Prezident Sumqayıtda məktəb binasının tikintisinə 2 milyon manat ayırdı


Prezident İlham Əliyev Sumqayıt şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərində 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutacaq.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
Prezident bu yolun yenidən qurulmasına beş milyon manat ayırdıAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən. otuz beş min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq beş milyon manat ayrılıb.

Dollar və manatın bugünkü məzənnəsiAzərbaycan Mərkəzi Bankı 19 noyabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan "Ölkə.Az"a verilən məlumata görə, bu gün ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,8828 manat, 1 türk lirəsi 0,2962 manat, 1 rus rublu 0,0266 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5723 manatdır.

9 rayonda sakinlərə evlər verildiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 rayonda 41 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib.

Bu barədə nazirliyin mətbuat xidmətindən "Ölkə.Az"a bildirilib.

Verilən məlumata görə, bu vaxta qədər Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6951 mənzil və fərdi yaşayış evi verilib.

Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 9 rayonda (Hacıqabul, Ucar, İmişli, Qazax, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab) 41 fərdi yaşayış evi bu kateqoriyalardan olan vətəndaşların istifadəsinə verilib.

Hacıqabul və Ucar rayonlarında fərdi yaşayış evlərinin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilməsi tədbirlərində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizin dayanıqlı inkişafı proseslərinin güclü sosial siyasətlə tamamlandığını bildirib.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını vurğulayıb.

Nazir müavini bunun nəticəsi olaraq, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını, təkcə bu il reallaşdırılan iki sosial paketin 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olduğunu qeyd edib.

M.Kərimli diqqətə çatdırıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq, sosial cəhətdən həssas qruplarla bağlı sosial proqramlar ildən-ilə geniş miqyas alır.

Xüsusilə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirirmələri nəticəsində əlilliyi olan şəxslərin mənzillə təminatı işləri getdikcə gücləndirilir.

Əgər 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil həmin insanlara təqdim edilibsə, bu il 934 mənzil və fərdi yaşayış evinin şəhid ailələri və müharibə əlillərinin istifadəsinə verilməsi planlaşdırılıb.

Cari ilin ötən dövründə onlardan 300-ə yaxın mənzil və fərdi ev artıq təqdim olunub.

Nazir müavini ümumilikdə bu vaxta qədər nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6951 mənzilin və fərdi evin verildiyini vurğulayıb. O bu istiqamətdə tədbirlərin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyini deyib.

M.Kərimli yeni fərdi yaşayış evləri ilə təmin edilən vətəndaşları bu münasibətlə nazirlik adından təbrik edib, onlara bu evlərdə daim fərəhli günlər yaşamağı arzulayıb.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan vətəndaşlar dövlətin diqqət və qayğısı ilə əhatə olunmalarından, sosial təminatlarının gücləndirilməsi üçün aparılan işlərdən razılıqlarını ifadə ediblər.

Onlar göstərilən yüksək qayğıya, eyni zamanda, müasir tələblərə uyğun inşa etdirilmiş fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məişətdə maye qazdan (LPG) istifadə edən əhali qrupunun ehtiyacını nəzərə alaraq, bu məhsulun əvvəlki qiymətlə istehlak bazarına təmin olunması barədə razılıq əldə edib.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, LPG-ni məişətdə istifadə edənlər üçün bu məhsulun qiymətinin artırılmaması barədə təchizatçı şirkətlə razılıq əldə olunub:

“LPG-nin əhaliyə satış qiymətinin formalaşdırılması birbaşa SOCAR-ın səlahiyyətində olmasa da, bu məhsulun istehsalçılarından biri kimi biz dövlət və cəmiyyətin maraqlarının maksimum mümkün dərəcədə təmin olunması üçün təchizatçılarla məşvərətlər və danışıqlar apardıq. Təklifimiz müsbət qarşılandı və beləliklə, SOCAR-ın ölkə daxilində istehsal etdiyi LPG həcmləri əvvəlki qiymətə (45 qəpik) əhaliyə satılacaq. Təchizatçı şirkət SOCAR-dan əldə etdiyi LPG həcmlərini məişətdə maye qaz balonlarından istifadə edən müştərilərə satacaq və balonların müştərinin ünvanına çatdırılmasını təmin edəcəkdir.

