Putin Ərdoğanı ölümdən necə xilas etdi? – HADİSƏLƏRİN TƏFƏRRÜATLARI
Türkiyədə hərbi çevrilişə cəhd hadisələrindən 3 il keçir. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi.

Özünü “Yurdda Sülh Konseyi” adlandıran bir qrup, Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT televiziyasında yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, “TRT haber”, Hakim Ədalət və İnkişaf partiyasının Ankara qərargahı zəbt olundu.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi girov götürüldü. Türkiyə Böyük Millət Məclisi havadan atəşə məruz qaldı. 248 nəfər şəhid oldu. 2196 nəfərsə yaralandı. Qiyamçı hərbçilərin zərərsizləşdirilməsi üçün təşkil olunan əks əməliyyat zamanı 104 üsyançı hərbçi öldürüldü, girovlar azad edildi.



Qiyamçı hərbçilərin əsas məqsədi prezident Rəcəb Tayyib Ərdoğanı girov götürmək və ya öldürmək idi. Lakin dövlət başçısı daha cəld hərəkət edərək, Marmarisdəki oteli tərk etdi. 62 dəqiqə sonra xüsusi təyinatlı qiyamçılar həmin otelə hücum etdilər. Ərdoğanın təyyarəylə bölgədən uzaqlaşdığını güman edən üsyançılar, uçuşları nəzarətə götürdülər. Bu məqsədlə qırıcılar Ankara və İstanbul səmalarında uçuşlar həyata keçirirdilər. Məlumata görə, Ərdoğanın təyyarəsi havada 3 dəfə qırıcılarla üz-üzə gəlib. Lakin pilot qülləyə laynerin sərnişin təyyarəsi olduğunu deyərək, dövlət başçısını təhlükədən yayındırıb.



Həmin gün baş verən hadisələrlə bağlı hələ də qaranlıq qalan bəzi məqamlar var.

Maraqlıdır ki, qiyamçılar hərbi çevrilişi gecə 3 radələrinə təyin etmişdi. Lakin onlar axşam 22:00 radələrində hərəkətə keçməli oldular. İddialara görə, buna səbəb Moskvanın Ərdoğanı hərbi çevrilişə cəhdin olacağı barədə xəbərdar etməsidir. Rusiyanın Suriyadakı hərbi bazasında olan əsgərlər, Türkiyə bazalarındakı danışıqları dinləyərək, ciddi hərəkətliliyin olduğu barədə Moskvaya məlumat verib. Moskva bu barədə dərhal Ərdoğanı xəbərdar edib. Bundan sonra hökumətin qabaqlayıcı tədbirlər görəcəyindən narahat olan üsyançılar, daha tez hərəkətə keçmək məcburiyyətində qalıblar.

Hətta iddia edilir ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarına hərbi dəstək də təklif edib. Lakin Ərdoğan təklifi dəyərləndirməkdə tələsməyib. Bəlkə də hadisələr Ərdoğanın əleyhinə cərəyan etsəydi, Rusiya qırıcılarını Türkiyə səmalarında görmək gözlənilməz olmazdı. Üsyançıların hərəkətə keçməsindən sonra Ərdoğan dərhal İstanbula getdi. Burda xalqa müraciət edən dövlət başçısı, onları küçələrə çıxmağa çağırdı.



Qiyamçılar bütün planları düzgün qurmuşdu. Lakin onlar cəsur türk xalqının küçələrə çıxaraq, canlarını tanklar qarşısında qalxan edəcəyini nəzərə almamışdılar. Türklər həmin gün yeni tarix yazdı. Dumlupınarda, Sakaryada, Çanaqqalada olduğu kimi…

redaktor.az

milli məclis ile ilgili görsel sonucuAzərbaycan Milli Məclisinin (MM) deputatları tətilə çıxıb.

“Report” xəbər verir ki, parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Parlamentin payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Sentyabrın 15-dən isə qanunverici orqanın komitələri fəaliyyətə başlayır.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib. İyun-iyul aylarında qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb. İylun 12-də yekunlaşan sessiya müddətində 5 plenar iclas keçirilib.

“O hadisələri danışdıqca sanki yenidən o günlərə qayıdıram. Yuxumda hərbçi yoldaşlarımı, onların özlərini partlatmasını görürəm və bu mənə əzab verir. Bəzən mənə sual verirlər ki, bu ağrılara necə dözürsən? Yoldaşlarım bu yolda canlarından keçdilər, mən isə ağır yaralar alsam da, sağ qaldım. Bu ağrılara dözməyib, üsyan etməyə isə haqqım yoxdur”.

1997-ci ilin aprel ayında Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi tərəfindən düşmən arxasında xüsusi döyüş tapşırığını yerinə yetirmək üçün səkkiz nəfərdən ibarət qrup toplanır. Verilən tapşırıq gizli olduğu üçün bu gün də bu barədə heç kim heç nə bilmir. Qrup verilən tapşırığı yerinə yetirib geri qayıdarkən səkkiz nəfərdən yeddisi həlak olur, bir nəfər isə ağır yaralanaraq, düşmən tərəfinə əsir düşür. Həmin əsir Vətəninə düz 1 il 11 ay əsirlik həyatı yaşadıqdan sonra qayıda bilir. Hadisələrin nə zaman, harada və necə baş verdiyini də məhz bu faciənin canlı şahidi olan keçmiş kəşfiyyatçı Aqil Əhmədovun dilindən eşidək.

Minval.info Oxu.Az-a istinadən 1 il 11 ay Xankəndidə ermənilər tərəfindən xüsusi rejimdə əsir saxlanılan Aqil Əhmədovla müsahibəni təqdim edir:

– Aqil Əhmədovun tanımadığımız tərəfləri barədə danışaq. Qayıdaq lap əvvələ, sizin doğulub, boya-başa çatdığınız yerlərə.

– 1976-cı il aprel ayının 23-də Zaqatalada anadan olmuşam. Üç qardaş olmuşuq. Orta məktəbi bitirdikdən sonra Dağıstanda imtahan verib Pedaqoji İnstituta qəbul oldum. Təxminən yeddi ay oxudum. O vaxt təhsil heç nəyi dəyişmirdi. Hərbi xidmətə çağırış barədə evə məlumat gələndə təhsilimi yarımçıq qoyub gəldim.

