İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıbAzərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 637 milyon manata çatdırılıb.

"Ölkə.Az" AZƏRTAC-a istinadla bildirir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

Qeyd edək ki, bundan əvvəl İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi 566 milyon manat idi. 

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Axar.az xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 1,02 dollar artaraq, 65,22 dollar, VTİ markalı neftin bir barrelinin qiyməti 0,89 dollar bahalaşaraq, 60,07 dollar təşkil edib.

“Azəri Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,67 dollar artaraq, 70,86 dollar təşkil edib.

İlham Əliyev Dövlət Agentliyinə 15,4 milyon manat ayırdı


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xaçmaz rayonunun Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsasiı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
SOCAR Gürcüstanda 70 məscidi təmənnasız qazla təmin edir“Socar Georgia Gas” şirkətinin Gürcüstanda təmənnasız qazla təmin etdiyi məscidlərin sayı 70-ə çatıb”.

"Ölkə.Az" report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri şeyx Hacı Ramin İgidov rəhbərlik etdiyi qurumun illik hesabatının təqdimat mərasimində bildirib.

O deyib ki, Gürcüstanda 330-a yaxın məscid var ki, onların 205-i dövlət qeydiyyatına alınaraq GMİ-nin səlahiyyətinə verilib.

GMİ sədri digər məscidlərin də dövlət qeydiyyatına alınması ilə bağlı işlərin davam etdirildiyini diqqətə çatdırıb.

R.İgidov bu il ərzində GMİ tərəfindən 34 məsciddə təmir işlərinin aparıldığını, üç məscidin xalça, səsgücləndirici və digər avadanlıqlarla təmin edildiyini bildirib. O həmçinin idarənin hesabat dövründə həyata keçirdiyi xeyriyyə və digər tədbirlər barədə də ətraflı məlumat təqdim edib.

GMİ rəhbəri çıxışında Gürcüstanın bəzi bölgələrində məscidlərin inşasına ehtiyacın olduğunu deyib. Onun sözlərinə görə, Dmanisi və digər rayonlarda yeni məscidlərin inşası ilə bağlı rəsmi dövlət qurumlarına müraciətlər edilsə də, hələ də cavab alınmayıb: “Məscidlərin tikilməsinə müsbət qərar verilməli və müsəlmanların ibadət etmək hüquqları təmin olunmalıdır”.

Mərasim çərçivəsində GMİ-nin 2019-cu il üzrə fəaliyyətini əks etdirən çarx nümayiş etdirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov, Türkiyənin Gürcüstandakı səfirliyinin Dini məsələlər üzrə müşaviri Əhməd Erdəm, GMİ-nin müftisi Hacı Yasin Əliyev və müxtəlif bölgələri təmsil edən müsəlman din xadimləri iştirak ediblər.

Mərkəzi Bank uçot dərəcəsini azaltdıAzərbaycan Respublikası Mərkəzi Bankının idarə heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 7,75 faizdən 7,5 faizə endirilməsi haqqında qərar qəbul edib.

Mərkəzi Bankdan "Ölkə.Az"a verilən məlumata görə, faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75 faizlik diapazonda müəyyənləşdirilib (9,25 faiz və 5,75 faiz). İdarə heyətinin pul siyasətinə dair son toplantısından keçən dövrdə illik inflyasiya proqnozlaşdırılan trayektoriyadan kənara çıxmayıb və hədəf diapazonunun mərkəzindən aşağıda qalıb.

Bir sıra daxili və xarici amillərin təsirinə baxmayaraq inflyasiya gözləntiləri stabil olaraq qalır. Son meyilləri nəzərə alaraq Mərkəzi Bank cari ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshih edib. Bu, qısamüddətli dövrdə inflyasiya riskləri balansında sabitləşdirici amillərin üstünlüyünü qoruması ilə əlaqədardır. Ortamüddətli dövrə isə inflyasiya riskləri real faiz dərəcələrini pozitiv zonada saxlamağı zəruri edir.

Faiz dəhlizi parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın elan edilmiş hədəfdən yayınması dərəcəsindən, dəyişən makroiqtisadi şəraitdən və risklərin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcək.

