Son xəbərlər

Hər zaman olduğu kimi, bu ildə də BirKart sahibləri üçün Yeni il ərəfəsində qazandıran kampaniya keçirilir. “Yeni ilin yüzdə yüz taksit kampaniyası” şüarı ilə keçirilən kampaniyada bütün BirKart taksit kartı sahibləri iştirak edib, əlavə pul qazana bilərlər.

Axar.az xəbər verir ki şərtlərə görə, BirKart-la partnyor mağazalar şəbəkəsində minimum 50 manatlıq taksit əməliyyatı edən hər yüzüncü müştəri 100 manat qazanacaq. Kampaniya 6 yanvar 2021-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.

Rubl dollar və avroya nisbətən ucuzlaşıb.

Axar.az xəbər verir ki, dolların məzənnəsi 50 qəpik artaraq 76,35 rubl, avronun məzənnəsi isə 54 qəpik artaraq 91,27 rubl təşkil edib.

Yeri gəlmişkən, “Brent” xam neftinin qiyməti də artıb. Qara qızılın bir barrelinin qiyməti 47 dolları keçərək cari ilin mart ayının əvvəlindən etibarən maksimum dəyərinə çatıb.

Neftin bahalaşması fonunda rublun ucuzlaşması isə iqtisadi baxımdan o qədər də məntiqli sayılmır.

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımların ödənişi həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, ünvanlı sosial yardım vəsaitləri həmin yardım təyin olunmuş ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb. Vətəndaşlar hesablarına köçürülmüş sosial yardım vəsaitlərini onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankın bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl isə noyabrın 13-dək bu ay üzrə pensiyalar, ötən həftə isə noyabrın müavinət, təqaüd və kompensasiyaları ödənilib. Beləliklə, bu ay üzrə bütün sosial təminat növləri üzrə ödənişlər başa çatıb.

Azərbaycanda yeni növ sitrus bitkilərinin yetişdirilməsinə başlanılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin meyvəçilik şöbəsinin müdiri Surxay Novruzov deyib.

O bildirib ki, hazırda ölkədə fermerlər iki yeni sitrus meyvəsi yetişdirir: "Bunlar hollobonq və kinkan meyvə növləridir. Bu növlər Azərbaycana yeni gətirilib və yetişdirilməsinə başlanılıb. Həmin sitrus meyvələri sahibkarlar tərəfindən yetişdirilir. Artıq kinkan bitkisinin yetişdirilməsi Lənkəran şəhəri və Astara rayonlarında kütləviləşmək üzrədir. kinkan Koreyadan gətirilərək əkilib".

Şöbə müdiri bildirib ki, yeni sitrus bitkilərinin kütləviləşdirilməsi üçün tədbirlər görülür:

 

"Bunun üçün hazırda dövlət fermerlərə müxtəlif subsidiya mexanizmi ilə yeni bağların salınmasında dəstək verir. Bunlara suvarma, gübrə və yeni salınmış bağın hər ilinə görə nəzərdə tutulan subsidiyları misal göstərmək olar. Həmçinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu cənub bölgəsində bununla bağlı elmi araşdırmalar həyata keçirməkdədir ki, bu da fermerlərin işini asanlaşdırır".

Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən Bank Respublika , həftəsonu
endirimləri ərəfəsində yeni "Faydalı Cümə"adlı kredit kampaniyasına start verir.

Kampaniya çərçivəsində "Bank Respublika"dan kredit götürmək həm RAHAT, həm də SƏRFƏLİ olacaq! 

Belə ki, yalnız bir gün noyabr ayının 27-də "Bank Respublika"ya müraciət edən istənilən peşə sahibləri 30 AZN-dək nağd istehlak kreditlərini illik 15%-lə əldə edə biləcəklər.

Müştərilər krediti onlayn olaraq Bank Respublika"nın rəsmi saytındanfacebook səhifəsindən , eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə "Kredit" yazıb göndərərək də sifariş edə bilərlər.

kapitalbank.az

 

"Bank Respublika"da nağd kredit götürməyin digər üstünlükləri də var:

  • Növbəsiz və tez bir zamanda rəsmiləşdirmə
  • Sığorta xərci yoxdur
  • Rəsmi gəlirdən asılı olaraq maaşın 10 mislinədək məbləğdə kredit zaminsiz də təqdim edilə bilər

Həftəsonu endirimlərindən faydalanmaq istəyirsinzə "Faydalı Cümə" kampaniyasını qaçırmayın, krediti "Bank Respublika"da sifariş edin!
Daha ətraflı məlumatı bankın rəsmi internet saytındafacebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Dünya birjalarında neft bahalaşıb.

Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 46,48 dollara, yüngül neftin bir barreli 43,49 dollara təklif olunur.

“Azəriqaz”dan şəhid və qazi ailələrinə müraciət

“Azəriqaz” İstehsal Birliyi açıqlama yayıb.

“Qafqazinfo” həmin açıqlamanı təqdim edir:

“Son vaxtlar sosial şəbəkələrdə və bəzi internet saytlarında işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda 2020-ci il sentyabr ayının 27-də başlanılan Vətən müharibəsində iştirak edən əsgər və zabitlərimizin qaz təsərrüfatı ilə bağlı problemləri yer almaqdadır. Qeyd edək ki, bu məlumatların hamısı diqqətdə saxlanılır, təsdiqini tapanlar, həqiqəti əks etdirənlər barədə müvafiq tədbirlər görülür. Qaz xətlərinin çəkilməsi, qapı keçidlərinin quraşdırılması, sayğaclarla bağlı müəyyən çətinliklər “Azəriqaz” İstehsalat Birliyinin imkanları daxilində həll edilir.

Bu kimi mövzular sırasında rast gəlinən məqamlardan biri də təbii qazdan istifadəyə görə yaranan borcun ödənilməsində güzəştlərin istənilməsi ilə bağlıdır. Birliyin rəhbərliyi müəyyən addımların atılması üçün belə qərara gəlib ki, 2020-ci il sentyabr ayının 27-də başlanılan Vətən müharibəsində yaralanan və şəhid olan əsgər və zabitlərimizin təbii qazdan istifadəyə görə yaranan borcları ilə bağlı məsələlər mərkəzləşdirilmiş şəkildə qeydə alınsın.

Xahiş olunur ki, bu cür çətinlikləri olan yaralı əsgər və zabitlərimiz, eləcə də qəhrəmancasına şəhid olan əsgər və zabitlərimizin qanuni varisi olan ailə üzvləri qeyd edilən (Azeriqaz2020@gmail.com və office.azerigas@socar.az ) elektron poçt ünvanına müraciətlərini göndərsinlər. Bu müraciətlərdə yaralı əsgər və zabitlərimizin qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şəhər və rayon bölməsi qeyd olunmalı, hərbi biletinin və şəxsiyyət vəsiqəsinin surəti, eləcə də təbii qazdan istifadə etməsi barədə müqaviləsinin surəti əlavə edilməlidir. 

Şəhid ailələri isə şəhid olmuş əsgər və zabitin qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şəhər və rayon bölməsini qeyd etməli, eləcə də təbii qazdan istifadə barədə onunla vaxtı ilə imzalanmış müqavilənin surətini əlavə etməlidirlər. Bu müqavilə şəhidin vaxtilə yaşadığı ünvanda hazırda onun qanuni varisi olan ailə üzvlərindən biri ilə də bağlanmış ola bilər”.

"Ziraat Bank Azərbaycan" müştərilərinin rahatlığını düşünərək, həmçinin müştəri tələblərini nəzərə alaraq yeni "Səmərəli Əmanət" məhsulunu təqdim edir. Qeyd olunan məhsul fiziki və hüquqi şəxslərin sərbəst pul vəsaitlərinin səmərəli yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Həmçinin  "Səmərəli Əmanət" məhsulu fiziki və hüquqi şəxslərin AZN və USD valyutasında olan əmanətini həm etibarlı şəkildə dəyərləndirilməsinə, həm də bitmə vaxtının gün olaraq seçilməsinə imkan verir.

Bildiyimiz kimi, əmanət yerləşdirdiyimiz zaman əmanət müddəti əsasən aylıq və illik olaraq müəyyən edilir. "Ziraat Bank Azərbaycan" isə müştərilərinin tələblərini nəzərə alaraq yeni məhsulunda yerləşdirilən əmanətlər üçün əmanət müddətini aylıq və illik olaraq deyil, günlük olaraq seçmə imkanı yaradır. Belə ki, müştərilər artıq əmanətlərinin bitmə vaxtını istədikləri gün olaraq seçə biləcəklər. Bu da müştərilərə əmanətlərini istədikləri vaxt aralığında dəyərləndirmə imkanı verir.

"Səmərəli Əmanət" məhsulunda əmanət faizləri müştərilərə müddət sonunda təqdim ediləcəkdir. Həmçinin əmanətlər AZN və USD valyutasında yerləşdiriləcəkdir. Əmanət faizləri haqqında məlumatı isə aşağıda qeyd olunan cədvəldən əldə edə bilərsiniz.

