Son xəbərlər

Borc qalmaqalına görə deputat mandatından məhrum edilən sabiq deputat Rafael Cəbrayılovun borclu olduğu şəxslərdən biri ilə telefon danışığının səsyazısı yayılıb.

“AzPolitika.info”ya daxil olan səsyazısında Rafael Cəbrayılov 300 min dollar borclu olduğu Təranə Fətiyeva ilə danışır.

Sabiq deputatın ixtisasca həkim olan Təranə Fətiyeva ilə söhbətindən belə məlum olur ki, Rafael Cəbrayılov başına gələnlərin əsas günahkarı kimi qardaşı Elşən Cəbrayılovu görür.

Deputat T.Fətiyeva isə telefon danışığında qardaşına “krışalıq” etməsindən, vergi məsələlərini yoluna qoymasından, lakin sonda qardaşının pulları xaricə daşıyaraq naxələf çıxmasından söhbət açır.

Qeyd edək ki, bununla bağlı məlumatlar Rafael Cəbrayılov deputat mandatını itirən ərəfədə də yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, deputatın qardaşı Elşən Cəbrayılovun rəhbərlik etdiyi “Dərhal” MMC-nin külli miqdarda borcu üzə çıxıb. R.Cəbrayılov öz statusundan istifadə edərək həmin borcun ertələnməsinə nail olub.

“Deputatın, qardaşının adına olan şirkəti 30 bina tikib. Onlardan 23-nün heç bir vergisi verilməyib. R.Cəbrayılov öz statusundan istifadə edərək həmin verginin ödənilməsinin ləngidilməsinə nail olub. Amma bir də onda ayılıb ki, 1,6 milyon vergi borcu yaranıb. Elşən də həmin pulları götürərək ölkədən gedib”, – deyə məlumatda iddia olunurdu.

O da bildirilirdi ki, qardaşı deputatı hələ uzun müddət əvvəldən aldadırmış. Rafael Cəbrayılov deputat olduğuna görə şirkəti qardaşının adına yazdırıb və bütün səlahiyyəti ona verib:

“O da mənzilləri dostlarının, özünə yaxın olan şəxslərin adına keçirib. Hətta Rafaelin indi yaşadığı villa da deputatın adına deyil. Elşən onu Nurəddin adlı dostunun adına keçirib”.

Rafael Cəbrayılovun Təranə Fətiyeva ilə telefon danışığında bu məlumatlar bir növ təsdiqlənir.

Sabiq deputat açıq şəkildə qardaşının onun düşməni olduğunu bildirir. Hətta söhbətdən belə anlaşılır ki, qardaşlar arasında birbaşa ünsiyyət olmadığından, onlar bir-birinə fikirlərini Elşən Cəbrayılovun dostu Nurəddinin vasitəsilə çatdırırlar.

Borc problemi həll olunmazsa, həbs oluna biləcəyini istisna etməyən Rafael Cəbrayılov nə isə geri almaq üçün (yəqin ki, girov qoyduğu deputat vəsiqəsini geri almaq üçün – red.) qardaşının həmin borcluya mənzil müqaviləsi yazmasını istəyir. Bunun üçün Təranə Fətiyevadan xahiş edir ki, Nurəddinin vasitəsilə qardaşına məsələnin həlli üçün müəyyən addımlar atmağıın lazım olduğunu çatdırsın:

“Nurəddinə de ki, mən bunu eləmişəm, Rafael işdən çıxıb. İndi türməyə gedir. İndi gəlin bunu düzəldək. Düzəltmək üçün də bir yolunu fikirləşin. Görürsünüz ki, bu qadın (borc alınan qadın nəzərdə tutulur – red.) deyir ki, mənim adıma bir şey yazın. Başqasının adına olan bir şeyi yaz da. Onsuz da biz bunun pulunu verəcəyik. Bu pulun 42 min dolları elə Elşənin özündədir. Özü verər. Yerdə qalan 150 mindir, nəsə yazın, bunu Rafael yavaş-yavaş verər…”