1995-ci ilin iyun ayında hərbi xidmətə getdim və getdiyim gündən xüsusi təyinatlı hərbi hissədə qulluq etməyə başladım. İki ilə qədər orada xidmət etdim. Hərbi təlimlər, gündəlik təlimatlara əməl edirdik. Həmişə hiss edirdik ki, nə vaxtsa düşmən işğalı altında olan ərazilərə göndərilə bilərik. Amma heç kim bunun nə vaxt olacağını və kimlərin gedəcəyini bilmirdi.

– 1997-ci ilin mart ayında yüzlərlə hərbçi arasından seçilən kəşfiyyatçılardan biri də siz oldunuz. Sonunu bilmədiyiniz bir yol idi. Silahdaşlarınızla nələr yaşadınız?

– Yaşadıqlarımızı sözlərlə ifadə etmək olmur, amma onu deyim ki, bu gün olsa, yenə həmin yeddi hərbçi yoldaşla sonunu bilmədiyimiz bu yola gedərdik. Həmin ərəfədə mən də hiss edirdim ki, seçilənlərdən biri ola bilərəm. Komandirimiz vardı, Elxan Ağayev. Ondan xahiş etdim ki, dünyanın işini bilmək olmaz, mənə icazə ver, gedim, ailəmlə görüşüm, qayıdım. O da mənə bir gün yox, beş gün məzuniyyət yazdı.

Gəldim Zaqatalaya, ailəmlə, qardaşlarımla görüşdüm. Məzuniyyətimin bitməsinə üç gün qalmış hərbi hissəyə geri qayıtdım. Komandir dedi ki, səkkiz nəfər seçilməlidir. Nəhayət, səkkiz nəfər seçildi və mart ayının sonu-aprel ayının əvvəli biz Füzuli rayonu istiqamətində sərhəd bölgəsinə təlim keçməyə göndərildik.

Elxan Ağayevin komandirliyi altında yeddi nəfər – Yarəhmədov Vüqar, Rzayev Anar, Mustafayev Dinar, Həsənov Aqşin, Ələkbərov Nizami, Cavadov Fariz və mən aprel ayının 7-də, gecə bütün son təlimatları alıb, zəruri avadanlıqları yoxladıqdan sonra Füzuli rayonunun Horadiz istiqamətindən keçərək, Hadruda doğru döyüş tapşırığını yerinə yetirmək üçün sərhədi keçdik. Təxminən üç gün boyunca bu istiqamətdə irəlilədik. Bizim təlimatlarımız xəritə üzərində işlənirdi və göstərilən istiqamətdə gedirdik.

Üç gün ərzində ac-susuz, yuxusuz vəziyyətdə gəlib ot-tikan basmış balaca təpə kimi yerdə gizləndik. Dörd nəfər künclərdə dayanıb keşik çəkəndə, digər dördümüz bir balaca mürgüləyə bildik. Səhər açılırdı. Gün ağarana yaxın isə yerimizi dəyişəcəkdik. Birdən hiss etdim ki, kimsə məni çiynimdən vurdu. Sağa baxanda gördüm Vüqardır. Sonra bildik ki, Vüqar uzaqdan bizə tərəf baxan kimisə görüb və onu güllə ilə vurub. Ard-arda atəş açıb onu yaralayıb. Amma yenə də o təpəni aşıb keçdi və artıq bizim burada olduğumuzu bildilər. Həmin an artıq hər saniyənin öz hökmü olduğunu başa düşdük.

“Əlimizdə olan təyinat nöqtələrinin və tapşırıq üzrə qeydləri yedik ki, düşmən tərəfin əlinə keçməsin”

– Qaçmaq, yoxsa döyüşmək üçün qərar verildi?

– Komandirin əmrinə uyğun davranırıdıq. Əks istiqamətə doğru bacardıqca sürətlə qaçmağa başladıq. Dayanmaq olmazdı, hər saniyə ölüm demək idi. Həmin an haraya qaçmaq lazım olduğunu düşünməyə vaxt olmur, hərbçilər bunu daha yaxşı başa düşər. Bir qədər irəlidə yıxıldım, elə bildim yaralanmışam. Əlimi-ayağmı hərkət etdirdim, gördüm yox, güllə deyil. Tez ayağa qalxıb uşaqlara çatdım. Təpəni keçəndən sonra sürünə-sürünə irəliləyib gizlənmək üçün yer tapdıq. İrəlidə sıx ağaclıqla dolu yol vardı. Elə yola çatanda gördük ki, o tərəfdən üç erməni əlisilahlı bizə tərəf gəlir.

Geriyə qayıda bilməzdik. Yolun aşağısında müharibədən qalma içərisi alaq otları ilə dolu uçuq-sökük ev var idi. Çətinliklə də olsa, bir yol tapıb orda gizləndik. Birdən Vüqarın yanımızda olmadığını gördük. Əvvəl elə bildik ki, yaralanıb. Sonra tikanlı kiçik kolluğun içərisində ilişib qaldığını gördük. Ermənilər düz bizim yanımızdan keçəndə Vüqara görə onları vurmadıq ki, iz itirək. İşlər heç də bizim planlaşdırdığımız kimi getmirdi, amma verilən tapşırığı yerinə yetirmək lazım idi. Vüqar da yanımıza gəldikdən sonra komandirin qərarını gözlədik. Elxan isə heç nə demədən sakitcə bizə baxırdı. Birdən sakitliyin içərisində Nizami başladı öskürməyə.

Aqil Əhmədov bütün bunları danışdıqca ovcunu möhkəm sıxırdı. Dərin-dərin nəfəs alaraq danışmağa başlayırdı. Danışarkən gözləri boşluğa zillənsə də, sanki o boşluqda həmin an film kimi canlanırdı:

“Elxan bir anda silahı götürüb Nizaminin gicgahına dayadı ki, səni vuracam”

– Əksəriyyətimiz siqaret çəkən olmuşuq. 4-5 gündür dilimizə nə su, nə yemək dəyirdi. Siqaret belə çəkə bilmirdik. Nizami də birdən öskürməyə başlayanda Elxan əsəbiləşdi. Yerimizi tapa bilərdilər. Anidən silahı çəkib Nizaminin gicgahına dayadı ki, öskürmə. Bir də öskürsən, səni vuracam. Tez dedim ki, yerdən ot ye. O da yeni cücərən otlardan qoparıb qoydu ağzına. Nizaminin öskürəyi kəsdi. Komandir isə hələ də heç bir təlimat vermədi.

