Bakı-Sumqayıt yolu 3 aya təhvil veriləcək

Bakı-Sumqayıt yolunun 6,5-14-cü kilometrliyinin yenidən qurulması işləri davam etdirilir.
Trend verdiyi məlumata görə, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, adıçəkilən yolun təmiri yaxın üç ay müddətində başa çatdırılacaq:
"Biz çalışırıq ki, mayın sonuna qədər həmin yol hissəsini yeni açılmış tunellərlə birlikdə istifadəyə verək. Həmin yolun genişləndirilməsində siz yeni bir yol tənzimlənməsi də görəcəksiniz. Bu, "20 Yanvar" dairəsindən başlayaraq Masazır körpüsünə kimi yeni bir yol qovşağı olacaq. Həmin sistemi vətəndaşlar reallıqda görəcəksiniz. Bu yol sərnişinlərin rahat gediş-gəlişinə şərait yaradacaq.

Sumqayıtdan Bakı istiqamətində Beynəlxalq Avtovağzalın yaxınlığında yeni tunel salınması ilə bağlı layihəni hazırlayıb təqdim etmişik. Bakı Nəqliyyat Agentliyi, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsi, Arxitektura və Şəhərsalma Komitəsi ilə birlikdə layihəyə baxılacaq, təsdiqləndikdən sonra icrasına başlanılacaq".
Manata qarşı BAHALAŞMA TƏZYİQİ: - “Əhalinin gəlirlərinin azalması və inflyasiya...”

“Dünya bazarında neftin qiymətlərində kəskin ucuzlaşma baş verərsə, məzənnədə ucuzlaşma olacaq”.

Faiz dəhlizinin parametrlərinin elan edilməsinə həsr edilmiş mətbuat konfransında çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın bahalaşma təzyiqi altında olduğunu bildirib.

Elman Rüstəmovun bu fikirləri manatın məzənnəsinin sabit saxlanmasının mümkünlük dərəcəsini yenidən aktuallaşdırıb.

Bu barədə Yenicag.az-a açıqlama verən iqtisadçı Qubad İbadoğlu qeyd edib ki, manata qarşı davam edən bahalaşma təzyiqinin azalacağı gözlənilsə də, bu, manatın sabitliyi üçün qəti təminat yaratmayacaq:

“Həqiqətən də, son illər manatın məzənnəsində bahalaşma təzyiqi müşahidə olunur. Hesab edirəm ki, bu təzyiq getdikcə aşağı düşəcək.

Eyni zamanda, dünya bazarında neftin kəskin və davamlı ucuzlaşması baş verərsə, o halda manatın sabitliyini saxlamaq çətin olacaq.

Manatın ucuzlaşması isə əhalinin gəlirlərinin dəyərsizləşməsinə və inflyasiyaya gitirib çıxaracaq”.

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları ölkədən qanunsuz olaraq 100 min ABŞ dolları çıxarmaq istəyən şəxsi aşkar ediblər.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Bakı-İstanbul aviareysi ilə gedən vətəndaşdan şübhələnərək onu yoxlayıb və baqajın içərisindəki sellofan paketlərdə olan iki ədəd şalvar, gödəkcə və üç ədəd corabın içərisində, ümumilikdə 100 000 ABŞ dolları aşkarlayıblar. İndi məsələ ilə bağlı araşdırma aparılır.

Bəs Azərbaycandan qanuni yolla nə qədən valyuta çıxarmaq olar?

Fed.az DGK-ya istinadən yazır ki, yerli və xarici vətəndaşlar və şirkətlər ölkəyə istənilən qədər xarici valyuta gətirə bilərlər.

Eyni zamanda gömrük məntəqəsində şifahi bəyan etməklə Azərbaycandan 10 min ABŞ dolları ekvivalentinədək olan valyutanı nağd şəkildə çıxara bilərlər.
Əgər şəxs ölkədən 10-50 min dollar arasında valyuta çıxarırsa, onun əvvəllər Azərbaycana nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməlidir. Bundan sonra pulu ölkədən çıxarmaq olar.