Bu zaman Təranə Fətiyeva qarşı tərəfin bunu qəbul etməyəcəyini bildirdikdə isə Rafael Cəbrayılov şok faktlar açıqlayır. Sabiq deputat Təranə Fətiyevaya təklif edir ki, qardaşını onun söylədiyi faktları mətbuata çıxarmaqla hədələsin: “De, Elşən, bu olmursa, Rafael haqda yazan adamımız bunları yazıb, hazırlayıb… Onu yazıb ki, sən 23 buna tikmisən, vergi verməmisən. Buna da “krışalığı” Rafael edib. Rafaeli aldatmısan, bütün binaların gəlirini götürüb İstanbulda özünə biznes qurmusan. Həmçinin, digər ölkələrdə… Bunu yazıb hazılayıb, sənə bir saat vaxt verirəm.

Bir saatdan sonra saytlara buraxacam… Bunu qoyandan sonra nə olacaq, daha mən bilmirəm. Amma bunu 100-ə qədər sayt hər gün qoyacaq… Mən istəyirdim səni də, sənin qardaşını da qurtarım. Bundan sonra heç olmasa tutulmaq söhbəti olmasın. Sən də bunu eləmədin, buyur…”

Ərdoğan Bakıda Məhəmməd Əmin Rəsulzadədən sitat gətirdi
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxıb edib.

"Ölkə.Az" xəbər verir ki, Ərdoğan Bakıda çıxışı zamanı bir çox məsələyə diqqət çəkib. 

Terrorizmlə mübarizə, türkdilli dövlətlərlə iqtisadi-siyasi əlaqələrdən söz açan Türkiyə prezidenti "Barış pınarı" əməliyyatından da danışıb. 

Türkiyə dövlət başçısı Türkiyənin 40 ildir terrorla mübarizə apardığını bildirib. Türkiyə haqqında yalan və iftiraların olduğunu söyləyən Ərdoğan terror bataqlığının qurudulmalı olduğunu vurğulayıb: 

"Başladığımız işi mütləq bitirməliyik. Mərhum Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi. Bir kərə yüksələn bayraq bir daha enməz".

Özəl məktəblərə marağın artmasının səbəbləri

Son vaxtlar özəl məktəblərə marağın artması bir iş adamlarının da bu sahəyə marağını artırıb. Xüsusilə də keçmiş məmurların məktəb biznesinə yatırım etməsi ilə bağlı informasiyalar var. Belə ki, son məlumata görə, sabiq təhsil naziri Misir Mərdanov Yasamal rayonunda özəl orta məktəb açıb və qiymətlər heç də sıravi ailələr üçün əlçatan deyil. Bəs görəsən, ekspertlər özəl təhsil müəssisələrinin sayının artmasını necə qiymətləndirirlər? Bu işin başında duran şəxslərin məmurlar və ya sabiq məmurlar olması keyfiyyətə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı “Yeni Müsavat”ın sualını cavablandıran təhsil eksperti Kamran Əsədov bildirdi ki, hazırda özəl məktəblərdə təhsil imkanları daha genişdir: “İlk növbədə qeyd edim ki, orta ümumtəhsil məktəblərimiz şagird hazırlığına, təlim tərbiyə, nəzarət kimi xüsusiyyətlərə görə Azərbaycandakı özəl orta məktəblərə uduzur. Yol hərəkəti təhlükəsizliyi baxımından da özəl məktəblər çox əlverişlidir. Çünki onlarda uzaq məsafədən gələn şagirdlər üçün xüsusi servis xidmət göstərir, bu da həm valideyinlərin işini asanlaşdırır, həm də təhlükəsizliyini təmin edir. Yəni bir çox xüsusiyyətlərinə görə ən yaxşı təhsil verən və ən yaxşı mühit olaraq, özəl məktəbləri bilirik. Oradakı təhsil səviyyəsi və müəllimlərin, xüsusilə direktor seçimindəki peşəkarlıq müsbət tendensiyadır”.