Hamı əlini göyə qaldırıb dua edirdi. Daha dəqiq desək, kəlmeyi-şəhadət təkrarlayırdıq. Üç-beş dəqiqə sonra nə olacağını heç kim bilmirdi. Erməni əsgərləri yavaş-yavaş bizim gizləndiyimiz yerin ətrafını mühasirəyə almağa başlamışdı. Hiss edirdik ki, buradan çıxış çətindir. Hətta qərara gəlmişdik ki, ya burada əl-ələ verək, özümüzü partladaq, ya da sona qədər vuruşaq. Biz komandirə o qədər güvənirdik ki, onun səssizliyi bizi həyəcanlandırırdı. Köhnədən qalan elektron saat vardı, ona baxdım. Təxminən günorta saat 1-2 olardı. Biz isə 5 dəqiqə sonra nə olacağını təxmin etməyə çalışırdıq.

“Yaxınlarımıza kiçik məktublar, qeydlər yazmışdıq, hərbi hissədə uşaqlara vermişdik ki, bizə nəsə olsa, onları ailələrimizə çatdırsınlar”

A.Əhmədov deyir ki, sakitliyin içərisində Dinarın asta səslə “ermənilər bizi gördü” sözü ilə yerlərindən tərpəniblər.

– Bizimlə ermənilər arasındakı məsafə 30 metr olardı. Ermənilər ətrafı mühasirəyə almışdı bizim düşünməyə, sadəcə, saniyələrimiz var idi. Elxan anidən “F1” qumbaranı çıxardı və Dinarın baxdığı kiçik aralıqdan ermənilər olan tərəfə ataraq, “hamı döyüşə” qışqırdı. Biz evin əks tərəfindən dediyim yola doğru qaçmağa başladıq. Hamı əlindən gələni etməyə çalışırdı.

Dayanmadan atəş açırdıq, evin üzərindən qumbaralar atırdıq. Biz çıxanda ermənilərin komandirlərinin olduğu “Niva” keçdi. Onu vura bilmədik. Sonra yük maşını keçəndə onu partlatdıq. Uçuq-sökük evin bir tərəfində biz idik, digər tərəfində onlar. Heç kim də mövqeyini dəyişmirdi ki, bir az kənara keçə bilək. Elə yerimizdən dağınıq şəkildə atəş açırdıq, qumbara atırdıq. Bir neçə qumbaranı ard-arda atandan sonra torpaq yola doğru qaçmağa başladıq. Onlar çox, biz səkkiz nəfər. Hamımız bir-birimiz üçün narahat idik.

Üçtərəfli mühasirədə qalmışdıq, qaçmağa yalnız bir istiqamət vardı. Elə bir az irəli getmişdim ki, Anar topuğundan yaralandığını dedi. Buna baxmayaraq, qaçırdı. Bir az irəlidə kanal var idi, uzanıb sürünməyə başladıq. Ermənilər də bir tərəfdən qışqırırdılar ki, “təslim olun”. İrəlidə bir neçə qutu vardı, hansı ki, sürünüb keçməyə mane olmurdu. Amma o qədər gərgin idim ki, elə bilirdim o qutular mənə mane olur. Onu götürüb kənara atmaq istəyəndə hiss etdim ki, sanki içimə boğacaq qədər hava doldu, nəfəs ala bilmədim.

Nəinki xatirələri, 22 ildir bədənində gəzdirdiyi həmin o güllə Aqilin bütün həyatını alt-üst edir. O, danışdıqca gözlərində qəribə bir boşluq, səsində dözülməz kədər hiss olunurdu. Deyir ki, bir güllə səkkiz nəfərin taleyini geri dönülməz yollara apardı. Bir qədər özünü topladıqdan sonra sözülərinə belə davam edir:

– Əvvəl yaralandığımı anlamadım. Çünki qan yox idi. Sanki qolumu sərt qayaya vurdum və bədənimdən gizilti hiss etdim. Bir neçə saniyədən sonra isə bədənim keyiməyə başladı. Sürünməyə davam etməyə çalışsam da, gücüm çatmadı. Nəfəs alırdım, amma nəfəsi çölə verə bilmirdim. Yavaş-yavaş ürəyim sıxılmağa başlayırdı. Baxdım ki, uşaqlar məni keçib getdi.

Bilərəkdən tərpənməyə, bir az ayağa qalxmağa başladım ki, bir də vursunlar və bu ağrını hiss etməyim. Ölməyib yaralı halda yerdə qalmaq çox ağır hissdir. Bir az gözlərimi açıb baxanda, gördüm ki, komandirim Elxan həmin qarşıdakı təpənin üstündə əlləri ilə yer qazır. Təxmin etdim ki, əlimizdəki xəritələri gizlətmək üçün edir. Sonra anidən Elxan təpədən o tərəfə düşdü, amma biz onun vurulduğunu bilmədik.

Bir qədər sonra durub bizə tərəf gəlməyə başladı. Özündə güc tapıb yanımıza qədər gəldi və mənə dedi ki, “Axmed”, sürün. Hər birimizin soyadına uyğun kod adı vardı. Amma artıq bədənim tam keyimişdi və tərpənə bilmirdim. Komandirin üzünə baxıb dedim ki, məndə alınmır. Məni burada öldürün və gedin. Aprel ayı, günəşli hava. O qədər sıxılırdım ki, bütün paltarları köynəyin boynundan çəkib çıxarırdım. Üzü üstə yıxıldım və göyə baxdım. Bir onu düşündüm ki, adamın qanadı olaydı, bir anda uçub çıxaydı bu güllələrin əlindən.

O an əlimi qarnıma vuranda gördüm ki, qan var. Güllə girən yeri də tam olaraq tapa bilmirdim ki, əlimlə basıb, qanaxmanın qarşısın alım. Artıq sakitcə öləcəyim dəqiqəni gözləyirdim. Birdən eşitdim ki, bir az aralıda kimsə “Allahu Əkbər” dedi. Sonrasını xatırlamıram. Bir də oyananda artıq əsir götürüldüyümü anladım”.

Aqil deyir ki, onu başqa millətdən olan bir həkim əməliyyat edib. Gözlərini açanda əlləri çarpayıya bağlı olub. Yanında isə döyüş zamanı yaraladıqları erməni əsgərlərindən biri yatırmış. Yeddi nəfər erməni isə əlisilahlı onun başının üstündə dayanırdı:

– Buraya necə keçdiyimizi, məqsədimizi öyrənməyə çalışırdılar. Mən isə heç nə demirdim. Dediklərimi də səhv deyirdim. Sonra hər cavabsız suala görə döyürdülər. Bir nəfər erməni mənə şəkillər gətirdi ki, bax, dostların hamısı belə öldü. Sən də öləcəksən. O vaxta qədər mən elə bilirdim ki, onlar xilas olublar, bir mən əsir düşmüşəm. Hər gün gözləyirdim ki, mənim arxamca gələcəklər. Amma o şəkillərə baxandan sonra başa düşdüm ki, artıq onlar yoxdular.