Bütün digər hallarda, yəni 50 min dollardan artıq məbləğ də daxil olmaqla – xarici valyutanın ölkədən çıxarılması yalnız müvəkkil banklar və Azərpoçt vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.

Daha bir marşrut xətti üzrə avtobuslar yeniləndi

Paytaxtdakı 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin istismarına verilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xəttinə fevralın 17-dən “Isuzu Novociti” markalı avtobuslar cəlb edilib. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, “BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini "Isuzu Novociti" markalı nəqliyyat vasitəsilə əvəz edib. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusların gətirilərək xəttə buraxılması nəzərdə tutulub.

Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcəklər. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.

Bakıda ən bahalı və ən ucuz torpaq sahələrinin qiyməti açıqlanıb
Paytaxtda ən bahalı və ən ucuz torpaq sahələrinin qiyməti açıqlanıb.

Xəzər TV xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov ötən ay ən bahalı torpaq sahəsinin Nəsimi rayonunda təklif edildiyini deyib.

Həmin ərazidə 1 sot torpağın qiyməti 430 min manat olub. Ən ucuz torpaq sahəsi isə Qaradağ rayonunda qeydə alınıb. Həmin ərazidə isə 1 sot torpağın qiyməti 230 manatdan satılıb.

Nüsrət İbrahimov əlavə edib ki, ən bahalı torpaq sahəsi satışda olsa da, ötən ay ərazidə həmin torpaq sahəsini alan olmayıb.

Bu arada, ötən ay torpaq bazarında ucuzlaşma müşahidə edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Pirili-Muradxan-Sor-Sor avtomobil yolu yenidən quruldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verdi.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.
Bakı və şəhərətrafı yollarda 6 yeni yerüstü piyada keçidi tikiləcəkBakıda asma körpünü xatırladan daha bir yerüstü piyada keçidi inşa ediləcək. Piyada keçidi Tbilisi prospektində tikiləcək.

"Ölkə.Az" xezerxeber.az-a istinadən xəbər verir ki, üçbucaq formasında inşa ediləcək piyada keçidi 3 hissədən ibarətdir. Metal konstruksiyadan ibarət körpünün üstü açıq olacaq.

Qeyd edək ki, hazırda paytaxtın digər ərazilərində də keçidlər inşa ediir. Məsələn, Ukrayna dairəsində tikilən müasir görünüşlü keçidin artıq dəmir konstruksiyası quraşdırılıb və işin 2-cü rübün əvvəlində tamamlanması planlaşdırılır.

Hazırda 10 ərazidə keçid tikintisi həyata keçirilir və daha 6 ərazi üçün layihələndirmə işləri aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bakıda “asma körpü” tikilir
Bakı şəhəri, Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisinə başlanılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yerüstü piyada keçidinin aşırım hissəsi üstü açıq olmaqla metal konstruksiyalıdır.

Tbilisi prospekti üzərindən hər birinin uzunluğu 70.92 metr olan iki aşırım hissə, Akademik Həsən Əliyev küçəsinin üzərindən isə uzunluğu 59,29 metr olan bir aşırım hissə keçməklə yeni yerüstü piyada keçidinin görünüşü üçbucaq şəkilindədir.

Kənar dayaqlar və pilləkənlər dəmir-betondur. Orta dayaqlar metaldır və metal troslar vasitəsi ilə asılmaqla asma körpü görünüşünə oxşadılıb. Fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrik panduslar nəzərdə tutulub.

Qeyd edək ki, avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər, o cümlədən yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri həyata keçirilir.

Bu çərçivədə 2018-2019-cu illərdə Bakı şəhəri və şəhər ətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidi inşa edilərək istifadəyə verilib. Hazırda 10 ərazidə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır ki, bunlardan bir neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində daha 6 yerdə (Zığ yolunda, M-2 Bakı-Ələt avtomobil yolunun 49-cu kilometrliyində (Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yol evi yaşayış massivi), M-2 Bakı-Ələt yolunun 61-ci kilometrində, Bakı şəhəri, Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində, Nobel prospektində "Ağ şəhər" layihəsi çərçivəsində, Bakı şəhəri, Ziya Bünyadov prospektində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Bakı Peşə Liseyinin yanında yerüstü piyada keçidinin tikintisimə başlanılması nəzərdə tutulub.

