Son xəbərlər

İlin ilk iş günü üçün məzənnə belədirAzərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb.

"Ölkə.Az"ın məlumatına görə, yanvarın 7-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9025 manat təşkil edir.

1 türk lirəsi 0,2849 manat, 1 rus rublu 0,0275 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5947 manatdır.

Prezident yarımstansiyanı işə saldı

Dekabrın 29-da “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 220/110/10 kV-luq “Müşfiq” yarımstansiyası istifadəyə verilib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“Azərenerji” ASC-nın prezidenti Baba Rzayev görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

 








 
“Azərişıq” illik hesabatını açıqladı

"Respublika ərazisində istehlakçıların kefiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən 2019-cu il ərzində görülən işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinin həcmi 17 216,5 min kVt/saat olub və ümumi yığım səviyyəsi 95,6%-ə çatdırılıb".

Bunu mətbuat konfransında qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayev əlavə edib ki, Binəqədi rayonunun elektrik təchizatının yaxşılaşdırılması üçün 110/35/6 kV-luq “ETK-4” yarımstansiyası tam yenidən qurulub: "Yarımstansiyada 110 kV-luq açıq, 35 və 6 kV-luq qapalı paylayıcı qurğular yeni inşa edilərək eleqaz və vakuum tipli elektrik avadanlıqlarla təchiz olunub, 2x40 MVA gücündə transformator quraşdırılıb, qapalı paylayıcı qurğular 2 mərtəbəli binada yerləşdirilməklə növbətçi personal üçün bütün lazımi şərait yaradılıb. Xəzər rayonu ərazisində 35/6 kV-luq 2x25 MVA gücündə “Binə Aqro” yarımstansiyası inşa edilərək istismara verilib".

"Azərişıq" sözçüsü Xətai rayonunda görülən işlərdən də danışıb: "Xətai rayonunda 10/0,4 kV-luq 2x1600 kVA gücündə 276 saylı, 2x1000 kVA gücündə 3440 saylı, Yasamal rayonunda 6/0,4 kV-luq 2x1000 kVA gücündə 394 saylı, 10/0,4 kV-luq 2x1600 kVA gücündə 3330 saylı, 2x2500 kVA gücündə 465 saylı, 2x1600 kVA gücündə 19 saylı, 2x1000 kVA gücündə 447 saylı, Nərimanov rayonunda 10/0,4 kV-luq 2x1000 kVA gücündə 456 saylı, Səbail rayonunda 10/0,4 kV-luq 2x1600 kVA gücündə 944 saylı, Binəqədi rayonunda 6/0,4 kV-luq 2x1000 kVA gücündə 591 və 499 saylı, Xəzər rayonunda 6/0,4 kV-luq 1000 kVA gücündə “Binə Aqro” və “Qrand Aqro”, Suraxanı rayonunda 6/0,4 kV-luq 630 kVA gücündə Hövsan zeytun zavodunun transformator məntəqələri inşa edilərək və yenidən qurularaq istismara verilib”.

"Ağstafa rayonunda 110/35/10 kV-luq 2x25 MVA gücündə “Ağstafa”, Biləsuvar rayonunda 110/35/10-6 kV-luq 2x25+10 MVA gücündə “Səmədabad”, Ağdam rayonunda 110/10 kV-luq 16 MVA gücündə “Ergi” yarımstansiyaları əsaslı surətdə yenidən qurulub, Sumqayıt şəhərində 35/6 kV-luq 4 MVA gücündə “Tuqzavod”, Xızı rayonunda 35/10 kV-luq 1,8 MVA gücündə “Yeni Yaşma” yarımstansiyaları yeni inşa edilib", - o vurğulayıb.

Prezident İlham Əliyev tərəfindən fevralın 13-də və oktyabrın 28-də açılışı həyata keçirilən Beyləqan rayonundakı 110/35/10 kV-luq 2x25 MVA gücündə “Beyləqan-1”, Qəbələ rayonundakı 110/35/10 kV-luq 2x40 MVA gücündə “Qəbələ” və Ağdaş rayonundakı 110/35/10 kV-luq 2x2,5 MVA gücündə “Ağdaş” yarımstansiyaları tam şəkildə yenidən qurulub.

Bakı şəhərinin elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan təlabatın ödənilməsi üçün Xəzər rayonunda 1 yeni inşa edilmiş 10/35/10 kV-luq 2x40 MVA gücündə “Buzovna-1”, Yasamal rayonunda 110/35/10 kV-luq 2x50 MVA gücündə “Bayramzadə” yarımstansiyalarında tamamlama, Pirallahı rayonunda 110/35/6 kV-luq 2x40 MVA gücündə “Pirallahı” yarımstansiyasının tikinti işləri aparılmaqdadır.