Erməni dedi ki, onlar özlərini partladaraq öldürüblər. Doqquz gün Cəbrayıl rayonu ərazisində qalmışam, sonra məni Xankəndinə hospitala apardılar və 15 günə yaxın orada qaldım. Daha sonra tək kamerada saxladılar. 1998-ci ilin fevral ayında ermənilər mənə məhkəmə qurdular və bir neçə maddə ilə güllələmə hökmü çıxardılar.

Hər gün deyirdilər ki, sabah səni öldürəcəyik. Hər qapı açılanda öz-özümə deyirdim ki, vəssalam, bu sondur, güllələnməyə gedirəm. Onu da qeyd edim ki, özümə gələndən doqquz gün ərzində Cəbrayıl ərazisi yaxınlığında saxlanılan zaman “Qızıl Xaç” cəmiyyətinin üzvü gəlib mənimlə görüşmüşdü. Ailəmə məktub yazmağımı istəmişdilər. O məktublar hələ də bizim evdə qalır. Sonra nə danışılmışdısa, mənim ölüm hökmüm ömürlük həbs cəzası ilə əvəz edildi. Elə o gündən də amansız işgəncələr başladı.

“Saatlarla xlorlu otaqda ayaq üstündə saxlayırdılar, ciyərlərim yanırdı”

– Bir qocaman komandirləri vardı. Qarnımdakı tikişlər hələ sağalmamış, qarnımın üstündə oturub tikişləri qələmlə dartırdı. Vurduğu zərbədən tikişlərin üçü açılmışdı. Siqareti yandırıb yaramın üzərində söndürürdü. Soruşurdu ki, sizə orada necə təlim keçirdilər ki, belə cəsur olub, buraya qədər gəlib çıxmışdınız. Dostların gözlərini qırpmadan özlərini partlada biliblər. O gedəndən sonra da hərə bir bəhanə ilə gəlib vururdu. Kamerada tək saxlayırdılar.

Orada tibb bacıları üstümdə iynə vurmağı öyrənirdilər. Elə vaxt olurdu ki, üç gün yadlarına düşmürdüm. Nə su verirdilər, nə də yemək. Aylarla yuyunmurdum. Saçlarım az qala çiynimə çatırdı, desəm, yalan olmaz. Saqqalım uzanmışdı. 1 il 11 ay hər gün bir-birindən qorxulu, ağrı-acılı keçirdi. Hər gecə deyirdim ki, gözümü yumsam, gəlib aparacaqlar. Orada başqa yerlərdən əsir götürülən azərbaycanlılar da var idi. Onlara vəsiyyət yazıb vermişdim ki, məni güllələsələr, bunu Qızıl Xaç Komitəsinin nümayəndələrinə verərsiniz, ailəmə çatdırsın.

Təsəvvür edin, hər gün kəlmeyi-şəhadəti təkrarlayırdım. Ermənilərə də bir məktub yazmışdım ki, əgər həqiqətən, özünüzü millət hesab edirsinizsə, məni öldürəndən sonra gözümü çıxarıb, qulağımı kəsib ailəmə göndərməyin. Kişi kimi öldürün. Nəhayət, 1999-cu ilin mart ayının 10-u erməni gəlib məni kameradan çıxardı və “bəxtin gətirdi, gedirsən” dedi.

Elə bildim öldürməyə aparırlar. Gözlərimi, əllərimi bağlayıb apardılar. Sonra bildim ki, mənim haqqımda məktublar, məlumatlar barədə Ulu öndər Heydər Əliyevə məlumat veriblər. O, bu işi ciddi araşdırıb və mənim geri qaytarılmağım müqabilində qarşı tərəfə də əsirlikdə olan erməni əsgərləri veriblər.

“Əsir düşməzdən qabaq 86 kiloqram idim, geri qayıdanda 49 kiloqram”

– Məni yarım saat saxladılar. Çay verdilər. Daha sonra xəstəxanaya apardılar. O qədər zəifləmişdim ki, çəkim 86 kq-dan 49-a düşmüşdü. Hərbi Hospitalda məni yoxladılar. Tikişlərimə baxdılar. Tikişlər o qədər çirk bağlamışdı ki, artıq dərim çürüyürdü. Onda bildim ki, güllə aşağı nahiyədən qarın boşluğuna girib, sidik kisəsini, bağırsaq sistemini, onurğa sütunumu zədələyib və ürəyimin sol küncündə beşinci qabırğa səviyyəsində dayanıb.

Bu günə qədər də o güllə mənim bədənimdədir. Xəstəxanada saçlarımı səliqəli kəsdilər, yuyundum. Güzgüyə baxanda özümü tanıya bilmirdim. Bir neçə ay müalicəm davam etdi və sonunda evə buraxdılar. Yadıma gəlir, 2008-ci ilin sentyabr ayının 19-da prezidentimiz mənə bütün əşyalarla təmin olunmuş ev bağışladı.

Əslində, o an ona səhhətimlə bağlı müraciət edə bilərdim. Bilirəm ki, mən ondan xahiş etsəydim, mütləq mənim müalicəm üçün tapşırıq verərdi. Sadəcə, utandım. Heç nə deyə bilmədim. Bu gün artıq 43 yaşım var və səhhətimlə bağlı problemlərim ciddiləşir. Hərdən düşünürəm ki, kaş o vaxt hələ cavan ikən deyərdim, bəlkə də, indi sağlamlığımı bərpa etmişdim. Bəlkə, onda ailə də qura bilərdim.

Aqil bütün yaşananlara rəğmən, bu gün ölkə başçısı əmr verərsə, yenidən ön sıralarda döyüşə hazır olduğunu deyir:

“Xəstəxanalarda uzun, ağrı-acılı ölüm istəmirəm”

– Baxmayaraq ki, mənim onurğa sütunumda, böyrəklərimdə, bağırsaq sistemimdə ciddi problemlər var, əlim hələ də silah tuta bilir. Hər an döyüşə hazıram. Cənab prezidentdən bir xahişim var. Əgər həqiqətən, mənim xəstəliyimin hansısa ölkədə tam müalicəsi varsa, rica edirəm, mənim müalicəmə, sağlamlığımı bərpa etməyimə kömək etsinlər. Yox, əgər mənim yenidən sağlam olub, ailə həyatı qurmağıma ümid yoxdursa, xəstəxanalarda ölmək istəmirəm. O zaman xahişim odur ki, cəbhə bölgəsində hər hansı əməliyyat keçirilərsə, ilk olaraq məni ora göndərsinlər və silah yoldaşlarımın sıralarına məni də əlavə etsinlər. Bir qazi kimi cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevdən tək xahişim, ricam budur.

Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun sədrliyi ilə keçirilən toplantıda DİN-in kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar, Azərbaycanın bütün şəhər və rayon polis idarə, şöbə və bölmələrinin rəisləri iştirak edirlər.

İclasda 2019-cu ilin 6 ayı ərzində ölkədə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunur.

NATO-nun komandanı: “Azərbaycan etibarlı tərəfdaşımızdır”“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır”.

APA-nın xəbərinə görə, bunu NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Volters öz rəsmi “Facebook” səhifəsində qeyd edib.

General vurğulayıb ki, Azərbaycan NATO-nu sülhməramlı əməliyyatlar məqsədilə yükdaşımalar üçün öz hava məkanı, habelə Əfqanıstanda yüksək səviyyəli mütəxəssis sülhməramlıları ilə təmin edir.

Qeyd edək ki, iki gün əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Volters Bakıda görüşüblər. Tərəflər Avropa və qlobal təhlükəsizlik sahəsində vəziyyət, Rusiya-NATO təmas xəttində baş verə biləcək insidentlərin qarşısının alınması üçün mümkün tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, görüşdə Rusiya və NATO hərbi ekspertləri arasında dialoqun bərpası perspektivləri, terrorizmə qarşı mübarizə, Əfqanıstan və Suriyadakı vəziyyət müzakirə olunub.

Vüqar Mahmudovu aylardır səbəb göstərmədən məhkəməyə gətirmirlər

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şefi  Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun işi üzrə məhkəmə prosesi aylardır ki, baş tutmur. Sabiq nazirin əmisi oğlunun işi üzrə son prosesdə elan olunub ki, o, məhkəməyə gətirilməyib.

Vüqar Mahmudovun hansı səbəbdən məhkəməyə gətirilmədiyi də açıqlanmır. Vüqar Mahmudovun cinayət işi üzrə ittiham aktı Bakı Hərbi Məhkəməsinə bu ilin aprelində daxil olub. Amma ötən müddət ərzində Vüqar Mahmudov cəmi 1 dəfə məhkəmə qarşısına çıxarılıb. Sonradan isə proses qeyri-müəyyən səbəbdən təxirə salınır. Bu ayın əvvəlində keçirilməli proses Vüqar Mahmudovun iştirakı təmin edilmədiyinə görə təxirə salınıb. May ayında keçirilən son proses də eyni səbəbdən təxirə düşmüşdü. Növbəti proses iyulun 22-nə təyin olunub.

Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi hakim Elbəy Allahverdiyevin icraatındadır. Sabiq nazirin əmisi oğlu Vüqar Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var. Həmin şəxslərdən biri “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovdur. Digər zərərçəkmişlər isə general Akif Çovdarov və Elçin Quliyevin cinayət işində zərərçəkmiş qismində tanınan şəxslərdir. Vüqar Mahmudovun həbsi də gözlənilməz oldu. Sonradan bələ xəbərlər vardı ki, onu ibtidai istintaq dövründə uzun-uzadı dindirmələrlə yormayıblar. Bir neçə dəfə sorğu-sual olunub, qısa dindirmələr əsasən Vüqar Mahmudova verilən mənimsəmə ittihamı üzrə olub. Vüqar Mahmudovun həbsinin ilk günlərində yayılan məlumatlarda bildirilirdi ki, onu Eldar Mahmudovun qanunsuz fəaliyyətinə dair də sorğu-sual ediblər…

Məsələ ondadır ki, Vüqar Mahmudov  Eldar Mahmudovun “sağ əli” hesab edilirdi. V.Mahmudov rəsmiyyətdə Eldar Mahmudovun köməkçisi statusunda olsa da, qeyri-rəsmi şəkildə bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan “xəraclar” yığılıb və oradan da daşınıb…

Vüqar Mahmudovun bu epizodlar üzrə dindirildiyi haqda məlumatlar vardı. Əsasən ləğv edilmiş MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunurmuş. Vüqar Mahmudovun həbsindən sonra yayılan xəbərlərdə onun ifadəsi əsasında Eldar Mahmudovu həbs etmək istəyinin olduğu da vurğulanırdı. Son məlumatlara görə, artıq Vüqar Mahmudova qarşı belə bir tələb irəli sürülmür. Belə iddialar var ki, Eldar Mahmudova qarşı əvvəlki sərt münasibət yoxdur. Hətta belə iddialar da var ki,  Eldar Mahmudova əhəmiyyətsiz bir vəzifə verməklə, yaxınlarını şərti cəzalarla azad etməklə ölkə daxilində nəzarət altında tutmaq, xaricə qaçmasına imkan verməmək planları var. Yəni Eldar Mahmudova və yaxınlarına ölkədən çıxmaq yasağı qoyub, hərəkət sərbəstliyi verilir.

Qeyd edək ki, V.Mahmudov Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Vüqar Mahmudov özünü ittihamlar üzrə təqsirli bilmir, ittihamları qəbul etmir. Onun yüngül cəza ilə məhkəmədən azad olunacağı da istisna deyil. Yada salaq ki, Vüqar Mahmudov həbs olunan günlərdə Eldar Mahmudovu da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb dindirirdilər.  Həmin günlərdə belə ehtimallar vardı ki, sabiq naziri həbs edəcəklər. 4 dəfə dindirilən Eldar Mahmudovu sonradan istintaqa çağırmadılar. Xatırladaq ki, sabiq nazir Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxslərinə qarşı irəli sürülən ittihamlarla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq ifadə verib. Sözügedən cinayət işinə əsasən nazirliyin vəzifəli şəxslərinə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyələrini aşma) i 302.2 (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq əməliyyat tədbirləri davam edir. Eldar Mahmudov 17 oktyabr 2015-ci ildə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “İslam Sivilizasiyası Qafqazda” adlı II beynəlxalq simpozium iştirakçılarına müraciət ünvanlayıb.

“Report” xəbər verir ki, müraciəti Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müraciətdə deyilir:

“Hörmətli simpozium iştirakçıları!