Kamran Əsədov ile ilgili görsel sonucu

Təhsil eksperti Kamran Əsədov / Foto: Samir Mirzə

Ekspertin sözlərinə görə, müasir zəmanənin təhsilvermə qaydaları dəyişdiyindən artıq valideynlər təkcə müəllimlər arasında seçim etmir, eləcə də məktəbin keyfiyyətinə diqqət yetirir: “Keyfiyyətli, səliqəli, zəngin dünyagörüşə sahib olan kadrları ətrafında cəmləyən məktəb övladını düşünən hər bir valideynin üz tutduğu təhsil ocağıdır. Dünya dəyişir, dünyaya baxış dəyişir. İndiki məktəblilərin istəyi də fərqlidir. Müəllimlərdən yeni yanaşma tələb edilir. Çox təəssüf ki, Bakıda bu istəklərə cavab verən məktəblər o qədər də çox deyil. Özəl məktəbdə elə bir tələb var ki, uşaqlar özləri hətta istəməsələr belə, məcburən dərslərini hazırlayacaqlar. Şagirdlərdə məktəbə hazırlıqsız getməyin qorxusu var. Bütün bu qeyd etdiyim xüsusiyyətlər valideynlərin son dövrlərdə özəl məktəblərə meylini artırıb ki, bu da maddi vəziyyəti yaxşı olan şəxslərin özəl məktəblərə imkanlı şəxslərin marağını artırıb”.

Kamran Əsədov vurğuladı ki, özəl məktəbin açılması dövlətin yükünü azaldır ki, bu yaxşı haldır: “Amma özəl məktəbləri məmurlar açmamalıdır. Bu, rəqabət mühitinə ciddi zərbə vurur. Əgər özəl təhsil biznesinə başlayan məmur təhsil sistemindən gəlibsə, bu yaxşı haldır. Ən azından o, təhsili bilir, çatışmazlıqları aradan qaldırmaqda maraqlı olacaq. Amma yaxşı olar ki, dövlət maraqları biznes maraqlarına qurban verilməsin”.

Ekspert təəssüflə qeyd etdi ki, bəzən özəl məktəb yaradanlar keyfiyyətli təhsil verməyi yox, daha çox gəlir götürməyi planlaşdırırlar: “Əgər o şəxslər məmur olan vaxtı keyfiyyətli təhsil xidməti göstərməyiblərsə, təhsil sahəsində uğurlu adam olmayıblarsa, onlar özəl məktəb mühitinə ancaq biznes marağı üçün gələcəklər. Bu gün ölkədə keyfiyyətli təhsil müəssisələrinə ciddi şəkildə ehtiyac var. Amma bu zaman əhalinin aztəminatlı kateqoriyasını da nəzərə almaq lazımdır. Təəssüflər olsun ki, özəl məktəblərin təhsil haqları çox yüksəkdir və reallığı əks etdirmir. Digər tərəfdən, özəl məktəbləri yaradanlar ancaq öz qohum-tanışlarını ora cəlb etməməlidir. Çünki bu zaman qeyri-peşəkar idaretmə müəssisənin fəaliyyətini təhlükəyə sala bilər. Məmurların təhsil biznesinə başlaması üçün onların, ümumiyyətlə, dövlət sektorundan uzaqlaşması daha yaxşı olardı. Çünki bu zaman onlar vəzifə səlahiyyətlərindən istifadə etməzdilər”.

Qeyd edək ki, hazırda ölkədə lisenziyalı fəaliyyət göstərən özəl məktəblərin sayı təxminən 30-a yaxındır. Ümumilikdə cəmi 3 minə yaxın şagird bu cür məktəblərdə təhsil alır. Əksər özəl orta təhsil müəssisələrində illik təhsil haqqı kifayət qədər bahadır, 5 min manatdan başlayıb 15 min manata və daha yüksək həddə qədər davam edir. Bu da orta statistik gəlirə malik olan əhalinin həmin təhsil ocaqlarından yararlanmasını mümkünsüz edir.

Bakıda Türk Şurasının VII Zirvə Görüşü başlayır
Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçirilir.

