Son xəbərlər

Prezidentin tapşırıqlarının icrası müzakirə edildi
Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində transfert məbləğinin payı 2017-ci ildəki 39 faizdən ötən il 35,6 faizə, bu il isə 32,8 faizə enib. Əhaliyə sosial ödənişlərin ciddi şəkildə artdığı şəraitdə transfert məbləği azalmaqdadır. Qarşıdakı dövrdə də Fondun gəlirlərində mütəmadi artımın və həmçinin idarəetmə xərclərinin optimallaşdırılmasının təmin edilməsi bu müsbət dinamikanın davam etməsinə imkan verəcək.

Bunu Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar görüləcək işlərin müzakirəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaş amilinin dayandığını, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının əsas hədəfinin də məhz vətəndaş rifahının və dövlət sosial xidmətlərində vətəndaş məmnuniyyətinin təmin edilməsi olduğunu vurğulayıb. O bildirib ki, 2019-cu il həm əhalinin rifah halının yaxşılaşdırılması, həm də sosial sahədə xidmətlərin DOST layihəsi əsasında innovativ yenilikləri ehtiva edən yeni keyfiyyət mərhələsinə keçilməsi istiqamətində inqilabi addımların atılması ilə fərqlənən bir ildir.

Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı Azərbaycanın sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkə olduğunu qeyd edərək, “Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq” deyə bəyan etdi. Bu isə Azərbaycan Prezidentinin sosial sahə ilə bağlı islahatlar proqramının gələn il də əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti ciddi irəliləyişləri təmin edəcəyini göstərir.

S.Babayev vurğulayıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi isə dövlət sosial xidmətlərinin – 132 xidmətin ölkəmiz üçün yeni brend ola bilən müasir və innovativ platformada təqdimatı təcrübəsinin formalaşmasını təmin edib. Cari il və gələn ilin ilk rübü Bakıda daha 4 DOST mərkəzi yaradılmaqla, eyni zamanda, artıq növbəti ildən DOST mərkəzləri şəbəkəsinin respublikanın regionları üzrə genişləndirilməsinə başlanacaq.

Nazir qeyd edib ki, DOST xidmətləri, eyni zamanda, vətəndaşların qəbulu və müraciətlərinə baxılmasında da bir nümunə formalaşdırıb. DOST mərkəzinə müraciət edən vətəndaşlara burada müraciətlərinə uyğun xidmətlərin operativliyi də artır – bu xidmətlərin vətəndaşa tam çatdırılma müddəti 15 dəqiqəyə enib. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda və Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsində də müasir tələblərə uyğun Qəbul Mərkəzləri fəaliyyət göstərir. Nazirliyin qəbul otağında da vətəndaşların qəbulu prosesinin müasir tələblərə uyğun səviyyədə, vətəndaşların rahatlığına cavab verən tərzdə qurulması işləri aparılır və yaxın vaxtlarda bu işlər yekunlaşacaq.

Nazirliyin Aparat rəhbərinin müavini Bəxtiyar Əzizov vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində görülən işlər, müraciətlərdə əksini tapan məsələlərlə bağlı aparılmış təhlillərin nəticələri barədə məlumat verib. Xidmət sahələrində şəffaflığın təminatına, məmur-vətəndaş təmaslarının aradan qalxmasına yönələn işlərin, xidmətlərin e-texnologiyaların tətbiqi şəraitində proaktiv qurulması üçün atılan addımların, o cümlədən pensiya təyinatının avtomatlaşdırılmasının, artıq müavinətlər sistemində də analoji təcrübənin tətbiqinə başlanmasının və s. xüsusi önəmi və vətəndaşlar tərəfindən rəğbətlə qarşılandığı, vətəndaşların şikayət məzmunlu müraciətlərinin də əhəmiyyətli dərəcədə azaldığı qeyd edilib.

İclasda vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində görülən işlər, həmçinin vətəndaşların müraciətlərində əksini tapan məsələlərlə bağlı aparılan təhlillərin nəticələri də ətraflı müzakirə olunmaqla, aidiyyəti üzrə tapşırıqlar verilib.