Hesabat dövründə istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması üçün Bakı şəhərində və regionlarda 161 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 27,9 km 110 kV-luq, 44,1 km 35 kV-luq, 409,5 km 10 və 6 kV-luq, 36,2 km 0,4 kV-luq, 3066,3 km 0,4 kV-luq ÖİN hava xətləri çəkilib və təmir olunub, 46,6 km 110 kV-luq, 122,4 km 35 kV-luq, 344,3 km 10 kV-luq, 757 km 0,4 kV-luq kabel xətləri çəkilib. 2019-cu ildə 101 ədəd 110 kV-luq, 347 ədəd 35 kV-luq, 2895 ədəd 10 və 6 kV-luq yarımstansiyalarda elektrik avadanlıqlarının, 80 km 110 kV-luq, 510,2 km 35 kV-luq, 1567,8 km 10 və 6 kV-luq, 1600,4 km-ə yaxın 0,4 kV-luq elektrik verliş xətlərinin texniki vəziyyəti yoxlanılıb, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmaqla təmir və sınaq işləri aparılıb, 452 ədəd 10 və 6 kV-luq transformator əsaslı təmir olunub.

Regionlarda elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi uçotunun dəqiq aparılması üçün istismar müddətini başa vurmuş 0,4 kV-luq elektrik şəbəkələrində yenidənqurma işləri aparılıb, bu işlər 46 rayonu, 76 kənd və qəsəbəni əhatə etməklə hesabat dövründə 19 kənd üzrə işlər tam yekunlaşdırılıb.

Hesabat müddəti ərzində ümumilikdə 281 300 ədəd olmaqla əhali istehlakçılarına aid 264 200 ədəd, qeyri-əhali istehlakçılarına aid 17 100 ədəd uçot dəstləri bərpa olunub. 

Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyalarında 84 mln kVt/saat elektrik enerjisi istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.

“Azərişıq” ASC-də “Asan Kommunal” Mərkəzləri vasitəsi ilə abunəçilərə göstərilən xidmətlərin dairəsi daha da genişləndirilib və hazırda istehlakçılara 16 növ xidmət göstərilir.

T.Mustafayev əlavə edib ki, respublikanın bütün istehlakçılarının fasiləsiz və kefiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Fərmanına uyğun olaraq ölkədə istehsal olunan spirtli içkilər, tütün məmulatları, eləcə də enerji içkilərinə aksiz vergisi dərəcələri dəyişdirilib.

Turkustan.info bildirir ki, aksiz dərəcəsi araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün 2 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün 2,5 manatdan 2,6 manata, şərablar və şərab materiallarının hər litri üçün 0,1 manatdan 0,2 manata, pivə və pivə tərkibli digər içkilərin hər litri üçün 0,2 manat manatdan 0,4 manata artırılıb.

Digər yüngül spirtli içkilər üzrə aksiz dərəcəsi bir litr üçün 0,4 manat məbləğində müəyyən edilib. Konyak və konyak məhsullarıın hər litri üçün tətbiq edilən 6 manat aksiz dərəcəsi isə 3,2 manata endirilib.

Tütün məmulatları üzrə aksiz dərəcəsi hər min siqaret, siqarilla və tütün əvəzedici üçün 21 manatdan 31 manata qaldırılıb.

Enerji içkiləri üzrə aksiz dərəcəsi hər litri üçün 3 manatdan 3,1 manata qaldırılıb.  / Trend/

"Bu gün biz 2018-ci ildə təməlini qoyduğunuz 45-ci kilometrdən Rusiya Federasiyasının sərhədinə qədər olan 192 kilometr yolun başlanğıcında dayanmışıq. Biz 192 kilometrlik bu yolu 4 lota bölmüşük. Bu, birinci lotdur, hansı kı, Zeynalabdin Tağıyev qəsəbəsindən Giləzi qəsəbəsinə qədər 30 kilometrlik yoldur. Bu yolun hazırda bir istiqamətdə 90 faizinin asfalt-beton örtüyünü tam yerinə yetirmişik. Yerdə qalan hissələrinin isə tikintisi gedir".

Bunu Prezident İlham Əliyevin Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Bu hissələrdə yolun tam eni 27,5 metr təşkil edəcək. Hərəkətin hər iki istiqamətində iki zolaq olacaq. Qurum rəhbəri bildirib ki, yol ödənişli olduğu üçün bu yerdə turniketlər qoyulacaq: "Yol ödənişli olduğu üçün dayandığımız bu yerdə turniketlər qoyulacaq. Turniketlər hissəsində hər istiqamətdə 5 cərgəli yol olacaq, 4 cərgəsi hərəkət, 1 cərgəsi ehtiyat maşınların saxlanması üçün. Yolun hər iki tərəfi çəpərlənəcək ki, hərəkət hissəsinə kənar heç nə daxil ola bilməsin. Yol ətrafında maşınlara xidmət üçün dayanacaqlar olacaq".

Gələn ilin yanvarın 1-dən Azərbaycanda qeydiyyatda olduğu özünə məxsus evi satanlar üçün vergi yükü azaldılır.

Məlumata görə, bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, fiziki şəxslər tərəfindən vergidən azad edilməklə, təqdim edilən yaşayış sahəsində ən azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endiriləcək. Eyni zamanda fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan sahəsi istisnasız vergidən azad olunacaq.