"Ölkə.Az" xəbər verir ki, Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov və Macarıstanın Baş Naziri Viktor Orban iştirak edəcəklər.

Qeyd edək ki, Türk Şurası türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Bu yaxınlarda Özbəkistan Türk Şurasına üzv olmaq barədə qərar qəbul edib.

Macarıstan isə təşkilatda müşahidəçi statusundadır.

Ä°lham Əliyev və xanımı dövlət və hökumət başçıları ilə şam yeməyindəPrezident İlham Əliyev Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam edib.

“Ölkə.Az” azərtac-a istinadən xəbər verir ki, oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər.

Azərbaycanlılar qeydiyyat olmadan bu ölkədə qala biləcəklərAzərbaycan və Qazaxıstan qarşılıqlı vizasız gediş-gəliş haqqında sazişə dəyişiklik edilməsi barədə protokol imzalayıb.

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, müvafiq sənəd Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl imzalanıb.

Protokolu Azərbaycan tərəfdən Xarici İşlər naziri Elmar Məmmədyarov, Qazaxıstan tərəfdən isə Daxili İşlər naziri Yerlan Turqunbayev imzalayıb.

Sənəddə Qazaxıstan və Azərbaycan vətəndaşlarının bu ölkələrin ərazisində olma müddətinin 30 gündən 90 günə qədər uzadılması, eləcə də 30 gün müddətinə qeydiyyata alınmadan azad olunması nəzərdə tutulur.

Vilayət Eyvazov yeni rəis müavini təyin etdiDaxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Samux rayon Polis Şöbəsinə xidmət üzrə rəis müavini təyin edilib.

"Ölkə.Az"ın verdiyi məlumata görə, Cavid Məmmədov bundan sonra Samux rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsini icra edəcək.

Bildirək ki, C.Məmmədov yeni vəzifəyə kimi Masallı rayon Polis Şöbəsində Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb. (baku.ws)

SOCAR-ın uğurları kimlərin yuxusuna haram qatır?Rövnəq Abdullayev uzun illərdir ölkə büdcəsinin və ixracının xeyli hissəsini təmin edən Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR-ın rəhbəridir. Və Dövlət Neft Şirkətinin strukturuna daxil olan başqa profilli yeni müəssisələri nəzərə alsaq, o həm də qeyri-neft sektorunda prioritetli aparıcı şirkətə çevrilib. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin neft strategiyası SOCAR kimi bir neft nəhənginin yaranmasını əvvəlcədən müəyyənləşdirdi. Buna görə də, R.Abdullayevin və rəhbərlik etdiyi şirkətin adı, hər gün medianın və ictimaiyyətin diqqət mərkəzindədir.

Və təəssüf ki, həmişə birmənalı olmasa da, bunu başa düşmək asandır: dövlət şirkətində istənilən çatışmazlıq – bu, dövlətin çatışmazlığıdır. Dövləti tənqid edən həvəskarlar isə az deyil. SOCAR prezidentinin istefası ilə bağlı son açıqlamanı da yalnız bununla izah etmək olar. Ancaq tənqidçilər bu dəfə onu nəyə görə “çıxardılar”?

Dövlət şirkətlərinin rəhbərləri gəlir və gedirlər - bu qanunauyğunluqdur. Adətən onları işlərində müxtəlif çatışmazlıqlara, istehsal fəaliyyətlərinə və ya şirkətin imicinə təsir edən ciddi problemlərə görə vəzifədən azad edirlər.

SOCAR-ın imicindən danışmağa ehtiyac yoxdur, son illərdə dünyanın hər yerindən onun fəaliyyəti haqqında xoş xəbərlər gəlir.

İstehsal göstəricilərinə gəlincə, bizə elə gəlir ki, onun təkcə "istefa" günündə dərc edilmiş informasiyaları ötəri sadalamaq kifayətdir.