Türkmənistan Prezidenti Azərbaycana gəlib
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

 Prezident Qurbanqulu Berdiməhəmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və digər rəsmi şəxslər qarşıladılar.


Elşən Musayev: “Fərq etmir hardasan, hansı nazirliyin başındasan…”

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 23-də çox önəmli fərmanlar imzaladı. Bu fərmanlardan biri Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi oldu.

Vergilər naziri Mikayıl Cabbarov supernazirliyin – İqtisadiyyat Nazirliyinin rəhbəri təyin olundu. Bu təyinatın ardından M.Cabbarov bir anda sosial şəbəkələrdə ən çox müzakirə edilən isimlərdən birinə çevrildi. Səbəb də onun indiyə qədər bir neçə qurumun rəhbəri olması və son illərdə ard-arda üç nazirliyə nazir təyin olunmasıdır. Ardıcıllıqla M.Cabbarovun indiyə qədərki vəzifələrini sadalayırıq.

O, iqtisadi inkişaf nazirinin müavini, “İçərişəhər” Dövlət Qoruğu İdarəsinin rəisi, təhsil naziri, Badminton, eləcə də, Qılıncoynatma federasiyalarının prezidenti, vergilər naziri və son olaraq da, iqtisadiyyat naziri olub. Bu məmurun tez-tez vəzifə dəyişikliyinə məruz qalması ilə bağlı sosial şəbəkələrdə tənqidlərə də rast gəlinir. Doğrudur, dünyanın bəzi ölkələrindən nümunələr gətirilir, bəzi şəxslərin adları çəkilir ki, onlar M.Cabbarovdan daha çox müxtəlif vəzifələrdə təmsil olunublar.

 

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev öncəliklə bu təyinata toxundu: “Sosial şəbəkələrdə, cəmiyyətdə son yerdəyişmələr, təyinatlar çox ciddi müzakirələrə səbəb olub. Üstəlik, məlum kontekstdə olduqca fərqli təhlillər verilir və əsas subyektaj kimi də Mikayıl Cabbarovun personası, adı ön plandadır. O anlamda ki, Mikayıl müəllim, yəni cavan bir kadr artıq bu yaşına qədər böyük bir yol qət edib, müxtəlif qurumların rəhbəri, iki müxtəlif nazirliyin birinci adamı olub. İndi də eyni timsalda 3-cü nümunədə və daha böyük səlahiyyətlərlə əhatə olunmuş formada. Ondan başlayım ki, mən Mikayıl Cabbarovu tələbəlik illərindən tanıyıram. Biz eyni fakültəni 1 il fərqlə bitirmişik və onun aydın təfəkkürü, iti zəkası, tərbiyəsi hələ o vaxtlardan şəxsinə nüfuz qazandırıb. Bilmirəm, xatırlayırsınız ya yox, amma Mikayıl müəllim təhsil naziri vəzifəsinə təyin olunanda çoxları düşünürdü ki, bu cavan oğlan həmin qurumda kök salmış qeyri-işlək komanda ilə – təbii, fikrim hamıya aid deyil – bacara bilməz, bunun üçün böyük illərin təcrübəsi lazımdır. Amma gənc nazir sübut elədi ki, ağıl, istək, bacarıq varsa, hər şey mümkündür! O, Təhsil Nazirliyində böyük bir islahat apardı, həmin sektoru yeniləmək, modernləşdirmək, müasir innovativ qaydalara uyğunlaşdırmaq üçün əlindən gələni əsirgəmədi. Ciddi kadr dəyişiklikləri etdi. Nəticə də oldu.

