümumilikdə sadə insanların reaksiyası da açıq şəkildə ortaya qoydu.