Müddət

Faiz (AZN )

Faiz(USD)

0-30 gün

-

-

30-89 gün

2%

0.20%

90-179 gün

3%

0.25%

180-269 gün

3.5%

0.50%

270-365 gün

4%

0.50%

366 gün və artıq

6.50 %

0.60%

"Ziraat Bank Azərbaycan"  müştərilərin rahatlığı və bank əməliyyatlarının daha da sürətlənməsi üçün daim yeni məhsullar istehsal edir və mövcud məhsullarını inkişaf etdirir.

Əlavə olaraq, "Ziraat Bank Azərbaycan" ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupunun törəmə Bankı olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən "Ziraat Bank Azərbaycan" ASC-nin ölkə ərazisində yaxın müddətdə fəaliyyətə başlamış Əhməd Rəcəbli filialı ilə birlikdə Bakı, Gəncə və Sumqayıt şəhərləri olmaqla 5 filialı mövcuddur. Buna əlavə olaraq Bank qısa müddət ərzində filialların sayını 2 dəfəyə yaxın artırmağı planlaşdırır. Bank  məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq əldə edə bilərsiniz.

Bankın saytına keçid

Ölkəmizdə elan olunmuş hərbi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin hələlik Milli Məclisin müzakirəsinə təqdim edilməməsi anlaşılandır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Report-a açıqlamasında deyib.

Ş.Şərifov 2021-ci il üzrə hazırlanmış dövlət büdcəsi layihəsində müəyyən düzəlişlərin ediləcəyini bildirib:

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun əks-hücum əməliyyatı nəticəsində Ermənistanın məğlub edilməsi və onun təslimiyyət bəyanatını imzalamağa məcbur edilməsi nəticəsində ölkəmizin əzəli torpaqlarının 30 ildən bəri davam edən işğalına son qoyuldu.

İşğaldan azad olunan bütün ərazilərimizdə yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi ən ümdə prioritet kimi qəbul edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “tezliklə bütün Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq”.

Maliyyə naziri bildirib ki, azad olunan rayonlarda ilk olaraq müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi vacib hesab olunur. Bu isə həmin ərazilərdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsini, minatəmizləmə tədbirlərinin təşkil olunmasını ön plana çıxarır. Qeyd olunan vəzifələrin həyata keçirilməsi ilə bağlı maliyyə təminatının yaradılması 2021-ci il üçün hazırlanmış dövlət büdcəsi layihəsində müvafiq düzəlişlərin edilməsini şərtləndirir.

“Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrasına artıq başlanılıb. Prezidentin sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Əhmədbəyli–Alxanlı–Füzuli–Şuşa avtomobil yolunun tikilməsinə ayrılmış 50 mln manatın maliyyələşdirilməsinə start verilib”, - S.Şərifov qeyd edib.

AmEx ödəniş kartı əldə etmək üçün əla fürsət!

“American Express” beynəlxalq kart təşkilatının Azərbaycandakı yeganə tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı AmEx kartlarından istifadənin müştərilərə daha sərfəli olması üçün yeni kampaniyaya başlayıb.

30 dekabr tarixinə qədər davam edəcək kampaniya müddətində müştərilər AmEx kartı hesabına 100 manat, yaxud kartın valyutasından asılı olaraq 100 ABŞ dolları məbləğində vəsait mədaxil etdikdə 3 illik AmEx Green, 300 manat (yaxud 300 ABŞ dolları) vəsait mədaxil etdikdə isə 3 illik AmEx Gold kartı hədiyyə qazanacaqlar.

Qeyd edək ki, hazırda Azərbaycan Beynəlxalq Bankı ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bank öz müştərilərinə "VISA", "MasterCard", "American Express" və Union Pay beynəlxalq ödəniş sistemlərinin müxtəlif kart çeşidlərini təklif edir. Xarici tərəfdaşları ilə birgə həyata keçirilən innovativ layihələri ilə ölkəmizdə ödəniş infrastrukturunun inkişafına töhfə verir. Azərbaycan Beynəlxalq Bankı müştərilərə "American Express" ödəniş kartlarını təklif edən ilk və yeganə Azərbaycan bankıdır.

Azərbaycan Beynəlxalq Bankı həm də ölkədə ən geniş ATM şəbəkəsinə malik bankdır. Hazırda Bankın Azərbaycanın müxtəlif regionlarını əhatə edən 850-ə yaxın ATM-i, ticarət  və xidmət müəssisələrində isə 13 mindən çox POS terminalı var. Bank öz kart sahiblərinə müxtəlif ticarət və xidmət məkanlarında nağdsız ödənişlər zamanı kəşbək imkanları yaradır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məsafədən xidmət imkanları barədə məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.