Başqa sözlə, artıq 3 il ərzində sahibi olduqları mənzildə qeydiyyatda olanlar mənzili satan zaman hər hansı vergi ödəməyəcək. 3 ildən az sahibi olduğu mənzildə qeydiyyatda olanlar isə evlərinin sahəsinin 30%-i üçün vergi ödəməyəcək, yaşayış sahəsinin qalan sahəsi üçün isə hər 1 kvadratmetrə görə 15 manat olmaqla, sadələşdirilmiş vergi ödəyəcəklər. Bu halda verginin hesablanması yaşayış sahələri üzrə müəyyənləşdirilmiş əmsala vurulur.

Məsələn, Bakıda birinci zonada yaşayanlar 3 ildən az qeydiyyatda olduqları evlərini satarkən evlərinin sahəsinin 30%-i üçün vergi ödəməyəcək, evlərinin qalan sahəsinin hər kvadratmetri üçün isə sadələşdirilmiş vergi 4 əmsalla hesablanacaq. Yəni hər kvadratmetr üçün 60 manat vergi ödəyəcəklər. Bu halda Bakıda 12-ci zonada yaşayanlar isə hər kvadratmetr üçün 1,2 əmsalla 18 manat ödəyəcəklər. Ev satışına görə sadələşdirilmiş verginin ödənilməsinə nəzarət notariuslarda təmin edilir.//Apa.az

Bakı metrosu bayram günü 1 saat artıq işləyəcəkBayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə "Ölkə.Az"a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq. Zəruri hallar üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Bundan savayı, dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, sərnişinlər üçün metropolitenə giriş saat 01:00-a kimi açıq olacaq.

İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında iştirak etdiDekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı olub.

"Ölkə.Az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Prezident İlham Əliyev mərkəzin kollektivi ilə görüşüb.

Şamaxı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb24 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Şamaxı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Şamaxı “ASAN xidmət” mərkəzi əsasən Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.

5 dekabr tarixində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Hazırda 16 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 11-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə,  Sabirabad,  Bərdə, Qəbələ, Quba, Masallı,  Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.

Şamaxı “ASAN Həyat” kompleksi Şamaxı “ASAN xidmət” mərkəzi ilə yanaşı ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. Kompleks vətəndaş rahatlığı üçün, həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Şamaxı  “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin iyun ayında başlanılmışdır. 2019-cu il ilin dekabr ayında tikinti başa çatmışdır.

“ASAN Həyat” kompleksində ASAN Lounge, ABAD Food Hall,  ASAN Təlim Mərkəzi, Şamaxı “INNOLAND”  İnkubasiya və Akselerasiya Mərkəzi,  avtobus dayanacağı, avtodayanacaq,  istirahət meydançası, fəvvarə yaradılıb.

Şamaxı “ASAN Həyat” kompleksi Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində inşa edilmişdir.

Mərkəzdə əməkdaşların sayı  209,  könüllülərin sayı 50 nəfər nəzərdə tutulur:

Şamaxı regional “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək. 

 Şamaxı ABAD Food Hall

Şamaxı “ASAN Həyat” kompleksinin tərkibində növbəti ABAD Food Hallun fəaliyyətə başlaması nəzərdə tutulur.
Digər ABAD Food Hallarda olduğu kimi burada da ABADçılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsullarının sərgi-satışı təşkil ediləcəkdir.

ASAN Təlim Mərkəzi

Şamaxı “ASAN Həyat” kompleksinin tərkibində ASAN Təlim Mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulur.

Mərkəz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin kadr hazırlığını həyata keçirir. Həmçinin Dövlət Agentliyinin, mərkəzlərin, habelə ezam olunmuş digər dövlət orqanlarının əməkdaşları üçün kadr potensialının artıtılması üçün təlimlər, kurslar təşkil edir,. Təlimlər əməkdaşların  şəxsi keyfiyyətlərinin yüksəldilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəlmişdir. Bu günə qədər 2500- dən çox təlim keçirilmişdir. 

Təlimlər idarəetmə qabiliyyətinin artırılmasına, dövlətimizin vətəndaş yönümlü siyasətində əsas yer tutan vətəndaş məmnuniyyətinin təmin olunması texnikalarına, etik davranış və korrupsiyaya qarşı mübarizə metodlarına və sosial-psixoloji biliklərin artırılmasına yönəlir.

Şamaxı “INNOLAND”  İnkubasiya və Akselerasiya Mərkəzi

Şamaxı “ASAN Həyat” kompleksinin tərkibində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulur.

“INNOLAND” Azərbaycanda, eyni zamanda onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir.

Şamaxı “ASAN Həyat” kompleksi Smart ASAN konsepti əsasında inşa edilib. Bu konseptin tərkib hissələri isə  Smart Parkinq, Ağıllı tullantı yeşikləri, Ağıllı işıq dirəkləri, Ağıllı güzgü və  LoRaWAN texnologiyasıdır.