Sizi ölkəmizin paytaxtı Bakı şəhərində salamlamaqdan məmnun olduğumu bildirir, hər birinizə ən səmimi arzu və istəklərimi yetirirəm. Etnik-mədəni müxtəlifliyi və təbii coğrafi zənginlikləri ilə dünyanın unikal güşələrindən olan Qafqazın son 1400 illik tarixi İslam dini ilə bağlıdır.

Azərbaycanda, o cümlədən Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddi və qeyri-maddi mədəniyyət nümunələri İslam sivilizasiyasının regiondakı dərin köklərindən xəbər verir.

Bu gün Qafqazda yaşayan xalqların bir çoxunun mədəniyyətinin əsasını İslam dəyərləri təşkil edir. İslam 7-ci əsrin ortalarından etibarən Azərbaycanda yayılmağa başlayıb və ölkəmiz İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən birinə çevrilib. Xalqımız 100 illər boyu belə bir mədəni-mənəvi müstəvidə bəşəri fikir tarixinə böyük şəxsiyyətlər bəxş etmiş, dünya şöhrətli azərbaycanlı alim və mütəfəkkirlər, söz və sənət dühaları İslam mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmişdir. Tarixən olduğu kimi, bu gün də Azərbaycanda islami dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verilir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 9-11 dekabr 1998-ci ildə “İslam sivilizasiyası Qafqazda” beynəlxalq simpoziumun Bakıda keçirilməsi xalqımızın öz tarixi keçmişinə və milli-mənəvi dəyərlərinə bağlılığın bariz nümunəsi idi. 2017-ci ilin “Azərbaycanda İslam Həmrəyliyi ili” elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi müasir narahat dünyamıza əmin – amanlıq və həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. Bir sıra ölkələrdə islamofobiyanın vüsət aldığı hazırkı dövrdə biz insanları birliyə, bərabərliyə, sülhə və tolerantlığa dəvət edən ümumbəşəri islam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi, eyni zamanda mədəniyyətlərarası dialoq və əməkdaşlıq təşəbbüslərimizi bundan sonra da davam etdirəcəyik. “İslam Sivilizasiyası Qafqazda” II beynəlxalq simpoziumunun maraqlı və konstruktiv müzakirə şəraitində keçəcəyinə, Azərbaycanın, ümumilikdə, Qafqazın İslam sivilizasiyasının inkişafındakı tarixi yerinin və rolunun araşdırılmasına yeni töhfələr verəcəyinə əminliyimi bildirir, toplantınızın işinə uğurlar arzulayıram”.

Deputat Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi  hökumət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsinə dair sorğu keçirir.

“Qafqazinfo” xəbər verir ki, sorğuda dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətinə dair jurnalistlərin və digər maraqlı tərəflərin fikirləri müxtəlif istiqamətlər üzrə öyrənilir.

Qeyd edək ki, hökumət qurumlarının saytlarında informasiya hansı tezliklə yenilənməsi, mətbuat xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsi, lazım olan informasiyanın qurumlardan nə dərəcədə rahatlıqla tapıla bilməsi kimi bir sıra suallar sorğuda öz əksini  tapıb.

Politoloqlar bölgəmizdə alovlanması an məsələsi olan qarşıdurmaların mümkün fəsadlarından danışdılar; “Müharibə başlasa, region dövlətlərinin hamısı əziyyətlərə qərq olacaq…”

“Bölgədə gərgin vəziyyət hökm sürür. Rusiya-Gürcüstan və İran-ABŞ münasibətləri kıskinləşir. Azərbaycanın bu 4 ölkə ilə münasibətləri normaldır və hər biri ilə əməkdaşlıq edir. Ona görə də Azərbaycan tərəfdaş ölkələr arasında gərginliyin əleyhinədir”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri Tiflislə Moskva, Vaşinqtonla Tehran arasındakı mövcud gərginliyi şərh edərkən “Yeni Müsavat”a söylədi.

Qeyd edək ki, ABŞ xaric, qarşı duran digər üç ölkə qonşuluğumuzda yerləşir. Üstəlik, bölgədə fəlakətli vəziyyət yaranarsa, Azərbaycan, o cümlədən qardaş Türkiyə problemlərlə üzləşə bilər. Azərbaycanın Avropa qapısı olan Gürcüstanda 2008-ci ildə Rusiyanın müdaxiləsi nəticəsində baş verənləri unutmamışıq. O zaman Azərbaycanın kəmərlərinin savaş zonasına düşməsinə qısa məsafə qalmışdı. İndi də Gürcüstan və Rusiyanın üz-üzə gəlməsi bölgə üçün yaxşı heç nə vəd etmir. Azərbaycanın müəllifliyi ilə reallaşan TANAP-TAP layihəsinin işə salınması, həmçinin Bakı-Tiflis-Qars sərnişin qatarının fəaliyyətə başlaması ərəfəsində baş verənlər heç də yaxşı perspektiv vəd etmir. Digər tərəfdən, Vaşinqtonun da İrana qarşı güc tətbiq etməsi qaçqın axınına səbəb ola bilər ki, bu zaman da həm Azərbaycan, həm də Türkiyə yeni fəlakətlərlə üzbəüz qala bilər.

E.Şahinoğlu da vurğuladı ki, Rusiya Gürcüstana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır: “Hərçənd Rusiya prezident Vladimir Putin gürcü xalqına qarşı sanksiya tətbiq etmək istəmədiyini bildirib. Buna baxmayaraq, Kremldə narahatdırlar ki, Gürcüstanda anti-Rusiya əhval-ruhiyyəsi güclənir. Kreml sanksiya vasitəsilə Gürcüstan hakimiyyətinə və cəmiyyətinə anlatmaq istəyir ki, Gürcüstanın maliyyə itkisi böyük olacaq. Həqiqətən Rusiya Gürcüstana qarşı sanksiyaları tətbiq etməyə başlasa, Gürcüstanın maliyyə itkiləri yüz milyonlarla dollar olacaq. Bu, kiçik Gürcüstan üçün böyük rəqəm sayıla bilər. Təsadüfi deyil ki, Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya hakimiyyətinə müraciət edərək, sərt addımlar atmamağa çağırış edib. Azərbaycan həm Rusiya, həm də Gürcüstanla iqtisadi və ticarət əlaqələrinə malikdir. Azərbaycan bu gərginlikdə tərəf tuta bilməz. Tam əksinə, Azərbaycan hər iki ölkə ilə iqtisadi əlaqələri genişləndirməyə çalışır”.