Və məhz həmin nəticədən doğan etimad idi ki, başqa nazirliyə transfer edildi. İndi soruşa bilərsiniz, niyə? Şəxsi fikrimi deyəcəm: Etimad qazananlar növbəti etapda daha çox boşluq olan sahələrə yönləndirilir. Yəqin yaxşı xatırlayırsız, vergi sahəsi bizim yaralı yerimiz idi. Üstəlik, yüz tənqid, min tənqid, fərq eləmirdi. Ayrıca, bu sahədə köklü, hətta lap dərin köklü islahatlara ehtiyac duyulurdu. Bəziləri hətta inanmırdı ki, belə bir məkanda tam modern idarəçilik üslubu yeritmək mümkündür. Amma mümkün oldu – yenə Mikayıl müəllimin sayəsində. Oradakı durumu da Mikayıl Cabbarov normal-sabit vəziyyətə gətirdi. Həm də qısa müddət ərzində!

Bax indi 4 qurum birləşdirildikdən sonra böyük səlahiyyətlərin Cabbaraova verilməsinin səbəbi məhz budur! Onu şəxsən tanıyıram, maddiyyat bu adamın həyatında ən son düşünülən məfhumdur, daim öz üzərində çalışır, tər-təmiz reputasiyaya sahibdir, korrupsiyanın “k” hərfinə belə aidiyyəti yoxdur, ancaq cavan, savadlı, novator gənclərlə işləməyə meyllidir. Beləsi ilə işləmək, beləsini önə çəkmək lazımdır və işlənilir də, önə çəkilir də! Məmur dövlət büdcəsini talayanda, etinasızlaşanda, vətəndaşa laqeyd yanaşanda iqtidar nəsə udur və rəğbət qazanır? Yox, təbii. Məmur əndazəni aşanda, özünü toxunulmaz biləndə siyasi elitaya dividentmi gətirir? Yenə xeyr! Ona görə ilk öncə rəhbərin, dövlət başçısının marağındadır ki, üzərində, tərcümeyi-halında azacıq da olsa qara ləkə, tünd ton olmayan insanlar önə çəkilsin, belələri ən yaxınında olsun. Həmin şəffaf şəxsiyyət tablosunun ən gözəl nümunələrindən biri məhz Mikayıl Cabbarovdur.

Sizə öz müşahidələrimdən çıxış edərək adi bir fakt deyim. Milli Məclisdə büdcə müzakirələri zamanı Mikayıl müəllim daim bizimlə bərabər olur. Kənardan diqqət etmişəm. Kim ona yaxınlaşırsa – fərq etməz deputat, işçi, qapıçı, xadimə, – mütləq ayağa qalxır, qarşısındakını sona qədər səbirlə, ayaq üstdə dinləyir, öz qeydlərini aparır, ən böyük problemi belə uzağı 3 günə həll edir. Təsəvvür edin, təhsil və vergi naziri olduğu dönəmlərdə onun ünvanına təxminən 50-60 məktub göndərmişəm, seçici problemi ilə bağlı müraciətlər ünvanlamışam. Rəsmi cavab öz yerində. Amma hər məktub və hər problemlə bağlı özü şəxsən zəng edib, telefonda daha detallı maraqlanıb, problemin həll olub-olmadığını növbəti dəfə canlı təmasla soraqlayıb, dəqiqləşdirib. Ona görə ürəklə, sevinclə deyirəm: belə operativ, ləyaqətli insanın rütbə və səlahiyyətinin artması hamı üçün xeyirlidir, önəmlidir, vacibdir”.