Ölkə daxilində istehsal edilən LPG hazırda bazar tələbatının yalnız bu hissəsini birbaşa qarşılayır. Tələbatın qalan hissəsi hazırda idxal hesabına təmin olunur. Təchizatçı şirkət idxal etdiyi LPG həcmlərini yanacaqdoldurma məntəqələrinə yönləndirir. Avtonəqliyyatın istifadəsinə yönləndirdiyi maye qazın satış qiyməti isə, dövlət və ya SOCAR-ın müdaxiləsi olmadan, idxal şərtləri əsasında formalaşır”.

SOCAR rəsmisi qeyd edib ki, hazırda kimya sənayesində LPG-yə tələbat artıb: “SOCAR-ın ölkə daxilində istehsal etdiyi LPG həcmləri də əsasən kimya sənayesində xammal kimi istifadə olunur. Hazırda “Azərikimya”nın Etilen-polietilen zavodunda dövri təmir işləri tam olaraq yekunlaşmayıb. Bu işlər başa çatdıqdan sonra SOCAR-ın Heydər Əliyev adına NEZ-də istehsal olunan LPG “Azərikimya”nın zavoduna yönləndiriləcək.

Ölkədə LPG-yə tələbat artdığına görə, təchizatçı şirkət avtonəqliyyat vasitələrində istifadə edilən LPG həcmlərini idxal hesabına qarşılayır və avtonəqliyyat üçün LPG-nin satış qiymətini məhz idxal şərtləri əsasında müəyyən edir. “SOCAR Petroleum” da digər YDM şəbəkələri kimi LPG-ni hazırda məhz idxal şərtləri əsasında formalaşan bu qiymətdən əldə edir”.   /Cebhe.info/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün də bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin edib.

Bu barədə nazirliyin mətbuat xidmətindən  “Minval”a məlumat verilib.

Verilən məlumata görə, bu gün Lənkəran rayonunda və Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış mənzillər bir qrup şəhid ailəsi və müharibə əlilinə təqdim edilib.

Mənzillərin sənədlərinin təqdim olunması zamanı vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı ildən-ilə geniş miqyas alır.

2018-ci ildə nəzərdə tutuldğundan 3 dəfədən çox, yəni 626 mənzil həmin insanlara təqdim olunub.

2019-cu ildə isə bu kateqoriyalardan olan vətəndaşlara 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq 253 mənzil verilib.

Bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6907 mənzil mənzil təqdim edilib.

Yeni mənzil alan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi  tədbirlərindən razılıqla bəhs ediblər.

Onlar şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yüksək qayğı göstərildiyinə, yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Şamaxıda zəlzələnin ziyan vurduğu 500 ev təmir olundu

Cari ilin əvvəlində Şamaxıda baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Artıq Şamaxı rayonunda zəlzələ nəticəsində zərər görən 500-dən çox ev təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

Bu barədə "Ölkə.Az"a açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Təbriz Qəniyev bildirib. Onun sözlərinə görə, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən iki min ev təmir kateqoriyasına daxil edilib.

“Zəlzələdən sonra qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi, bərpa olunması ilə Fövqəladə Hallar Nazirliyi məşğul olur. İcra Hakimiyyəti isə qəzalı vəziyyətə düşən evlərin təmiri və bərpasını həyata keçirir. Həmin evlərin təmiri yüksək səviyyədə aparılır. 500-dən çox ev artıq təmir olunub və vətəndaşların istifadəsinə verilib. 100-ə yaxın evdə hazırda təmir işləri gedir. Təmir olunan evlər təkcə Şamaxı şəhərində deyil, kənd və qəsəbələrdə də var. Bəzi kəndlərdə artıq işlər yekunlaşmaq üzrədir".

T.Qəniyev qeyd edib ki, cari ilin sonuna qədər bütün evlərdə təmir işləri başa çatdırılacaq.

Qeyd edək ki, fevralın 5-də Şamaxı rayonunda güclü zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində yaşayış evlərinə ciddi ziyan dəyib.



Paytaxtın "Şamaxinka" adlanan ərazisində tıxacın qarşısını almaq məqsədilə salınan yerüstü keçiddə eskalatorlar olmayacaq.

Bunu BAKU.WS-ə açıqlamasında “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. 

O, həmçinin əlavə edib ki, yerüstü keçidin inşasının başa çatması bu ilin sonu, gələn ilin əvvəlinə nəzərdə tutulub: "Həmin yerüstü keçiddə eskalatorların quraşdırılması nəzərdə tutulmayıb. Keçidin inşası isə bu ilin sonu, gələn ilin əvvəli başa çatacaq. Əvəzində isə liftlər quraşdırılacaq".

