Son xəbərlər

09:36

Dünya birjalarında neft bahalaşıb.

Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 49,06 dollara, yüngül neftin bir barreli 45,74 dollara təklif olunur.

“Azəri Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,12 dollar ucuzlaşaraq 49,21 dollar təşkil edib.

***

Hazırda “Brent” markalı neftin bir barreli 2.66 faiz artaraq 50.16 dollara satılır.

Yüngül neftin bir barreli isə 2.75 faiz artaraq 46.77 dollar olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaçıların dekabr ayı üzrə pensiya vəsaitlərini artıq onların hesablarına köçürüb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, həmin pensiyaçılar müvafiq bankların bankomatlarından pensiyalarını əldə edə bilərlər.

Unibank vətəndaşlarımıza şəxsi biznes yaratmaqda dəstək olur

Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Layihəyə qoşulandan indiyədək bank onlarla vətəndaşımıza şəxsi biznesini qurmaqda kömək edib. Bu dəfə də bank daha üç vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb.

Həssas əhali qruplarına daxil olan Bakı şəhər sakinləri Pərvanə Əliyeva,  Günay Sadıxova və Azad İbrahimov özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandır. Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib. 

 

Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Unibank-hər kəsin bankı!

 


 
Borcundan çıxa bilməyəcəyimiz qəhrəmanlara SOCAR-dan dəstək

Sentyabrın 27-də əks-hücum həmlələri ilə başlayan II Qarabağ müharibəsi hər zaman bir olan Azərbaycan xalqını bir az da birləşdirdi. Daim yardımsevər və qonaqsevər xalqımız igid Ordumuzun Qarabağın azadlığı uğrunda başladığı savaşda daha da möhkəmləndirdi.

"Qafqazinfo" xəbər verir ki, müharibənin ilk günlərində Vətənin minlərlə igid oğullarının könüllü olaraq orduya yazılması, xalqımızın ölkədə və dünyada tüğyan edən koronavirus pandemiyasına baxmayaraq, onları izdihamla və böyük çoşqu ilə yola salınması hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaradırdı. Yolboyu Ordumuzun avtomobil karvalarının keçdiyi ərazilərdən insanların hərbçilərimizə sovqat paylaması, kimin əlində nəyi varsa – kəndlinin bağında yetişən meyvəsini və ən kasıbının adi su alıb Vətəni və Vətən uğrunda döyüşə gedən əsgəri üçün fəda etməsini gülər üzlə və fəxarətlə izləməmək mümkün deyildi. İnsanların maşın-maşın müzəffər Ordumuza isti paltar, corab və papaq göndərmələri isə insanların necə də fədakar və mübariz olduqıarənə bir daha üzə çıxardı.

Hər şey Vətən üçün...

Bu hər zaman belə olub. Çünki, bu millət hər zaman bütövləşməyi və böyük olmağı bacarıb. Elə məhz bu amillər də Azərbaycanın müzəffər Ordu, qalib dövlət olmasına səbəb oldu. Məhz Azərbaycan xalqının bu səxavəti torpaqlarımızın erməni işğalından azad olunmasına başlıca səbəb oldu.
Bu, geniş ürəkli sıravi insanların, sadə vətəndaşlarının etdikləri idi. Amma əsas sözü təbii ki, Dövlət deyirdi. Dövlət bütün diqqətini II Qarabağ Müharibəsinə yönəltdi. Bu gün Azərbaycan Ordusu dünyanın ən son innovativ və müasir hərbi texnikası, silah-sürsatına malik olduğunu bütün dünyaya sübut etdi. Bütün dünyaya Azərbaycan oğullarının necə döyüşkən ruhlu olduğunu isbat etdi.

Bütün bunlarla yanaşı, Ordumuza maddi yardımlar edənlər, maddi dəstək duranlar da oldu. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna bu il noyabrın 2-dək 198 013 034,48 manat, 10 996 105,84 ABŞ dolları, 165 596,19 avro, 495 521,33 türk lirəsi, 1 294,72 ingilis funt sterlinqi və 5 062 550 rubl vəsait daxil olub.

Qeyd edək ki, oktyabrın 1-dən noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77 906 626,24 manat, 10 777 425,16 ABŞ dolları, 147 255,19 avro və 5 057 550 rubl vəsait daxil olub.