Yanvarın 1-dən 50 AZN ödəməlisiz, əks halda 30 AZN CƏRİMƏ OLACAQSIZBakıda mənzilin birinin sığortalanması illik 50 manatdır, böyük şəhərlərdə illik 40 manat, rayonlarda isə illik 30 manatdır. 2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması ciddi nəzarətə götürüləcək.

"Ölkə.Az" xəbər verir ki, bunu iqtisadçı Əli Əhmədov Sputnik Azərbaycan-a deyib.

O bildirib ki, "İcbari sığortalar haqqında" qanuna görə, daşınmaz əmlakın sığortalanması məcburidir və bura obyektlər, inzibati binalar, yaşayış sahələri aiddir. Onun sözlərinə görə, obyektlərə və inzibati binalara Fövqəladə Hallar Nazirliyi nəzarət edir və onlar sığortalanır.

Əslində mənzillərin və evlərin sığortası məcburidir, sığortalanma olmayanda evlərin sahibləri cərimə edilməlidir. Bu məsələ "İcbari sığortalar haqqında" qanunda çoxdan nəzərdə tutulub, amma bunun üzərinə o qədər də ciddi gedilmirdi. Çünki nəzarət mexanizmi tam formalaşmamışdı və bu, mümkün deyildi. Yalnız bir halda – notariusdan keçəndə evləri sığortalamağa məcbur edirlər.

Notarius vasitəsilə evlər alınıb-satılanda, girov qoyulanda və yaxud digər formada əməliyyat aparılanda evlərin məcburi şəkildə sığortalanması tələb edilir və onda evlər sığortalanır.

"Amma indi nəzarət etmək üçün məlumat bazalarının inteqrasiyası prosesi gedir, sistemlər birləşdirilir. Sistemlərin birləşdirilməsi üçün işlər bu ilin sonunda başa çatacaq. Ona görə də bu sistem gələn ildən işə düşəcək. İcbari Sığorta Bürosunun sistemində "kupça"sı olanlar görünəcək və bilinəcək ki, hansı mənzilin sığortası var və ya yoxdur.

Əgər mənzilin sığortası yoxdursa, avtomatik olaraq həmin şəxsin mailinə və yaxud telefonuna mesaj göndəriləcək. Bu sistemin qurulması prosesi ilin sonunadək başa çatacaq və 2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması ciddi nəzarətə götürüləcək", - deyə iqtisadçı qeyd edib.

Sığortanın qiymətlərinə gəlincə, iqtisadçı deyib ki, Bakıda mənzilin birinin sığortalanması illik 50 manatdır, böyük şəhərlərdə illik 40 manat, rayonlarda isə illik 30 manatdır:

İşləməyənlər də icbari tibbi sığorta olunacaq - Amma...

"Bakıda 50 manatın müqabilində maksimum 25 min manatlıq sığorta ödənişi ola bilər. Böyük şəhərlərdə 40 manatın müqabilində maksimum 20 min manat, rayonlarda isə 30 manatın müqabilində maksimum 15 min manat sığorta ödənişi ola bilər. Məsələn, Bakıda ev 50 manata 1 il müddətində sığortalanıbsa, hadisə baş versə, evin sahibinə maksimum 25 min manatadək ödəniş ola bilər. Bu, çox böyük məbləğdir".

Ekspertin sözlərinə görə, daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:

"Yanğın; elektrik naqillərində baş verən qısa qapanma; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; təbii fəlakətlər və s. Məsələn, qonşu mənzildən su axıb sizin mənzilinizin təmiri korlanıbsa, sığorta şirkəti bunu təmir edir", - deyə o, bildirib.

Sığorta məsələsində təzə binalarla köhnə binaların heç bir fərqinin olmadığını vurğulayan Əli Əhmədov, bunun həyət evlərinə aid olduğunu qeyd edib.
"Bakıda bir ev üçün maksimum 25 min manatlıq sığorta ödənişi var. İndiki evlər bahadır, demək olar ki, 40 min manatdan aşağı ev yoxdur. Kimin 100 min manatlıq evi varsa, 25 min manatı çıxmaqla yerdə qalan 75 min manatı ayrıca könüllü sığortalaya bilər və bu, bahalı da deyil. Yəni kiçik məbləğə sığortalaya bilər. Məsələn, 200 manat verib evi tam məbləğdə sığortalamaq olar. Bahalı evlərdə ən yaxşısı odur ki, icbari sığortanın üstünə bir balaca artıq məbləğ ödəyib evi tam məbləğdə könüllü sığortalasınlar", - deyə ekspert əlavə edib.

