Son xəbərlər

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 23-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Axar.az-a bildirilib ki, bankın oktyabrın 23-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Dünya brijalarında neft ucuzlaşıb.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 42,31 dollara, yüngül neftin bir barreli isə 40,57 dollara təklif olunur.

Fermerlərə şad xəbər

Ammofos gübrəsinin qiymətləri enib.

Ölkəmizdə aqrar sahəyə olan dövlət dəstəyi nəticəsində son zamanlar sürətlə inkişaf edən kənd təsərrüfatı sektoruna öz töhvəsini vermək məqsədilə gubre.az aqrar ticarət şəbəkəsi gübrə qiymətlərini endirib.

Şirkət taxıl əkini edən fermerlərin gübrəyə olan ehtiyaclarını ödəmək və daha çox taxıl sahəsini gübrə ilə təmin etmək, nəticədə fermerlərimizin daha yüksək məhsuldarlıq əldə edə bilməsi üçün ammofos gübrələrinin qiymətini 48.5 manatdan 46.5 manata endirib. Artıq fermerlərimiz gubre.az satış nöqtələrində ammofos gübrəsinin 1 kisəsi üçün 13.95 manat nağd, 32.55 manat isə dövlət subsidiyası hesabına ödəməklə  əldə edə bilə.

 

Onu da nəzərinizə çatdıraq ki, gubre.az son illərdə kənd təsərrüfatı sahəsinə dövlət dəstəyini və ölkə rəhbərliyinin bu sahəyə olan xüsusi qayğısını nəzərə alaraq, sektorun davamlı inkişafına dəstək olaraq, qiymət siyasətinə mütəmadi olaraq nəzər yetirir, fermerlər üçün daha münasib şərtlər təklif etməyə çalışır. Bundan sonrakı dövrlərdə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən vətəndaşlar üçün təklif etdiyimiz xidmət səviyyəsini davamlı olaraq artırmağa, fermerlərin ehtiyaclarını yüksək səviyyədə təmin etməyə çalışacağıq.

Əlavə olaraq, fermerlərimiz gubre.az satış nöqtələrindən payızlıq əkin üçün yüksək məhsuldarlıqlı arpa, buğda və yonca toxumları da əldə edə bilərlər. Fermerlərimiz bütün toxum və bitki mühafizə vasitələrini nağd ödəniş etmədən, 100% dövlət subsidiyası hesabına ala bilərlər.  

Şirkətin satış nöqtələrində fermerlərimizə payızlıq əkin üçün aşağıda göstərilən toxum növləri təklif edilir:

P.P.Lukyanenko adına Rusiya Milli Toxum Mərkəzinin istehsalı olan yüksək məhsuldarlığa malik Alekseiç sortu və quraqlığa, şaxtaya davamlı Bezostaya-100 sortu Elit və birinci reproduksiyalı buğda toxumları;

Azərbaycan Respublikasının torpaq və iqlim şəraitində illərlə sınaqdan keçmiş Qarabağ-22 və Xutorok sortu arpa toxumları;

Almaniyanın məşhur toxum istehsalçısı Freudenbergerin istehsal etdiyi Proqreen markalı Plato sortu nitrogeneratorlu, şaxtaya davamlı və yüksək məhsuldarlığa sahib yonca toxumları.

Qeyd edək ki, gubre.az “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-yə məxsus kənd təsərrüfatı istehsal vasitələrinin satışı üzrə ixtisaslaşmış aqrar ticarət şəbəkəsidir. Şirkət 200-dən artıq satış nöqtəsi ilə respublikanın regionlarında fermerlərə toxum, gübrə və müxtəlif növ aqrokimyəvi məhsulların satışını həyata keçirir. Satış şəbəkəsi aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanınəticəsində kənd təsərrüfatı istehsal vasitələri bazarının liberallaşmasından sonra yaradılıb.

Fermerlər ərtraflı məlumat üçün 828 qısa nömrəsinə zəng edə və yaxud www.gubre.az internet səhifəsinə keçid edə bilər.

Bizimlə əlaqə saxlayın (keçidlər)

Əlaqə: +99450 828 28 28

İnstaqram: Gubre.az

 Feysbuk: gubre.az

info@gubre.az

 

 

SOCAR sentyabrın sonuna qədər Belarusa Azərbaycan neftinin yeni partiyasını göndərəcək.

Axar.az xəbər verir ki, bunu SOCAR-ın rəsmi nümayəndəsi İbrahim Əhmədov deyib.

O, 95 min ton həcmində tankerin Belarusa sabah və ya birisigün göndəriləcəyini bildirib.

Lider mobil operator “Paylaş-Qazan” proqramını təqdim edir!

Ölkənin ən çox seçilən mobil operatoru “Azercell Telekom” MMC daha bir ilkə imza ataraq yerli bazara yeni “Paylaş-Qazan” proqramını gətirir. Regionda bu xidməti ilk təqdim edən Azercell, “Kabinetim” tətbiqinin imkanlarını növbəti dəfə genişləndirir və abunəçilərinə hədiyyə balans qazanmaq üçün unikal imkan yaradır.

Beləliklə, sentyabr ayının 18-dən etibarən mobil operatorun abunəçiləri “Kabinetim” tətbiqində “Paylaş” düyməsi vasitəsilə Azercell-in rəqəmsal xidmətlərini dostarına tövsiyə edərək bonus balans əldə edirlər. Bunun üçün yeganə şərt isə dostlarının təklifdən yararlanaraq, “Kabinetim”lə gələn bildiriş üzərindən müvafiq xidmətə abunə olmasıdır.

Azercell tətbiqlərini paylaşan abunəçilər “BluTv” və “ivi” xidmətlərinə hər bir yeni abunəlik üçün 1 AZN, “Kabinetim” tətbiqinə hər uğurlu tövsiyə üçün 0.10 AZN bonus balans qazanırlar!

Ən əsası isə lider mobil operator bonusların sayını məhdudlaşdırmır. Şirkətin həm Fakturalı, həm də Fakturasız xətt istifadəçiləri Azercell tətbiqlərini gün ərzində məhdudiyətsiz sayda dostları ilə paylaşıb, bonusları istənilən istiqamətdə istifadə edə bilərlər!

Azercell-dən “Kabinetim”lə hədiyyə balans qazanmaq fürsətini qaçırma! Dostlarınla faydalı tətbiqləri paylaş ki, balansını Azercell artırsın!

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/services/partner_services/referal/ səhifəsinə keçid etməyiniz xahiş olunur.

 

Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 24-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Axar.az-a verilən məlumata görə, bankın sentyabrın 24-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən edilib.

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 43,15 dollara, yüngül neft isə 41,11 dollara təklif olunur.