Ordumuza dəstək kampaniyalarına Azərbaycan neftçiləri də qoşulub. Daha doğrusu, Orduya yardım edilməsindən Azərbaycanın igid neftçiləri də heç kəsdən geri qalmadılar. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 500-ə yaxın əməkdaşı da Qarabağın azad edilməsi üçün səfərbər oldu və Qarabağ uğrunda döyüşməkə yanaşı, Azərbaycan neftçiləri bu günlərdə arxa cəbhədə Azərbaycanın Silahlı Qüvvələrinə dayaq olmaqla bərabər, həm də ölkəmizdə elan edilmiş hərbi səfərbərlik çərçivəsində milli ordumuzun sıralarında Vətənə xidmət etdilər.

SOCAR qazilərinə yardım edir

Azərbaycan Prezidentinin tarixi missiyası uğrunda sıx birləşən SOCAR işçiləri, şirkət tərəfindən köçürülən ianədən əlavə olaraq, öz əməkhaqlarından da fərdi ianələrin köçürülməsi üçün şirkət rəhbərliyinə müraciətlər ediblər. SOCAR işçilərinin könüllü fərdi ianələri nəticəsində toplanan 5 milyona yaxın məbləğ də SOCAR tərəfindən Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülüb.

SOCAR-ın törəmə şirkəti olan “Caspian Drilling Company” (CDC) işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna 17 milyon manat məbləğində vəsait köçürüb.

Bundan başqa, SOCAR İkinci Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının ailələrinə minimum əmək haqqının 40 misli həcmində yardımlar verib. Müharibədə əlil olmuş işçilərə isə SOCAR üzrə minimum əmək haqqının 20 misli həcmində birdəfəlik yardımlar edilib. Böyük Qələbənin əldə olunması üçün bir çox neftçi qəhrəmancasına şəhid olub.

“Azəriqaz” şəhid ailələri və qazilərin müraciətini təmin edir

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi də öz imkanları daxilində Vətən müharibəsində yaralanan Qazilərimiz və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan əsgərlərimizin ailələrinin müraciətlərini yerinə yetirməyə çalışır. Bu müraciətlər isə həm sosial şəbəkələr üzərindən, həm də məktub yazışmaları ilə edilir.

Təkcə, son 20 gün ərzində qaz çəkilişlərinə dair bir neçə müraciət yerinə yetirilib, bu barədə hazırlanan video çarxlar sosial şəbəkə İstehsalat Birliyinin ünvanlarında yayımlanıb.

Belə ki, Astara rayonundan olan əsgər Vüqar Əmrayev sosial şəbəkə üzərindən video çəkərək paylaşıb. “Azəriqaz” əməkdaşları tərəfindən onun ailəsinə baş çəkilib və tək yaşayan atasının qaz təchizarı bərpa olunub.

Bundan başqa, sosial şəbəkədə hərbçi Fariz Babayevin, ailəsi Bakı şəhərinin Xəzər rayonunda yaşayan digər bir hərbiçinin də müraciətlərinə baxılaraq yerinə yetirilib. Şabran rayonunun Uzunboyad kəndində şəhid Samir Abbasov, Sincanboyad kəndində şəhid Nurlan Nurməmmədov, Bakının Sabunçu rayonunda şəhid Bəhruz Əliyev və şəhid Əmrullah Əliyevin ailələrinin müraciətləri də dərhal icra edilərək qaz çəkilişləri həyata keçirilib.

Bundan başqa, Goranboy rayonunda hərbçilər Elşən Qurbanov, Qazaxda yataqxanada yaşayan qazi Kənan Musayevin müraciətləri də təmin edilib.

P.S. Sonda bir etiraf da edək. Bilirik və çox gözəl anlayırıq ki, Azərbaycan xalqının, hər birimizin bir fərd olaraq Azərbaycan Ordusuna göstərdiyimiz yardım, hərbçilərimizə etdiyimiz dəstək, bu igidlərin ayrı-ayrılıqda bizim üçün etdiklərinin yanında bir zərrədir. Bu cür yardım və dəstəklə onların bizə etdiyinin qarşılığını ödəyə və borclarını qaytara bilmərik. Çünki, bu igidlər Azərbaycana və Azərbaycan xalqına 30 il həsrətində olduğu Qarabağ torpağını və Azərbaycanın bütövlüyünü qaytardılar. Şəhidlərimizə rəhmət, qazilərimizə can-sağlığı arzu edirik. Qarabağ Azərbaycandır!