E.Şahinoğluna görə, Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsi Ermənistana problemlər yarada bilər: “Çünki Rusiyanın Gürcüstana qarşı tətbiq etdiyi sanksiyalar Ermənistanın iqtisadiyyatına da mənfi təsir edəcək. Ermənistan Rusiya ilə Gürcüstan üzərindən ticarət əməkdaşlığını saxlayır. Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsi Ermənistanın tranzit imkanlarına zərbə vurur. İranla ABŞ arasında artan gərginlik də həm Azərbaycanda, həm də Ermənistanda diqqətlə izlənilir. ABŞ İranla əməkdaşlıq edən ölkələri də hədəf alır. Ermənistan isə İranla iqtisadi əməkdaşlığa önəm verir. Bu yaxınlarda Ermənistan hökumətindən bir heyət məhz əməkdaşlığı inkişaf etdirmək üçün Tehrana getmişdi. İranın iqtisadi baxımdan zəifləməsi Ermənistan bazarı üçün də problemlər yaradacaq. Azərbaycanın da İranla ortaq layihələri var. Azərbaycan İran iqtisadiyyatının zəifləməsini istəmir. Ancaq əgər sanksiyalar İran iqtisadiyyatını zəiflədərsə, Azərbaycan iqtisadiyyatı zərərlərdən özünü qorumağa çalışacaq”.

Politoloqun fikrincə, Türkiyə də eyni vəziyyətdədir: “Əlbəttə, Türkiyənin ABŞ-la münasibətlərini isti adlandırmaq olmaz. Ankara Vaşinqtonun istəyi ilə İranla münasibətləri zəiflətməyəcək. Əksinə, Türkiyə İran neftini daha ucuz qiymətə almağa çalışacaq”.

Politoloq Tofiq Abbasov musavat.com-a açıqlamasında maraqlı fikirlər söylədi: “Göz önündə olan budur ki, bəzi qüvvələr aramsız cəhdlər edirlər ki, müharibələr alovlansın. Bu yolverilməzdir. Amerika bu işdə hətta inadkarlıqla çalışır ki, özünün milli sərhədlərindən çox uzaqda müharibələr və qanlı münaqişələr başlansın. Bu qəbildən olan səylər qorxunc diplomatiya silsiləsindəndir ki, buna heç vaxt bəraət qazandırmaq olmaz. Əgər ABŞ-İran müharibəsi başlasa, region dövlətlərinin hamısı əziyyətlərə qərq olacaq. Bu səbəbdən sağlam qüvvələr Vaşinqtonun ziddiyyətli və təhlükəli addımlarına müqavimət göstərməkdə həmrəy olub, həmahəng hərəkət etməlidirlər. Perspektivdə yalnız humanitar fəlakət, həddə sığmayan logistik pozuntular, dağıntı və itkilər baş verəcək”.

T.Abbasov bildirdi ki, Azərbaycana belə fəsadlar qətiyyən lazım deyil. O ki qaldı Gürcüstandakı hadisələrə, politoloq bildirdi ki, orada da bəzi qüvvələr təzadlı gedişlər etməklə vəziyyəti daha da gərginləşdirir: “Qafqaz bölgəsində onsuz da ən azı üç münaqişə var, onlar öz həllini gözləyir və belə məqamda vəziyyəti kritik potensialla zənginləşdirmək hansı məqsədlərə qulluq edə bilər? ”Rustavi-2″ telekanalı həddini aşmaqla biabırçı presedent yaratdı. Görünür, kimlərsə zorla bizim bölgədə yeni müharibəyə meydan vermək fikrinə düşüblər. Bu da yolverilməzdir”.

T.Abbasov bildirdi ki, Azərbaycanla Türkiyənin maraqlarına cavab verən sabitliyin möhkəmlənməsidir: “Çünki iki qardaş dövlət son illər ərzində həmahəng tərzdə səmərəli iqtisadi siyasət aparmaqla tək özləri üçün deyil, qonşular üçün də təminat yaradır. Bir halda ki, Bakı və Ankara Asiyada inteqrasiya paradiqmasını gücləndirirlər, bu, ondan xəbər verir ki, iki ölkənin apardığı siyasətə digərləri də qatılmalıdır. Bakı-Ankara tandemi özünü tam mənada doğruldur, çünki həm ölkələrin özünə, türk birliyinə, Avrasiya qitəsinə və dünyaya lazımi töhfələr verə bilir. Məhz buna görə sabitliyin təminatlı olması vacibdir ki, quruculuq potensialı artıb insanların rifahında özünü əks etdirsin”.

Sabiq nazir ibadətlə məşğul olduğu barədə yayılan xəbərləri təsdiqlədi: “İbadət hər bir müsəlmanın Allah qarşısında borcudur. Mən bütün dövrlərdə ibadət eləmişəm”; o, həmçinin son təyinatlar haqda, özünün gələcək fəaliyyəti barədə  açıqlamalar verdi

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun ibadətlə məşğul olması haqda xəbərlər yayılıb. Ümumiyyətlə isə Ziya Məmmədov vəzifədə olarkən də özünün və ailə üzvlərinin ibadətlə məşğul olmaları xəbərləri vardı. Lakin mediada yayılan bu məlumatlara sabiq nazir uzun illər münasibət açıqlamayıb. “Yeni Müsavat” Ziya Məmmədovla telefon vasitəsilə əlaqə saxlayaraq, ondan barəsində deyilənlərə münasibət öyrənib.

– Ziya müəllim, sizin ibadətlə məşğul olmağınız haqda məlumatlar yayılıb. Bu məlumatlar doğrudurmu?

– İbadət nədir? Mən mollayam, nəyəm? Sən müsəlmansan?

– Əlhəmdülillah, müsəlmanam.

– Mən də əlhəmdülillah deyirəm. Bitdi, qurtardı da. Sən ibadət nəyə deyirsən? İbadətlə məşğul olmaq günahdır? Məndən nə eşitmək istəyirsiz?

– Sizin kimi məşhur insanın barəsində istənilən informasiya maraqla qarşılanır. Həmçinin bu, bir təşviqdi. Misal üçün, insanlar biləndə ki, Ziya Məmmədov ibadətlə məşğuldu, xeyli adam ibadətə gələ bilər. Yaxşı bir prosesə səbəb olarsız.