"Petkim" - Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya müəssisəsidir və ölkənin neft-kimya məhsullarına olan ehtiyacının 20% -ni qarşılayır. 2008-ci ildən bəri SOCAR hər il Petkim-ə 100 milyon dollara yaxın sərmayə yatırır, ümumi investisiyanın həcmi 1 milyard dollara çatır. Kiçik və orta sahibkarlıq müəssisələri də daxil olmaqla 6000 müəssisə, Petkim-in 15 əsas və 6 köməkçi obyektində istehsal olunan 60 adda müxtəlif məhsullarını alır. Məhsullarına tələbatın çox olduğu şirkət 2018-ci ili 872 milyon türk lirəsi qazancla başa vurub. 2019-cu ilin ilk altı ayında gəlirlər 5,9 milyard lirə, xalis mənfəəti isə 439 milyon lirə olub. Bundan əlavə, şirkət Türkiyə və Azərbaycanda ən çox rəqəmsal olmaq niyyətindədir.

Petkimi, SOCAR Terminalını 400 milyon dollara, Star Neft Emalı Zavodunu 6.3 milyard dollara, 600 milyon dollarlıq sərmayəni aldıqdan, həmçinin 6.5 milyard dollara TANAP layihəsinə qatıldıqdan sonra SOCAR-ın Türkiyədəki sərmayəsi 15 milyard dolları keçdi.

Rəqəmlər, düzünü desək, yalnız nisbətən kiçik Azərbaycan və Türkiyə miqyasına görə heyrətləndirmir; yeri gəlmişkən, sonuncu dünyada ilk iyirmiliyə daxildir.

Və bütün bunların arxasında Azərbaycan Dövlət Neft Şirkəti dayanır. Bəlkə yatırılan vəsaitlərin səmərəliliyi aşağıdır?

Yalnız keçən ilin oktyabr ayında İzmirdə artıq 4.5 milyon ton neft emal etmiş Star Neft Emalı Zavodunun açılışı oldu. O, bazara dizel və aviasiya yanacağı, LNG, neft koksu çıxarır.

Star daxili bazarın tələbatını ödəməklə yanaşı, məhsullarını Aralıq dənizi və Şimali Avropa ölkələrinə ixrac edir.

Uzunmüddətli perspektivdə zavod öz məhsulunu tam həcmdə daxili bazarda reallaşdırmaq niyyətindədir.

Burada SOCAR yalnız investor kimi yox, həm də xammalın əsas təchizatçısı kimi çıxış edir.

Zavodda 6,3 milyard dollarlıq 1,6 milyon ton nafti, 1,6 milyon ton reaktiv yanacaq, 4,8 milyon ton aşağı kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal ediləcək.

Və artıq gələn il hazır məhsulların satışı 6-9 milyard dollar, ildə isə 500 milyon dollar xalis mənfəət gətirə bilər.

Emal zavodunun fəaliyyəti gələcəkdə Türkiyəyə aviasiya yanacağının idxalını sıfıra endirməyə imkan verəcək. Star-ın əsas məqsədi Petkim ilə inteqrasiyadır.

Ancaq bu hamısı deyil. Dövlət Neft Şirkətinin törəmə şirkəti olan SOCAR Turkey İzmirdə daha bir neft-kimya kompleksinin - Merkurinin təməlini qoymağı planlaşdırır.

Layihə üzrə işlərə gələn ilin birinci yarısında başlanması, yeni zavodun isə 2024-2025-ci illərdə istifadəyə verilməsi planlaşdırılır.

Layihənin dəyəri 1,8 milyard dollar qiymətləndirilir. Bunu həyata keçirmək üçün paritet əsasda Britaniya BP-si ilə ortaq müəssisə yaratmaq planlaşdırılır.

SOCAR Türkiyə və BP bu istehsal rentabelli olmasa, milyardlarla dollar dəyərində belə yeni bir zavod tikməyə başlayardılarmı?

SOCAR təkcə Türkiyədə tanınmır. Öz "istefasından" xəbərsiz olan Rövnəq Abdullayev həmin gün Əfqanıstanın Ticarət və Sənaye naziri Acmal Əhmədi ilə neft və qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdi. Əfqanıstan tərəfi ARDNŞ ilə yanacağın alınması sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi.