Azərbaycanda yeni sığorta növü yaradılır, vəsaiti silməyib gələn ilə saxlayacaqlar
Onun dediyinə görə, sığortaya evin əşyaları daxil deyil, ancaq evin konstruksiyası aiddir. Yəni evini sığortalayan şəxs o qədər də böyük məbləğ vermədən əşyalarını da ayrıca sığortalaya bilər. Sığorta şirkətlərinin belə paketləri olur. Bu, 50 manata aid deyil, bunun üçün əlavə ödəniş etmək lazımdır. Məsələn, evdə kiçik yanğın olub və əşyalar yanıb, amma ev salamatdır.

Buna sığorta ödənişi düşmür. Amma evin təmiri xarab olubsa, sığorta ödənişi edilir. Evdə 1000 manatlıq şkaf yanıbsa, sığortanın ona aidiyyəti yoxdur. Amma müştəri evin əşyalarını ayrıca sığortalaya bilər.

Əhmədov qeyd edib ki, əgər ev 50 manata 1 illiyə sığortalanıbsa, yarım ildən sonra gəlib evi sökürlərsə, yarım illiyin sığorta haqqı (25 manat) şəxsə geri qaytarılır: "Bu, belə də böyük məbləğ deyil. Amma ev üçün 50 manat əla məbləğdir ki, evini qoruyasan. Hazırda "kupça"sı olmayanlar da evini sığortalaya bilirlər. Amma bu, vətəndaşın öz müraciətindən asılıdır. Nəzarət "kupça"lar vasitəsilə olacaq. Kimin "kupça"sı yoxdursa, əlində kiçik sənədi varsa belə onunla evini sığortalaya bilər. Adətən sığorta şirkətləri bundan imtina etmirlər. Amma vətəndaşlar evlərini sığortalamaqda maraqlı olmalıdırlar".

Ekspert deyib ki, evini sığorta etdirməyənləri 30 manat cərimə gözləyir. Cərimə olunduqda şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır.

Professor sığorta bazarındakı vəziyyətdən danışdı: dövlət ciddi tədbirlər görməlidir

İcbari Sığorta Bürosunun direktoru Rəşad Əhmədov deyib ki, Əmlak Məsələri üzrə Dövlət Komitəsi ilə inteqrasiya baş tutduqdan sonra hər bir əmlakın çıxarışında qeyd edilən unikal nömrə istifadə edilərək dəqiq məlumatlara çatmaq mümkün olacaq və elektron qaydada sığorta şəhadətnaməsi hazırlanaraq şəxsin elektron şəxsi kabinetinə göndəriləcək.

Onu da bildirək ki, "İcbari sığortalar haqqında" qanuna görə, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin “Stadler” şirkətindən aldığı 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib.

“Report” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin mətbuat katibi Natəvan Bayramova məlumat verib.

Onun sözlərinə görə, 371 oturacağı olan yeni qatarlar tezliklə Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkət edəcək.

“Bununla da Azərbaycanda “Stadler” qatarlarının sayı 9-a çatıb. Yeni qatarların alınmasına səbəb sərnişin sıxlığıdır. İsveçrə şirkətindən “FLIRT” tipli, birmərtəbəli daha 6 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bu qatarlar da yaxın 3 il ərzində Bakıya gətiriləcək”, – deyə “Azərbaycan Dəmir Yolları” rəsmisi qeyd edib.

İlham Əliyev Dövlət Agentliyinə 7,8 milyon manat ayırdı


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun on yeddi min səkkiz yüz nəfər əhali yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,8 milyon manat ayrılıb.
Dollar və manatın bugünkü məzənnəsiAzərbaycan Mərkəzi Bankı 9 dekabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan "Ölkə.Az"a verilən məlumata görə, bu gün ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,8796 manat, 1 türk lirəsi 0,2939 manat, 1 rus rublu 0,0267 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5764 manatdır.

İlham Əliyev Bakı-Şamaxı-Yevlax yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib.

"Ölkə.Az" AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Dövlətimizin başçısına Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci kilometrliyindən ayrılan Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolu barədə də məlumat verildi. 

Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. 

Sonda xatirə şəkli çəkdirildi.