Qeyd edək ki, Bakıda vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində paytaxtda bir neçə yerdə yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulub. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Metronun iki stansiyasının adı dəyişdiriləcək

"Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir.
Bu barədə "Report"a açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov məlumat verib.
"Ulduz" stansiyasının "Böyükşor" adlandırılmasını istəyirik. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif etmişik. Həmin stansiyanın yaxınlığından görkəmli şəxsiyyətlərin adlarına olan bir neçə küçə və prospekt keçir. Bunlardan biri Günəşli qəsəbəsinə doğru gedir (red. Babək prospekti), digəri isə Laçın Univermağının yanından keçir (red. Bəhruz Nuriyev küçəsi). Çaşqınlıq yaratmamaq üçün hələlik onların adlarını səsləndirmək istəmirəm, amma artıq Nazirlər Kabineti yanında Adqoyma Komissiyasına müraciət etmişik", - o deyib.

Bundan başqa, metropoliten rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum "Bənövşəyi xətt"də olacaq bütün stansiyaların adları ilə bağlı təkliflərini də Adqoyma Komissiyasına təqdim edib: "Həmin adları qəbul edib-etməmək komissiyanın səlahiyyətindədir. Adətən Adqoyma Komissiyası stansiyalara adları onların yerləşdiyi əraziyə uyğun verir. İndiyə qədər bizdə adqoyma bir qədər pərakəndə olub. Məsələn, "Nizami" və "Memar Əcəmi" stansiyalarının yaxınlığında həmin şəxslərlə bağlı küçə, prospekti yaxud onları xatırladan nə isə yoxdur. Amma bu gün Adqoyma Komissiyası bu işlə ciddi məşğul olur".
Komitə sədri: Bankların kredit faiz dərəcələri kifayət qədər yüksəkdir

Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir. Bu nəticələri vergi və gömrük daxilolmalarında aydın görürük”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib. O, bildirib ki, 2019-cu ilin 9 ayı ərzində ÜDM-nin nominal artımı 1.2 faiz, qeyri-neft sektoru üzrə 7.6 faiz olduğu halda, vergidaxilolmalarının artım tempi 5.7 faiz təşkil edib: “O cümlədən qeyri-neft sektoru üzrə 12.6 faiz təşkil edib”.

Komitə sədri söyləyib ki, 2019-cu ilin müvafiq dövründə proqnozun icrası ümumilikdə 104.9 faiz, neft sektoru üzrə 95.9 faiz, qeyri-neft sektoru üzrə isə 109.5 faiz yerinə yetirilib: “Cəmi aktiv ƏDV ödəyicilərinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 1 noyabr 2019-cu il tarixinə 32.9 faiz artıb”.
Komitə sədri deyib ki, Azərbaycan öz iqtisadi təhlükəsizliyini təmin etmək üçün daha ciddi addımlar aatmalıdır və atcaq da.. “Azərbaycan Prezidenti bəyan edib ki, yaxın illərdə ölkəmiz inkişaf etmiş ölkələr sırasında olaq. Əminəm ki, ölkə başçısının rəhbərliyi ilə qarşıya qoyulan hədəflərə nail olunacaq”- Z. Səmədzadə deyib.

O, əlavə edib ki, son illərdə dövlət borclanması dəfələrlə artıb: “Buna baxmayaraq bizim borcumuz digər dünya ölkələrindən qat-qat azdır. Bəziləri bunu qorxulu amil hesab etsə də, bu yanlışdır. Borclanma obyektiv səbəblərdən olur və bundan qorxmaq lazım deyil”.
Komitə sədri onu da deyib ki, bu gün məşğulluq sahəsində ciddi işlər görülsə də, sahibkarlara dəstək yetərincə deyil.

“ Hesab edirəm ki, sahibkarlara dəstəyi artırmalıyıq. Cənab Prezident də dəfərlərlə tənqid etməsinə baxmayaraq, bank sektoru real sektorun inkişafına lazımi dəstəyi vermir. Ölkə başçısının dediyi kimi bu gün bank sektorunda çatışmazlıqlar mövcuddur. Bu gün bank sektorunda kredit verilməsində, xüsusən də kredit faizlərinin yüksək olması və sair məsələlərdə problemlər mövcuddur. Düzdür, biz manatın sabitliyin qorunması istiqamətində atılan addımları təqdir edirik və bəyənirik. Amma banklara olan inamı artırmaq üçün bu sektoruda ciddi işlər görmək lazımdır”.