 

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

Avrozonada deflyasiya riskləri artıb və birjalarda peyvəndə dair müsbət xəbərlərə reaksiya da aşırı qiymətləndirilir. Bu, Avropa Mərkəzi Bankının monetar siyasətini daha da yumşaldacağı ehtimallarını da artırmaqla, EURUSD məzənnəsinin bahalaşması dinamikasının zəifləməsinə səbəb olub. Təhlillərə əsasən, avro ucuzlaşaraq, 1.21$-ın altında qalarsa, 1.19$-a kimi ucuzlaşa bilər.

 

GBP.

GBPUSD məzənnəsi isə 1.35$-da güclü müqavimətlə rastlaşaraq ucuzlaşmağa başlayıb. Hazırda 1.34$-a ticarət edilən funt, sözügedən səviyyənin altında da qalarsa, ucuzlaşma 1.33$-a kimi sürətlənə bilər.

Eyni zamanda, İngiltərə ilə Avropa Birliyi arasında Breksit danışıqları ilə bağlı ciddi irəliləyişin də olmaması və ticarət sazişi üçün son günün dekabrın 31-ə yaxınlaşdıqca, funtda volatillik yüksəlir.

TRY.

USDTRY məzənnəsi isə 7.80TL-yə ticarət edilməkdədir. Məzənnə üzrə növbəti trend isə Türkiyə Mərkəzi Bankın (TCMB) növbəti qərarından asılı olacaqdır.

Bununla yanaşı, Türkiyədə işsizliklə bağlı cümə axşamı Bakı vaxtı ilə saat 11:00-da dərc ediləcək göstəricilər də investorların diqqət mərkəzindədir. Belə ki, İşsizlik 13%-ın üzərinə qalxarsa, lirə yenidən 8TL-yə kimi ucuzlaşa bilər.

OIL.

Amerikada yardım paketi fonunda narahatlıqlar və peyvəndə dair gözləntilərin azalması, Brent neftindən bahalaşma dinamikasının zəifləməsinə səbəb olub. Texniki təhlillərə əsasən, bir barel üzrə qiymət 48$-ın üzərində qaldıqca, 54$-a kimi dəyər qazanmaqda davam edə bilər.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

Gələn il üzrə qlobal iqtisadi proqnozların yenidən aşağı salınacağı ehtimalları, əlvan metallar bazarlarında bir unsiya üzrə qızılın, 1840$-a (59.2 $/qram) kimi dəyər qazanmasına səbəb olub və 1850$-ın (59.5 $/qram) qırılması ilə bahalaşmanın 1900$-a (61.1 $/qram) kimi davam edəcəyi proqnozlaşdırılır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

Azərbaycan canlarını ərazi bütövlüyümüz yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bu gün bir dəqiqəlik sükutla yad etdi. Qələbəmizin əldə edilməsinə görə şəhidlərimizə borcluyuq. Artıq Azərbaycan üçün yeni mərhələ başlayır.

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

“Bu mərhələdə şəhid ailələrinin və eləcə də qazilərimizin sosial təminatının daha da gücləndirilməsi əsas prioritetlərdən olacaq. Hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi üçün 20 istiqamət üzrə birbaşa ödənişlər və güzəştlər həyata keçirilir.

Yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərimizin işlə təmin olunması da sosial siyasətin əsas hədəflərindəndir. Özünüməşğulluq və digər sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizə üstünlük veriləcək və kvotalar artırılacaq. Məşğulluğa yönəlik sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizin iştirakının daha da genişləndirilməsi üçün həmin vətəndaşlarımıza xüsusi güzəştli kateqoriyanın ayrıca qeyd edilməsi məqsədəuyğundur.

Bütövlükdə, ölkəmiz üçün başlanan yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərimiz üçün dövlət proqramları ilə yanaşı fərqli ictimai təşkilatların reallaşdırdığı layihələrin də genişləndirilməsinə ehtiyac var. Bu hər birimizdən xüsusi diqqət və qayğı tələb edir”, - deputat qeyd edib.

Dünya birjalarında neft ötən günlə müqayisədə bahalaşıb.

Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 49,65 dollara, yüngül neftin bir barreli 46,41 dollara təklif olunur.

