Son xəbərlər

Azərbaycanda yeni DOLLAR BÖHRANI BAŞLADI - Mərkəzi Bank bütün banklara LİMİT QOYDU

Bu səhər Mərkəzi Bankın kommersiya banklarına göndərdiyi sənədə görə, Dollar satışında limit müəyyən olunub, 500 dollardan yuxarı alışlarda isə müştəri haqqında xüsusi forma doldurulacaq.

Azərbaycan Mərkəzi Bankının kommersiya banklarına valyuta satışı ilə bağlı tapşırıqlar verdiyi bildirilir.

Tapşırığa əsasən, banklar bir müştəriyə 15 min manat ekvivalentindən (8823 dollardan) yüksək məbləğdə dollar satmamalıdırlar.

Digər bir məhdudiyyətə görə, 500 dollardan yuxarı mübadilə zamanı müştəri haqqında xüsusi forma doldurulacaq.

Xəbər verdiyimiz kimi, dünən neft qiymətləri 30%-dən çox düşüb, Brent neftinin qiyməti 31 dolları görüb. Bu vəziyyət Azərbaycanda 3-cü devalvasiya qorxularını artırıb.

Bu gün isə Brent nefti 7%-dən çox bahalaşıb və barelinin qiyməti 37.14 dollara yüksəlib (saat 09:45-ə olan məlumat).
marja

“10 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilmiş valyuta hərracında 323,2 milyon ABŞ dolları məbləğində təşkil etmiş tələb tam şəkildə təmin edilmişdir”.

Marja xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir.

“Eyni zamanda, bankların nağd valyutaya olan tələbləri də tam təmin olunmuşdur”,- məlumatda deyilir.

Qeyd edək ki, uzun müddətdir Mərkəzi Bank valyuta hərracından sonra satılmış həcmi açıqlamırdı.

Xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları məbləğində vəsait satılmlşdı. Bir hərracda 323,2 milyon ABŞ dolları məbləğində ABŞ valyutasının satılması bankların tələbinin artdığına işarədir.

Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyevanın birbaşa tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə, “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi əsasında 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli tam orta məktəb binasının tikinti işlərinə start verilib.

Bu barədə Goranboy Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Goranboyun icra başçısı Məhərrəm Quliyev aparılan işlərlə yerində tanış olub. (modern.az)

Neftin qiymətinin son günlər kəskin ucuzlaşması dollara da tələbatı artırıb.

Hətta dolların kursunun dəyişəcəyi ilə bağlı fikirlər də dolaşır .

Turkustan.info-nun əməkdaşı bu gün səhər saatlarında bir neçə banka gedərək vəziyyətlə maraqlanıb. Banklardakı real mənzərə dollara tələbatın çox olduğunu təsdiqləyib.

Kapital Bankın Cəfər Cabbarlı filialına, Günay Bankın 2 saylı filialına və Muğan Bankın Zivərbəy Əhmədbəyov küçəsində yerləşən filialına baş çəkdik. Kapital Banka girən hər kəsə elə qapıdaca “Dollar istəyirsizsə, qurtarıb” deyilirdi:

“Dollar istəyirsizsə, yoxdur. Ola bilər ki, günortadan sonra gələcək. Çox güman ki, dolların kursu dəyişəcək. Hələlik 20 min dollara qədər satışa icazə verilib. Hər halda Mərkəzi Bank yeni kurs müəyyən edərsə, günortadan sonra açıqlanacaq. Səhərdən hamı dollar istəyir”.

Banklarda səhər tezdən dollar alveri: “Yoxdur, satılıb” - BİZİM MÜŞAHİDƏ

Kapital Bankın sönmüş valyuta mübadiləsi lövhəsi də (nağd xarici valyutanın manata nisbətən alış və satış məzənnəsi üzrə məlumatları göstərən xüsusi elektron lövhə) dollar kursu barəsində “məlumatsız” idi.

Günay Bankın əməkdaşı da satışda dollar olmadığını dedi: “Dolların hamısı səhər satılıb qurtarıb. Hələlik dolların kursu dəyişməyib. Dollar olsa da, günortadan sonra olacaq. Əgər Mərkəzi Bank tərəfindən yeni alış və satış kursu müəyyən olunarsa, elan ediləcək”.

Muğan Bankda da eyni sözlərlə qarşılaşdıq: “Dollar qurtarıb. Günortadan sonra gəlməsini gözləyirik. Səhər tezdən hamı gəlib dollar alırdı. Dolların kursu hələlik dəyişməyib. Əgər günortadan sonra dəyişərsə, yeni kursla satılacaq”.   /Cebhe.info/

Türkiyə Azərbaycana avtomobil ixracını artırıb
2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 76,18 faiz artaraq 17.031 milyon dollar təşkil edib.