Deputat gedən müzakirələrə bu cür reaksiya sərgilədi: “Müxtəlif və fərqli sahələrdə xidmətə gəlincə, deyim ki, adətən bənzər situasiyalarda xaricdən misallar çəkilir, amma həmin nümunə bizim elə özümüzdə var. Uzağa getməyək – İnam Kərimov. ASAN Xidmətin ölkəyə, dövlətə, vətəndaşa verdiyi töhfə, xeyir, rahatlıq göz önündədir. Onun rəhbəri isə İnam Kərimov olub. Bəs Kərimov kimdir? Eyni Mikayıl Cabbarov xarakterində, zehniyyətində biri. Sonra adam Kənd Təsərrüfati Nazirliyinə transfer ediləndə hamı deyirdi, fərqli sahədir, çətin olar və s. Amma nəticə? Nəticə budur ki, məlum sahədə qısa bir müddət ərzində artım birə-beşdir. Bu fikri cənab prezident də son müşavirədə xüsusən qeyd elədi. Demək, fərq etmir haradasan, hansı nazirliyin başındasan, əsas odur için, könlün, beynin təmiz olsun. Əsas odur ağlın və bacarığın olsun. Xidmət, vicdan məsələsidir. Prezidentin otağına girəndə, ona hansısa məsələni məruzə edəndə bir tək yazan əlin, qələmin, dilindən süzülən sözlərin deyil, içində ruhun, vicdanın da təmiz olmalıdır. İlk öncə özün-özünlə fəxr etməyi bacarmalısan ki, əlimdən gələni edirəm, işləyirəm, səy göstərirəm. Ən əsası, yalan danışmıram! Mikayıl Cabbarov kimi insanların sırası genişlənsin. Parlaq, işıqlı gənclərın önəmli postlarda sayları artsın. Bunun dövlət üçün də, millət üçün də yalnız və yalnız faydası ola bilər”.

İlham Əliyevdən yeni SƏRƏNCAM

Prezident İlham Əliyev Dilarə Seyidzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Dilarə Bağır qızı Seyidzadə “Şərəf” ordeni ilə təltif edilir.
Prezidentin ləğv etdiyi və yeni yaratdığı qurumlar – SİYAHI

Oktyabrın 15-də Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadi müşavirə keçirilmişdi. Prezident çıxışında son zamanlarda müxtəlif sahələrdə aparılan islahatlardan və əldə edilən nəticələrdən danışmış və islahatların davam etdiriləcəyini bildirmişdi.

BAKU.WS xəbər verir ki, Prezident xüsusən iqtisadiyyatın gücləndirilməsinə üçün islahatların ediləcəyi barədə da mesaj vermişdi.

Biraz daha əvvələ getsək bu islahatların olacağı 2019-cu ilin başlanğıcında elan edilmişdi.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bununla bağlı ciddi anons vermişdi:

“İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir – idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.

Prezidentin ləğv etdiyi və yeni yaratdığı qurumlar – SİYAHI


Geridə qalan 10 ayda bir neçə qurum ləğv edilib və ya yenisi yaradılıb, həmçinin bəzi nazirlər dəyişdirilib. İndi isə genişmiqyaslı iqtisadi islahatlar mərhələsinin başlandığını deyə bilərik.

Belə ki, oktyabrın 8-də Novruz Məmmədovun yerinə Əli Əsədov təyin edildi. Məlumat üçün bildirək ki, Əsədov 1998-2012-ci illərdə həm mərhum Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin İqtisadi məsələlər üzrə köməkçisi işləyib.

Azərbaycanda həyata keçirilən nəhəng iqtisadi layihələrdə birbaşa iştirakı olan Əli Əsədovun baş nazir təyin edilməsi ölkədə iqtisadi islahatların yeni və böyük mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.

Prezidentin ləğv etdiyi və yeni yaratdığı qurumlar – SİYAHI


Dünən isə bu istiqamətdə daha iki ciddi addım atıldı. Belə ki, İqtisadiyyat naziri Şahin Mustafayev vəzifəsindən azad edilərək Əli Əsədovun müavini təyin edildi. Ş.Mustafayevin yerinə isə hökumətin ən etimad etdiyi kadrlardan biri – Mikayıl Cabbarov gətirildi. Onun rəhbərlik etdiyi Vergilər Nazirliyi isə ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdirildi. Bundan başqa Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də ləğv edilərək Mikayıl Cabbarovun nəzarətinə tabe edildi.

Ölkə büdcəsinə qeyri-neft sektoruna daxil olan vəsaitin böyük bir hissəsini təmin edən bu qurumların birləşdirilməsi isə Prezidentin də vurğuladığı kimi “kölgə iqtisadiyyatı”nın qarşısının alınması, həmçinin əlavə xərclərin qarşısının alınması və dövlət büdcəsinə daxilolmalarının düzgün təmin edilməsi üçün həyata keçirildiyini söyləmək mümkündür.