Qeyd edildi ki, Azərbaycan Əfqanıstanın yanacaq bazarına neft məhsullarının çatdırılmasında əhəmiyyətli mövqe tutur. O, yanacağın idxalının diversifikasiyasında maraqlıdır və SOCAR-la əməkdaşlığı yeni səviyyəyə qaldırmağa hazırdır.

Bundan bir qədər əvvəl R.Abdullayev Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiyalar naziri Andreas Reyxhardla görüşü zamanı SOCAR-ın Avstriyada A1 şirkətindən aldığı 82 yanacaqdoldurma məntəqəsinin rebrendinqini yaxın vaxtlarda başa çatdırmağı planlaşdırdığını açıqlamışdı.

Və Avstriyanın yanacaq-enerji bazarında iştirakını genişləndirməkdə maraqlı olduğunu bildirmişdi.

Avstriya tərəfi isə Azərbaycanın kimya sənayesi sektoruna maraq göstərdiyini və bu sahəyə investisiya qoymağa hazır olduğunu bəyan etmişdi.

Üstəlik, bu arada SOCAR Capital bildirdi ki, Dövlət Neft Şirkəti 17 oktyabrda ARDNŞ istiqrazlarının sahiblərinə faiz olaraq 1,25 milyon dollar məbləğində 12-ci ödəniş edəcək.

2016-cı ilin sentyabr ayında Şirkət, maliyyə kanallarını şaxələndirmək və əhali üçün yeni investisiya imkanları yaratmaq məqsədi ilə daxili bazarda 100 milyon dollar dəyərində ilk istiqraz buraxılışını həyata keçirdi. Və 1,25 milyon dollar sadəcə istiqraz sahiblərinin alacağı faizdir.

Bu, SOCAR istiqrazlarının sayca 12-ci, 2019-cu il üçün isə 4-cü faiz ödənişi olacaq (Faizlərin ödənilməsi üç ayda bir dəfə həyata keçirilir). Artıq bütün məbləğ, bir səhm üçün 12,5 dollar hesablanmaqla, Mərkəzi Bankdakı Milli Depozit hesabına köçürülüb.

Mövcud ödəniş nəzərə alınmaqla, SOCAR istiqrazlarının sahibləri 15 milyon dollar qazanacaqlar. İstiqrazlar üzrə illik gəlir 5% təşkil edir.

Bir daha oxucuların diqqətini vacib bir həqiqətə cəlb etmək istəyirik: bunların hamısı bir günün hadisələridir.

Bir çox dövlət şirkətləri var ki, media ayda bir dəfə belə yada salmır. Onların həyata keçirdikləri işin maliyyə, istehsal miqyası və sosial əhəmiyyəti barədə isə danışmağa dəyməz.

Bəlkə məkrli, paxıl insanların dinc yatmasına bu imkan vermir və onları ölkədəki bir nömrəli şirkətin fəaliyyətini və rəhbərliyini ləkələmək üçün necə olur-olsun, hər cür şayiələr yaymağa məcbur edir?

Əlbəttə ki, əgər bu, bəzi daxili qüvvələrin fəaliyyətinin məhsuludursa. İstisna deyil ki, şayiələrin mənbəyi həm də ölkə xaricində ola bilər - düşmənlər və paxıl insanlar hər yerdədirlər. Ancaq istənilən halda, əgər əksinə şəhadət verən çoxsaylı rəsmi faktlar varsa, təsdiqlənməmiş və sübut olunmamış faktlara fikir vermək lazım deyil. (virtualaz.org)

Ağsuda icra başçısının müavini istefa verdi
Ağsu rayon icra başçısının ikinci müavini Mikayılov İqbal Şahbaba oğlu vəzifəsindən istefa verib.

“Ölkə.Az”ın verdiyi xəbərə görə, istefa rayona yeni təyin edilmiş icra başçısı Vahid Tağıyevin əhalini qəbul zamanı baş verib.