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 3-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Axar.az-a bildirilib ki, bankın dekabrın 3-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarında dəyişiklik edilib.

Axar.az xəbər verir ki, dəyişikliyə əsasən, kreditlər 2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin ediləcək.

“Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə Azərbaycan Respublikası Höküməti adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Dövlət Zəmanətinin verilməsi barədə Çərçivə Zəmanət Sazişi”n predmeti də dəyişib. İndiyə qədər bu Sazişin predmetini sahibkarlıq subyektlərinə verilməsi nəzərdə tutulan 500 (beş yüz) milyon manatadək kreditlər üzrə əsas borc öhdəliyi yerinə yetirilmədikdə, onların əsas borcunun 60 faizədək hissəsinin ödənilməsinə dair Fonda Zamin tərəfindən bu Sazişin tələbləri nəzərə alınmaqla dövlət zəmanətinin verilməsi təşkil edib. Dəyiikliyə əsasən, artıq bu Sazişin predmetini sahibkarlıq subyektlərinə verilməsi nəzərdə tutulan 2020-ci il üzrə 150 (yüz əlli) milyon manatadək, 2021-ci il üzrə 350 (üç yüz əlli) milyon manatadək olmaqla, ümumilikdə 500 (beş yüz) milyon manatadək kreditlər üzrə əsas borc öhdəliyi yerinə yetirilmədikdə, onların əsas borcunun 60 faizədək hissəsinin ödənilməsinə dair Fonda Zamin tərəfindən bu Sazişin tələbləri nəzərə alınmaqla dövlət zəmanətinin verilməsi təşkil edir.

Bu Saziş üzrə dövlət zəmanətinin yuxarı həddi 300 (üç yüz) milyon manat müəyyən edilmişdisə, artıq yuxarı həddi “2020-ci il üzrə 90 (doxsan) milyon manat, 2021-ci il üzrə isə 210 (iki yüz on) milyon manat olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat müəyyən edilib.

Eyni zamanda Zamin Fondun rəsmi müraciəti əsasında müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektlərinə ayrılan kredit vəsaiti üzrə öhdəliklərin (əsas borc) 2020-ci il üzrə 90 (doxsan) milyon manat məbləğinədək, 2021-ci il üzrə isə 210 (iki yüz on) milyon manat məbləğinədək olmaqla, ümumilikdə 300 (üç yüz) milyon manat məbləğinədək hissəsinin yerinə yetirilməsinə həmin məbləğdə dövlət zəmanəti verəcək.

Pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır

Dekabrın 1-dək fermerlər sahələrdən 327586 ton pambıq yığaraq qəbul məntəqələrinə təhvil veriblər. “Qafqazinfo” xəbər verir ki, bu, ötən ilin yekun göstəricisindən 32586 ton çoxdur. Qeyd edək ki, 2019-cu il pambıq mövsümünün yekununda ölkə üzrə 295 min ton pambıq yığılaraq məntəqələrə təhvil verilmişdi.

Bu günə olan operativ məlumata görə, pambıq yığımında orta məhsuldarlıq 32,79 sentner təşkil edir. Bu, ötən ilin yekun göstəricisindən 3,29 sentner çoxdur. Hazırda sahələrdə pambıq yığımı davam edir, mövsümün yekununda həm məhsul həcmi, həm orta məhsuldarlıq göstəricilərinin daha da artacağı gözlənilir. Pambıq yığımının optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

2020-ci ildə Azərbaycanın 21 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkilib. İndiyədək ən yüksək orta məhsuldarlıq Salyan (40,35 sent/ha), Neftçala (38,46 sent/ha), Tərtər (36,58 sent/ha), Beyləqan (34,92 sent/ha), Yevlax (34,62 sent/ha), Ağcabədi (34,27 sent/ha), Goranboy (33,84 sent/ha), Saatlı (33 sent/ha), Bərdə (32,81 sent/ha), Sabirabad (32,19 sent/ha), Ağdam (32,15 sent/ha) və Zərdab (30 sent/ha) rayonlarında qeydə alınıb.
2020-ci ildə ən çox pambıq əkini Saatlı (14141 ha), Ağcabədi (10689 ha), Bərdə (10646 ha), Biləsuvar (10061 ha), Sabirabad (9683,5 ha) və Beyləqan (8743 ha) rayonlarında aparılıb.