Birbaşa iqtisadi islahatla əlqələndirmək olmasa da, son illərdə həyata keçirilən ən böyük islahat kimi isə dünən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin işdən çıxarılmasını göstərə bilərik. 24 ildir bu postu tutan Mehdiyev bundan sonra AMEA-ya rəhbərlik edəcək.
Prezident İlham Əliyev yaşı 70-dən yuxarı olan və iqtidarda təmsil olan məmurların öz postlarını gənclərə təhvil verməsi üçün çağırış etməsi struktur dəyişikliklərinin və yeni təyinatların davam edəcəyini göstərir.

Prezidentin ləğv etdiyi və yeni yaratdığı qurumlar – SİYAHI


Ümumilikdə nəzər yetirsək Azərbaycanda son 6 ildə bir sıra struktur islahatları həyata keçirilib. 2013-cü ildən başlayaraq dövlət idarəetmə xərclərinin optimallaşdırılması və idarəetmədə struktur islahatları geniş şəkildə həyata keçirilməyə başlanılıb.

Son 6 ildə ləğv edilən, birləşdirilən və yenidən təşkil edilən nazirliklər, komitələr və qurumların siyahısını təqdim edirik:

2013-cü il 22 oktyabr
– İqtisadi İnkişaf Nazirliyinin əsasında İqtisadiyyat və Sənaye Nazirliyi yaradılıb.
– Sənaye və Energetika Nazirliyinin əsasında Energetika Nazirliyinin yaradılıb.

2014-cü il 7 mart
– Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

2015-ci il 5 fevral
– Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib və onun funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilib.

2015-ci il 10 fevral
– “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaradılıb.

Prezidentin ləğv etdiyi və yeni yaratdığı qurumlar – SİYAHI


2015-ci il 14 dekabr
– Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, onun əsasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

2016-cı il 15 yanvar
– Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilib.

2016-cı il 3 fevral
– Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ləğv edilib.
– Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ləğv edilib.
– Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib.

2016-cı il 11 aprel
– Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilib. Onların əsasında Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılıb.

 


2016-cı il 7 noyabr
– Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılıb.

2017-ci il 10 fevral
Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.

2017-ci il 13 fevral
– Nəqliyyat Nazirliyi ləğv edilib, əvəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

2017-ci il 6 noyabr
– “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

2017-ci il 28 dekabr
– Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb.

2018-ci il 20 aprel
– İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ləğv edilib. Onun əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

– Patent və Əmtəə Nişanları Mərkəzi və Müəllif Hüquqları Agentliyi birləşdirilib. Onların yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb.
– Mədəniyyət və Turizm Nazirliyi ləğv edilib. Bu nazirliyin əsasında ayrı olaraq Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.
– Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib.

– İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ləğv edilib. Onun əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Bu Agentlik də 23 oktyabrda İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.

2018-ci il 25 may
– Maliyyə Monitorinqi Xidməti yaradılıb.

2018-ci il 14 dekabr
– “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti

2019-cu il 14 yanvar
– Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.
– Müdafiə Sənayesi Nazirliyi ləğv edilib və əvəzinə “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb.
– Prezident yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilib.
– Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edilib.
– Prezident yanında Bilik Fondu ləğv edilib.
– Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib.

Prezidentin ləğv etdiyi və yeni yaratdığı qurumlar – SİYAHI


Bu qurumlar ləğv edilərək ictimai əsaslar fəaliyyəti yenidən təşkil edilib:
– Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi
– Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu
– Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu
– Tarif (qiymət) Şurasının Katibliyi

2019-cu il 18 yanvar
– “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi” ləğv edilib.
– “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi” ləğv edilib.
– “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” ləğv edilib.
– Onların əsasında Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi yaradılıb.

2019-cu il 6 fevral
– Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılıb.