Pensiya artımı inflyasiya riskini artıra bilərmi?

"Bizim hesablamalarımız onu göstərir ki, ciddi inflyasiya üçün hər hansı bir təhlükə yoxdur".

Report xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, inflyasiya idarə oluna bilən şəkildədir:

"Aidiyyəti dövlət qurumları, o cümlədən Mərkəzi Bank tərəfindən sabit saxlanılması üçün müvafiq maliyyə alətlərindən istifadə edilməklə tədbirlər görülür. Ötən il pensiya və əməkhaqqı artan zaman inflyasiya bizim proqnozlarımızdan da aşağı səviyyədə oldu. Buna görə də geniş sosial paketin həyata keçirilməsi vətəndaşlarımız üçün ciddi bahalaşma riski yaratmır".

S.Babayev qeyd edib ki, ötən il orta əməkhaqqı və orta pensiya 15%, sosial müavinətlər və təqaüdlər orta hesabla iki dəfə artıb:

"Lakin inflyasiya 2,6 faiz olub. Bu onu göstərir ki, vətəndaşların gəlirləri inflyasiyadan altı dəfə çox artıb. İnflyasiya təhlükəsi gözləmirik. Hökumət tərəfindən təsdiq edilmiş çərçivə var və bunun daxilində inflyasiyanın saxlanması üçün AMB və aidiyyəti dövlət qurumları tərəfindən tədbirlər görüləcək. Mən inanıram ki, bu ildə inflyasiyanın qarşısı alınacaq".

Azərbaycanda bu məhsullar bahalaşdı — FOTOAzərbaycanda araq və kolbasaların qiymətində artım olub.
"Ölkədə fəaliyyət göstərən market və supermarketlərdə kolbasa və arağın qiyməti artıb. Araqlarda bahalaşma 12% olub. Buna səbəb aksiz vergisinin tətbiq olunması olub. Bahalaşma həm yerli, həm də xarici istehsal olan araqlarda özünü göstərib.

Kolbasa və sosislərdə isə əsas bahalaşma “Səhliyalı” şirkətinin “1000 bərəkət, halal nemət” məhsullarında baş verib. Qeyd edilən şirkətdə kolbasa və sosizlərin qiyməti 0,30-0,40 manat artıb.

Məlumat üçün bildirək ki, “Səhliyalı” şirkətinə məxsus hisə verilmiş kolbasaların qiyməti 9,30-dan 9,60 manata,”varena”bişmiş kolbasaları 9,20-dən 9,60 manata, manqal üstü sosis və kolbasaların qiyməti 8,60-9 manatdək bahalaşıb.

“Səhliyalı” şirkətindən rilən məlumata görə, kolbasa və sosilərin qiymətinin artmasına səbəb ölkəyə gətirilən quş ətinə qadağa qoyulmasıdır. Bu səbəbdən anbarlardakı saxlanılan quş ətinin qiymətində də artım baş verib.
Qiymət artımına səbəb olan digər bir məsələ kolbasa istehsalında istifadə olunan mal və qoyunun kəsiminə nəzarət gücləndirilməsi olub. Həmçinin kolbasa və sosis hazırlanmasında istifadə olunan yod, duz, istiot, aplika da bahalaşıb.

Verilən məlumata görə, şirkətin xərclərinin artmasına baxmayaraq işçilərini ixtisar etrməyib. Əksinə işçilərin sayı artırılıb. Halbuki digər kolbasa və sosis istehsalçısı şirkətlərinin işçilərini ixtisar edtiyi bildirilir.

Xatırladaq ki, bir mddət əvvəl siqaretlərin qiymətində də artım baş vermişdi. Ölkədə satılan və əsasandə xarici istehsal olunan siqaretlərin qiyməti 0,30 manat bahalaşmışdı.

Azərbaycanda bu məhsullar bahalaşdı — FOTOAzərbaycanda bu məhsullar bahalaşdı — FOTO