– Mən yaranandan, ağlım kəsəndən Allahı tanıyıram, Allaha bəndəlik edirəm, Onu sevirəm, əməli-saleh olmağa çalışıram. İbadət hər bir müsəlmanın Allah qarşısında borcudur. Mən bütün dövrlərdə ibadət eləmişəm.

– Sizin babanızın şeyx olması haqda da xəbərlər var…

– Bəli, ola bilər. Hər bir müsəlmanın borcudur ki, ibadət etsin. İmanı olan insan namaz qılmalıdır.

– Xarici dövlətlərin rəhbərləri, nazirlər, baş nazirlər, hətta prezidentlər kilsələrə, məscidlərə gedir, ibadət edirlər. Azərbaycanda tanınan insanlar namaz qılanda isə sanki qıcıqla qarşılanır. Sizcə, səbəb nədir?

– Təəssüflər olsun ki, belədir. İslama qarşı dünyada həmişə təzyiqlər, təhdidlər olub. Bütün yeni dinlərə qarşı belə münasibət olub, xüsusən İslama qarşı da belədir. Öz dədə-baba adətlərini unutmayan insanlar, bəzən hakimiyyət üçün, bəzən başqa məqsədlər üçün İslamdan çəkinirlər. Bu gün dünyada islamafobiya var. Hansı ki, bu, Allahın əleyhinə çıxmaqdır. Bu çox incə məsələdir. Bu gün Allaha ibadət etmək hər bir insanın, xüsusilə müsəlmanın borcudur.

İslam dininin daşıyıcısı olmağımızla hər birimiz fəxr etməliyik. Mən də fəxr edirəm. Bu həyat müvəqqətidir. Ölüm mütləqdir. Allah da xəbərdarlıq edir ki, Qiyamət günü mütləq gələcək, insan əməlinə görə sorğu-sual olunacaq, cənnət-cəhənnəm müəyyənləşəcək. Bu həyatın özü enişli-yoxuşlu yol olduğu üçün, əzablı, lənətlənmiş yol olduğu üçün çalışmaq lazımdır ki, o dünyada heç olmasa cənnəti qazanasan, günahlarını yuyasan. Bu dünyada hər birimiz günah işlədə bilirik. İstədik, istəmədik, günah edə bilirik. Çalışırıq ki, həmin o günahları tövbə edib Allah qarşısında təmizləyək.

– Allah elə bir mükəmməl sistem yaradıb ki, bəndəsinə günahdan təmizlənmək üçün fürsət verir.

– Ona görə Rəhman və Rəhim Allah deyilir. Allah böyükdür, rəhmi də tükənməzdi. Amma cəzası da böyük olar. Allah o cəzadan saxlasın bütün müsəlmanları, Azərbaycan xalqını.

– Tanınmışların məscidə getməsinə necə baxırsız? Özünüz məscidə gedirsinizmi?

– Bizim prezidentimiz cənab İlham Əliyev, 1-ci vitse-prezidentimiz Mehriban xanım bu siyasəti çox gözəl idarə edirlər. Dünyaya isbat edirlər ki, bizdə din azadlığı var, dözümlülük, tolerantlıq var bütün dinlərin daşıyıcılarına. Allah Qurani-Kərimdə buyurur ki, ey insanlar, dini azad buraxın. Dinə məcburiyyət yoxdur, kim hansı dini istəyir, qoy seçsin. Özünün fərdi işidir. Cənab prezident də, Mehriban xanım da bu siyasəti Azərbaycanda gözəl şəkildə tənzimləyirlər, həyata keçirirlər. Cənab prezident də, Mehriban xanım da Kəbədə olublar, Kəbə qapılarından içəri keçiblər. Allahın izni olmasa, bu heç bir insana qismət olmaz. Bəzi vəzifəli şəxslər özləri üçün bəzən nəyisə isbat etməyə çalışırlar. Amma əslində hesab edirəm ki, insanın daşıdığı dinə borcu ona xidmət etmək, Allaha səcdə etməkdən ibarətdir.

– Cümə günləri məscidlərə gedirsinizmi?

– Xeyr, getmirəm. Özüm özlüyümdə məşğulam dinlə, ibadətlə.

– Ailə üzvləriniz necə, məscidə gedirmi?

– Dediklərimin hamısını yazacaqsız?

– Əlbəttə.

– Mən xalqıma, dövlətimə həmişə sədaqətli olmuşam. Sədaqətimdən də geri dönən deyiləm. Azdan-çoxdan  mənim insanlara münasibətim çoxlarına bəllidir. Gördüyüm işlər də çoxlarına bəllidir, görüblər, qiymətləndiriblər. Allah hamısından razı olsun. Sizlərə vətənə, millətə xidmətinizə görə uğurlar arzulayıram. Mən Heydər Əliyev ideyalarının daşıyıcısıyam, cənab prezidentin bu sahədə həyata keçirdiyi siyasətin icraçılarından olmuşam uzun illər. Bu siyasətdən, bu sədaqətdən geri dönməyən insanam. Mən əqidəmi dəyişməyən adamam. Bunu hamı bilsin.

– Yeni vəzifə təyinatlarına münasibətiniz də maraqlı olardı.

– Hamısına uğurlar arzulayır, təbrik edirəm. Səlahiyyət sahibi ölkə başçısıdır. Seçib təyin edibsə, hər kəsə uğurlar arzulayır, təbrik edirəm.

– Sizin yeni vəzifəyə təyinatınız gözlənilmir ki?

– Mən bu haqda düşünmürəm, vallah.

– İşləmək həvəsiniz yoxdur, yoxsa təklif gəlmir?

– Mən öz missiyamı yəqin  ki, yerinə yetirmişəm. Allahın ayırdığı vaxtda mən həmişə ölkə başçısının əsgəri olmuşam. Şərt o deyil ki, vəzifə tutasan. Şərt odur ki, vətəninə, millətinə, dövlətinə hörmət və məhəbbət yaşadasan. Yeri gələndə də ədalət naminə öz sözünü deyəsən. Vətəndaş bu halda yaxşı vətəndaş olur. İndi mən də vətəndaşam, baxıram, görürəm. Oxuyuram, tanış oluram, müəyyən yerlərdə fikrimi söyləyirəm.

– Ucarda ata yurdunuzda yaşamağınız haqda xəbərlər də var. Bakıdan uzaqda yaşamağınız nə ilə əlaqədardır?

– Mən Azərbaycanda yaşayıram. Azərbaycanın Konstitusiyasına görə də Azərbaycan vətəndaşı ölkə ərazisində istədiyi yerdə yaşamaq hüququna malikdir. Salamat qalın.