2019-cu il 20 iyun
-“Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.

2019-cu il 16 oktyabr
– Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi
Qarabağ danışıqlarında niyə irəliləyiş əldə olunmur?Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Kuba Respublikasının Xarici İşlər naziri Bruno Rodriges Parilya ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüşdə həmsöhbətlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin kifayət qədər qədim tarixi köklərə malik olduğu qeyd edilərək müasir mərhələdə də qarşılıqlı faydalı şəkildə inkişaf etdiyindən məmnunluq ifadə edilib.

Azərbaycanla Kuba arasında həm ikitərəfli iqtisadi-ticari əməkdaşlığın həyata keçirilməsi, həm də qlobal təşəbbüslər çərçivəsində birgə səylərin vacibliyi vurğulanıb.

Tərəflər BMT və digər beynəlxalq təşkilatlarda qarşılıqlı əsasda göstərilən dəstəyin davam etdiriləcəyini bildiriblər. Eyni zamanda BMT-nin 2030 il Gündəliyi çərçivəsində iqtisadi və humanitar inkişaf məqsədlərinə nail olmasının vacibliyi qeyd edilib.

Nazirlər qarşılıqlı qaydada edilən əvvəlki səfərləri yada salaraq bu cür təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

B.R.Parilya Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair ümidi ifadə edib.

E.Məmmədyarov həmçinin QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətinə diqqət yetirib.

E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumat verərək işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi səbəbindən danışıqlarda irəliləyişin əldə olunmamasını bildirib. Belə yanaşmanın beynəlxalq hüquq norma və prinsipləri və BMT TŞ-nin müvafiq qətnaməlinə zidd olduğunu qeyd edib.

Görüşün sonunda B.R.Parilya Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazın.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Elman Rüstəmov da istefa verdi?
Elman Rüstəmov Milli Bankın sədri vəzifəsindən istefa verib.

 “Bakupost” xəbər verir ki, Elman Rüstəmovun artıq kollektivlə vidalaşıb.

Yaxın günlərdə Elman Rüstəmovun vəzifədən azad edilməsi və onun yerinə təyinat edilməsi ilə bağlı Milli Məcilisin toplanacağı gözlənilir.

Qeyd edək ki, Elman Rüstəmovun Baş nazirin müavini vəzifəsinə təyin olunacağı ehtimal edilir.

Prezident İlham Əliyevin yaşı 70-i keçmiş vəzifəli şəxslərin istefa verməsinə və dövlət orqanlarına gənclərin gətirilməsinin önəminə diqqət çəkməsi, eləcə də son günlər aparılan kadr və struktur islahatları icra hakimiyyətlərində rəhbər vəzifədə olan yaşlı kadrları da gündəmə gətirib.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ölkənin ən yaşlı icra başçılarından hesab olunur. O, 1947-ci il yanvarın 15-də Qax rayonunda dünyaya gəlib. 2009-cu ildən Zaqatala rayonunun icra başçısıdır.

Onunla həmyaşıd olan digər İH rəhbəri isə Samur rayonunun icra başçısı Alı Qocayevdir. A.Qocayev 1947-ci il iyulun 27-də doğulub. 2012-ci ildən Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən A.Qocayevin üç övladı, yeddi nəvəsi var. İcra başçısı artıq 73 yaşını qeyd etməyə hazırlaşanlardandır.

2013-cü ildən İsmayıllı rayonuna rəhbərlik edən Mirdaməd Sadıqovun 69 yaş var. O, 1950-ci il sentyabr 1-i İsmayıllı rayonunda dünyaya gəlib.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun 68 yaşı var2006-cı ildən Hacıqabul rayonuna başçılıq edən Ə.Muxtarov 1951-ci ildə doğulub.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun da 68 yaşı var. Bayram Səfərov 1951-ci ildə Şuşada anadan olub.

Bu il Saatlı rayonuna icra başçısı təyin edilən Nazim İsmayılov isə 67 yaşındadır. O, 1952-ci ildə dünyaya gəlib. (axar.az)