Bu barədə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlik qeyd edib ki, 2020-ci ilin fevral ayında Türkiyədən Azərbaycana avtomobillərin tədarükü də 2019-cu ilin fevral ayına nisbətən 31.03 faiz artaraq 6.152 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 4.923 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artıb.

Türkiyədən avtomobil ixracı yanvar-fevral aylarında ölkənin ümumi ixracatının 16,7 faizini təşkil edir.

2020-ci ilin fevral ayında Türkiyə dünya bazarlarına 2.522 milyard dollar dəyərində avtomobil ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azdır.

2020-ci ilin fevral ayında Türkiyədən avtomobil ixracı ölkənin ümumi ixracatının 17,2 faizini təşkil edib.

Son 12 ayda (fevral 2019-fevral 2020) Türkiyə 30,638 milyard dollar dəyərində avtomobillər ixrac edib.

Prezident yol tikintisinə beş milyon manat ayırdıAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Goranboy rayonunun Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, otuz bir min nəfər əhalinin yaşadığı səkkiz yaşayış məntəqəsini birləşdirən Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq beş milyon manat ayrılıb.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.

Azərbaycanın iqtisadi tərəfdaşı olan, xüsusilə cənub zonasının bir çox ərzaq ehtiyatlarının təmin olunduğu İranla sərhədlərin bağlanması ölkəmizdə ərzaq təhlükəsizliyini gündəmə gətirir.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin iqtisadçı deputatı Vahid Əhmədov bildirib ki, koronavirus ümumilikdə dünya iqtisadiyyatına mənfi təsir edir:

“Azərbaycan da bu baxımdan istisna deyil. Gec də olsa İranla sərhədlərimizin bağlanması virusun yayılmasının qarşısını aldı. Bu qərar vaxtında verilsəydi, daha yaxşı olardı, viruslu xəstələr ölkəmizə daxil olmazdı. Amma indiki məqamda bağlanıb və buna görə ərzaq təhlükəsizliyilə bağlı ciddi problem yaşanacağını düşünmürəm”.

İqtisadçı deputat qeyd edib ki, əgər hər hansı ərzaq təhlükəsi ehtimalı olsaydı, cənab Prezident bununla bağlı dərhal addım atardı:

“Ümumiyyətlə, ərzaq təhlükəsizliyi ən ciddi məsələlərdən biridir. Biz də İran və digər dövlətlərdən bir çox ərzaq məhsulları idxal edirik. Amma indiki məqamda Azəraycanda kifayət qədər taxıl, ərzaq ehtiyatları var, mağazalarda da bolluqdur. Bu baxımdan qısamüddətli dövr üçün hansısa problem gözlənilmir. Belə bir təhlükə hiss olunsaydı, cənab Prezident əlahiddə tədbirlərlə bağlı göstəriş verərdi.

Ümid edək ki, koronavirus təhlükəsi tez bir zamanda sovuşacaq. Düşünürəm ki, dünyanın əksər dövlətlərində bu virus yayıldığından sərhədlər nə qədər bağlı qalsa, qorunsa, o qədər yaxşı olar”.

V.Əhmədov möhtəkilərin fürsətdən istifadə edib bahalaşmaya getməsini pisləyib:

“Bizdə bəzi fürsətcillər var ki, xüsusi günlərdə, bayramlarda, yaxud indiki situasiyadakı kimi heç bir iqtisadi əsası olmadan bahalaşmaya gedirlər. Ümid edirəm ki, aidiyyatı qurumlar, hüquq müfahizə orqanları məsələyə diqqəti artıracaqlar. Məndə olan məlumata görə, ölkə başçısının xüsusi tapşırğından sonra dövlət qurumları bahalaşamaya qarşı birgə iş aparır”.

Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına məlumat veriblər.

Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub.
Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Sonda xatirə şəkli çəkdirilib.
“Ağstafa” elektrik yarımstansiyasının yenidənqurmadan sonra açılışı olub ile ilgili görsel sonucu
Martın 4-də 110/35/10 kilovoltluq “Ağstafa” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiya haqqında məlumat verib.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Sonda xatirə şəkli çəkdirilib.

Prezident bu ASC-yə 1,4 milyon manat ayırdı — SƏRƏNCAM


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağdam rayonunun əhalisi 24740 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.